Month: September 2019

  • В Губе создана Рабочая группа в связи с нападением медведя на хозяйства

    На основе информации, поступившей в министерство экологии и природных ресурсов в связи с нападением медведя на сельхозживотных в селе Кюснетгазма Губинского района была создана Рабочая группа.

    Как сообщили Report в министерстве, в целях обеспечения безопасности граждан и предотвращения возможного ущерба, Рабочая группа в составе охотников-любителей и сотрудников Регионального управления экологии и природных ресурсов №5 МЭПР взяла указанную территорию под контроль. Принимаются необходимые меры.

  • Yeni dinozavr növü tapıldı

    Yaponiyada arxeoloqlar qazıntılar zamanı yeni növ dinozavrın qalıqlarını aşkar ediblər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Hokkaydo Universitetinin mütəxəssisləri bir neçə il ərzində tapılmış yüzlərlə sümüyü təhlil edib.

    Qeyd olunur ki, sümüklər təxminən 72 milyon il əvvəl yaşamış otyeyən hadrozavrlar sinfinə daxildir.

    “Kamuyzaurus yaponikus” adı verilən dinozavrın 4-5 ton çəkiyə malik olduğu ehtimal edilir.

  • Qubada ayının təsərrüfatlara hücumu ilə bağlı İşçi Qrup yaradılıb

    Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

    Nazirlikdən verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.//report.az

  • Polis qardaşı arvadını boğaraq öldürən kişini saxladı

    Ağsuda qardaşı arvadını boğaraq öldürmüş şəxs saxlanılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.

    Qeyd edək ki, sözügedən hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.

    İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

    Hadisəni törədən Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar.

    Kənd sakinlərindən aldığımız məlumata görə, Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub.

    Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

    Xatırladaq ki, qətlə yetrilən Xumar Zahidova ötən il ailə qurub və iki aylıq körpəsi var. O, həmçinin onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

    Baş verən hadisə ilə bağlı Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

  • В Баку пройдет очередная ярмарка меда – ФОТО

    В столице Азербайджана с 28 сентября по 18 октября будет проведена 20-я республиканская ярмарка продукции пчеловодства, организованная ОАО “Аграрная заготовка и снабжение” при министерстве сельского хозяйства совместно с Ассоциацией пчеловодов Азербайджана.

    Как сообщает BAKU.WS со ссылкой на министерство сельского хозяйства, за качеством меда, предназначенного на продажу по адресу Наримановский район, улица Фатали Хана Хойского 10 (Республиканский стадион имени Тофига Байрамова), будет следить Агентство пищевой безопасности.

    Производители, желающие принять участие в ярмарке, должны заранее пройти регистрацию на сайте www.bal.kendden.az. Регистрация пройдет с шестого по 11 сентября. Уведомления и дополнительная информация производителям, после регистрации, будет предоставлена в виде смс-оповещений.

    Участие в ярмарке будет определено по очередности, число представителей одного района не будет превышать 40 человек.

    Чтобы участие фермера в ярмарке было утверждено, он должен иметь не менее 20 ульев. Каждый участник сможет привезти на ярмарку до 400 килограммов меда и пчелиные соты с медом – по одной единице на каждое пчелиное семейство (до 30).

    Прием образцов меда пройдет с 12 по 24 сентября на складе ОАО «Аграрная заготовка и снабжение» по адресу “ Ходжасанская дорога” 57 (ТЦ “Мейвели”). Стоимость участия в ярмарке составляет 150 манатов. В эту сумму входит обеспечение местом и необходимыми принадлежностями для продажи, реклама ярмарки, организация логистической и складской работы и другие услуги.

    Результаты анализа образцов меда, взятых для проверки качества сотрудниками Агентства пищевой безопасности при участии производителя, будут представлены оргкомитету не позднее чем через три дня . Образцы меда, результаты анализа которых оказались неудовлетворительными, будут сохранены на складе ОАО. Производители смогут забрать свою продукцию обратно по завершении ярмарки.

  • Salyan sakinindən külli miqdarda narkotik götürülüb – FOTO

    Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Marışlı kənd sakini 37 yaşlı Daşqın Əliyev saxlanılıb.

    RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus pay torpağına baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.//Baku.ws

  • “Alibaba” bu şirkəti 2 milyarda alacaq

    “E-ticarət” şirkəti olan “Alibaba” texnologiya şirkəti olan Çinin “NetEase”nin bir qolu olan “Koala” şirkətini alacağını elan edib.

    Median.Az “Posta”ya istinadən xəbər verir ki, tərəflər 2 milyard dollara razılaşıblar.

    Qeyd edək ki, “Koala” geyim, elektron əşya və idman aksessuarlarının satışı ilə məşğuldur.

    Rəqəmsal marketinq, media və ticarət bazarının araşdırması ilə məşğul olan “eMarketer” şirkətinin verdiyi proqnoza görə Çin e-ticarət sahəsində ABŞ-dan 3 dəfə daha çox – 1 trilyon 935 milyard dollarlıq satış həddinə çatacaq.

  • 2019-cu ildə BMT-nin 72 işçisi həlak olub

    Bu il BMT-nin 72 işçisi həlak olub.

    APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş vəzifəsini yerinə yetirərkən həyatını itirən işçilərin xatirəsinin anılması ilə bağlı tədbirdə bildirib.

    “Bu il 25 mülki işçi, 43 sülhməramlı və 4 polis işçisini itirmişik”, – deyə A. Quterreş qeyd edib.

  • Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda fənlər üzrə keçid balı açıqlanıb

    2019-2020-ci tədris ili üçün müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu zamanı fənlər üzrə ümumtəhsil müəssisələrinə keçid balı məlum olub.

    Təhsil Nazirliyindən verilən xəbərə görə, Azərbaycan bölməsində alman dili, Azərbaycan dili və ədəbiyyat, fransız dili, ibtidai sinif müəllimliyi, ingilis dili, riyaziyyat, tarix, coğrafiya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 48 baldır.

    İnformatika, Texnologiya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

    Biologiya, fizika kimya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

    Fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

    Musiqi, rus dili və təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 30 baldır.

    Rus bölməsi üzrə rus dili və ədəbiyyat fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

    İngilis dili fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

    Bilogiya, ibtidai sinif müəllimliyi, riyaziyyat, tarix fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

    Fransız dili fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

    Alman dili, Azərbaycan dili, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, kimya, musiqi, texnologiya və təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 30 baldır.//apa.az

  • Mina Hüseyndən şəxsi həyatı ilə bağlı SƏMİMİ AÇIQLAMALAR: “Məmur uşaqlarından qorxuram” – VİDEO

    Müğənni Mina Hüseyn Tolikin “Youtube” layihəsinin qonağı olub.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Mina “Toliklə səmimi”yə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib:

    O, artıq sevgilisi ilə münasibətini bitirdiyini açıqlayıb: “Sevgilimdən ayrılmışam, münasibətimiz bitib. Xəyanəti heç vaxt bağışlamaram. Kişilər qadını dəyişməyə meyillidirlər. Həm də qadağalar çox idi. Müğənni sərbəst olmalıdır. Həyatda istədiyim şeyləri edirdi, lakin alınmadı.

    Bu həyatda anama güvənirəm, rəfiqəmdir. Bütün sirrlərimi onunla bölüşürəm. Hətta, ayrılanda anamla məsləhətləşdim. Anam dedi ki, boş-boşuna həyat yaşamaq olmaz, lazım deyil. 3-4 sevgilim olub. 18 yaşımda sevgilimdən ayrılandan sonra dostu mənə yazdı ki, səndən xoşum gəlir. Mən isə razılaşmadım”.

    Mina məmur övladları ilə sevgi münasibətlərindən qaçdığını etiraf edib:

    “Məmur uşaqlarından qorxuram. Pullu insanlara inanmıram, onlardan qaçıram. Harınlamış olurlar. Məmur uşaqları heç vaxt ciddi münasibətdə olmurlar”.