Month: July 2019

  • NASA Günəşin ən ləkəsiz şəkilini çəkdi

    NASA-nın qrupları doğru anı tutaraq inanılmaz bir fotoşəkilə imza atdılar. Ortaya çıxan fotoşəkil Günəşin bu günə qədər çəkilən ən ləkəsiz fotoşəkillərindən biri oldu. Mövzuyla əlaqədar NASA şərh verərək Günəşin səthinin niyə ləkəsiz olduğunu söylədi.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, NASA Beynəlxalq Kosmos Stansiyası (ISS) ilə günəşin qarşı-qarşıya qaldığı sırada çəkilmiş təəccüblü bir fotoşəkil nəşr etdi. Raini Kolakursio tərəfindən çəkilmiş fotoşəkil ilə əlaqədar NASA-nın şərhləri belədir: “Günəşlə qarşı-qarşıya qalmaq ISS üçün fövqəladə bir hal deyil. Çünki stansiya 90 dəqiqədə bir dünyanın ətrafında bir dövr edir. Qarşılaşma əsnasında isə bu fotoşəkilin çəkilə bilməsi olduqca nadir bir haldır. Qəribə bir formada fotoşəkil çəkildiyi sırada heç Günəş ləkəsi tapılmırdı. Fotoşəkil iki fotoşəkilin bir araya gətirilməsindən yaradıldı. Bu fotoşəkillərdən biri ISS Günəşin qarşısındaykən çəkilən bir fotoşəkil, digəri də Günəşin səthinin ətraflı bir fotoşəkilidir”.

    Fotoşəkil Günəşi heç ləkəsi olmadan göstərdiyi üçün ayrı bir yerə sahibdir.

  • Gəncədə sərnişin daşıyan avtobus qəzaya uğrayıb – FOTO

    Gəncə şəhərində 1 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobus qəzaya uğrayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, şəhərin Atatürk prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtobus idarəetmədən çıxaraq, öncə səkiyə, daha sonra isə ağaca çırpılıb.

    Qəza nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ziyan dəyib.

    Şahidlərin dediyinə görə, qəzaya avtobusun əyləc sistemində yaranan nasazlıq səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünyanın ilk maye maqniti

    Berkli Laboratoriyalarında reallaşdırılan iş nəticəsində tarixin ilk maye maqniti hazırlandı.

    Adlarını maqneziumdan alan bu strukturların maye versiyası əvvəllər yox idi. Maye maqnitə ən yaxın alternativimiz isə, ferrofluid olaraq da adlandırılan maqnetik maye strukturlarıdır. Dəmir oksidlərdən ibarət olan bu strukturlar, başqa maqnitlərin yanındaykən müvəqqəti maqnetik hala gəlir.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, 1960-cı illərdən bu yana həyatımızda olan və müxtəlif sahələrdə istifadə edilən maqnetik mayelər, yaxında kiçik peyklərdə də istifadə ediləcək. Yenə də maqnetik mayelərin bütün istifadə sahələrində bir başqa bərk maqnitin varlığı lazımlı olur.

    Berkli Laboratoriyasının araşdlrması isə ilk dəfə qalıcı olaraq maqnetik xüsusiyyətə sahib mayelərin ortaya çıxmasını təmin etdi. Araşdırmanın rəhbəri Tom Rassell bu barədə belə deyib: “Həm maye, həm də maqnetik bir material yaratdıq. Bunu daha əvvəl kimsə müşahidə etməmişdi. Bir maqnetik maye müvəqqəti maqnetik ola bilirsə, qalıcı olaraq maqnetik olması üçün nə edə bilərik, bərk bir maqnit kimi davranmasını amma maye kimi hiss verməsini necə təmin edə bilərik, deyə düşündük”.

    Araşdırma Science jurnalında nəşr olundu.

  • Азербайджан увеличил экспорт газа в Турцию на 44%

    В январе-мае этого года Азербайджан экспортировал в Турцию 3 759,1 млн кубометров природного газа.

    Как передает Report со ссылкой на Управление по регулированию энергетического рынка Турции (EPDK), это на 43,7% больше, чем в соответствующем периоде прошлого года.

    В январе Турция импортировала 808,36 млн кубометров природного газа из Азербайджана, в феврале – 683,23 млн кубометров, в марте – 772,64 млн кубометров, в апреле – 724,88 млн кубометров, в мае – 770 млн кубометров.

  • Zelenski Rusiyaya uçuşları bərpa etməyə çağırıldı

    Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında Ukrayna ilə Rusiya arasında təyyarə uçuşlarının bərpa olunmasını xahiş edən petisiya yerləşdirilib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, petisiya müəllifləri aviareyslərin ləğvindən əsasən ukraynalıların əziyyət çəkdiklərini bildiriblər:

    “Aviasiya əlaqələrinin ləğvindən əsasən ailələrini görə bilməyən ukraynalılar əziyyət çəkirlər”.

    Petisiya iyulun 25-də yerləşdirilib. Hal-hazıradək petisiyaya 76 nəfər səs verib. Lakin petisiyanın Ukrayna Prezidentinin ofisində baxılması üçün ona 25 min səs verilməlidir.

    Daha əvvəl Ukrayna Prezidentinin saytında Krıma qatarla getmək imkanının yaradılmasını xahiş edən petisiya yerləşdirilmişdi.

    Krım Parlamentinin vitse-spikeri Yefim Fiks bu çağırışları “çox müsbət hal” adlandırıb.

  • Pilləkəndən yıxılan kişi öldü

    Şəkidə 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saatlarında rayonun Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü Əlövsət Şirəli oğlu Həmidov döş qəfəsinin qapalı küt travması, döş qəfəsinun sağ hissəsində 1,2,3,4,5, sol hissəsində isə 6,7,8 və 9-cu qabırğaların sınığı və bel fəqərəsinin sınığı dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı 83 yaşlı Ə.Həmidovun yaşadığı evdə pilləkəndən yıxıldığı məlum olub.

    Aparılan tibbi yardımlara baxmayaraq, Ə.Həmidov aldığı xəsarətlərdən saat 18 radələrində xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • İranda yük maşını minik avtomobilini əzdi: 5 nəfər öldü

    İranın cənub-qərbində yerləşən Fars vilayətinin Abade-Şəhre-Rza yolunda ağır yol qəzası baş verib.

    Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

    Ə.Dehqaninin sözlərinə görə, yük maşını “Peugeot 405” markalı avtomobili ilə toqquşub.

    Hadisə nəticəsində 5 nəfər həlak olub, 3 nəfər yaralanıb.

    Polis rəisi yaralıların vəziyyətinin ağır olduğunu deyib.

  • Инвалидам Карабахской войны и семьям шехидов выданы квартиры

    50 квартир, приобретенных Министерством труда и социальной защиты населения в новых жилых зданиях в поселке Сарай Абшеронского района, были подарены семьям шехидов и инвалидам Карабахской войны, сообщает АПА.

    На мероприятии заместитель министра труда и социальной защиты населения Анар Керимов отметил, что благодаря особой заботе президента Азербайджанской Республики Ильхама Алиева, принимаются важные шаги для обеспечения жильем семей шехидов и инвалидов войны.

    В 2018 году семьям шехидов и инвалидам войны было предоставлено 626 квартир, что в 3 раза больше предусмотренного. В этом году планируется подарить 800 квартир, 110 из которых, включая сегодняшние, уже предоставлены.

    Таким образом, до сегодняшнего дня семьям шехидов и инвалидам войны министерством было выдано 6764 квартир.

    А.Керимов также отметил, что принимаются усиленные меры по обеспечению инвалидов войны автомобилями.

    Отмечено, что в прошлом году этим гражданам было выдано 265 автомобилей, в этом году планируется выдать около 600 автомобилей. 200 автомобилей уже подарено.

    Таким образом, до сегодняшнего дня в пользование инвалидам войны было предоставлено до 6350 автомобилей.

  • Gömrükdə qanunsuz içki və siqaret aşkarlandı

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 11 200 ədəd siqaretlərin və 10 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi “Mercedes Benz”, “Volkswagen Jetta”, “Mercedes Benz 2500” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

    Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 11 200 ədəd “King” markalı siqaretlər, hər biri 1 litr olmaqla 10 ədəd “Nemiroff” markalı spirtli içkilər aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.//ölkə.az

  • Polis əcnəbiyə kömək etdi

    Polis “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana gələn Avstriya vətəndaşının içərisində sənədlər və pul olan pulqabısını taparaq sahibinə qaytarıb.
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə festivalın üçüncü günündə baş verib.

    Belə ki, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyunun polis kiçik serjantı Vəliyəddin Məmişov “Atletlər kəndi”ndə xidmətdə olan zaman yerdən tapdığı pulqabını götürüb və dərhal bu barədə tağım komandirinə məlumat verib.
    O, təlimata uyğun hərəkət edərək pulqabını “Atletlər kəndi”ndə yerləşən “Tapıntı Bürosu”na təhvil verib. Təhvil-təslimdən sonra pulqabının Avstriya vətəndaşına məxsus olduğu və içərisində sənədlərlə birlikdə 280 avro olduğu məlum olub.

    Qeyd edək ki, polis kiçik serjantı V.Məmişov bu ilin əvvəlindən daxili işlər orqanlarında xidmətə başlayıb.//ölkə.az