Month: July 2019

  • Qazaxıstanda məmurlara maşın qadağası – İki il qüvvədə olacaq

    Qazaxıstanda dövlət orqanlarına idxal edilən avtomobilləri xidməti istifadə üçün almaq qadağan edilib.

    “İnterfaks” agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əsgər Mamin müvafiq qərar imzalayıb.

    Qeyd edilir ki, qərar artıq qüvvəyə minib və iki il ərzində fəaliyyət göstərəcək.

    Sənədə əsasən, yalnız Qazaxıstan istehsalı olan məhsulları icarəyə götürmək və onlarla bağlı dövlət satınalmalarını həyata keçirmək olar.

  • “Yenə də klub, diskoteka, yenə də bar…” — Azərbaycanlı qızların daha bir biabırçı görünütləri – VİDEO

    Sosial şəbəkələrdə daha bir neçə azyaşlı azərbaycanlı qızların biabırçı görüntüləri yayılıb.

    Demokrat.az xəbər verir ki, görüntülərdə azyaşlı qızlar biabırçı sözləri olan mahnı ifa edirlər.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda məmur özbaşınalığı – Evinin qabağına şlaqbaum qoydurub, yolu kəsdi – FOTO

    Pirşağıda məmur özbaşınalığı bu dəfə özünü fərqli şəkildə biruzə verib. Evinin qarşısının toz olmasını və avtomobillərin səsindən narahat olmaq istəməyən şəxs əraziyə qanunsuz olaraq şlaqbaum qoydurub.

    Median.Az bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə jurnalist Samirə Səfərəliyeva sosial şəbəkədə paylaşıb:

    “Bu şəkillərə diqqətlə baxın və bu özbaşınalığa kim tərəfindən yol verildiyinə aydınlıq gətirməyimizə yardımçı olun. Məlumat üçün bildirim ki, bu fotolar Pirşağıda çəkilib. Şlaqbaumla yolu bağlayan isə hələlik adını dəqiqləşdirə bilmədiyimiz məmurdur. Təsəvvür edin, evinin qarşısından keçən ümumi yolu bu adam 100 metrlik məsafədə özəlləşdirərək oradan avtomobillərin hərəkətini tam dayandırıb.

    Nəticədə o yolu getməyə məcbur olan sadə əhali bildiyiniz “qruntovoy”la üçqat artıq məsafə qət etməli olur ki, bu hələlik naməlum oliqarxın qapısına toz qonmasın. Üstəlik, adamda yumor hissi də güclüdür, şlaqbaumun düz yanında təmir gedən yollarda quraşdırılan üzrxahlıq lövhəsi də qoyub! Ərazidə müşahidə apararkən burada heç bir tikintinin aparılmadığına da əmin olduq, yalnız evin körpələrinə xidmət edən dayələr gəzirdi burada.


    Çox maraqlıdır, ölkə başçısının sadə insanların sosial problemlərinə maksimum həssaslıq göstərdiyi bir vaxtda onlara əsl zülm yaşadan bu “qurd ürəyi yemiş” kimdi?”.

  • İlham Əliyev iki universitetə rektor təyin etdi

    Prezident İlham Əliyev Azərbaycan Texniki Universitetinə yeni rektor təyin edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Prezidentin sərəncamına əsasən, bu vəzifəyə Vilayət Məmməd oğlu Vəliyev təyinat alıb.

    Dövlət başçısının digər sərəncamı ilə Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

  • Kino xadimlərinə fəxri adlar verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

    Əlizadə Oqtay Mahmud oğlu

    Rzayev Nazim İsrafil oğlu

    Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq artisti”

    Əliyev Vidadi Hüseyn oğlu

    Həsənov Vidadi İsmail oğlu

    Quliyeva Xalidə Camal qızı

    “Əməkdar incəsənət xadimi”

    Azay Adil Çərkəz oğlu

    “Əməkdar artist”

    Əlilicanzadə Qorxmaz Məmməd oğlu

    Namazov Zilli Yunus oğlu

    “Əməkdar mədəniyyət işçisi”

    Ağayev Nəsir İsmayıl oğlu

    Dadaşova Nelli Hacı qızı

    Hüseynov Nazim Fikrət oğlu

    Quliyev Babək Barat oğlu

    Mahmudova Zəkiyyə Güləmi qızı

    Məmmədov Əli Bala Ənvər oğlu

    Muxtarova Tamilla Muxtar qızı

    Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

    Babayeva Zemfira Baba qızı

    Sadıxova Zemfira Emin qızı

    Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.

  • “Diqlas”dakı yanğınla bağlı 400-dən çox sahibkar dindirilib

    “Diqlas”dakı yanğınla bağlı 400-dən çox sahibkar istintaqa cəlb edilərək dindirilib.

    Bu barədə prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

    Qeyd edilib ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

    Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

  • В Баку из-за антисанитарии закрыто кафе

    В Баку из-за антисанитарии закрыто кафе.

    Об этом сообщило Агентство продовольственной безопасности Азербайджана.

    Согласно информации, в ходе осмотра, проведенном в помещении объекта общепита, расположенное по адресу: улица Джейхуна Селимова, 7, были выявлены факты нарушений санитарно-гигиенических требований и технических норм.

    Выяснилось, что в помещении кафе отсутствовала вентиляционная система, стены зала и кухни были грязные, санузел находился прямо в зале.

    Было также обнаружено, что продукты хранились без соблюдения принципов товарного соседства и температурного режима, канализационная труба проходила над рабочей поверхностью на кухне, используемая посуда и другие кухонные принадлежности хранились на этой трубе.

    Сотрудники агентства ограничили деятельность в кафе в соответствии с законом.

  • В Агсу бывший зэк совершил 6 квартирных краж

    Как сообщает Median.Az, сотрудники Агсуинского РОП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого Т.Рагимова, который 13-го июля украл из дома золотые украшения на сумму 1500 манатов.

    В ходе разбирательства выяснилось, что кроме этого он украл еще из 5 домов в общей сложности 2720 манатов, 5000 рублей, золотые и серебрянные изделия на сумму 4850 манатов, а также 2 ручных часа.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Ağsuda keçmiş məhkum 6 evdən oğurluq edib

    Median.Az xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evdən 1500 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

    Araşdırma zamanı onun, rayon ərazisindəki daha 5 evdən ümumilikdə 2720 manat, 5000 rubl, 4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurlaması müəyyən edilib.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • За последние 4 месяца алкоголем отравился 31 человек

    С апреля этого года по сегодняшний день в Азербайджане 31 человек отравился алкогольными напитками.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил заведующий токсикологическим отделением Городского клинического медицинского центра №1 Азер Магсудов.

    По его словам, в летний период в связи с отравлением обращается не очень много людей:

    «По сравнению с аналогичным периодом прошлого года, в этом году количество обращений сократилось. До апреля в связи с отравлениями обращений больше. В апреле-мае 18 человек обратились с жалобами на отравление угарным газом. В июне-июле в связи с отравлением угарным газом обратилось очень мало людей.

    С апреля по сегодняшний день обратились 49 человек с признаками медикаментозного отравления, восемь человек – с симптомами отравления уксусной кислотой, а 31 – алкогольного отравления. Смертельных случаев зарегистрировано не было».

    Токсиколог отметил, что, помимо этого, 41 человек обратился с жалобами на аллергию после приема лекарств:

    «С апреля по сегодняшний день 54 человека обратились с жалобами на змеиные укусы, а три человека – на укусы скорпиона».

    А.Магсудов также отметил, что существенного увеличения количества обращений в этом году не наблюдается.