Month: July 2019

  • Zabit Səmədovun klubunun üç üzvü beynəlxalq turnirin qalibi oldu – FOTO

    Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda “ACA KB19” (Absolute Championship Akhmat) kikboksinq yarışı keçirilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı məşhur kikboksçumuz Zabit Səmədovun rəhbərlik etdiyi döyüş klubunun idmançıları təmsil ediblər.

    “Zabit Samedov Fight Club” bu il açılsa da, artıq ilk beynəlxalq uğurlarını qazanmağa başlayıb. Belə ki, klubun üç yetirməsi Amil Şahmarzadə (-60 kq), Məhəbbət Hümbətov (-67 kq) və Turan Qafarov (-72 kq) qalib olub.

  • Azərbaycanda qızı qaçırıb anasına ağır xəsarət yetirdilər

    Bərdə rayonunda gənc qız anasının gözü qarşısında qaçırılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

    Şahidlərin verdiyi məlumata görə, qız anası M.K ilə gəzinti zamanı minik avtomobili ilə qaçırılıb. Hadisə zamanı bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

    Qızın tapılması istiqamətində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Ölkədən çıxışınıza STOP qoyulub-qoyulmamasını belə öyrənə bilərsiniz

    Bəzən olur ki, kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.

    İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu suala cavab olaraq bildirib ki, vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı hazırda yalnız iki qurumdan və ödənilməyən borclarla bağlı qabaqcadan onlayn formada öyrənmək olar:

    “Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.

    Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək isə indiki halda mümkün deyil.

    Bəs myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? Əlbəttə mümkündür.

    Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.

    Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası (“Sərhədkeçməyə məhdudiyyət siyahısı”) tətbiq edə bilər:

    1.Ədliyyə Nazirliyi

    2.DİN

    3.FHN

    4.Vergilər Nazirliyi

    5.Baş Prokurorluq

    6.DSX

    7.DTX

    8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

    9.DGK

    DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir.

    Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.

    DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.

    Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər.

    Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır.

    Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.

    myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.

    Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.

    Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”.

  • Задержаны 2 водителя, скрывшиеся после наездов

    Как сообщает Median.Az, сотрудники 20-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя Апшеронского района А.Абдуллаева, который 27-го июля на автомобиле марки “”Opel” cбил гражданку Ш.Алиеву и скрылся.

    Кроме этого, сотрудники Главного Следственного управления и Главного управления Государственной Дорожной полиции МВД в ходе совместных оперативно-розыскных мер задержали жителя Хачмазского района Ш.Мамедова, который 25-го июля на автомобиле марки
    “ВАЗ 2107” сбил гражданку Г.Махмудову.

    Отметим что, потерпевшие были помещены в больницы

    По фактам ведется расследование.

  • Piyadaları vurub, qaçan 2 sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də vətəndaş Ş.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Opel” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini Ə.Abdullayev saxlanılıb.

    Bundan başqa, DİN Baş İstintaq Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də vətəndaş G.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xaçmaz rayon sakini Ş.Məmmədov saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Концерт Айгюн Кязымовой перенесен в связи с трагическим событием

    Концерт народной артистки Айгюн Кязымовой в Баку был вынужденно перенесен в связи с трагическим событием, передаёт Median.Az со ссылкой на axşam.az.

    Причиной стала кончина дяди владельца заведения, в котором должен был состояться концерт, Х.Нисанова.

    По полученной информации, дата проведения концерта назначена на 16 августа 2019.

  • Хорошая новость для водителей! В Баку отменили эти штрафы

    Дорожная полиция пошла на уступки водителям в связи с нарушением правил “желтой полосы”.

    Как сообщает Median.Az со ссылкой на avtosfer.az, правило “желтой полосы”, примененное во время XV летнего Европейского юношеского олимпийского фестиваля “Баку 2019”, утратило силу.

    Стало известно, что дорожная полиция пошла на уступки водителям, которые въехали на “желтую полосу” во время проведения соревнований, и не стала выписывать штрафы.

    Эту информация подтвердил начальник отдела Государственного управления дорожной полиции ГУП Баку полковник полиции Вагиф Асадов, отметив, что некоторых водителей все-таки оштрафовали, но их очень мало.

    Говоря об оштрафованных водителях, Асадов отметил, что это те, которые грубо нарушили правила, не уступали дорогу патрульным машинам, сопровождавшим спортсменов.

  • Yol polisi sürücülərin cərimələrini bağışladı

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib. 
     
    Median.Az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 – XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.
     
    İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib. 
     
    Bunu Avtosfer.-az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:
     
    “Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir”.
     
    Yol polisi sarı zolağa daxil olan sürücülərin sayının az olduğunu bəyan edib. Vaqif Əsədov bildirib ki, əvvəlki illərin təcrübəsi özünü bir daha göstərdi:
     
    “Yol polisi olaraq sürücülərimizə təşəkkür edirik ki, həmrəylik göstərdilər və qaydaları pozmadılar. Müəyyən səbəblərdən qayda pozanları isə biz bağışladıq. Bir daha deyirəm, sarı zolağa daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”. 

  • Azərbaycanlı gəncin Rusiyada güllələnmə anı – Video

    Rusiyanın İvanovo şəhərində yerləşən “Rokko” klubunun qarşısında Azərbaycan vətəndaşının güllələndiyi və hadisədən bir neçə dəqiqə sonrakı anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, 1991-ci il təvəllüdlü azərbaycanlı gənc mübahisə edən bir neçə nəfəri ayırmaq istəyib. Bu zaman silahlı şəxsin yaxın məsafədən atəş açması nəticəsində o, gözündən güllə yarası alaraq yerə yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

    Qətli törədən şəxs isə odlu silahını cibinə qoyaraq insident yerindən uzaqlaşıb.

  • За разбой в Насиминском районе задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы И.Гурбанова, Э.Бахманли, жителя г.Шеки А.Алиева и жителя г.Гянджа Ф.Мамедова, которые 27-го июля напали на жителя столицы Ш.Гулиева, вследствии чего ранив его тупым предметом, отобрали 350 манатов и мобильный телефон.

    В ходе разбирательства выяснилось что, помимо этого И.Гурбанов и Ф.Мамедов избили еще одного гражданина, а затем отобрали у потерпевшего 50 манатов и мобильный телефон.

    В Следственном отделе Насиминского РУП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.