Month: August 2019

  • Əmircanda kişi özünü doğradı

    Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində baş verib.

    1964-cü il təvəllüdlü Məcidov Teymur Allahverdi oğlu evdə bıçaqla özünə xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Молодой парень утопился на Бакинском бульваре – ФОТО

    В Баку произошёл суицид.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент произошел в Приморском бульваре.

    21-летний парень выбросился в море. Имя и фамилия пока неизвестны.

    Как сообщают свидетели, его тело было извлечено со стороны сотрудников пост патруля.

    На данный момент исследуются причины происшествия.

  • Birinci vitse-prezident Mehriban Əliyeva: Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir – FOTO

    Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

    Məktubda deyilir:

    “Hörmətli festival iştirakçıları. Əziz dostlar.

    Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

    Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

    Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə – forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

    Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

    Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

    Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

    Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən ucqar ölkələrindən – uzaq Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

    Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

  • Стало известно, при каких заболеваниях противопоказаны поездки на пляж

    Главный внештатный специалист психиатр-нарколог министерства здравоохранения Московской области Виталий Холдин назвал болезни, при которых купание противопоказано.

    Как сообщает Median.Az, об этом передает РИА Новости.

    По его словам, медицинские противопоказания для купания присутствуют при заболеваниях органов дыхания, сердечно-сосудистой и нервной систем, эпилепсии, сахарном диабете и при наличии инфекционно-воспалительных процессов.

    Еще Холдин отмечает, что также большую опасность для посещения пляжей вызывает состояние алкогольного опьянения.

    Он уточняет, что при купании в таком состоянии теряется контроль над поведением и ухудшается ориентация, координация движений.

  • “Neftçi” darmadağına sevindi – YENİLƏNİB

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşıb.

    Median.Az xəbər verir ki, oyun bakılıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Əvvəlcə, 49-cu dəqiqədə Emin Mahmudovun gözəl ötürməsini Rauf Əliyev məntiqi sonluğa çatdırıb.

    Görüşün 89-cu dəqiqəsində isə Dario Federiko “Neftçi”nin ikinci qoluna imza atıb.

    Oyunda son nöqtəni Mamadu Mboc qoyub. O, görüşə əlavə edilmiş dəqiqələrdə başla vurduğu zərbə ilə fərqlənib.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 3:0

    Qollar: Rauf Əliyev, 49, Dario Federiko, 89, Mamadu Mboc, 90+3

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

    ***

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşır.

    Median.Az xəbər verir ki, oyunda hesab dəyişib.

    Görüşün 89-cu dəqiqəsində “Neftçi”nin hücumçusu Dario Federiko komandasının ikinci qoluna imza atıb.

    O, özünün qazandığı penalti zərbəsini qola çevirib.

    Hazırda hesab 2:0 “Neftçi”nin xeyrinədir.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 2:0

    Qollar: Rauf Əliyev, 49, Dario Federiko, 89

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

    ***

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşır.

    Median.Az xəbər verir ki, oyunda hesab açılıb.

    Görüşün 49-cu dəqiqəsində “Neftçi”nin hücumçusu Rauf Əliyev komandasını önə keçirib.

    Hazırda hesab 1:0 “Neftçi”nin xeyrinədir.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 1:0

    Qol: Rauf Əliyev, 49

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

    ***

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşır.

    Median.Az xəbər verir ki, Bakının “Bakcell Arena” stadionunda keçirilən görüş başlayıb.

    Saat 21:00-da oyunun start fiti səslənib.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya) – 0:0

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

    ***

    “Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Arsenal”la (Tula, Rusiya) qarşılaşacaq.

    Median.Az xəbər verir ki, bu gün Bakının “Bakcell Arena” stadionunda keçiriləcək görüş üçün hər iki komandanın heyəti açıqlanıb.

    Saat 21:00-da start götürəcək görüşdə tərəflər aşağıdakı heyətlə çıxış edəcəklər.

    UEFA Avropa Liqası

    II təsnifat mərhələsi

    Cavab oyunu

    1 avqust

    21:00. “Neftçi” – “Arsenal” (Rusiya)

    Baş hakim: Alan Mario Sant (Finlandiya)

    “Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar

    Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 88. İsmayıl Zülfüqarlı

    Baş məşqçi: Roberto Bordin

    “Arsenal”: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.

    Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Acoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandru Tudorie, 71. Aleksandr Denisov

    Baş məşqçi: İqor Çerevçenko

    Bakı. “Bakcell Arena” stadionu

    İlk oyun – 1:0

  • Rusiyadan gələn VAZ yerli VAZ-la toqquşdu – Xaçmazda

    Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, qəza şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

    Rusiya dövlət nömrə nişanlı “Vaz 21010” markalı minik avtomobili “Vaz 2106” markalı maşınla toqquşub.

    Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Габала” проиграла “Динамо” – ОБНОВЛЕНО 3

    «Габала» проиграла тбилисскому «Динамо» со счетом 0:3.

    Общий счет противостояния – 5:0 в пользу грузинской команды.

    ***

    Открыт счет и в Тбилиси.

    На 68-й минуте забил Шенгелия. 1:0 в пользу “Динамо”.

    ***

    Сегодня азербайджанская «Габала» проводит ответный матч в рамках 2-го квалификационного раунда Лиги Европы по футболу.

    Команда Санана Гурбанова играет на выезде с грузинским «Динамо» (Тбилиси).

    ***

    Сегодня азербайджанская «Габала» проведет ответный матч в рамках 2-го квалификационного раунда Лиги Европы по футболу.

    Как передает BAKU.WS со ссылкой на azerisport.com, команда Санана Гурбанова сыграет на выезде с грузинским «Динамо» (Тбилиси).

    21:00. ДИНАМО (Грузия) – ГАБАЛА (Азербайджан)

    Тбилиси, стадион «Борис Пайчадзе». Главный судья – Петри Вильянен (Финляндия). Первый матч – 2:0.

    Динамо: Хосе Пералес, Виктор Монхиль, Давид Кобоури, Гиорги Кухианидзе, Леван Шенгелия (к), Гиорги Папава, Гиорги Кимадзе, Леван Куталия, Нодари Иашвили, Ника Нинуа, Нодар Кавтарадзе.

    Габала: Анар Назиров (к), Амин Сейдиев, Ивица Жунич, Расим Рамалданов, Гисмат Алыев, Давит Волков, Клезиу Бауке, Фернан Феррейроа, Кристиан Куаку, Мераб Гигаури,

  • В Украине ревнивый азербайджанец чуть не зарезал родного брата

    Конотопской местной прокуратурой сообщено о подозрении 39-летнему гражданину Азербайджана, который ударил ножом своего родного брата.

    Действия подозреваемого квалифицированы по ч. 1 ст. 15 / ч. 1 ст. 115 (законченное покушение на умышленное убийство) УК Украины, сообщает «Данкор онлайн»

    Событие произошло 31 июля около 23.30. Подозреваемый, который до этого уже был судим 5 раз, распивал спиртные напитки вместе со своими братьями в одном из кафе Конотопа. После выпитого между ними возник словесный конфликт. Во время ссоры подозреваемый достал из кармана раскладной нож, лезвием которого умышленно нанес брату удар в грудную клетку, а затем в голову. После чего с места происшествия скрылся.

    «Пострадавший в крайне тяжелом состоянии госпитализирован в реанимационное отделение Конотопской городской больницы. Через несколько часов сотрудники полиции задержали подозреваемого. По его словам, конфликт произошел из-за девушки», – рассказала прокурор Конотопской местной прокуратуры Юлия Волосюк.

    В настоящее время подозреваемый задержан в порядке ст. 208 УПК Украины, решается вопрос об избрании ему меры пресечения в виде содержания под стражей, сообщает пресс-служба прокуратуры области.

  • Azərbaycanda silahlı insident: Bir nəfər ağır yaralandı

    Bərdə rayonunda silahlı insident yaşanıb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Nəcəfov Elçin Qəzənfər oğlu ağır xəsarət alıb. İlkin məlumatlara görə adıçəkilən şəxs odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Onun Gəncədəki özəl xəstəxanalardan birinə gətirilməsi gözlənilir.

    Hadisə yerinə Bərdə rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.

    Hadisənin təfərrüatları araşdırılır.

  • “Нефтчи” разгромил “Арсенал” – ОБНОВЛЕНО 5

    В Баку на «Баксель Арене» завершился ответный матч 2-го квалификационного раунда Лиги Европы между азербайджанским «Нефтчи» и российским «Арсеналом».

    Со счетом 3:0 победил «Нефтчи». На стыке 48-й и 49-й минут счет в матче открыл Рауф Алиев. На 89-й минуте Дарио Фредерико реализовал пенальти, а уже в добавленное время Мамаду Мбодж довел счет до крупного.

    «Нефтчи» выиграл с общим счетом 4:0 и в 3-м раунде сыграет с израильской «Бней Йегудой». Первый матч состоится в Баку 8 августа, ответная встреча – через неделю в Тель-Авиве.

    ***

    Уже в добавленное время “Нефтчи” забил третий гол!

    Мамаду Мбодж отправил мяч в ворота ударом головой – 3:0!

    ***

    На 88-й минуте в ворота «Арсенала» назначается пенальти за игру рукой Григолавы.

    На 89-й минуте Дарио Фредерико делает счет 2:0! Судьба противостояния решена!

    ***

    На 48-й минуте “Нефтчи” открывает счет!

    Рауф Алиев вышел один на один и забил – 1:0!

    ***

    Начался ответный матч 2-го квалификационного раунда Лиги Европы по футболу между азербайджанским “Нефтчи” и российским “Арсеналом”.

    ***

    Сегодня в 21:00 состоится ответный матч 2-го квалификационного раунда Лиги Европы по футболу между азербайджанским «Нефтчи» и российским «Арсеналом».

    Как передает BAKU.WS, клубы чуть более, чем за час до начала матча назвали стартовые составы, которые выйдут на поле стадиона «Бакселл Арена».

    НЕФТЧИ (Азербайджан) – АРСЕНАЛ (Россия)

    Баку, стадион «Бакселл Арена». Главный судья – Алан Марио Сант (Мальта). Первый матч – 1:0.

    Нефтчи: Салахат Агаев, Антон Кривоцюк, Воислав Станкович, Эмин Махмудов (к), Дарио Фредерико, Рауф Алиев, Кирилл Петров, Омар Булудов, Стивен Жозеф-Монроз, Мамаду Кане, Сони Мустивар.

    Арсенал: Михаил Левашов, Максим Беляев, Гия Григалава, Кирилл Комбаров (к), Сергей Ткачев, Горан Чаушич, Виктор Альварес, Даниил Лисовой, Игорь Горбатенко, Георги Костадинов, Евгений Луценко.