Month: July 2019

  • XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilir – CANLI YAYIM – VİDEO

    Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 7 gündə XV Avropa Gənclər Olimpiya Festivalına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

    Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Niqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edirlər.

    Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir.

    “Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.

    Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

    Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.

    “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli bağlanış mərasiminin unudulmaz anlarının şahidi oldular.

    Bağlanış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

    Azərbaycan Respublikasının dövlət bayrağının, eləcə də AOK-un və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayraqlarının dalğalandığı arenada bayraqlar paradına start verildi. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın, sonra digər ölkələrin bayraqları əlifba sırası ilə arenaya gətirildi. Bayraq paradı ev sahibi Azərbaycanın bayrağının gətirilməsi ilə başa çatdı.

  • İctimai yerlərdə siqaret çəkənlər niyə cərimələnmir? – ŞƏRH

    Hər gün dayanacaqlardan, metro keçidlərindən istifadə etdiyimiz zaman çox sayda insanın siqaret çəkməsinin şahidi oluruq. Hətta bəzən bu zəhərli tüstü insanlara çox pis təsir edir. Buna etiraz etmək isə qeyri-mümkündür.

    Bir müddət öncə restoran və kafelərdə, eləcə də ictimai yerlərdə siqaret çəkənlərin cərimə olunması ilə bağlı məlumatlar yayımlanırdı. Dayanacaq və metro keçidləri də bu kimi ictimai yerlərdəndir.

    Bəs görəsən, belə yerlərdə siqaret çəkənlərlə necə mübarizə aparmalıyıq? Buna kim nəzarət etməlidir? Ümumiyyətlə, qanunda bu kimi pozuntulara görə hansı cərimələr nəzərdə tutulub?

    Qanun:

    2017-ci il dekabr 1-də “Tütün məlumatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanun respublika əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

    Həmin qanunun 10-cu maddəsində tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə tütün çəkilməsi qadağan olunan yerlərin siyahısı dərc olunub.

    Siyahıya əsasən, təhsil və tərbiyə müəssisələrində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, teatr və kinoteatrlarda, kitabxanalarda, mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə siqaret çəkilməsi qadağan edilib.


    Cərimələr:

    İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində göstərilib ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Burada da bəzi istisnalar var. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

    Bundan başqa, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

    Necə mübarizə aparmalıyıq?

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən ekspert Azər Allahverənov deyib ki, bu kimi hallarla mübarizə aparmaq çox çətindir:

    “Çox təəssüf edirəm ki, ictimai yerlərdə siqaret çəkən insanların sayı kifayət qədərdir. İştirak etdiyimiz tədbirlərdə, şənliklərdə, toy mərasimlərində siqaret çəkən insanların şahidi oluruq. Onlarla da mübarizə aparmaq olduqca çətindir. Biri var, bir adam siqaret çəksin, ictimai qınaq mexanizmi işə düşsün, biri də var, bu məsələ kütləvi xarakter daşıyır. Təbii ki, bu, yolverilməz haldır”.

    Ekspert bildirib ki, ictimai yerlərdə tütün məmulatlarının çəkilməməsinə cavabdeh olan şəxslərin məsuliyyəti siqaret çəkənlərdən daha artıqdır:

    “Burada söhbət ondan gedir ki, şəxsin harada olmağından asılı olaraq onun siqaret çəkməsinin təhlükəlilik dərəcəsi müəyyən olunur və buna uyğun olaraq cərimə sanksiyası tətbiq edilir. Hazırkı vəziyyətin yaranmasında səbəb nəzarət mexanizminin işləməməsidir. Bunun obyektiv və subyektiv səbəbləri var. Misal üçün, hər hansı şəxs siqareti gizlicə çəkə bilər. Bu, obyektiv səbəbdir. Nəzarətə məsuliyyətli olan şəxs siqaret çəkilməsinə göz yuma bilər ki, bu da subyektiv səbəbdir. Cərimələmə və nəzarət mexanizmini Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirir.

    Bəzən görürük ki, insanlar, misal üçün, futbol yarışında siqaret çəkirlər. Onlar özlərinə haqq qazandıra bilər ki, siqaret çəkilməsi üçün müəyyən yer ayrılmayıb. Bu, eləcə də digər yerlərə aiddir. Bununla bağlı tədbirlər görülməlidir. Xüsusi yerlərin ayrılması və lövhəciklərin qurulması çox vacibdir”.

    A.Allahverənov qanunun işləməməsi ilə bağlı deyilən fikirlərlə razı deyil:

    “Qanun işləməsə metroda, bəzi ticarət obyektlərində və digər ictimai yerlərdə də siqaret çəkənləri görə bilərik. Əgər belə yerlərdə insanlar siqaret çəkmirsə, deməli, nəzarət mexanizmi mövcuddur. İnsanlar özləri başa düşməlidirlər ki, dayanacaqlarda, keçidlərdə siqaret çəkməklə ətrafdakıların sağlamlığına zərər vururuq. Bunu anlamaq cərimələnməkdən daha üstündür”.

    Ekspert profilaktik tədbirlərin daim keçirilməsinin vacibliyini də vurğulayıb.//oxu.az

  • İki uşaq anası ərinin bibisi oğluna qoşulub qaçdı, övladları isə xəstəxanaya atıldı – Azərbaycanda rəzalət

    Bərdədə baba və nənəsi tərəfindən xəstəxanaya atılan uşaqlara ataları sahib çıxıb.

    Median.Az xezer.tv-yə istinadən xəbər verir ki, uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov hadisədən xəbərsiz olduğunu bildirib.

    Hadisədən xəbər tutan ata Sərxan Kərimov dərhal xəstəxanaya müraciət edərək uşaqlarını geri götürüb. Rayon icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.

    Ailənin iddialarına görə, uşaqların anası həyat yoldaşının bibisi oğlu ilə bir müddət telefonla danışıb. Sərxan Kərimov da bundan xəbər tutduğundan bir neçə dəfə aralarında mübahisə baş verib. Sonuncu mübahisə zamanı isə qadın evdən qaçıb.

    Uşaqlara sahib çıxmaq istəməyən qadının atası və anası onları xəstəxanaya atıb.
    Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Tərtərin Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova barəsində valideyn himayəsindən məhrum olunmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq getmələri faktı ilə bağlı cinayət işi başlanılıb.

    İstintaqın aparılması rayon polis şöbəsinə tapşırılıb.

  • Хэмилтон выиграл квалификацию Гран-при «Формулы-1» в Германии, Феттель – последний

    Пилот команды «Мерседес» и лидер в общем зачете британец Льюис Хэмилтон показал лучшее время в квалификации Гран-при Германии – 11-го этапа чемпионата мира по автогонкам в классе машин «Формула-1», немец Себастьян Феттель из «Феррари» занял последнее место.

    Лучший круг 34-летний британец проехал за 1 минуту 11,767 секунды, завоевав четвертую поул-позицию в сезоне (87-ю в карьере). Феттель занял последнее, 20-е место, не сумев показать квалификационное время из-за потери мощности двигателя.

    Вторым стал голландец Макс Ферстаппен из команды «Ред Булл» (+0,346), третье место занял партнер Хэмилтона по команде финн Валттери Боттас (+0,362). Еще один пилот «Феррари» монегаск Шарль Леклер завершил квалификацию на десятом месте, не стартовав в третьем сегменте квалификации.

    Российский гонщик «Торо Россо» Даниил Квят не сумел пробиться в третий сегмент квалификации, показав 14-е время. Партнер Квята по команде таец Александер Албон показал 17-е время.

    Гонка Гран-при Германии пройдет 28 июля, начало – 17:10.

  • Bakıda kişi qadını şantaj etdi – İntim əlaqədə olmaq üçün

    Bakının Suraxanı rayonunda kişi qadını təhdid və şantaj yolu ilə intim əlaqəyə məcbur etməyə cəhd edib.

    Median.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Suraxanı rayon Polis İdarəsindən məlumat veriblər.

    Məlumata əsasən, 29 yaşlı X.B. 31-ci Polis bölməsinə müraciət edərək bildirib ki, Tərlan adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq intim əlaqədə olmağı tələb edib.

    Kişi əks təqdirdə qadını sosial şəbəkədə rüsvay etməklə, eləcə də onun 10 yaşlı qızını qaçırmaqla hədələyib.

    Lakin qadın kişinin hədədən əməli işə keçməsini gözləməyərək kömək üçün polisə müraciət edib.

    Hazırda əməliyyatçılar həmin şəxsin aşkar edilməsi istiqamətində iş aparırlar.

  • Bakıda avtobusda sərnişin sürücünün başına oyun açdı

    Bakıda sərnişin avtobusunda quldurluq hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 25-də Xətai rayonu ərazisində fəaliyyət göstərən Şərur rayon sakini S.Abdullayevin idarə etdiyi “İsuzu” markalı 57 saylı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs açıq talama yolu ilə oradan 30 manat pul aparıb.

    Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəfəsov saxlanılıb.

    Xətai RPİ tərəfindən araşdırma aparılır.//Azxeber.com

  • В Имишли муж зарезал жену

    В Имишли был задержан мужчина, убивший жену.

    Как передает Median.Az cо ссылкой на АПА, инцидент произошел в селе Сарыханлы Имишлинского района.

    Асланов Шахрияр Шемси оглу (1993 г.р.) на почве семейного конфликта зарезал свою жену Мисирли Сакину Натиг гызы (1996 г.р). Ш.Асланов задержан полицией.

    Тело С.Мисирли передано в центр судебно-медицинской экспертизы и патологической анатомии Имишлинского района для обследования.

    Подробности убийства расследуются.

    По факту в прокуратуре Имишлинского района возбуждено уголовное дело, ведется расследование.

  • Putin körfəzin dibinə endi – Foto

    Rusiya prezidenti Vladimir Putin “C-Explorer 3.11” batiskafı ilə Böyük Tyuters adasında Fin körfəzinin dibinə enib.

    Kreml rəhbəri 1942-ci ildə batmış “Qızıl balıq” Ş-308 sualtı qayığında xatirə lövhəsinin quraşdırılmasında iştirak edəcək. Lövhədə döyüşdən qayıtmayan 39 heyət üzvünün hamısının adları həkk olunacaq.

    Qeyd edək ki, bu, Putinin dənizin dibinə ikinci ekspedisiyasıdır. O, 2015-ci ildə də Qara dənizdə suyun dibinə enmişdi.

  • Cəlilabadda hərbi xidmətdən yeni qayıdan sakini cərəyan vuraraq öldürüb – FOTO

    Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 1998-ci il təvəllüdlü yerli sakin Məmmədov Mürtəza Həsən oğlunu rayon ərazisində yerləşən ticarət mərkəzilərindən birində elektrik cərayanı vuraraq öldürüb.

    Qeyd edək ki, mərhum hərbi xidmətdən yenicə qayıdıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Leyla Əliyeva Bona Dea Beynəlxalq Hospitalında müalicə olunan uşaqlarla görüşüb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 27-də paytaxtdakı Bona Dea Beynəlxalq Hospitalında Fondun dəstəyi ilə müalicə olunan uşaqlarla görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir.

    Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar əsasən serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub. Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.

    Burada müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim edildi.

    Gələcəyimiz olan uşaqların sağlamlığının təmini Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən birini təşkil edir. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələr əhəmiyyəti ilə seçilir və davamlı xarakter alıb.