Month: September 2019

  • Kür çayına 400 minədək balıq buraxılacaq

    Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təşkil olunan mərasimdə millət vəkili Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

    Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsilə çaya ötürülüb.
    2019-cu ilin sonunadək, ümumilikdə, 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

    ETSN vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.//ölkə.az

  • Rəşadın adı yeni doğulan qardaşı oğluna verildi

    Polkovnik-leytenant Rəşad Atakişiyevin adı yeni dünyaya gəlmiş qardaşı oğluna verilib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə bu barədə məlumatı Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani pilotun 40 mərəsimində verib.

    O bildirib ki, bu itki onun ailəsi kimi silahdaşlarını da narahat edib: “Bu ötən gündə baş verənlərlə bağlı onun məzarında hesabat vermək istəyirəm. Onun ölümündən sonra Türkiyə və Azərbaycan pilotlarının birgə hərbi təlimləri keçirildi. O mərasimdə bir daha Rəşad xatırlandı, yada düşdü. Onun dəfninin səhəri gün xəbər eşitdik ki, qardaşı Elşadın oğlu dünyaya gəldi. Adını Rəşad qoydular. Bu hər kəsə nəsib olmur ki, ölümündən dərhal sonra adı başqasına qoyulsun”.

  • Şahmatçımızın finaldakı rəqibi bilindi

    Dünya kubokunun yarımfinalında çinli şahmatçı Din Lijen öz həmyerlisi Yuy Yantini tay-brekdə məğlub edib.

    Hər iki partiya heç-heçə bitdiyi üçün oyunun taleyi tay-brekdə həll olunub.

    Qeyd edək ki, Lijenin finalda rəqibi həmyerlimiz Teymur Rəcəbov olacaq.

    Yarımfinalda Rəcəbov iki partiyanın nəticələrinə görə fransalı Naksim Vaşye-Laqravı məğlub edib.

  • Ребенок с двумя головами родился в Украине

    В Черновцах (Украина) родились сиамские близнецы, сообщает УНИАН.

    Как отмечается, родившиеся девочки имеют одно тело и две головы. По словам главного врача роддома Альберта Курицына, пациентка отказалась от прерывания беременности, хотя врачи диагностировали отклонение внутриутробно.

    Уточняется, что женщина рожала впервые. Более того, ее схватки начались преждевременно. Как подчеркивается, на настоящий момент близнецы находятся в родильном доме, откуда их перевезут в детскую больницу.

  • Bakıda 47 yaşlı qadın itkin düşüb

    Bakıda 47 yaşlı qadın itkin düşüb.

    Median.Az APA-ya istinadən bildirir ki, şəhər sakini Vəkil Tağıyev Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Bafa Tağıyevanın ötən gün evdən çıxaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getdiyini və geri qayıtmadığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Siyavuş Novruzov vəsiqəsini girov qoyan həmkarından danışdı: “Artıq bu, onun şəxsi məsələsi deyil”

    Düzdür, vaxtilə mən 5 il ərzində İntizam Komissiyasının sədri olmuşam. Amma indi araşdırıcı şəxs deyiləm. Çünki artıq İntizam Komissiyası yenidən formalaşıb. Ona görə də dəqiq bilmirəm ki, bu məsələ həqiqətdir, ya həqiqət deyil.

    Median.Az bldirir ki, Milli Məclisin komitə sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov bu fikirləri musavat.com-a, deputat həmkarı Rəfael Cəbrayılovun öz deputatlıq vəsiqəsini girov qoyması barədə yayılan məlumatlara münasibət bildirərkən söylədi.

    YAP funksioneri bu məsələdə fərqli yanaşmasının olduğunu da vurğuladı: “İlk növbədə, onu demək istəyirəm ki, istənilən bir insanın şəxsi həyatını çəkib verməyin özü də cinayətdir. Yəni bu, bizim qanunlarla qadağan olunur. Heç kəsin səsini icazəsiz yaza bilməz, əgər xüsusi dövlət əhəmiyyətli məsələ – terrora cəhd, yaxud terroru maliyyələşdirmə, dövlət çevrilişinə cəhd göstərmə kimi halları çıxmaq şərtilə – yoxdursa. Qalan hallarda fərdin şəxsi həyatının kiminsə tərəfindən çəkilməsi, yazılması, ictimailəşdirilməsi cinayət məsuliyyəti yaradır. Digər tərəfdən, mən bilmirəm, Rəfael Cəbrayılov deputat vəsiqəsini təhvil verib-verməyib. Əgər belə hal varsa… Artıq bu, onun şəxsi məsələsi deyil, bu məsələ bilavasitə Milli Məclis və dövlət məsələsidir, seçicilərin etimad məsələsidir ki, ortaya qoyulub. Bütün sahələrdə istefa mədəniyyəti var. Əgər kimdə ortaya belə bir hal çıxırsa, birinci o şəxs özü istefa verməlidir. Əgər istefa verməyəcəksə, o halda məsələ araşdırılacaq, dəqiqləşdiriləcək… Biz deputatların etik davranışı haqqında kodeks qəbul etmişik. Buna uyğun olaraq, həmçinin Daxili Nizamnaməyə uyğun olaraq, İntizam Komissiyası məsələni müzakirə edib müvafiq qərarını verəcək”.

    S.Novruzov bir məsələni də xüsusi vurğuladı: “Bir sıra mətbuat orqanlarında yazılıb ki, bu adam YAP-ın üzvüdür. Onun YAP-a heç bir aidiyyatı yoxdur, bitərəfdir. Hər kəs bilsin ki, Rəfael Cəbrayılov bizim partiyanın üzvü deyil. Biz bu məsələyə qarışmırıq”.

    YAP funksioneri məsələyə payız sessiyasının ilk iclasında, 30 sentyabrda nöqtə qoyulacağı barədə ehtimallara da toxundu: “Bir iclasla bu məsələ həll oluna bilməz. Bu məsələ İntizam Komissiyasına təqdim olunmalıdır. Mən komissiya sədri olduğum üçün proseduru yaxşı bilirəm. Komissiya yığışmalı, müzakirə aparmalı, müvafiq qərar çıxarılmalı və qərar Milli Məclisə təqdim olunmalıdır. Milli Məclis komissiyanın rəyini səsə qoyduqdan sonra məsələyə MSK baxacaq”.

    Siyavuş Novruzov “deputatlarla bağlı yayılan bu kimi faktlar onu deməyə əsas verirmi ki, 2020-ci il parlament seçkilərində Milli Məclisin tərkibində ciddi dəyişiklik ediləcək?” sualına belə cavab verdi:

    “Hər bir Azərbaycan vətəndaşının seçmək-seçilmək hüququ var. Konstitusiyaya etdiyimiz dəyişikliklərə uyğun olaraq, yaşı 18-ə çatmış hər bir vətəndaşımızın öz namizədliyini irəli sürmək hüququ var. Burada heç ali təhsil də tələb olunmur. Yalnız prezidentliyə namizəd üçün ali təhsil tələb olunur. Seçici kimə etimad göstərəcəksə, o da seçiləcək. Partiyalı namizədlərə gəldikdə, təbii ki, partiyalar özlüyündə “saf-çürük” edir, tədqiqat aparır, hansı dairədən kimin namizədliyi irəli sürülə, yaxud namizədliyi irəli sürülsə, qələbə qazana bilər. O baxımdan YAP seçkiyə bir il qalmış tədqiqatlarını aparır, dövr təhlil olunur. Həmçinin həmin dairələrdəki namizədlər də təhlil olunur. O namizədlərə uyğun olaraq namizədimizin adı açıqlanır. Hakimiyyətə gəlməyin yeganə yolu seçki yoludur. Bu gün başqa alternativ yol yoxdur və olmayacaq! Ona görə də hər bir partiya seçkiyə hazırlaşsın! Qarşıdan bələdiyyə seçkiləri gəlir, növbəti il parlament seçkiləri keçiriləcək. Hazırlaşsınlar və öz güclərini sınasınlar!”.

    S.Novruzov dedi ki, YAP müxalifətlə dialoqa hazırdır: “Biz istənilən məsələni müzakirə etməyə hazırıq. Keçən dəfə də görüş keçirildi, müzakirələr aparıldı, müxtəlif fikirlər səsləndirildi. Obyektivi də, qeyri-obyektivi oldu, amma hərənin öz fikri, rəyi var. Əgər sən hər hansı iqtisadi, siyasi, sosial siyasətlə razı deyilsənsə, alternativ rəyini yaz, ortaya qoy! Sözlə məsələ bitmir. Hər bir partiyanın platforması olmalıdır – mən xalqın qarşısına nə ilə gedirəm? Havadan rəqəmlər götürüb hansısa fikirlər söyləməklə yox, konkret olaraq işlənilmiş, ortaya alternativ material qoyulmalıdır. Təəssüflər olsun ki, bu günə qədər belə şeylə rastlaşmamışıq”.

  • Bakıda daha bir yol çökdü (FOTO)

    Binəqədi-Novxanı avtomobil yolunda Azərsu ASC-ə məxsus su borusunda qəza baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

    Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

  • Bakıda bal kimi yarmarka

    Bakıda bal satış-sərgi yarmarkası açılıb.

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı keçirilən yarmarka sentyabr 28-dən oktyabrın 18-dək keçiriləcək. Yarmakada 123 ton bal satışı nəzərdə tutulub.

    EkoNews-un əməkdaşı bu gün yarmarkada olub.

    Yarmarkaya daxil olarkən diqqəti ilk çəkən səliqə-səhmandır. Satışlar çadırın içindəki piştaxtalarda həyata keçirilir. Çadırlardan kənarda isə satış və piştaxtalar yoxdur.

    Yarmarkada durğunluq hiss olunsa da, bunun açılışla bağlı olduğunu öyrəndik. Satıcı Gözəl Həmzəyeva bildirdi ki, durğunluğun səbəbi yarmarkanın yeni açılmasıdır: “Yarmarkaya Astara rayonundan qatılıram. Balın qiyməti 20-25 manat arası dəyişir. Dağ balı 25, biyam və aran balının kilosu isə 20 manatdır.

    Arıçı Kamal Yusifov bildirib ki, yarmarkaya təlabat çoxdur: “Mən yarmarkaya Balakəndən qatılmışam. Bizdə satışda çökə balıdır. Qiymət də 20-25 manat arası dəyişir. Hələ ki, yarmarka yeni açıldığı üçün alıcıdan daha çox mətbuat işçiləri var”.

    Arıçı Əsgərov Qalib yarmarkaya Göyçay rayonundan qatıldığını bildirdi: “Bu il satışa çiçək balı çıxarmışıq. Qiymətlər 20-30 manat arasında dəyişir”.

    Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, ölkəyə balın idxalını qadağa qoyula bilər: “Kənd Təsərrüfatı Nazirliyi ölkəyə bununla bağlı təklifi araşdırır”.

    Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

    Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib. Müraciətdə bildirilir ki: “Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”.

    Ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki bal istehsalı artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

    Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, məhsuldarlığın artımında bir neçə məqsəd var: “Bal məhsuldarlığının artırılması məqsədilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri “Bozdağ”, “Qafqaz” cinsi və “Sarı” arı “Qafqaz” cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”.

    Seyfəddin Talıbovun sözlərinə görə, bu il təqribən 120 tondan çox bal satışa çıxarılıb, amma 14%-dək göstəricilərinin tələblərinə cavab verməyən bal məhsulları satışdan kənarlaşdırılıb: “Bu gün Bakıda açılışı həyata keçirilmiş arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası bitdikdən sonra keyfiyyətə uyğun olmayan və yarmarkaya çıxarılmayan bal məhsulları arıçılara qaytarılacaq. Həmin ballar karantin şəraitdə anbarlarda saxlanılır, yarmarka başa çatdıqdan sonra sahiblərinə təhvil veriləcək”.

  • Azərbaycanda zəlzələ gözlənilirmi? – AÇIQLAMA

    Türkiyədəki yeraltı təkanlar Azərbaycandakı zəlzələ ocaqlarına təsir edə bilməz.

    Median.Az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

    Onun sözlərinə görə, son günlər Türkiyədə baş verən zəlzələlərlə bağlı ictimaiyyətdə müəyyən narahatlıqlar var:

    “Amma hər hansı narahatlığa əsas yoxdur. Çünki Türkiyədə baş verən zəlzələlərin Azərbaycanla heç bir əlaqəsi və ya bağlılığı yoxdur.

    Həm Azərbaycan, həm Türkiyə, ümumiyyətlə, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşir. Müəyyən seysmik qırılmalar var. Ölkəmizdə də seysmik bölgələr mövcuddur. Vaxtaşırı hiss olunan və olunmayan təkanlar qeydə alınır. Bununla bağlı mütəmadi məlumatlar veririk”.

    Vüsalə Rafiqqızı qeyd edib ki, ölkəmizdə zəlzələlərin olması gözlənilən və mümkündür:

    “Amma bunun başqa ölkələrdəki proseslə əlaqələndirilməsi düzgün deyil”.

    Qeyd edək ki, sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə zəlzələ olub. İstanbulda zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb, şəhərin bəzi yerlərində binalarda çatlar əmələ gəlib, rabitə əlaqələri kəsilib, məktəblərdə dərslər dayandırılıb.

    Həmçinin gecə saatlarında Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.

    Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

  • Müasir insanların psixi pozğunluqları – TOP-5

    Dünyadakı, demək olar ki, hər beşinci insanda ruhi pozğunluq olduğunu bilirdiniz? Şübhəsiz ki, yox. Çünki xəstələrin özləri belə onlardakı bu pozuntuların fərqində deyil.

    Aşağıdakı yazıda müasir insanlarda tez-tez müşahidə olunan beş psixi pozğunluq haqqında məlumat vermək istəyirik. Yoxlayın, bəlkə də, onların arasında dostlarınızı və ya özünüzü görəcəksiniz.


    Patoloji yalan

    İnsan şüurlu şəkildə yalan informasiya verməyə, faktları dəyişdirməyə və uydurma hekayələr danışmağa meyillidir. Adətən, bu simptom insanın başqalarının diqqətini cəlb etmək istəyindən yaranır. Maraqlıdır ki, belə pozğunluğu olan xəstələr bəzən dediklərinə, həqiqətən, inanır.

    Alimlər 2005-ci ildə normal insan beyninin “patoloji yalançı beyni”ndən çox fərqli olduğuna dair dəlil tapıblar. Belə ki, onlarda prefrontal korteksdəki boz maddənin həcmi 14,2% az, ağ maddənin həcmi 22% artıq olur.


    Taycin kyofuşo

    “Taycin kyofuşo”, sindromu adından təxmin etdiyiniz kimi, ilk dəfə Yaponiyada kəşf edilib. Onun hərfi tərcüməsi belədir: “şəxslərarası münasibətlərdən qorxusu xəstəliyi”. Bu sindromlu insanlar ətrafdakıları təhqir etmək, incitmək ehtiyacı duyur və özünə qarşı inamı itirir.

    Bununla yanaşı, həmin xəstələr hətta başqalarının əhval-ruhiyyəsini görünüşü, hər hansı bir fiziki qüsuru ilə pozmaqdan qorxur (məsələn, həddindən artıq tərləmə, üz qızartıları, kəkələmə və s.).

    “Taycin kyofuşo” sindromlu xəstələr, ümumiyyətlə ictimai fəaliyyətdən qaçır və digər insanlarla ünsiyyətə məcbur qaldığı halda ürək döyüntülərinin sürətlənməsi, panik-atak, nəfəs darlığı və titrəmə kimi hallar hiss edir.


    “Otello” kompleksi

    “Otello” kompleksi özünü əsassız qısqanclıq, çılğınlıqla göstərən seksual kompleksdir. Adətən, alkoqolun təsiri altında özünü göstərir.

    “Otello” kompleksi olan kişi sevgilisini itirməkdən qorxur. Amma onu daha çox narahat edən sevgilisinin onu aldatması və ailəsinin, dostlarının yanında gülünc vəziyyətə salmasıdır. Belə insanı tərəfdaşının ona sadiq olduğuna inandırmaq, demək olar ki, mümkün deyil. Axı qısqanclığın səbəbi yalnız özünün uydurma şübhələrindən qaynaqlanır.


    Partlayan baş sindromu

    Adından da göründüyü kimi, bu pozğunluqdan əziyyət çəkən xəstələr qəfildən başında səs-küy yarandığını, həmin səsin “partlayana” qədər yüksəldiyini söyləyir:

    “Bütün bunlar onların gözü önündə fləş işıqların yanması ilə müşayiət olunur. Yaxınlıqda bomba partlaması kimi bir hiss yaşadır”.

    Çox vaxt “Partlayan baş” sindromunun tutmaları yatmazdan əvvəl başlayır. Üstəlik, bəzi insanlar bunu həyatında bir dəfə, digərləri isə gecə boyu bir neçə dəfə yaşayır. Təəssüf ki, alimlər bu pozğunluğu hələ hərtərəfli öyrənə bilməyiblər. Buna görə də onun hazırda müalicəsi mövcud deyil.


    Özünə zərər vermə

    Özünə zərər vermə və ya “selfharm” intihar səviyyəsinə çatmadan özünə qəsdən zərər verməkdir. “Selfharm” müxtəlif ruhi xəstəliklərin əlaməti ola və ya müstəqil bir sindrom kimi özünü göstərə bilər.

    Çox vaxt bu pozğunluqdan əziyyət çəkən insanlar dərilərində kəsiklər açır, özünü yandırır, döyür və ya zəhərli maddələr qəbul edir. Belə xəstələr intihar etmək niyyətində olmasa da, onların 40-60 faizinin sonu ölüm olur.