Month: September 2019

  • Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək

    “Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC sentyabrın 20-dək Qara dənizdə Trans-Xəzər beynəlxalq nəqliyyat xətti (TİTR – Trans-Caspian İnternational Transport Route) çərçivəsində müntəzəm fider konteyner daşımalarını (Middle Corridor) həyata keçirəcək fider gəmisi işə salacaq.

    “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu, sözügedən marşrutda işləyəcək ilk gəmi olacaq.

    “Middle Corridor” çərçivəsində Gürcüstanın Batumi/Poti və Rumıniyanın Konstanta limanları arasında müntəzəm fider daşımalarına dair beynəlxalq işçi qrupu iştirakçılarının qənaətincə, həmin xəttin fəaliyyətə başlaması Qara dəniz üzərindən yük daşımalarını xeyli tezləşdirməklə tarifləri də daha əlverişli səviyyəyə gətirəcək, bununla da sözügedən marşrutda konteyner daşımalarını artıracaq.

    Plana görə, Batumi ilə Konstanta arasında daşıma müddəti bir istiqamətdə 5 gün olacaq. Bu xətdə əsasən Avropa – Çin – Avropa istiqamətli tranzit yüklərin, habelə Avropa – Mərkəzi Asiya – Avropa istiqamətli ixracat yüklərin daşınacağı güman olunur.

    “Middle Corridor” Çin və Mərkəzi Asiyanı Qazaxıstanla Azərbaycan üzərindən Xəzər dənizində gəmilər vasitəsilə Avropa İttifaqı ölkələrilə birləşdirəcək nəqliyyat dəhlizidir. TİTR Beynəlxalq Asosiasiyasının üzvü Polşa, Ukrayna, Rumıniya, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çin dəmir yolu və dəniz nəqliyyatı ilə bağlı dövlət qurumları, logistika şirkətləridir.

    Fider daşımaları yüklərin konteyner vs. vasitələrlə daşınması iri limanlarda cəmləşdirmək və ya oradan göndərilməsi üçün kiçik gəmilərin istifadəsini ehtiva edir. Daşımalarda fider sistemi adətən dəniz və çay gəmiçiliyini qovuşdurmaqla qısa və orta məsafəli xətlərdə kiçik partiya yüklərin nəqlini əhatə edir.

  • Dükanlarda satılan yuyulmuş tərəvəzləri almayın! – Xəbərdarlıq

    Son zamanlar dükan və bazarlarda tez-tez təmiz, yuyulmuş tərəvəzləri görürük.

    Əksəriyyətimiz məhz belə tərəvəzləri almağa üstünlük veririk. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, belə tərəvələr orqanizmə ziyan vurur.

    Kartof, kök, çuğundur, turp və s. bu kimi tərəvələrin üzərində olan torpaq onları xarab olmaqdan qoruyur. Qida mütəxəssisləri ev şəraitində belə sadə eksperiment aparmağa təklif edir – bir neçə kartof və ya kökü yuyun və belə saxlayın. Az bir müddətdən sonra siz görəcəksiniz ki, onlar xarab olmağa başlayıb. Yuyulmamış çirkli tərəvəzlər isə uzun müddət ərzində təzə qalır.

    Sual yaranır: bəs niyə dükan və bazarlarda satılan yuyulmuş tərəvəzlər uzun müddət ərzində xarab olmur?

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, satışda olan belə tərəvəzlərin yuyulması zamanı suya tərkibində xlor və digər agressiv kimyəvi maddələr olan xüsusi vasitələr əlavə olunur. Nəticədə tərəvəzlər həm təmizlənir, həm də onların istifadə müddəti xeyli artır. Lakin bu sağlamlığımız üçün heç də faydalı deyil. Kimyəvi maddələrin bir hissəsi tərəvələrə hoparaq orqanizmə daxil olur və onu zəhərləyir.

    Beləliklə, yuyulmuş, par-par parıldayan tərəvəzlər nə gədər cəlbedici görünsə də, üzərində torpaq olan çirkli tərəvələrə üstünlük verin. Hər parıldayan qızıl deyil…

  • Elmar Məmmədyarov Taha Ayhan ilə görüşüb – FOTO

    Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.

    Median.Az bildirir ki,Forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.

    Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsinin yollarını, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələlərini müzakirə ediblər.

  • İstanbulda 22 yaşlı azərbaycanlını “tok vurdu”

    İstanbulda azərbaycanlı fəhlə ölüb.

    “Haberler.com” xəbər verir ki, hadisə şəhərin Fatih bölgəsində baş verib.

    Akşəmsəddin məhəlləsinin Akdeniz küçəsində bir iş mərkəzində çalışan 22 yaşlı Rüfət Fəhradov beşmərtəbəli iş mərkəzində optik internet kabeli çəkərkən binanın beton kölgəliyindəki elektrik axınına düşərək vəfat edib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Fəhradovun cəsədi İstanbul Yenibosnadakı Tibbi-ekspertiza mərkəzinə təhvil verilib.

  • Eyyub Yaqubov Leyla Əliyevanın sözlərinə mahnı oxudu – KLİP

    Xalq rtisti Eyyub Yaqubov yeni klipini təqdim edib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, müğənni bu dəfə sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus olan “Ты такая красивая” adlı mahnısını ekranlaşdırıb.

    Mahnının musiqisini isə Elçin İmanov bəstələyib.

    Ekran işi “Baku Media Center” tərəfindən lentə alınıb. Klipdə iki gəncin sevgisindən bəhs edilir.

  • Millimizin Uelslə oyun üçün heyəti açıqlandı

    Milli komandamız futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşacaq.

    Median.Az xəbər verir ki, bu gün Kardiff şəhər stadionunda keçiriləcək matçda hər iki komandanın start heyətləri açıqlanıb.

    E qrupunun V turunun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçında tərəflər aşağıdakı oyunçularla meydana çıxacaqlar.

    AVRO-2020-nin seçmə mərhələsi

    E qrupu, V tur

    6 sentyabr

    22:45. Uels – Azərbaycan

    Uels: 1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms

    Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks

    Baş məşqçi: Rayan Giqqz

    Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov

    Baş məşqçi: Nikola Yurçeviç

    Baş hakim: Farrucia Kann Trustin (Malta)

  • “Мисс Москва” заставила экс-короля Малайзии пожалеть о браке с ней публикациями личных ФОТО

    Бывший верховный правитель Малайзии, султан Келантана Мухаммад V, который был женат на обладательнице титула “Мисс Москва 2015” Оксане Воеводиной, считает, что наделал ошибок в личной жизни.

    Как передает Median.Az, об этом сообщает издание Daily Mail.

    Султан выразил сожаление, что решения, которые он принимал в своей частной жизни, повергли народ в смятение и привели к раздорам в социальных сетях. Он также выразил неудовольствие в связи с появлением в интернете его личных фотографий и ложной информации о его жизни.

    “Дворец Келантана глубоко возмущен и осуждает распространение в социальных медиа личных фотографий его королевского высочества султана Мухаммада V и всех неподобающих постов по поводу его частных и персональных дел, — говорится в официальном заявлении султана. — Дворец Келантана решительно отрицает любые не соответствующие действительности и клеветнические комментарии, которые сопровождали фотографии”.

    После развода Воеводина выложила в Instagram несколько снимков Мухаммада V и утверждала, что он называл детей “главной мечтой его жизни”.

  • Nazirlik ayının heyvanlara hücumu ilə bağlı məlumat yaydı

    Quba rayonunda ayının kəndə hücum etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, rayonun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı İşçi Qrup yaradılıb.

    ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

    Qeyd edək ki, ötən gün gecə saatlarında Küsnətqazma kəndində altı baş inək ayının hücumuna məruz qalıb. Heyvanlardan üçü ölüb, üçü isə yaralıdır.//oxu.az

  • Qobustanda yük maşını minik avtomobili ilə toqquşub

    Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun “Sahil”qəsəbəsində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində, “Mercedes” markalı avtomobildə olan qadın sərnişin müxtəlif növ bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılıır.

  • Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkündür

    “Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4 %-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır”.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşündə deyib.

    Onun sözlərinə görə, beynəlxalq və daxili miqrasiya prosesləri qaçqın və məcburi köçkünlərlə birbaşa əlaqəlidir. Tahir Budaqov qeyd edib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatlar nəzərə alınması vacib məsələlərdəndir.

    Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanmasından sonra yaranıb. Komitə sədri münaqişə nəticəsində öz tarixi torpaqlarından məcburi didərgin düşən vətəndaşlarımızın daim dövlət qayğısı ilə əhatə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində hər il böyük işlər görüldüyünü diqqətə çatdırıb.

    Tahir Budaqov 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib.

    O deyib ki, qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar əhalinin siyahıyaalınması zamanı da əldə olunur.