Month: July 2019

  • İmişlidə ferma yanıb – VİDEO

    İmişli rayonunda ferma yanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.

    Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

    Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Bakı-Qazax yolunda qəza: 11 turist yanan maşından xilas edildi – FOTO

    Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mersedes” markalı mikroavtobusda qısqapanmadan tüstülənmə baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər verir ki, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar.

    Yanan maşının tüstüsünün salona dolduğundan sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər.

    Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakusiya ediblər.

    Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

    Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

    Qeyd edək ki, hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.
    Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağrılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onların yol patrul avtomobili ilə müşayət edilməsi təmin olunub.

  • Фунт стерлингов рекордно обвалился

    Произошел рекордный обвал фунта стерлингов.

    Как передает Median.Az, об этом сообщает Bloomberg.

    Отмечается, что курс валюты опустился на 0,4% до $1,2.

    Уточняется, что это самый худший показатель с марта 2017 года.

    По некоторым данным, причиной спада фунта стало решение нового премьер-министра Великобритании Бориса Джонсона осущетвить выход страны из Евросоюза без совершения соответствующей сделки.

  • Tovuzda internet dayanıb

    Tovuz rayonunda internetin verilməsində problemlər yaranıb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hazırda rayonun özü və kəndlərində internetin verlişində problemlər yaşanır.

    Təxminən 3 saatdan artıqdır ki, rayonda internet xidməti ümumiyyətlə yoxdur. Bunun səbəbi Yevlax rayonundan gələn əsas xəttdə yaranan problemlə əlaqələndirilir.

  • Türkmənbaşının ölüm xəbərini yayanlar tutuldu

    Türkmənistanda ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

    İyulun 25-də Türkmənistanda güc strukturları Q.Berdiməhəmmədovun ölməsi və ya səhhətinin pisləşməsi barədə yayılan şayiələrlə mübarizə aparmaq məqsədi ilə fəal işə başlayıblar.

    Bu çərçivədə Lebap vilayətində üç nəfər tutulub. Onlar ölkədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən şayiələrin yayılmasında ittiham edilirlər.

    Saxlanılanlar “Türkməntelekom”un Lebap şöbəsinin əməkdaşı, Su Təsərrüfatı idarəsinin işçisi və yerli Mənzil Kommunal Təsərrüfatının qadın işçisidir.

    Bundan başqa, Mədəniyyət Nazirliyinə əks təbliğat aparmaq üçün tapşırıq verilib.

    Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də yayılıb. İyulun 25-dək Prezident ictimaiyyət arasında görünməyib və yalnız həmin tarixdə televiziyaya çıxıb.

  • Президент выделил средства на строительство автомобильной дороги

    Президент Ильхам Алиев подписал распоряжение о мерах по строительству автомобильной дороги Абадкенд-Коланы-Хеледж-Еникенд в Сальянском районе.

    Соответствующий документ опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью строительства автомобильной дороги Абадкенд-Коланы-Хеледж-Еникенд, соединяющей четыре населенных пункта с населением 11 тысяч человек, Государственному агентству автомобильных дорог Азербайджана из госбюджета выделено 7,8 миллиона манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вытекающие из распоряжения вопросы.

  • Prezidentdən 7,8 milyon manatlıq sərəncam

    Prezident İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • В России объявлен в розыск убийца молодого азербайджанца

    Возбуждено уголовное дело по факту убийства 27-летнего азербайджанца в России.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, об этом сообщило региональное управление Следственного комитета России.

    Согласно информации, в розыск по подозрению в совершении преступления был объявлен 33-летний житель города Иваново.

    Отметим, что инцидент произошел на площади Пушкина в городе Иваново, в баре «Рокко».

    Житель города вытащил из кармана пистолет, выстрелил азербайджанцу в голову и скрылся с места преступления.

    От полученной раны молодой человек скончался на месте.

  • Rusiyada azərbaycanlını güllələyən şəxs axtarışa verildi

    Rusiyada 27 yaşlı azərbaycanlının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.


    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

    Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən İvanov şəhərinin 33 yaşlı sakini axtarışa verilib.

    Qeyd edək ki, hadisə dünən İvanov şəhərinin Puşkin meydanındakı “Rokko” barında baş verib.

    Şəhər sakini cibindən çıxardığı tapançadan azərbaycanlının başına atəş açıb və hadisə yerindən qaçıb.

    Güllə yarası alan 27 yaşlı gənc hadisə yerində keçinib.

  • DİN-dən Mingəçevir sakininin döyülməsi iddiasına – REAKSİYA

    İyulun 19-da Mingəçevir şəhər sakini Firuzə Mehralıyeva sosial şəbəkələrdə oğlu Əbdüləzim Quliyevin polis tərəfindən əsassız olaraq tutulması və döyülməsi barədə iddialar səsləndirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələyə münasibət bildirib.

    Qeyd edilib ki, iddialar həqiqətdən uzaqdır və böhtan xarakteri daşıyan həmin fikirlərin heç bir hüquqi əsası yoxdur:

    “Anasının iddialarının əksinə olaraq, qabaqcadan əldə olunmuş əməliyyat məlumatı əsasında Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən cari il martın 31-də günorta saatlarında keçirilmiş tədbir nəticəsində 24 yaşlı Ə.Quliyev narkotik vasitə olan qurudulmuş marixuananı əvvəllər tanıdığı M.Mustafayevə satdığına görə saxlanılıb. Hər iki şəxs RPŞ-yə gətirildikdən sonra hal şahidlərinin iştirakı ilə onların üzərlərinə baxış keçirilib, nəticədə pul və narkotik vasitə maddi sübut kimi götürülüb, Ə.Quliyev və M.Mustafayev törətdikləri əməlləri etiraf ediblər”.

    Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində CM-234.2-ci maddəsilə cinayət işi başlanılıb, Əbdüləzim Quliyev həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda məhkəmədə cinayət işinə baxılır.

    Nazirlikdən o da qeyd olunub ki, eyni mövzu barəsində ana və oğlunun ən müxtəlif instansiyalara ünvanladıqları şikayətlərə həm prokurorluqda, həm də DİN-in aidiyyəti xidməti tərəfindən baxılıb, Ə.Quliyevin guya əsassız saxlanılması və digər bu kimi iddialar adları çəkilən qurumların müvafiq araqşdırmaları zamanı öz təsdiqini tapmayıb.