Month: July 2019

  • Зеленский опубликовал кадры с отдыха на одесском пляже – ФОТО

    Президент Украины Владимир Зеленский опубликовал фото с одесского пляжа. Снимок он выложил на своей странице в Facebook.

    Рядом с Зеленским сидит глава офиса президента Андрей Богдан в плавках.

    Сам Зеленский одет в короткие шорты и футболку и кепку.

    «Мы, везде Охрана, боевые водолазы, спецконтроль прохождения в море, на пляж – через рамки)))) а на заднем фоне видно, как загорают разведчики. Хороших выходных», – подписал Зеленский свое фото (орфография и пунктуация сохранены – ред.).

  • Zelenski Odessa çimərliyindən istirahət fotolarını paylaşdı – FOTO

    Ukrayna Prezidenti Odessa çimərliyindən fotolarını paylaşıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, prezident şəkillərini “Facebook” hesabında yayıb.

    Zelenskinin yanında dayanan çimərlik geyimindəki kişi Prezident ofisinin rəhbəri Anton Boqdandır.

    Zelenski özü isə qısa şort, futbolka geyinib və kepka qoyub.

    Ukrayna prezidenti fotosuna belə bir şərh verib: “Biz – hər yerdə mühafizə, hərbi dalğıclar, dəniz ərazisinə daxil olmazdan əvvəl xüsusi yoxlama, çimərliyə – hasardan aşdıq)))) Arxa fonda isə kəşfiyyatçıların necə günəşləndiyini görürsünüz. Sizə yaxşı istirahət arzulaylıram”.

  • Qocalmanı ləngidən və sürətləndirən qidalar. SİYAHI

    Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif “yaş əleyhinə” (ingilis dilində – “anti-age”) proqramlar hazırlayır.

    Median.Az evdarliq.az-a istinadən bildirir ki, bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı “aldatmaq” üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.
    Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:
    – B6 (lobya, qoz, çaytikanı)
    – B12 (treska, okun, karp balıqları)
    – K (ispanaq, brokkoli, gül kələmi)
    – D3 (balıq yağı, yumurta sarısı)
    – Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri)
    – Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
    – kalsium (kəsmik, pendir, qatıq, kefir)
    – maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
    – sink (qarabaşaq, lobya, noxud, araxis)
    – selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
    – yod (dəniz yosunları, okun və mintay balıqları)
    Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma prosesləri sürətləndirir.

  • Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

    Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən fərdi yaşayış evlərindən birində yanğın olub.

    Median.Az report-a istinadən xəbər verir ki, ümumi sahəsi 128 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının pəncərə çərçivəsi və tavanı 6 m² sahədə yanıb.

    Yanğın daha sonra evə bitişik ümumi sahəsi 88 m² olan tövləyə keçib. Tövlənin yanar konstruksiyaları 64 m² sahədə, altına yığılan 6.5 ton ot bağlamasının isə 2 tonu yanıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanın sabiq müdafiə naziri həbs olunub

    Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşvili ilə bağlı həbs qətimkan tədbiri seçilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

    İ.Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

    Qeyd edək ki, sabiq nazir Tbilisidə iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • Bakıda mənzildən 8 min manat oğurlayan şəxslər saxlanılıb

    Bakıda mənzildən 8 min manat oğurlayan şəxslər saxlanılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.İsmayılov və R.İmanov saxlanılıblar.

  • Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с детьми в госпитале Bona Dea

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева в субботу встретилась с детьми, проходящими лечение в Международном госпитале Bona Dea при поддержке Фонда Гейдара Алиева.


    Международный госпиталь Bona Dea является одним из лечебных учреждений в мире, отвечающих современным стандартам как по уровню медицинского персонала, так и по своей материально-технической базе. При поддержке Фонда Гейдара Алиева здесь в мае нынешнего года прошли лечение 50 детей, а в июне – 42 ребенка. В основном это дети, страдающие церебральным параличом и аутизмом. Пятеро из проходящих лечение детей были прооперированы. После операции детям был назначен соответствующий курс лечения, и в настоящее время они проходят реабилитационный курс. Среди получающих лечение был также ребенок с врожденным нарушением слуха. В результате проведенного лечения его слух восстановлен.

    Детям, проходящим здесь лечение, были вручены подарки Фонда Гейдара Алиева.

    Обеспечение здоровья детей, являющихся нашим будущим, – один из приоритетов в деятельности Фонда Гейдара Алиева. Реализуемые Фондом важные проекты в этой сфере приобрели постоянный характер.

  • Messini təhqir edən futbolçu üzr istədi – 7 ildən sonra

    “Betis”in müdafiəçisi Xunior Firpo 2012-ci ildə “Tvitter” sosial şəbəkəsində təhqir etdiyi “Barselona”nın hücumçusu Lionel Messidən üzr istəyib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, Dominikan əsilli ispan futbolçu hadisənin 15 yaşında olarkən baş verdiyini, uşaqlıq etdiyini bildirib:

    “Bu, elə də önəm daşımır. Hər şeyin necə baş verdiyini asanlıqla izah edə bilərəm. Ən yaxım dostum Barselonadandır, Messinin fanatıdır. Çünki Leo, heç şübhəsiz, dünyanın ən yaxşı futbolçusudur. Həmin vaxt “Tvitter”də dostuma Messinin əleyhinə bəzi sözlər yazmışdım. Hamısı uşaq söhbətləri idi. 15 yaşında, səni heç kim tanımayanda bəzi şeylər edirsən və bunların gələcəkdə peşəkar futbolçu olanda sənin həyatına təsir edə biləcəyini düşünmürsən”.

    Son vaxtlar “Barselona”ya keçəcəyi ilə bağlı xəbərlər yayılan Firpo Messinin dünyanın ən yaxşısı olduğunu deyib: “Buna heç kimin şübhəsi ola bilməz. “Qızıl top”dan söhbət düşəndə, hər zaman deyirəm ki, bu mükafatı Messiyə vermək lazımdır. Digər futbolçular üçün isə başqa mükafat təsis olunmalıdır. Bu il də “Qızıl top”u Messi almalıdır.

    “Barelona”ya keçəcəyim haqda xəbərlərin yayılması mənim üçün şərəfdir. Bu, böyük klubdur, orada dahi futbolçular toplaşıb. Hələlik “Betis” haqda düşünürəm. Görək, gələcək nə göstərəcək”.

    Qeyd edək ki, Firpo 7 il öncə “Tvitter”də Messi haqda “fahişə oğlu” yazaraq, onu təhqir etmişdi.

  • Ağdamda piyadanı avtomobil vurub – FOTO

    Ağdamda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

    Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Əhmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Elman Cəfəovu vurub.E.Cəfərov əvvəlcə Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi RayonXəstəxanasına göndərilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Близкие родственники военного пилота были проинформированы о предпринятых мерах

    В оперативном штабе, созданном для проведения неотложных мероприятий, министр обороны встретился с членами семьи и близкими родственниками пилота военного самолета, потерпевшего крушение.

    В ходе встречи родные и близкие пилота сказали: “Да здравствует Родина! Мы гордимся службой нашего сына!”. Они также выразили признательность руководству страны за оказанное им внимание.