Month: August 2019

  • Kənd təsərrüfatında 13% artım var

    2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.

    2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
    2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb.

    2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.

    Yanvar-iyun aylarında respublika üzrə 636.6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

  • Mərkəzi Bank növbəti hərrac keçirib – Manat sabitdir

    Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyulun 30-da keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.

  • Siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

    Siqaretin zərərli xüsusiyyətləri demək olar ki hər kəsə məlumdur və hər bir ölkədə siqaret asılılığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.

    Maarifləndirmə tədbirləri bu sırada xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin nəticəsidir ki, xüsusilə inkişaf etmiş ölkələrdə siqaret çəkilən sahələrin daralması, siqaretin yaratdığı zərərli təsirlərə dair məlumatlılığın artması siqareti tərgitmə istəyini və bu yolda uğurları artırmaqdadır.

    Siqaret aslılığının müalicəsində qısa müddətli və ya birdəfəlik üsullar bir o qədər uğurlu nəticə gətirmir. Bu istiqamətdə həm fiziki, həm də davranış terapiyasının birlikdə tətbiq olunduğu müalicə proqramlarının isə uğurlu olduğu məlum olub. Həm fiziki, həm də davranış vərdişlərinin faktorları birlikdə nəzərdən keçirilərək müzakirə olunur və hər şəxs üçün xüsusi həll yolları axtarılıb tapılır. Beləliklə də bir tərəfdən nikotinin yaratdığı fizioloji asılılıq, digər tərəfdən də vərdişlərin, sosial mühitin yaratdığı davranış vərdişləri ilə mübarizə aparılması asanlaşır.

    Bəs siqareti tərgitdikdə orqanizmimizdə nələr baş verir?…

    İlk 20-ci dəqiqədə – nəbz, qan təzyiqi, bədən temperaturu normal vəziyyətə qayıdır.

    24 saatda – qanda karbonmonoksid qazı sürətlə azalır.

    2 həftə-3 ay sonra – fiziki güc qabiliyyəti artır. Öskürək azalır və 3 ay ərzində yox olur. Bəlğəm miqdarı 2 həftədə yarıbayarı azalır. Nəfəs alıb-verməyiniz asanlaşır. İybilmə və dadbilmə hissiyatı yaxşılaşır. İmmunitet sistemi güclənməyə başlayır. Özünüzü daha dözümlü və güclü hiss etməyə başlayırsınız. Dişlərinizdə və barmaqlarınızdakı sarı ləkələr yox olur.

    1-ci ildə – infarkt keçirmə riskiniz ilk günlərdən etibarən azalmağa başlayır, 1 ilin sonunda risk 50% azalır. Beyin qanaması və ayaqlardakı damar xəstəliyi riski 30-50% nisbətində azalır.

    Xroniki bronxit və emfizema (KOAH) kimi nəfəs çatışmazlığına yol aça bilən ağciyər xəstəliklərinin ortaya çıxmasının qarşısı alınır. Qarşıdakı illərdə tənəffüs yolları infeksiyaları aradan qalxmağa başlayır.

    5-ci ildə – ağız, qırtlaq, qida borusu və sidik kisəsi xərçəngi riski yarıbayarı azalır.

    10-cu ildə – iflic olma riskiniz 5-10 il ərzində heç siqaret çəkməyən bir insanla eyni səviyyəyə enir.

    Ağciyər xərçəngi, ağız, qırtlaq, qida borusu, sidik kisəsi, böyrək və mədəaltı vəzi xərçəngi riski azalır.

    15-ci ildə – Koronar arteriya xəstəliyi və infarkt riski heç siqaret çəkməyən insanla eyni səviyyədə olur.

  • Азербайджанские шахматисты сыграют в Абу-Даби

    Шесть азербайджанских шахматистов примут участие в турнире Masters, который стартует завтра в Абу-Даби (ОАЭ), передает azerisport.com.

    На соревнование заявились Ульви Баджарани, Магомед Мурадлы, Айдын Сулейманлы, Атилла и Алтай Эйнуллаевы, а также Угур Ильяслы.

    В турнире выступят 150 шахматистов из 27 стран.

  • Xızı rayonunun yolları yenidən qurulur – FOTO

    Xızı rayonunun Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 28-ci km-dən götürən yerli əhəmiyyətli Tıxlı yolunun uzunluğu 2 km-dir və çınqıl örtüklü olmaqla IV texniki dərəcəlidir.

    Mövcud yol uzun illər təmir olunmadan istismar olunduğundan, həmçinin atmosfer və qrunt sularının təsirindən torpaq yatağı və yol əsası güclü deformasiyaya uğramış, örtükdə qabarma və çökmələr əmələ gəlmişdir. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildə Dövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır.

    Yolun kəndin daxilində, yaşayış məntəqəsindən keçən hissəsində torpaq yatağının eni 6-7 metr təşkil edir. Bundan başqa yolun 270 m məsafədə dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılıb.

    Belə ki, yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun və deformasiyaya uğramış hissələrin qazılıb çıxarılması, çınqıl materialı ilə yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb.

    Layihəyə uyğun olaraq optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb. Ümumilikdə yol boyu 12 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

    Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün layihə üzrə boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yol birləşmələri ilə kəsişmələrdə yeni boruların qoyulması ehtiyac olduğu üçün bu çərçivədə müxtəlif diametrli 160 paqon-metr metal və dəmir-beton boruların quraşdırılması işləri aparılır, avtoqreyderlə 1600 paqon-metr küvetlər açılır.

    Layihənin sonuncu mərhələsi üzrə çiyinlər optimal-çınqıl qarışığı ilə bərkidiləcək, hərəkətin normal təşkili üçün yol boyu zəruri yerlərdə km göstəricisi, 12 yol nişanı və 80 siqnal dirəyi quraşdırılacaq, xətlənmə işləri aparılacaq.

    Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

  • “Qəbələ”nin futbolçusu zədələnərək, stadionu təcili yardım maşını ilə tərk edib

    Gürcüstanda “Dinamo” ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Qəbələ” itki ilə üzləşib.

    Median.Az report-a istinadən xəbər verir ki, 37-ci dəqiqədə Rasim Ramaldanov həmklubu İvitsa Zunitlə kəllə-kəlləyə toqquşub. Nəticədə Ramaldanov meydanı xərəkdə tərk etməli olub.

    Daha sonra o, təcili yardım maşınına mindirilərək aparılıb. Zədəli futbolçunu Sadiq Quliyev əvəzləyib.

    Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.

  • Пропавшие в Белом море туристы обнаружены живыми

    Группа туристов из 10 человек из Санкт-Петербурга, которая вышла на байдарках в Онежскую губу Белого моря в Карелии и пропала, обнаружена. В настоящее время туристов эвакуируют на вертолете. Об этом сообщил ТАСС глава администрации муниципального образования “Беломорский муниципальный район” Алексей Уханов, передает Median.Az.

    “Нашлась группа туристическая, ее на вертолет посадили, сейчас везут в [населенный пункт] Сумский Посад – у них там свой автотранспорт личный”, – сказал собеседник агентства.

    Заместитель начальника Главного управления МЧС по Республике Карелия Андрей Хилиманюк подтвердил ТАСС эту информацию. “Да, нашлась. Вертолет их забирает на Кондострове и до Сумпосада сейчас доставят. По имеющейся информации, все живы, все здоровы, не было информации, что кому-то медицинская помощь нужна”, – сказал собеседник агентства.

    В четверг республиканское управление МЧС сообщило, что в Белом море пропала группа туристов из 10 человек. Они вышли в море 24 июля на байдарках, не зарегистрировав группу в МЧС, должны были вернуться назад 29 июля. На связь до сих пор туристы не выходили. По информации МЧС, в составе группы есть 15-летний подросток. Знакомый туристов сообщил ТАСС, что в составе группы было два подростка в возрасте 15 лет.

    Погодные условия не позволяли искать туристов с борта катеров – в настоящее время в акватории Онежской губы волны достигают высоты двух метров и наблюдается сильный ветер. Туристов искали с вертолета, который направили из Санкт-Петербурга.

    По данным МЧС, предположительный маршрут группы лежал из поселка Сумский Посад через реку Сума на остров Бережной Борщивец. Оттуда туристы должны были направиться на остров Кутульда и далее на Кондостров. Общая протяженность маршрута составляла 60 км. С вертолета пропавших туристов обнаружили на Кондострове. В республиканском управлении МЧС ранее сообщали ТАСС, что пропавшие туристы могли находиться на этом острове, однако на нем нет средств связи.

  • Rusiyada dənizdə itən turistlər üç gün sonra salamat tapıldılar

    Sankt-Peterburqdan Kareliyaya səyahət etmiş 10 nəfərdən ibarət turist qrupu dəniz gəzintisi zamanı itkin düşüb.

    TASS xəbər verir ki, iyulun 24-də “baydarka” tipli qayıqlarla dənizə çıxan qrup iyulun 29-da geri qayıtmalı imiş. Onların yaxınları isə dənizdəkilərlə əlaqənin itdiyini bildiriblər.

    Dərhal axtarış tədbirlərinə start verən xilasedicilər güclü külək və yüksək dalğalar səbəbindən çətinliklə üzləşsələr də, nəhayət, üç gün sonra onların izinə düşüblər.

    Aralarında 15 yaşlı iki yeniyetmənin də olduğu turistlər Ağ dənizdəki adalardan birində sağ-salamat tapılıblar.

    Artıq bütün qrup vertolyot vasitəsilə xilas edilib.

  • Азербайджан занял первое место в Европе по числу молодежи

    Азербайджан занимает первое место в Европе по процентному соотношению молодежи к населению, сообщает The MDS.

    Согласно данным Евростата, доля молодого населения – в возрасте от 25 до 29 лет – в Азербайджане составила 9,4%, что является самым высоким показателем в Европе.

    Статданные свидетельствуют, что за последние десять лет численность молодежи в Азербайджане увеличилась (с 9,1%).

    Также в список лидеров по этому показателю попали Кипр (8,5%), Мальта (8,4%), Албания (8,2%) и Исландия (8%).

    Наибольший показатель по Европе 10 лет назад был в Турции – 9%, однако сегодня доля молодежи составляет 7,7% от численности граждан.

    В целом по Европе молодые люди составляют 6,2% от всего населения, что ниже подобного показателя 6,6% в начале этого десятилетия. В Германии их численность составляет 6,4%, во Франции и Великобритании – 5,8% и 6,9% соответственно.

  • Zelenskinin növbəti “qurban”ı – Daha bir məmur qovuldu

    Hakimiyyətə gəldikdən sonra radikal dəyişikliklərə əl atan Ukrayna Prezidenti Vladimir Zelenski daha bir məmuru işdən qovub.

    “RİA Novosti” xəbər verir ki, V.Zelenski bu dəfə Zaporojye vilayətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Xilkonu işdən azad edib.

    Bu barədə dövlət başçısının saytı xəbər yayıb.

    A.Xilko 2017-ci ilin fevralından bu vəzifədə çalışıb.

    Qeyd edək ki, bu qərara qədər V.Zelenski Odessa, Lvov, Zakarpatya, Çernoviçko, Donetsk və Luqansk əyalətlərinin də Dövlət Təhlükəsizlik Xidməti rəislərini işdən azad edib.