Month: July 2019

  • Nəsimi rayonunda quldurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini Ş.Quliyevə küt alətlə xəsarət yetirib, 350 manat pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən paytaxt sakinləri İ.Qurbanov, E.Bəhmənli, Şəki şəhər sakini A.Əliyev və Gəncə şəhər sakini F.Məmmədov saxlanılıblar.

    Araşdırma zamanı, İ.Qurbanovun və F.Məmmədovun daha bir vətəndaşı döyüb, 50 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaları
    müəyyən edilib.

    Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quıdurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Барде “ВАЗ-2106” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 28-го июля в селе Соганвердиляр Бардинского района автомобиль марки “ВАЗ-2106”, управляемый жителем села ъ
    Тюркмян В.Алиевым сбил насмерть жителя села Ханараб Фармаила Рустамова.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Bərdədə “VAZ-2106” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, iyulun 28-də Bərdə rayonunun Soğanverdilər kəndində, Türkmən kənd sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Xanərəb kənd sakini Fərmayıl Rüstəmovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

  • Еще одно назначение от Вилаята Эйвазова

    В Управление полиции Насиминского района Баку назначен новый начальник.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, на эту должность назначен Мирнемят Мирбабаев.

    Ранее он занимал пост начальника Гейгельского районного отдела полиции.

    Напомним, что сегодня В.Эйвазов подписал еще один приказ о назначении.

    Согласно нему, полковник-лейтенант Вусал Рустамов стал заместителем начальника Балакенского районного отдела полиции. Ранее он был помощником начальника Бинагадинского районного управления полиции.

  • Vilayət Eyvazovdan daha bir – TƏYİNAT

    Nəsimi rayon Polis İdarəsinə rəis təyin edilib.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Mirnemət Mirbabayev təyin olunub.

    O, bundan əvvəl Göygöl rayon Polis şöbəsində rəis vəzifəsində çalışıb.

    Xatırladaq ki, bu gün V.Eyvazov daha bir təyinatla bağlı əmr imzalayıb.

    Əmrə əsasən, polkovnik-leytenant Vüsal Rüstəmov Balakən rayon Polis Şöbəsinin rəis müavini təyin olunub. O, bundan əvvəl Binəqədi rayon Polis İdarəsində rəis köməkçisi işləyib.

    /oxu.az/

  • Инцидент в Шеки: задержанный ДПС водитель облил себя бензином, а потом ранил ножом

    В азербайджанском городе Шеки водитель, остановленный сотрудниками дорожно-патрульной службы, намеревался поджечь себя.

    Об этом сообщила шекинская региональная группа пресс-службы Министерства внутренних дел Азербайджана.

    Согласно информации, инцидент произошел 10 июля. Сотрудники ДПС потребовали водителя автомобиля марки ВАЗ 2101 с госномером 55 BC 281 остановиться из-за того, что водитель ехал непристегнутым, на автомобиле был установлен дополнительный багажник, изготовленный кустарным способом, а цифры госномера были неразборчивы.

    Сотрудник ДПС показал свое удостоверение водителю Акифу Масимову и спокойно разъяснил ему нарушения.

    Так как у водителя при себе не было документов, сотрудник дорожной полиции сообщил ему, что он проверит его документы с помощью бортового компьютера и составит протокол по соответствующим статьям Кодекса об административных проступках.

    Отмечалось, что судимый ранее за ДТП А.Масимов в ответ на это вытащил из багажника стеклянную бутылку с бензином и начал обливать им себя и автомобиль. Гаишник забрал из рук водителя бутылку с горючим и зажигалку и попытался успокоить разбушевавшегося мужчину. Однако через некоторое время А.Масимов внезапно достал из кармана нож и нанес себе ранение в области живота.

    Сотрудники ДПС отвезли его в больницу.

    «Гражданин Масимов в своей жалобе указал неверную информацию. Видео инцидента, снятое установленными в автомобиле ДПС камерами, доказывает безосновательность его обращения», – говорится в заявлении МВД.

    По факту в Шекинской районной прокуратуре ведется расследование.

    /oxu.az/

  • Yol polisi saxladığı üçün üstünə benzin tökdü, sonra özünü bıçaqladı – Şəkidə insident

    Şəkidə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sürücü özünü yandırmaq istəyib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, hadisə iyul ayının 10-da baş verib. Belə ki, sözügedən tarixdə Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən 55-BC-281 dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, standartlara cavab verməyən qaynaq üsulu ilə hazırlanmış əlavə yük yerinin quraşdırıldığına, eləcə də dövlət qeydiyyat nişanının yaxşı oxunmamasına görə “saxla” əmri verilib.

    Açıqlamaya görə, YPX əməkdaşı avtomobilin sürücüsü Akif Məsimova təlimata uyğun olaraq özünü təqdim edərək, sürücünün törətdiyi qayda pozuntularını ona normal və sakit tərzdə izah edib.

    Sürücü Məsimov üzərində heç bir sənəd olmadığını bildirdikdə yol polisi əməkdaşı bort kompüter vasitəsilə onun sənədlərinin yoxlanılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunacağını bildirib.

    Məlumatda qeyd olunur ki, əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş Akif Məsimov onun barəsində protokol tərtib olunacağını öyrəndikdə avtomobilinin yük yerindən şüşədəki benzini götürərək özünün və avtomobilin üzərinə tökməyə başlayıb. Yol polisi əməkdaşı həmin vaxt onun əlindəki yanacaq şüşəsini və alışqanı götürərək onu sakitləşdirməyə çalışıb. Lakin bir müddət sonra sürücü A.Məsimov qəfildən cibindən çıxardığı bıçaqla sol qarın nahiyəsinə zərbə endirib.

    Yol polisi əməkdaşları tərəfindən o, təcili olaraq xəstəxanaya çatdırılıb.

    “Vətəndaş Məsimov öz şikayətində həqiqətə uyğun olmayan ifadələr səsləndirsə də, YPX avtomobilində quraşdırılmış kameralarda qeydə alınan həmin görüntülər onun bu müraciətinin əsassız olduğunu sübut edir”, – deyə rəsmi açıqlamada bildirilir.

    Qeyd olunan faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

  • Житель поселка Сарай ранил ножом бывшего зэка

    Как сообщает Median.Az, 27-го июля в поселке Сарай, житель поселка И.Исмайылов на почве конфликта нанес ножевые ранения жителю поселка, ранее судимому А.Гусейнзаде.

    Потерпевший был помещен в больницу, а И.Исмайылова задержали сотрудники Апшеронского РУП.

    В Следственном отделе Апшеронского РУП по факту возбуждено уголовное дело.

  • Saray sakini keçmiş məhkumu bıçaqlayıb

    Median.Az xəbər verir ki, iyulun 27-də Saray qəsəbəsi ərazisində, qəsəbə sakini İ.İsmayılov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş A.Hüseynzadəyə bıçaqla xəsarət yetirib.

    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov saxlanılıb.

    RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • Şuşa şəhərciyi sakinlərindən ağır ittihamlar: Hökumətə heç nə deməyək deyə, bizi döyürlər – VİDEO

    Bakının Ramana qəsəbəsi, Şuşa şəhərciyi, boru zavodu yaxınlığında məskunlaşan vətəndaşlar acınacaqlı vəziyyətdə yaşayır.

    Bu barədə onlar Baku TV əməkdaşları ilə söhbətində məlumat veriblər.

    Sakinlər on ildən çoxdur ki, bərbad şəraitdə yaşamalarından, kanalizasiya problemindən şikayətlənirlər.

    “Prezident pul ayırır ki, yol, su, işıq çəkilsin. O pulu nə edirlər? Hər şeyi yarımçıq qoyub gedirlər, yalandan məruzə edirlər ki, hazırlamışıq. Halbuki yağış yağanda çölə çıxa bilmirik. Birinə bir söz deyəndə də, üstümüzə polis göndərirlər, bizi aparıb döydürürlər ki, hökumətə heç nə deməyin”, – deyə ərazidə yaşayanlardan biri bildirir.

    Şəhərciyin sakini deyir ki, üç rayon rəhbərliyinin arasında qalıblar:

    “Nəmişlikdən evimiz tökülür. Qışda uşaqları məktəbə çiynimizdə aparırıq. Hər yerə müraciət etmişik. Sabunçu rayonu, Abşeron rayonu, Xəzər rayonu – hamısı bir-birinin üstünə atır. Bu yolları öz vəsaitimiz hesabına, cibimizdən üç-beş manat kəsərək düzəltdirmişik ki, uşaqlarımız məktəbə gedə bilsin. On bir ildir, heç bir rayon bələdiyyəsi bizə gün ağlamır”.

    Şikayətçilərin sözlərinə görə, ərazidə problem təkcə bununla kifayətlənmir. Onlar zibil qabının olmamasından da təngə gəliblər:

    “Dəfələrlə ərizə ilə müraciət etmişik ki, əraziyə köhnə də olsa, zibil yeşiyi qoysunlar. Zibili bir-birimizin qapısına qoymayaq. Bir icra, bələdiyyə, dövlət məmuru gəlib deyə bilməz ki, bu əraziyə yol çəkib, ya nəsə edib. Heç nə etmirlər. Bir-birinə satırlar. Əraziyə təcili tibbi yardım maşını girmir. Deyirlər, asfalta gətirin, xəstəyə burada baxacağıq”.

    “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə problemdən xəbərdar olduqlarını, gələcəkdə Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı layihələndirmə işlərinin aparılacağını bildirib.