Month: September 2019

  • Şəki sakini Qaxda göldə boğulub

    Bu gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

    Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
    Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Пенитенциарная служба: Информация о пытках заключенных – клевета

    В Пенитенциарной службе прокомментировали распространившуюся в социальных сетях информацию о том, что начальник исправительного учреждения №13 Чингиз Юнисов пытает заключенных.

    Как сообщил начальник отдела по связям с общественностью Пенитенциарной службы Мехман Садыгов, эта информация не соответствует действительности и носит клеветнический характер:

    “Ни о каких пытках не может идти и речи. Не только в исправительном учреждении №13, но и ни в других исправительных учреждениях ПС пытки не применяются. Это абсурдное утверждение. В каждом исправительном учреждении есть телефон “горячей линии”. Если заключенного подвергают пытке, он может обратиться по телефону не только в ПС, но и в вышестоящие инстанции. Поступившая туда информация моментально проверяется. Еще раз хочу отметить: ни в одном исправительном учреждении ПС пытки не применяются”//oxu.az

  • Bakıda müğənni polisləri təhqir etdi, həbs olundu – FOTO

    Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb.

    Avtosfer.az xəbər verir ki, 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar – Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib.

    Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə “ona heç nə edə bilməyəcəklərini” deyib.

    Ardınca YPX əməkdaşlarını təhqir edən Xəyal Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib.
    Lakin YPX əməkdaşları əraziyə Post-patrul xidmətinin əməkdaşlarını dəvət edərək, sürücünü 25-ci Polis Bölməsinə təhvil veriblər.

    Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.

  • 11 azərbaycanlı Almaniyadan deportasiya edildi – Kilsədən sığınacaq istəmişdilər

    27 azərbaycanlı Azərbaycana deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən Median.Az-ın faktaz.com-a istinadən məlumatına görə, onlar hesab edirlər ki, kilsənin xüsusi qorunmasından yararlanacaqlar və barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlar. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün bir və ya iki həftə vaxt verilib. 27 nəfərdən 11-i ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) geri qaytarılıb.

    Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması 2017-ci ildə hökümətin narazılığına səbəb olmuşdu. Almaniyanın Daxili İşlər Naziri 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb, narahatçılıq yaradan halları müzakirə etmişdi. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirmişdi.

    Həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib. 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə bu rəqəm stabil qalsa da, 2018-ci ildə aşağı düşüb.

    Buna səbəb hüqüq mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsi, onlara kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun genişlənməsi ilə bağlıdır.

    Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar təşkil edir.

    Hətta bu yaxınlarda bir protestant pastor Ulrich Gampert bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün Sonthofen’in məhkəməsinə təqsirləndirilən şəxs kimi dəvət olunub. Məhkəmə zamanı müəyyən olunub ki, 2018-ci ilin yayından bəri, əfqanıstanlı kişi Oberallgäu’nda pastorla birlikdə kilsə ziyarətgahına gedib və dua edib və dini ayinləri icra edib.

    Gənc oğlan Almaniyaya 2015-ci ilin yayında gəlib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) onun sığınacaq müraciətini rədd edib və onu 2018-ci ilin yazında Əfqanıstanın paytaxtı Kabula deportasiya etmək istəyib. O da kilsədən sığınacaq istəyib və pastor Ulrich Gampert müvafiq dövlət orqanlarına məlumat vermədən ona kilsə sığınacağı verib.

    Əfqanıstan vətəndaşının Almaniyada icazəsiz qalmağına kömək etdiyinə görə, keşiş haqqında cinayət işi başlanılıb və çərşənbə günü Sonthofen məhkəməsi qarşısına çıxarılıb.

    Kilsələrin sığınacaq verməsini qadağan edən bir normanın mövcud olmadığını dezən vəkil pastoru müdafiə edib. “Kilsədən sığınacaq almaq bir ənənədir” deyə vəkil bildirib.

    Dövlət ittihamçısı bildirib ki, gənc, kilsə sığınacağına qəbul olunaraq deportasiyadan gizlənmək istəyib. Pastoris də bilərəkdən bu qanunsuzluğa şərait yaradlıb və bundan sonra deportasiya cəhdlərinin qarşısını alınıb.

    23 yaşlı gəncin taleyinin necə olacağı bəlli deyil. Sığınacaq verilməsindən imtina ilə bağlı məhkəmə araşdırması davam edir. Bavariya Parlamentinin müvafiq komitəsi də deportasiyasını 2020-ci ilin əvvəlinə qədər altı ay müddətinə dayandırıb.

    Göründüyü kimi artıq siyasət dəyişib və sığınacaq verən pastorların belə məsuliyyətə cəlb olunmasından çəkinmirlər.

  • Mədət Quliyevin oğlundan atasına doğum günü hədiyyəsi – FOTO

    Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev ötən gün 61 yaşı tamam olub.

    Median.Az xəbər verir ki, oğlu Murad Qulubəyli bu əlamətdar gün münasibəti ilə atasını sosial media hesabında təbrik edib. O, atasına rəsm əsəri hədiyyə edib.

    Murad atasına can sağlığı və xoş günlər arzulayıb.

  • Heroini daxili orqanında keçirmək istədi, yaxalandı – FOTO

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

    Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını deyib.

    Bundan sonra vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi bir ədəd idman çantası və kiçik həcmli əl çantası yoxlanılıb.

    Yoxlama nəticəsində vətəndaşın idman çantasında konfet qutusunun içərisində bir ədəd sellofan bükümdə gömrük nəzarətindən gizlədilən 0,5 qram ağ, kristal formada psixotrop maddə – metamfetamin, əl çantasında isə 1 qram açıq qəhvəyi rəngli narkotik vasitə – heroin aşkar edilib.

    Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı – düz bağırsağında gömrük nəzarətindən gizlədilən 218 qram açıq qəhvəyi rəngli narkotik vasitə – heroin və 32 qram ağ, kristal formada psixotrop maddə – metamfetamin aşkarlanıb.

    Qeyd edək ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.

    Faktla bağlı araşdırma aparılır.

  • Tərtər sakininin qoyunları oğurlanıb – FOTO

    Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə rayonun Narbaği qəsəbəsində qeydə alınıb. Rayon sakini Anar Aslanov ona məxsus təsərüfatdan naməlum şəxs və şəxslər tərəfindən xırda buynuzlu heyvanlar oğurlanıb.

    Rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Habil Paşayevin verdiyi məlumata görə, Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə saxlanılıb. Rayon sakinləri Elnur Süleyman, Rafael Həsənov və Kənan Sadiqov tutularaq istintaqa cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

    Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.
    Median.Az
    Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

    Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

    Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına “şifer” batdığını bildirib.
    Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi Rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.

    İlkin araşdırma zamanı məlum olub ki, G.Cəfərova yaşadığı evdən çıxıb getmək istədiyini bildirib. Anası Ş.Cəfərova isə onun bu hərəkətinə narazılıq edərkən ana və bala arasında mübahisə yaranıb. Mübahisə nəticəsində G.Cəfərova mətbəxdən götürdüyü bıçaqla anasına qarın nayihəsindən bir bıçaq zərbəsi endirib.

    Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

  • В Куру выпустят 400 тыс. мальков рыб

    В Товузском районе разведенные на специальных предприятиях мальки рыб были выпущены в реку Кура.

    Как сообщили Oxu.Az в Министерстве экологии и природных ресурсов, на мероприятии, прошедшем на берегу реки Кура, в течение нескольких часов тысячи мальков рыб весом до 100 гр. посредством специального оборудования были выпущены в реку.

    До конца текущего года планируется выпустить в реку Кура, в целом, около 400 тыс. мальков рыб. Цель – регулирование популяции рыб в природных водных бассейнах страны, поддержание соответствующих потребностей населения в рыбной продукции, а также поощрение необходимости охраны рыбных ресурсов.

    Министерство экологии и природных ресурсов обращается к гражданам с призывом принять непосредственное участие в деле сохранения рыбных ресурсов. МЭПР напоминает о запрете на вылов рыбы в определенное время и недопустимыми методами и просит оказать поддержку в поощрении и пропаганде рыболовства цивилизованными методами, в осуществлении мер по защите для того, чтобы мальки рыб, разведенные в водных бассейнах, росли и приносили пользу как природе, так и людям.

  • Rauf Əliyevlə azarkeş arasında qalmaqal – FOTO

    Azərbaycan Premyer Liqasının 6-cı “Qəbələ” – “Neftçi” matçı (0:3) bitəndə qalmaqallı hadisə yaşanıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, oyun bitən kimi qonaq komandanın hücumçusu Rauf Əliyev tribunaya tərəf gedib. Bu zaman onunla azarkeşlərdən biri arasında mübahisə yaranıb. Rauf tribunaya çıxmaq istəsə də, polis buna mane olub. Daha sonra onlardan biri Raufun qolundan tutaraq tribunaya aparıb.

    İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.