Month: August 2019

  • Qaradağda qatar azyaşlını vurdu

    Qaradağ rayonunda qatar azyaşlını vurub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.

    Səhiyyə Nazirliyindən saytımıza bildiriblər ki, hadisə barədə təcili yardıma 18:30-da çağırış daxil olub.

    Xəsarət alan 8 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə aparılıb.

    Həkimlərin müayinəsi zamanı uşağa qapalı kəllə beyin travması diaqnozu qoyulub.

  • Əhaliyə ŞAD XƏBƏR: “Oktyabrın 1-dən 750 min pensiyaçının pensiyası artırılacaq”

    “Bu il sosial inkişafla bağlı iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabərdir”.

    Median.Az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    Nazir bildirib ki, bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçıların, həm də işləyən vətəndaşların əmək haqları artırılıb: “İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əmək haqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”.

    S. Babayev qeyd edib ki, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcək: “Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq. Əlavə olaraq, Prezidentin tapşırığına əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə edib və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb”.

  • “Sədərək”dəki yanğından geriyə qalanlar – FOTO REPORTAJ

    Xəbər verdiyimiz kimi, dünən “Sədərək” Ticarət Mərkəzində oyuncaq anbarında yanğın baş verib. Yanğın qısa zamanda digər anbarlara da keçib. Ümumilikdə 2 min kv.m-lik ərazinin 300 kvm-i yanıb.

    Oxu.Az-ın əməkdaşları hadisə yerində olub.

    Ərazidə ehtiyat məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürən maşın saxlanılır.

    Ticarət Mərkəzinin mühafizə xidməti ərazidən oğurluq edilməməsi üçün nəzarəti gücləndirdiyini deyib.

    Əraziyə gələn sahibkarlara yaxınlaşsaq da, onlar danışmaq istəmədiklərini dedilər. Bildirdilər ki, rəhbərlik səhər saatlarında onlarla görüşüb.

    Malları yanan şəxslərdən bir neçəsi yanan anbarlarda salamat qalan məhsullarını çıxarmağa çalışırdı.

    Görünən o idi ki, məhsulların böyük hissəsi yanıb, geriyə qalanlar isə tamamilə istifadəyə yararsız haldadır.

    Ərazidə rəhbərlik nümayəndələrindən heç kim yox idi.

    Nə zaman gələcəklərini soruşsaq da, suallarımıza cavab ala bilmədik.

    Mövcud vəziyyəti sizə fotolarla təqdim edirik:

  • Самый сильный ветер зафиксирован в Баку и Сумгайыте – ФАКТИЧЕСКАЯ ПОГОДА

    Министерство экологии и природных ресурсов распространило информацию о фактических погодных условиях.

    Как сообщили BAKU.WS, в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, с утренних часов 5 августа на Абшеронском полуострове наблюдается сильный северо-западный ветер.

    Скорость ветра в Баку и Сумгайыте достигает 35-40 м/с, на острове Гум – 34 м/с, в Маштаге – 35 м/с, Пираллахы – 24 м/с, на острове Чилов, в Бина и Аляте – 28 м/с, Забрате – 22 м/с, на Нефтяных камнях – до 27 м/с. Высота морской волны составляет 6,5 метров.

    В Нафталане скорость ветра достигает 34 м/с, Тертере – 32 м/с, Нефтчале – 30 м/с, Барде, Зардабе, Товузе – 22 м/с, Евлахе, Набрани, Гяндже – 20 м/с, Мингячевире – 19 м/с, Агдаме, Акстафе, Хазмазе – 18 м/с.

  • Suraxanıda ağır qəza: altı nəfər yaralandı – dördü uşaqdır

    Bakıda ağır yol qəzası olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.

  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

    Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb.

    Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.//Baku.ws

  • Rusiyada hərbi bazada partlayış: ölən və yaralananlar var – YENİLƏNİB + VİDEO

    Rusiyada hərbi hissənin artilleriya mərmiləri olan anbarında baş vermiş partlayışlar nəticəsində 1 hərbçi həlak olub.

    TASS xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu vəziyyətə nəzarət etmək üçün müavini Dmitri Bulqakovu insident yerinə göndərib.

    Rəsmi məlumatlarda bildirilir ki, yaralananların sayı 7 nəfərə çatıb.

    Onlar xəstəxanalara yerləşdirilib.

    ***

    Açinsk rayonunda yerləşən hərbi bazanın artilleriya anbarında baş verən partlayışda dörd nəfər xəsarət alıb.

    “Ria Novosti” xəbər verir ki, yaralananlardan biri uşaqdır.

    Səhiyyə Nazirliyi faktı hələ təsdiqləməyib.

    Rusiya Müdafiə naziri Serqey Şoyqunun əmri ilə hadisə yerinə çox sayda mütəxəssislər göndərilib.

    Partlayış baş verən anbarda 40 min mərminin olduğu bildirilir.

    Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayanların təxliyəsinə qərar verilib.

    Onların təxliyəsi üçün çox sayda avtobus göndərilib.

    ***

    Rusiya Federasiyasının Krasnoyarsk vilayətindəki Açinsk rayonunda yerləşən hərbi bazanın artilleriya anbarında partlayış baş verib.

    TASS xəbər verir ki, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hazırda yerli sakinlər təxliyə olunur. Əraziyə təxliyə üçün avtobuslar göndərilib.

    Bu barədə rayonun növbətçi-dispetçer xidmətindən məlumat verilib.

    Agentlik rəsmiləri bildirib ki, təxliyə artıq başlayıb. Hadisənin hərbi hissədə baş verdiyi qeyd edilib.

    Əldə edilən digər məlumata görə, yanğın baş verən əraziyə yanğınsöndürən maşınlar cəlb edilib.

    Hələlik iki nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub.

  • Qubada oğul atasının evindən 47 min dollar oğurladı – FOTO

    Qubada oğul öz atasını qarət edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

    Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

    İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

    Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

  • Российский священник вошел в контакт с Дарвином – ВИДЕО

    Протоиерей и духовник Алексеевского женского монастыря Москвы Артемий Владимиров рассказал о своем контакте с ученым Чарльзом Дарвином, умершим в 1882 году.

    Как передает Median.Az, запись об этом выложили на YouTube.

    По заявлению духовника, общение с ученым у него прошло в Вестминстерском аббатстве, где лежит могила Дарвина.

    Владимиров отмечает, что задал ученому лишь несколько вопросов.

    По его словам, на один из них якобы Дарвин ответил, что раскаивается в своей теории «происхождения видов».

  • Məşhur aparıcının ailəsində faciə: baldızı dənizdə boğuldu, oğlu ölümdən döndü

    “Xəzər” TV-nin tanınmış aparıcısı və jurnalist Yusif Kərimlinin 5 yaşlı oğlu dənizdə batmaq təhlükəsi ilə üzləşib.

    Median.Az-ın məlumatına görə, oxu.az-ın əməkdaşı bədbəxt hadisə ilə üzləşən ailə başçısı Y.Kərimli ilə əlaqə saxlayıb.

    O, baş verən hadisəni bu cür şərh edib: “Hadisə avqustun üçündə baş verib. Övladım, anası, xalası və nənəsi ilə birlikdə Türkan çimərliyinə gedib. Həmin gün hava şəraiti küləkli olmayıb. Bədbəxt hadisə nəticəsində 28 yaşlı baldızım Sürəyya dənizdə çimərkən boğularaq dünyasını dəyişib. Təəsüf ki gənc xanımın həyatını xilas etmək mümkün olmayıb”.

    Aparıcı övladının ölümdən döndüyünü deyib: “Oğlum isə sudan ölümcül vəziyyətdə çıxarılıb. Bədəninə çoxlu miqdarda çirkab dəniz suyu dolub. Onu Mərdəkanda yerləşən 26 nömrəli xəstəxanaya aparıblar. Öncə oğlumun öldüyünü zənn etsələr də, daha sonra yaşadığına əmin olublar. Həkimlərin səyi nəticəsində onu həyata qaytara biliblər. Hazırda vəziyyəti qənaətbəxş olsa da, pnevmaniya xəstəliyinə yoluxma riski çoxdur. Buna görə də, oğlum ciddi həkim nəzarətindədir”.