Month: September 2019

  • В Баку грузовик переехал женщину на пешеходном переходе

    В Бинагадинском районе Баку женщина стала жертвой ДТП.

    Как сообщает АПА, происшествие зарегистрировано на бинагадинском шоссе.

    Так, грузовой автомобиль марки “КамАЗ” на пешеходном переходе задавил насмерть Аллахвердиеву Зарханым Энвер гызы 1975 г.р.

    По факту возбуждено уголовное дело.

  • Ölkəyə qanunsuz gətirilən siqaret və dərman aşkarlandı – FOTO

    Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

    DGK-dan oxu.az-a verilən xəbərə görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Mercedes Benz” markalı avtomobil Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılıb.

    Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.

    Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 12760 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Bundan əlavə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Opel Antara” markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

    Baxış zamanı nəqliyyat vasitəsinin arxa sağ oturacağının altında gömrük nəzarətindən gizlədilən, 14 ədəd plastik qabın içərisində 2100 kapsul dərman preparatı aşkarlanıb.

  • “Baku Triathlon 2019” turniri keçiriləcək

    Oktyabrın 6-da Avropa Oyunları Parkında həvəskarlar arasında “Baku Triathlon 2019” turniri keçiriləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarış sprint məsafəsi üzrə baş tutacaq.

    İştirakçılar 0,5 kilometr üzgüçülük, sonra velosipedlə 20 kilometr qət etmə və 5 kilometr qaçışla məsafəni tamamlayacaqlar.

    Müxtəlif yaş kateqoriyasında keçiriləcək turnirdə komanda estafetində də qaliblər müəyyənləşəcək.

  • Bakıda avtomobil orta yaşlı qadını vuraraq öldürüb

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, avtomobil təxminən 30-35 yaşlı qadını vurub. Qadın təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılsa da, yolda keçinib.

  • «Нефтчи» одержал победу

    В Премьер-лиге Азербайджана продолжается VI тур.

    Как передает Median.Az со ссылкой на АПА, во второй игровой день тура состоялся один матч.

    В дуэли команд, являющихся соседями на нижних строчках турнирной таблицы «Габала» принимала «Нефтчи». Первая половина матча, проходившего с преимуществом столичного клуба, завершилась без забитых голов.

    После перерыва «черно-белые» сломили сопротивление хозяев поля. Удар Турала Ахундова примерно с 35 м оказался неотразимым для вратаря. В середине тайма Рауф Алиев, вошедший в игру с замены, забил второй гол «Нефтчи». Точку в матче поставил Стивен Монроз.

    Отметим, что в первый день тура «Карабах» забил два безответных гола в ворота «Сумгайыта». Два других матча – игры «Кешля» – «Зиря» и «Сабах» – «Сабаил» состоятся завтра.

    Премьер-лига Азербайджана
    VI тур
    28 сентября (суббота)

    «Габала» – «Нефтчи» – 0:3
    Голы: Турал Ахундов, 60; Рауф Алиев, 72; Стивен Монроз, 89
    Арбитры: Кямал Умудлу, Джаваншир Юсифов, Эйюб Ибрагимов, Намиг Бакиров
    Судья-инспектор: Омер Пашаев
    Представитель АФФА: Сеймур Салимли
    Габала. Центральный стадион, 17:00

    1 Карабах 6 6 0 0 15-1 18
    2 Сабаил 5 3 1 1 7-6 10
    3 Нефтчи 6 2 2 2 6-5 8
    4 Кешля 5 2 1 2 6-3 7
    5 Зиря 5 2 1 2 5-6 7
    6 Сумгайыт 6 2 0 4 5-9 6
    7 Габала 6 1 1 4 2-13 4
    8 Сабах 5 0 2 3 2-5 2

    Бомбардиры: Исмаил Ибрагимли («Карабах»), Мехди Шарифи («Сумгайыт»), Лоренцо Фрутос («Кешля»), Мирабдулла Аббасов («Сабаил») – 3 гола.

  • Leyla Əliyeva “Karmalogic (Karma məntıqı). Taleyın 54 qanunu” mövzusunda mühazirədə iştirak edib

    Beynəlxalq Muğam Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində rusiyalı alim Aleksey Sitnikovun “Karmalogic (Karma məntıqı). Taleyın 54 qanunu” mövzusunda mühazirəsi dinlənilib.

    Median.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Qeyd edək ki, Aleksey Sitnikov Moskva Dövlət Universitetinin, Rusiya İctimai Xidmət Akademiyasının, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun, Dövlət İdarəetmə Akademiyasının, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professorudur. O, 60-dan çox nəşr və tədqiqatın, 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin müəllifi və həmmüəllifidir. Rusiyanın ən böyük tədqiqat mərkəzi İSANT-ın (Vəziyyət Təhlili və Yeni Texnologiyalar İnstitutu) təsisçisidir.

  • Gürcüstanın Kutaisi şəhərini su basıb

    Gürcüstanda aramsız yağışlar Kutaisi şəhərində ciddi fəsadlar törədib.

    Median.Az report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi küçə və yolları su altında qalıb.

    Güclü yağış nəticəsində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb, yaşayış evləri və iaşə obyektlərinin birinci mərtəbələrini su basıb.

    Oqaskuri çayının daşması vəziyyəti daha da çətinləşdirib. Kutaisidə baş verən təbii fəlakət 60-dan çox ailəyə zərər vurub.

    Təbii fəlakətlə bağlı Kutaisi şəhər meriyasında xüsusi qərargah yaradılıb.

    Fövqəladə Halların İdarə Olunması Xidmətinin qrupları təbii fəlakət zonasına cəlb olunublar.

  • Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

    Bakı Səhər Baş Polis İdarəsinin rəis muavini, general-mayor Elxan Həsənov yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə əmri Daxili İşlər naziri Vilayət Eyvazov bu gun imzalayıb.

    Nazirin digər əmrilə onu özünə müşavir təyin etdiyi bildirilir.

  • Penitensiar Xidmət: Məhkumlara işgəncə verilməsi məlumatı böhtandır

    Son günlər bəzi sosial şəbəkələrdə və informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlara işgəncələr verilməsi barədə həqiqətdən uzaq, böhtan xarakterli məlumatlar dərc edilib.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

    Qeyd edilib ki, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının və qanuni mənafelərinin etibarlı qorunması daim diqqət mərkəzindədir. Xidmətin rəsmi internet səhifəsində vətəndaşlar üçün, cəzaçəkmə müəssisələrində isə məhkumlar üçün “Qaynar xətt” telefonları təşkil olunmaqla onlara hər hansı bir neqativ hallarla bağlı aidiyyəti instansiyalara müraciət etmək üçün şərait yaradılıb.

    Bundan başqa, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının nümayəndələri, o cümlədən Ombudsman aparatının üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkir, orada saxlanılan şəxslərin saxlanma şəraiti, hüquq və azadlıqlarının təmin olunması məsələləri ilə maraqlanırlar.

    Başçəkmələr zamanı hər hansı işgəncə faktı qeydə alınmayıb.

    Son məlumatlarla əlaqədar, Penitensiar xidmətin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyinin məsul əməkdaşları tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsində aparılan araşdırma zamanı informasiya saytlarında yayılan məlumatlarda göstərilən xüsusatlar öz təsdiqini tapmayıb.

    Eyni zamanda, İctimai Komitə üzvləri Əliməmməd Nuriyev, Səadət Bənənyarlı, Əhməd Abbasbəyli tərəfindən 28 sentyabr 2019-cu il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsinə başçəkmənin və məhkumların fərdi qəbulunun nəticəsinə dair verdikləri bəyanatda da hər hansı işgəncə və qeyri-qanuni rəftar hallarının aşkar olunmadığı öz əksini tapmayıb.

    Sosial şəbəkələrdə bəzi şəxslərin öz maraqlarına uyğun belə böhtan xarakterli məlumatların yaymaq cəhdləri ictimaiyyətdə Penitensiar xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmaq məqsədləri güdür.//oxu.az

  • “Neftçi” ikinci qələbəsini 3 qolla qazandı – VİDEO

    Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

    Median.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

    Günün yeganə matçında mövsümə uğursuz start verən iki komanda – “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.

    Paytaxt təmsilçisi bu görüşdə nəhayət ki, qələbə həsrətinə son qoymağı bacarıb – 3:0.

    Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib.

    Tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” oyunları ilə yekun vurulacaq.

    Azərbaycan Premyer Liqası

    VI tur

    28 sentyabr

    “Qəbələ” – “Neftçi” 0:3

    Qollar: T.Axundov, 60. R.Əliyev, 73. S.Monroz, 89.

    Qəbələ şəhər stadionu, Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov