Month: September 2019

  • Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır

    Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılacaq.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək.

    Hər 300 nəfər əhali üçün bir sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və beş sayıcıya bir təlimatçı nəzarəti müəyyən edilib.

    Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb.

    Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıya alınması hər 10 ildən bir həyata keçirilir.

  • Мужчина, чью квартиру обокрала соседка, оказался певцом – ФОТО

    Мужчина, чей сейф похитила группа грабителей, – эстрадный исполнитель.

    Об этом пишет Report.

    На минувшей неделе из квартиры Фуада Мусаева в поселке Баил Сабаильского района Баку был похищен сейф с 1 800 долларами.

    Находившийся в момент происшествия в России певец сообщил о краже в 8-е отделение полиции Сабаильского районного управления полиции.

    Оперативники приступили к оперативным мероприятиям. По подозрению в краже были задержаны жители Баку – Кянан Наджафов, Джейхун Джабиев и Сабина Атакишиева.

    В ходе расследования было установлено, что девушка является соседкой пострадавшего. Она похитила ключи от квартиры и вместе с другими грабителями совершила кражу. Первой в квартиру проникла С.Атакишиева, которая заперла в ванной комнате собаку, охранявшую жилье. Затем мужчины начали обыскивать комнаты в поисках ценных вещей.

    Воры обнаружили сейф, перенесли его в квартиру С.Атакишиевой и взломали. Найденные деньги – 1 800 долларов – они поделили. Чтобы замести следы, Д.Джабиев увез вскрытый сейф в поселок Хекмели Абшеронского района и закопал. Отметим, что сейф полицейские нашли и изъяли в качестве вещественного доказательства.

    В ходе расследования также было установлено, что К.Наджафов имеет судимость за аналогичное преступление. Так, согласно приговору суда, ему назначили условное наказание, и в данный момент мужчина отбывает срок под пробационным контролем. Несмотря на это, К.Наджафов снова совершил кражу.

    Отметим, что Ф.Мусаев является основателем и солистом группы FM Express.

  • Səbinə və dəstəsinin iti hamama salaraq soyduğu evin sahibi estrada müğənnisi imiş – FOTO

    Bakıda dəstə üzvləri tərəfindən oğurlanan seyfin sahibi estrada müğənnisidir.

    Report-un xəbərinə görə, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb

    Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

    Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

    Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb.

    Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq, yenidən oğurluq edib.

    Qeyd edək ki, F.Musayev “FM Express” estrada qrupunun banisi və solistidir.

  • Abşeronda 28 yaşlı gənc döyülüb

    Abşeron rayonunda döyülmə hadisəsi baş verib.

    Median.Az-ın report-a məlumatına görə, 1991-ci il təvəllüdlü Vəliyev Mübarək Rafael oğlu tanımadığı şəxs tərəfindən döyülüb.

    Zərərçəkən təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bədənin və baş nahiyəsinin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Putinin mobil telefonunun sirri məlum oldu

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərqli mobil telefonu uzun müddət diqqət cəlb edirdi. Rus mətbuatının prezidentə yaxın mənbədən aldığı məlumata görə, həmin telefon dinləmələrə qarşı müdafiə ilə təchiz olunub.

    Əsasən rəsmi söhbətlərin aparıldığı bu telefon digərlərindən “daha qalın”dır. Mobil cihazın daxilində kənar dinləmələrin qarşısını alan bir neçə müdafiə səviyyəsi mövcuddur.

    Mənbə onu da qeyd edib ki, Putinin telefon danışıqları hərbi peyklər vasitəsilə şifrələnmiş şəkildə ötürülür. Buna görə də indiyə qədər Rusiya Prezidentinin heç bir telefon danışığı özünün razılığı olmadan ictimaiyyətə açıqlanmayıb.

    Bundan başqa, Putinin avtomobilində telefon stansiyası var. Prezidentin mühafizəçiləri istədikləri vaxt onunla xüsusi əlaqəyə girə bilirlər.

  • В Гахе найдено тело мужчины

    Как передает Report, труп найден на территории села Лалели.

    Было выявлено, что тело принадлежит 32-летнему Асиману Мамедову, жителю села Кюнгют Шекинского района.

    По факту ведется расследование.

  • Qaxda kişi meyiti tapılıb

    Qaxda kişi meyiti tapılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, meyit rayonun Lələli kənd ərazisindəki göldə aşkar edilib.

    Meyitin Şəki rayonu Küngüt kənd sakini 32 yaşlı Asiman Məmmədova aid olması məlum olub.

    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Valideynlərin uşaqlarla bağlı etdiyi ən böyük 8 səhv – MÜTLƏQ OXUYUN

    Uşaqların gələcək həyatına təsir göstərəcək 8 valideyn səhvilə bağlı yazını təqdim edirik:

    1. Övladınıza olan sevginizi yetərincə bildirmisiniz. Balaca uşaq üçün ana və ata ən dəyərli, onun balaca dünyasına çevrilən insandırlar. Uşaq isə onların sevgisini hiss etmədikdə, özünə dəyər verib sevə bilmir. Bu halda özünü bəyənməmə kimi bir problem yaranır. Çox zaman belə uşaqlar böyüdükdə öz xarici görünüşlərin bəyənmirlər və plastik əməliyyatlara üz tuturlar.

    2. Övladınızı qayğıya boğursunuz. Onunla həm dost olmağa, həm də həyatında baş verən bütün hadisələrə nəzarət etməyə çalışırsınız. Valideynlər əksər hallarda övladlarının böyüdüklərini qəbul etmir və uşaqların tək başına edə biləcəyi işləri onların əvəzinə etməyə davam edirlər.

    3. Uşaqlarınızın yerinə qərar verirsiniz. Milli.Az medicina.az-a istinadən bildirir ki, ən xırda oyuncaq seçimində belə uşağın əvəzinə qərar verərək, onu azadlıq və sərbəstlikdən məhrum edirsiniz. Hər bir valideyn anlamalıdır ki, uşağın yaşına uyğun olaraq ona seçim fürsəti verilməlidir.

    4. Ailədə yaratdığınız münaqişələr. Uşaqlar valideynlər arasında baş verən anlaşılmazlıqların səbəbini başa düşə bilmədikləri üçün, evdə yaranan ən xırda problemdə belə özlərini günahkar bilirlər.

    5. Uşaqdan onun edə bilməyəciyi şeyləri tələb edirsiniz. Uşaqlar balaca olduqları üçün, yaşca onlardan böyük insanların, ən əsas da valideynlərinin söylədilklərinə inanırlar. Bu halda isə onların tələb etdikləri hər şeyi yerinə yetirməyə çalışırlar, edə bilmədiklərində isə özlərini bacarıqsız və uğursuz olaraq dəyərləndirilər.

    6. Övladınızı “rahat uşaq” obrazına salmağa çalışırsınız. Şəxsi işlərinizdə rahatlıq yaratmaq məqsədi ilə övladınızın saatlarca televizora baxmağına və kompyuter oyunları oynamasına icazə verirsiniz. Bu halda uşaq sizə mane olmadığı üçün növbəti dəfə də bu vəziyyəti təkrarlayırsınız. Uşağı bu cür böyüdərək, onu həyat məsuliyyətlərinə hazırlaya bilməzsiniz.

    7. Ata diqqətinin olmaması. Uşağın ata sevgisindən, diqqətindən məhrum qalmağı onun gələcək həyatına mənfi təsir göstərir. Uşağın gələcəkdə nə qədər iradəli, möhkəm, dayanıqlı biri olması, şəxsiyyət kimi inkişaf etməsi, tək başına bir çox işləri bacara bilməsi ailədə yaranan ata obrazından asılıdır.

    8. Uşağınızın hisslərini önəmsəmirsiniz. Bəzən uşaqlar sizin üçün bir önəm verməyən xırda şeylərə görə məyus ola bilirlər. Amma gözlədikləri təsəlli yerinə onlar “yaxşıpis, sən ki oğlansanqızsan, ağlamasakit dur” kimi ifadələr eşidirlər. Belə davranaraq siz uşağınızın hisslərini dəyərləndirməmiş olursunuz və böyüdükdə də onlar ətrafdakı insanların hisslərinə laqeyd yanaşırlar.

  • Səudiyyə Ərəbistanı bu qadınların çarşab taxma məcburiyyətini ləğv edir

    Səudiyyə Ərəbistanında ölkəyə tətil üçün gələn xarici ölkə vətəndaşı olan qadınların çarşab geyinmə məcburiyyətinin ləğv olunacağını bildirilib.

    Bu barədə açıqlama verən ölkənin Turizm və Milli Miras Komissiyasının rəhbəri Ahmet El-Katib qeyd edib ki, ölkəyə gələcək qadınların başlarını bağlamaq məcburiyyəti olmasa da, onlara göstərişsiz və sadə geyinmək haqqında müəyyən xəbərdarlıqlar ediləcək.

    “Bloomberg”ə açıqlama verən El-Katib ölkənin yaxın zamanlarda çox böyük reformlara səhnə olacağını, turizmin inkişafı üçün müəyyən yeniliklər tətbiq olunacağını bildirib.

    El-Katib yerli qadınlar üçün də belə məcburiyyətin qaldırılmaq ehtimalı haqqında suala isə belə cavab verib: “Bu barədə heç müzakirə etməmişik. Çünki bu, bizim mədəniyyətimizin bir parçasıdır və buna görə heç kim narahat deyil”.

    Son vaxtlar Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə və kişilərlə birlikdə konsert və filmlərə getməsinə icazə verilməsinə etiraz edən, sərt reaksiya göstərən insanlara da səslənən El-Katib onlara “əgər bu qərar sizin xoşunuza gəlmirsə, bu cür yerlərə getməyə bilərsiniz”, – deyə cavab verib.

  • Leyla Əliyeva UNEC-də təşkil olunan distant Çin dili kurslarının təqdimatında – FOTO

    Sentyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kursları üzrə dərslərə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bununla əlaqədar universitetdə keçirilən təqdimat tədbirində iştirak edib.

    Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.

    Qeyd edək ki, distant təhsil üzrə təlimlər ödənişlidir. Sosial cəhətdən dəstəyə ehtiyacı olan şəxslərin təhsil haqları isə Heydər Əliyev Fondu tərəfindən qarşılanır.

    Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirən iştirakçılar Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq, sadə fikir mübadiləsi aparmaq bacarığında olacaq.

    Üç ay davam edəcək proqram üzrə təlimlər işdən ayrılmadan distant formada keçiriləcək.

    Həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.

    Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı da əldə edirlər.