Month: September 2019

  • Азербайджанские школьники завоевали 5 медалей на Олимпиаде Мегаполисов

    В Москве состоялась очередная Международная Олимпиада Мегаполисов.

    Как сообщили Baku.ws в Министерстве образования, школьники нашей страны показали высокие результаты на Олимпиаде.

    Учащийся лицея с физико-математическим и информатическим уклоном при Министерстве образования Абуталыб Намазов завоевал серебряную, а Мурад Эйнизаде – бронзовую медаль по информатике.

    Учащийся лицея с физико-математическим и информатическим уклоном при Министерстве образования Мурад Агазаде стал обладателем серебряной медали по математике.

    Серебряные медали по химии завоевали ученицы Бакинского Турецкого Лицея, учредителем которого является Турецкий религиозный фонд, Ханым Ягублу и Айдан Нагизаде.

    Таким образом, наши школьники завоевали четыре серебряных и одну бронзовую медали и заняли III место в командном зачете.

  • Dünyanın ilk Daun sindromlu evli cütlüyü – Gündə 100 dəfə “sevirəm” deyirlər

    Dünyanın ilk Daun evli cütlüyü artıq 24 ildir ki, bir yerdədirlər.

    1995-ci ildə evlənən Merienn və Tommi Pilinq dünyada ilkə imza atmağı bacarıblar. Onlara qədər heç bir Daun sindromlu insan bir-biri ilə evlənməmişdi.

    Bu il onların evliliyinin 24 ili oldu. qadının 48, kişinin 60 yaşı var.

    Median.Az medicina.az-a istinadən bildirir ki, cütlüyün həyatı normal evliliklərdəki kimidir. Onlar birlikdə gəzir, ev təmir edir, yemək bişirir.

    Meri deyir ki, ilk görüşlərində anlamışdı ki, bu insanla ömrünün sonuna kimi qalacaq. İLk üzükləri is plasmasdan olub. Sonradan qızın valideynləri cütlüyə həqiqi nişan üzüyü alaraq, xeyir-dualarını veriblər.

    Toyları yüzlərlə Daun sindromlu qonaqların da qatıldığı kilsədə olub.

    Onlar Merinin ailəsinə yaxın yerdə mənzildə məskunlaşıb, ilk vaxtlar gənc ailəyə təsərrüfat işlərində dəstək edirdilər, daha sonra onlar hər şeyi, hətta pul xərcləməyi də müstəqil etməyi bacardı.

    Tommi gündə 100 dəfə arvadına Səni sevirəm deyir, onlar bir birindən 10 dəqiqə belə ayrı qala bilmir.

    Meri və Tommi evlənəndə qınayanlar çox oldu, Daunlu insanların ailəyə uyğun olmadıqlarını deyirdilər. Amma onlar səhv etmişdi. Daun sindromlular da evlənib xoşbəxt ola bilər.

    Bəs cütlüyün çətinliyi nədədir?

    Əlbəttə ki, onlar oxuyub yazmağı bilmir, saatı bilmir, eləcə də ütü işlətməyi bacarmır. Bazarlıq edirlər, amma ərzaqların istehsal tarixini oxuya bilmirlər. Bu işdə onlara satıcılar kömək edir.

    Artıq yaşlaşan ərinin bütün qayğılarını Meri özü çəkir.

  • Британские СМИ оскорбили сборную Азербайджана по футболу

    В преддверии сегодняшнего отборочного матча Евро-2020 между сборными Уэльса и Азербайджана британские СМИ пишут о том, что команда Райана Гиггза довела ситуацию до того, что ей уже сейчас обязательно нужно побеждать.

    Как передает Median.Az, в частности, The Sun отмечает, что валлийцы очень рано столкнулись с возможностью потери реальных шансов на попадание в финальную стадию чемпионата Европы.

    «Немного рано говорить об играх, которые нужно во что бы то ни стало выигрывать, но извините, валлийские фанаты, такой момент настал, – пишет британское издание. – Команда Райана Гиггза шокировала, проиграв два из первых трех отборочных матчей. Уэльс уступил Венгрии и Хорватии. И в такой ситуации, когда вам очень нужна победа, что может быть лучше, чем играть с мальчиками для битья в группе «E» – сборной Азербайджана. Эта команда проиграла все три матча и пропустила десять голов, пять из которых в последнем матче со Словакией, которую Уэльс обыграл в марте.

    Но вот интересный момент: несмотря на поражения в каждой игре, Азербайджан неизменно забивал в каждом из трех матчей. Они нанесли 25 ударов за три игры и даже вели в счете в матче с Хорватией».

    Матч Уэльс – Азербайджан состоится сегодня на стадионе «Кардифф Сити» и начнется в 22:45 по бакинскому времени.//Baku.ws

  • DİQQƏT! Gecə bu yol bağlı olacaq: sürücülər mütləq oxusun

    Yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir

    Masazır dairəsində bu gün gecə saat 00:00-dan, səhər saat 7:00-a qədər yol bağlı olacaq.

    Median.Az Avtosfer.az-a istinadən bildirir ki, yolun bağlanması su-kommunikasiya xəttlərinin yeniləməsi ilə əlaqədardır. Yol polisi sürücülərə alternativ yollardan istifadə etməyi və müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edir.

  • Bakıda evdən 4700 manat oğurlayan Qax sakini saxlanılıb

    Bakıda evdən 4700 manat oğurlayan keçmiş məhkum saxlanılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Vaxtında başlasaydım, indiyə polkovnik idim” — Leytenant Elnarə Xəlilova

    Müğənni Elnarə Xəlilova 15 il öncə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
    Median.Az
    xəbər verir ki, sənətçi sərhədçi olmağıyla fəxr etdiyini yazıb: “Onda hərbi qulluğa başlasaydım, indiyə polkovnik idim”.

    Qeyd edək ki, E.Xəlilova Sərhəd Qoşunlarının leytenantıdır.//ölkə.az

  • Bakıda məhbus yoxa çıxdı – Sonuncu dəfə “Audi Q7″yə minib…

    Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

    Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

    E.Rzayev nömrəsi bilinməyən “Audi Q7” markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
    Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.

    Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

    Hazırda polis əməkdaşları axtarışları davam edir.

  • Pozitiv olmaq ömrü uzadır — Alimlərdən açıqlama

    ABŞ da aparılan bir araşdırmaya görə, xoş niyyətli insanlar digərlərinə nisbətən 11 ilə 15 faiz daha uzun ömürlü olurlar.
    Median.Az
    bildirir ki, BBC də yer alan xəbərə görə, Boston universitetində mütəxəssislər tərəfindən aparılan bir araşdırmada on minlərcə qadın və kişi yer alıb. Xəstələrin üzərində pozitivlik səviyyələri, ümumi sağlamlıq vəziyyətləri, idman, dieta, siqaret və spirtli içki alışqanlıqları yoxlanılıb.

    Xəstəxanada aparılan araşdırma müddətində, qadınları 10 il, kişiləri isə 30 il müşahidə ediblər. Aparılan araşdırma pozitiv olanların 11 ilə 15 faiz daha uzun ömürlü olduqlarını və digərlərinə görə 85 yaşına qədər yaşaya bildikləri ehtimallarının daha çox olduğunu göstərilib.

    Araşdırmaçılardan biri Proffesor Lewina Lee, ‘’ilk göstəricilərin daha pozitiv insanların hədəflərini gerçəkləşdirmək üçün özünə inamın, problemləri asan yolla həll etdiklərini və bunun da duyğularını və stress səviyyələrini daha rahat idarə etdiklərini göstərdiyini’’ qeyd edib.

    ‘’Pozitiv olmaq ömrü uzadaraq, sağlam qocalmağa səbəb olur’’.

    Stressin immun sisteminə olan təsirləri haqda da danışan Lawina Lee, pozitiv insanların infeksiyalarla və stressin səbəb olduğu xəstəliklərlə daha asan başa çıxdıqlarını da xüsusi vurğulayıb.

    Lee ‘’xoşbəxt bir gələcək xəyal etməyin insanlarda pozitivlik səviyyəsinin artdığını göstərdiyini qeyd edib.
    Xoşbəxt və pozitiv insanların niyə daha uzun yaşadıqları ilə bağlı mübahisəli məsələlərin olmasına baxmayaraq yenə də pozitiv düşünməyin tərəfində olduğunu da bildirib. Mütəmadi olaraq neqativ düşünməkdən uzaq durmaq stresslə başa çıxmaqda çox yardımçı ola bilər.

    Mütəxəssislər daima neqativi düşünən insanlara da ‘’xoşbəxt bir gələcək xəyalı ilə yaşamağın daha faydalı ola biləcəyi’’ məsləhətini veriblər.

    Yaxşı bəs necə daha pozitiv olmaq olar?

    Northumbria universitetində çalışan alimlərdən biri Michael Smith də gündə iyirmi dəqiqə yazı yazmağın, kitab oxumağın, musiqiyi dinləməyin və aşiq olmağın stresslə başa çıxmaqda yardımçı ola biləcəyini bildirib. Smith eyni zamanda gündəlik ifadələrdə və ya insanın daxili iç səsi dediyimiz düşüncələrində də pozitiv sözlərdən istifadə etməyin əhəmiyyətli olduğunu qeyd edib.

    Daha əvvəllər də alimlər pozitiv olmağın uzun ömürlülüyə təsir etdiyi barədə araşdırmalar aparmışlar.

  • 73 yaşında ana olan qadının əri infarkt keçirdi

    Xəbər verdiyimiz kimi, Hindistanın cənubundakı Andhra Pradeş ştatında 73 yaşında bir qadın süni mayalanma yolu ilə hamilə qalıb və əkiz qız uşağı dünyaya gətirib. Bundan sonra onun 82 yaşlı əri infarkt diaqnozu ilə xəstəxanaya çatdırılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ana və əkizlərin sağlamlıq vəziyyəti yaxşıdır. Qeyd olunub ki, Manqayamma Yaramati adlı qadın və əri həyatları boyu uşaq arzusu çəkiblər. Qadının əri Sitarama Rajarao bildirib ki, o, həddindən çox xoşbəxtdir. Onun xəstəxanaya düşməsinin məhz sevincdən olduğu bildirilir. Ahıl cütlük əkizlərin dünyaya gəlməsini həyatlarının ən xoşbəxt anı olduğunu da deyiblər.

    2016-cı ildə Hindistanda Daljinder Kaur adlı 70 yaşındakı qadın da süni mayalanma nəticəsində bir uşaq dünyaya gətirib.

  • Hacıqabulda beşotaqlı ev yanıb

    Hacıqabul rayonunda yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 2 otağı əşyaları ilə birlikdə 80 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.//milli.az