Month: July 2019

  • AQTA-dan qara yara xəstəliyi ilə bağlı AÇIQLAMA

    Median.Az-ın verdiyi xəbərə görə, açıqlamada deyilir:

    “25 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rayonun İ.İsgəndərov küç. 64. ünvanında yaşayan 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3. ev 23. ünvanında yaşayan 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlunun rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında məktub daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılmış və hadisənin baş verdiyi əraziyə ezam olunmuşdur. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılmışdır.

    Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilmiş, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunmuş və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmamışdır.

    Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilmişdir. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilmişdir.

    Aparılan araşdırmaların hazırki mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmamışdır.

    Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

  • Трагический конец азербайджанской школьницы за месяц до свадьбы – ФОТО

    Причины самоубийства 17-летней Гюляр Исмаиловой в поселке Алиабад Загатальского района Азербайджана до сих пор неизвестны.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, семья девушки рассказала немного о ее жизни.

    По словам родных, тело Г.Исмаиловой было обнаружено повешенным в хлеву во дворе дома, где она проживала. Недавно ее обручили с молодым человеком – жителем поселка. Через месяц должна была состояться свадьба.

    Двоюродный брат Заур Исмаилов отметил, что до сегодняшнего дня в семье не было никаких проблем. Отец покойной работает в России. Она жила с матерью, младшими сестрой и братом.

    Родственница и соседка семьи Исмаиловых Фатьма Гасанова рассказала, что Гюляр была очень веселой и жизнерадостной. Ее самоубийство повергло всех жителей поселка в шок.

    В настоящее время по факту в Загатальской районной прокуратуре ведется расследование.

  • 17 yaşlı Ucar sakini intihar edib

    Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

    Median.Az-ın lent.az-a istinadən xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Qazıqumlaq kəndində baş verib.

    Kənd sakini 17 yaşlı Nihad Nahid oğlu Hacıyev həyətlərindəki ağacdan
    özünü asaraq intihar edib. Hələlik intiharın səbəbi məlum deyil.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • ВС Армении нарушили режим прекращения огня, ранен азербайджанский военнослужащий

    Продолжаются вражеские провокации против находящихся на линии соприкосновения войск на государственной границе Азербайджан-Армения пограничных боевых позиций общевойсковой пограничной дивизии «Газах» Пограничных войск Государственной пограничной службы (ГПС), сообщили АПА в ГПС.

    31 июля в 16: 40 наши боевые позиции были обстреляны врагом. Ответным огнем вражеский обстрел был подавлен.

    Во время перестрелки был ранен 1 военнослужащий Государственной пограничной службы. Пограничнику была оказана неотложная медицинская помощь, в настоящее время его жизни ничего не угрожает.

  • Bir hərbi qulluqçumuz yaralandı

    Dövlər Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.

    Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanmışdır. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun həyatı üçün təhlükə yoxdur.//oxu.az

  • Azərbaycanda bəzi avtomobillərin qiyməti ucuzlaşıb

    Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur.

    Bunu əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

    Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər:

    “Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində hətta 5-10 faiz civarında qiymət azalması da müşahidə olunur. Kiçik mühərrik həcimli avtomobillərin qiymətində isə sabitlik müşahidə olunur.
    Son 3-4 il ərzində Azərbaycanda kiçik mühərrikli avtomobillərin qiymət artımına səbəb olan ən böyük amil taksi şirkətlərinin intensiv sürətdə artması idi. Avtomobili olmayanlar da avtomobil alıb taksi şirkətlərinə qoşulmağa başladı və bu da avtomobillərin qiymət artımına səbəb oldu. Hazırda isə taksi bazarı artıq dolub, demək olar ki, yeniləri açılmır. Taksi fəaliyyəti ilə məşğul ola biləcək potensialda olan insanların 90 faizi artıq bu işlə məşğuldur, hamının maşını var. Ona görə də avtomobillərin qiymətində müəyyən sabitlik yaranıb”.

  • Damla onu tənqid edənlərə belə cavab verdi – FOTOLENT

    Müğənni Damla sosial şəbəkədə yeni şəkillərini paylaşıb.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, aktiv instaqram izləyicisi olan ifaçı foto və videolarına yazılan tənqidi rəylərdən bezib.

    Belə ki, Damla bundan sonra paylaşımlarının rəy bölümünü bağlamaq qərarına gəlib. Yalnız 1-2 paylaşımının rəy yerini açıq saxlayan ifaçı bir müddət öncə səhifəsinə yerləşdirdiyi video və şəkillərin də rəy yerini bağlayıb.

  • Bakı küçələrində tülkü peyda oldu – VİDEO

    Bakıda, Dağüstü parkda tülkü peyda olub.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə Dağüstü Parkda insanların arasında sərbəst şəkildə gəzib-dolaşan tülkünün görüntüləri yayılıb.

    Video izləyicilərdə fərqli reaksiyalar doğurub.

  • В регионах за выращивание конопли задержаны 7 человек

    Как сообщает Median.Az, сотрудники Огузского РОП в результате проведенной операции задержали жителя села Ширванлы Ф.Мехтиева,
    у которого в дворовом участке обнаружили 21 кустов конопли, выращенных путем культивации и 54,65 грамм марихуаны.

    Кроме этого, сотрудники Шамахинского РОП в земельном участке жительницы села Чираглы И.Ибадовой обнаружили 36 кустов конопли, которые были выращены ее односельчанинами Х.Ибадовым и Г.Дамировым.

    Сотрудники Сиязаньского РОП задержали жителей села Еникенд А.Алиева, у которого в дворовом участке обнаружили 12, Ф.Гулиева, у которого обнаружили 62 куста конопли.

    Cотрудники Агстафинского РОП задержали жителя села Ашаги Гойчали Х.Азимова, у которого в дворовом участке обнаружили 6, сотрудники Хачмазского РОП задержали жителя поселка Истису Н.Рустамова, у которого во дворе обнаружили 134 куста конопли.

    По фактам возбуждены уголовные дела.

  • Regionlarda çətənə yetişdirən 7 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvanlı kənd sakini F.Mehdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 54,65 qram marixuana aşkar götürülüb.

    Bundan başqa, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çiraqlı kənd sakini İ.İbadovaya məxsus həyətyanı sahədə, həmkəndliləri X.İbadov və Q.Dəmirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilib.

    Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakinləri – Ə.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, F.Quliyevə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilib.

    Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Aşağı Göycəli kənd sakini H.Əzimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd,

    Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu qəsəbə sakini N.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 134 ədəd çətənə aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.