Month: July 2019

  • Azərbaycanda Milli Yaylaq Festivalı davam edir

    İyulun 26-da Gədəbəydə başlayan Milli Yaylaq Festivalı davam edir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Miskinli yaylağında keçirilən festivalın ikinici günündə at, nərd, oxatma, atüstü güləş yarışları, Çovqan oyunu keçirilib.

    Yerli və xarici musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında müxtəlif səhnəciklər nümayiş etdirilib.

    Qeyd edək ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilən festival iyulun 28-də başa çatacaq.

    Festivala 16 ölkədən nümayəndələr qatılıb.

  • Pakistan kosmosa ilk kosmonavtını göndərəcək

    Pakistan 2022-ci ildə kosmosa ilk kosmonavtını göndərəcək.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin elm və texnologiya naziri Favad Çaudri verib.

    2020-ci ildə 50 nəfərdən ibarət kosmonavt siyahısının hazırlanacağını deyən nazir, sonra onların sayının 25-ə endiriləcəyini bildirib.

    O, kosmosa gedəcək olan pakistanlı kosmanavtların seçiminə gələn ilin fevral ayında başşlayacaqlarını açıqlayıb və kosmonavtların seçim və dərslərinin Pakistan Hava Qüvvələri tərəfindən aparılacağını deyib.

    Qeyd edək ki, pakistanlı nazirin bu açıqlaması Hindistanın Aya pilotsuz vasitə göndərməsi xəbərindən sonra baş verib. Hindistan da 2011-ci ildə kosmosa insan göndərəcəyini açıqlamışdı.

  • Сборная Азербайджана завершила выступление на «EYOF-2019»

    Сборная Азербайджана завершила свое выступление на XV Летнем европейском юношеском олимпийском фестивале (EYOF), сообщает Report. Напоследок сборная Азербайджана по дзюдо уступила во второй утешительной встрече итальянцам со счетом 3:4.

    Таким образом, сборная Азербайджана с 10 золотыми, 7 серебряными и 6 бронзовыми медалями расположилась на 2 месте. Возглавляет турнирную таблицу сборная Россия, в копилке которой 27 золотых, 16 серебряных и 20 бронзовых медалей. На третьем месте сборная Турции с 10 золотыми, 5 серебряными и 10 бронзовыми медалями. Соревнования пока продолжаются, так что список медалистов еще может измениться.

  • Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər: 4 yaralı var

    Türkiyədə təhsil alan azərbaycanlı tələbələr icarəyə götürdükləri avtomobillə qəza törədiblər.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

    21 yaşlı Fərid Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı daşa çırpılaraq yaxınlıqdakı tarlaya yuvarlanıb.

    Tanınmaz hala gələn avtomobildə olan sürücü Fərid Ağazadə və 3 dostu ağır xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

  • Продолжаются поиски потерпевшего крушение военного самолета – ВИДЕО – ОБНОВЛЕНО

    Представители Министерства обороны Азербайджана и других госструктур продолжают проводить неотложные меры в связи с крушением военного самолета.

    Об этом говорится на сайте Минобороны.

    Напомним, что 24 июля в 22:00 по местному времени во время планового учебно-тренировочного полета прервалась связь с многоцелевым истребителем ВВС Азербайджана МиГ-29. Самолет потерпел крушение в территориальных водах Азербайджана над Каспийским морем.

    За штурвалом самолета находился полковник-лейтенант Рашад Атакишиев, который пропал без вести.

  • Qəzaya uğrayan hərbi təyyarənin axtarışlarına helikopter, gəmi və qayıqlar cəlb olunub – VİDEO – YENİLƏNİB-2

    Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin axtarışları havadan və dəniz səthində aparılır.

    Median.Az report-a istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərinə helikopter, gəmi və qayıqlar cəlb olunub.

    Eyni zamanda axtarışlarda müasir avadanlıqlarla təchiz edilmiş hərbi texnikalardan, mobil komanda idarəetmə mərkəzindən istifadə edilir.

    Təyyarənin qəzaya uğradığı ehtimal olunan ərazi istiqamətində – Xəzər dənizinin sahilində əməliyyat qərargahı yaradılıb.

    Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahda olub. Nazirə əməliyyat-axtarış tədbirlərinin gedişatı barədə məruzə olunub.

    Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.

    ***
    Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir.

    Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar axtarışlar davam edir.

    Axtarışlarla bağlı yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Qeyd edək ki, iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

    Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

  • В Ичеришехер строится новый парк

    Три месяца назад стартовали реставрационные работы у ворот Гоша Гала. Данный процесс займет достаточно времени из-за большого объема работ.

    Об этом в ответ на запрос Report заявил глава аппарата Управления Государственного историко-архитектурного заповедника “Ичеришехер” Риад Гасымов.

    По его словам, на территории Ичеришехер строится новый парк: “Реставрационные работы также ведутся во Дворце бакинских ханов. Они завершатся к концу года, будет создана новая музейная экспозиция. На территории между найденным три года назад подземным хамамом и Дворцом бакинских ханов будет заложен огромный парк. Эта зона отдыха предназначена для всех жителей и гостей Баку”.

    Реконструкция ворот Гоша Гала началась в мае 2019 года. Работы выполняются известной австрийской фирмой Atelier Erich Pummer GmbH. В последний раз полная реконструкция крепостных стен проводилась в 1952-1957 годах.

  • İçərişəhərdə yeni park salınır

    “Artıq 3 aydır Qoşa Qala qapılarında restavrasiya işlərinə başlamışıq. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək”.

    Bunu “Report”un sorğusuna cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov deyib.

    Onun sözlərinə görə, İçərişəhər ərazisində yeni park da salınır: “Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub. İnşallah ilin sonunda həmin ərazi təhvil veriləcək”.

    Qeyd edək ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında bərpa işləri başlayıb. Bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

    Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bu işlər öncə Qala divarlarının daxili hissəsindən başlayıb.

    Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.

  • Avtoservisdən 34 min pul oğurlayan usta tutuldu

    Avtoservislərin birindən 34 min manat pul oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservislərin birindən 34 000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.

  • Bakıda qəza: “KİA” dəmir arakəsməyə çırpıldı – VİDEO

    Bu gün günorta saatlarında Bakının aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı “KİA” markalı avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

    Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobilə və yol təsərrüfatına ciddi zərər dəyib.

    Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.