Month: September 2019

  • Laçın sakinindən silah götürüldü

    Laçın rayon sakinindən ov tüfəngi götürülüb.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini V.Qasımovdan 1 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • Paltaryuyan maşının bu rejimindən istifadə təhlükəlidir

    Paltaryuyan maşınların qənaət rejimindən (eko rejim) istifadə sağlamlıq üçün ciddi təhlükə yaradır. Belə ki, bu rejimdə paltar yuma zamanı təhlükəli bakteriyalar məhv olmur.

    Bu barədə alman və britaniyalı alimlərin birgə araşdırmalarının nəticəsini “Applied and Environmental Microbiology” jurnalında dərc ediblər.

    Alimlər hesab edir ki, yuyucu toz üçün nəzərdə tutulmuş qabda və paltaryuyan maşının barabanını əhatə edən rezin hissədə çoxlu sayda “Klebsiella oxytoca” adlı bakteriya növü yaşayır ki, onlar az temperaturlu yuma zamanı məhv olmurlar. Həmin bakteriyalar insanın həzm sistemində problemlərə səbəb ola bilərlər.

    Alimlər bu nəticəyə Bonn şəhərində (Almaniya) yerləşən bir xəstəxanada baş vermiş epidemiyanın səbəblərini öyrənərkən gəliblər. Məlum olub ki, xəstəxananın əməkdaşları bütün geyimləri və yataq ağlarını paltaryuyan maşının qənaət rejimində yuyurmuşlar.

  • Əməkdar artist efirə nəvəsi ilə gəldi

    Əməkdar artist Gülbahar Şükürlü “Səhər-səhər” verilişinin qonağı olub.

    Median.Az xəbər verir ki, qarmon ifaçısı proqrama nəvəsi ilə birlikdə gəlib. Musiqiçi bildirib ki, Mədinə qızının övladıdır.

    Bir müddət əvvəl görünüşündə dəyişiklik edən G.Şükürlü “Kimi məni Mələkxanım Əyyubovaya, kimi Mənzurə Musayevaya oxşatdı. Amma əvvəlki görünüşümə qayıtdım” deyə, bildirib. (axşam.az)

  • В Баку провалилась дорога – ФОТО

    На автомобильной дороге Бинагади-Новханы произошла авария на водопроводе, принадлежащем ОАО «Азерсу».

    Об этом сообщили в пресс-службе Государственного агентства автомобильных дорог Азербайджана (ГААД), передает АПА.

    Известно, что в результате аварии проезжая часть дороги провалилась и образовалась яма диаметром 5 метров.

    Территория немедленно была взята под контроль сотрудниками Службы охраны дорог ГААД, проведена работа по обеспечению безопасности движения.

    Для ликвидации аварии на территорию были привлечены сотрудники и техника соответствующей структуры. В настоящее время ведутся ремонтно-восстановительные работы.

  • Gəncədə mindən çox evdə qaz yoxdur

    Gəncə şəhərinin T.Arani küçəsində su xətlərinin çəkilişi ilə məşğul olan təşkilata məxsus texnika qazıntı işləri apararkən diametri 110 millimetrlik qaz xəttini zədələyib.

    Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Qeyd olunub ki, səhər saatlarından həmin ərazidə mindən çox abonentin qaz təminatı dayandırılıb. Qaz təchizatının saat 12:00 radələrində bərpası planlaşdırılır.//ölkə.az

  • Borca görə axtarışda olan 33 nəfər saxlanıldı

    Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 11 cinayətin üstü “isti izlər”lə açılıb.

    “Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məılumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.//ölkə.az

  • İsmayıllıda iki uşaq anası özünü asdı

    İsmayıllıda iki uşaq anası özünü asıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qalınçaq kəndində baş verib. Qadın özünü səhər saatlarında yaşadığı evdə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

  • Полная ерунда. Нурмагомедов ответил на вызов Ибрагимовича

    Чемпион Ultimate Fighting Championship (UFC) в легком весе Хабиб Нурмагомедов ответил шведскому футболисту Златану Ибрагимовичу, который запустил челлендж и бросил вызов российскому бойцу смешанных единоборств, сообщает “Вести.Ру”.

    Ибрагимович опубликовал видео челленджа в социальных сетях и отметил в сообщении Хабиба Нурмагомедова, а также полузащитника “Манчестер Юнайтед” Поля Погба, сербского теннисиста Новака Джоковича и своего агента Мино Райолу.

    “Полная ерунда”, – написал Нурмагомедов в комментариях к посту шведа в Instagram.

    Напомним, суть Matrix Challenge, как назвал его 37-летний форвард, в том, что нужно, удерживая мяч на груди, отклониться назад и двигать руками, как главный герой серии фильмов “Матрица” Нео делал, уклоняясь от летящих в него пуль.

  • Bakıda əcnəbi narkotiklə saxlanıldı

    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində əvvəllər məhkum olunmuş əcnəbi vətəndaş saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.

    Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Sabunçu qəsəbəsində yaşadığı evdən isə əlavə olaraq 96 qrama yaxın heroin götürülüb.//ölkə.az

  • Bakı-Sumqayıt yolunda tıxac yaranıb

    Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

    Median.Az-ın azvision.az-a istinadən məlumatına görə, “Şamaxinka” adlanan ərazidən başlayaraq Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Sürücülərin sözlərinə görə, tıxac bir saata yaxındır ki, davam edir.