Month: September 2019

  • Şabranda 22 yaşlı oğlan qız üstündə qan tökdü – Cəza

    Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 22 yaşlı Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən bildirir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

    Fərid Musayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, bu ilin yanvarın 30-da Şabran rayon ərazisində yerləşən ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov naməlum şəraitdə bıçaqlanıb. O, sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da, axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayıb.

    Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.

    İstintaq orqanı tərəfindən Fərid Musayevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

  • Məktəblilərimiz Beynəlxalq Meqapolis Olimpiadasından beş medalla dönür

    Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.

    İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər.

    Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıb.

    Beləliklə, məktəblilərimiz dörd gümüş və bir bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.//oxu.az

  • Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

    Prezident İlham Əliyev Braziliya Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident, Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm”.

  • Həbib Nurməhəmmədov – Porye döyüşü: hazırlıq gedir…

    Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov Abu-Dabidə Porye ilə döyüş ərəfəsində çəkisini zəruri həddə çatdırıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həm Nurməhəmmədov, həm də onun rəqibinin çəkisi 70,3 kiloqram olub.

    Yüngül çəki dərəcəsində (70,3 kiloqrama qədər) döyüş sentyabrın 7-də Əbu-Dabidə (BƏƏ) olacaq. Xatırladaq ki, 2017-c ilin baharında amerikalı Toni Fergüsona qarşı döyüşdə Nurməhəmmədovun çəki ilə bağlı problemləri ucbatından həmin döyüş baş tutmadı.

    2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəməri qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb. 30 yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub.

    Porye bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və təşkilatın müvəqqəti çempionu titulunu qazanıb. 30 yaşlı Poryenin aktivində 25 qələbə və 5 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.

  • Nadir Qafarzadəyə qadağa qoyulub? – “Əxlaqsız insana yalnız…” – AÇIQLAMA

    “İllərdir yay mövsümündə 3 ay tam dincələ bilmirəm. Çünki tədbirlərə qatılıram, mahnılar, kliplər təqdim edirəm”.

    Median.Az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O qeyd edib ki, bu yay 10-a yaxın yeni mahnı oxuyub:

    “Bunlardan “Axtarma məni”, “Ay dəli dəli”, “Zır dəli oluram” mahnılarımı misal gətirmək olar. Hətta kliplər də çəkdik. Yeni işlərimiz çoxdur. İnşallah yeni layihəmi də təqdim edəcəm.

    Mən yaranan gündən ancaq işləyirəm. Buna baxmayaraq, 10 gün də olsa, dincəlməyə vaxt ayırıram. Həyat yoldaşımla birgə Türkiyədə dincəldim. Daha sonra Azərbaycanın bir neçə bölgəsində olduq. Açığını deyim ki, istirahətə çox zamanım olmadı. Çünki bölgələrdə keçirilən bir neçə konsertlərə dəvət almışdım. Bundan başqa klip çəkilişləri də bir müddət davam elədi”.

    Müğənni son günlər efirdə az-az görünməsi ilə bağlı da danışıb. Bildirib ki, son açıqlaması ilə bağlı ona televiziyaların efir qadağası qoyması xəbəri yalandır:

    “Məncə bu barədə danışmaq gülüncdür. Çünki həyatda hər kəsin bir düşüncəsi var. Əxlaqsız insana yalnız əxlaqsızlar dəstək olur. Öz fikrimi demişəm. Bunu başqa yerə yozanlar günahı özlərində axtarsınlar. Mənə qadağa qoyulmayıb. Hansı dövrdə yaşayırıq ki?! Demokratik ölkədə yaşayırıq. Azad fikrimi söyləmişəm. Burada qadağan ediləcək nə var ki?! Belə bir şey yoxdur. Bir neçə verilişlərdən dəvət almışam. Yeni mövsümdən, yeni mahnılarla efirdə olacağam” – deyə Nadir Qafarzadə əlavə edib.

  • Bakıda növbəti bal yarmarkası keçiriləcək – Qeydiyyat başladı

    28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

    Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

    Bal istehsalçıları yarmarkada iştirak etmək üçün öncədən qeydiyyatdan keçməlidir. İlk dəfə olaraq qeydiyyat prosesi www.bal.kendden.az saytı vasitəsilə onlayn olaraq həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq öz şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları bildirməklə qeydiyyatdan keçə biləcək. Qeydiyyat müddəti 6-11 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 12-də qeydiyyatı təsdiqlənmiş arıçılara sms-bildirişlər göndəriləcək və məhsullarını nə vaxt gətirəcəkləri barədə məlumat veriləcək. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcək. Yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkaya maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

    Bal nümunələrinin qəbulu 13-24 sentyabr tarixləri arasında “Aqrar tədarük və təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın reklam işlərinin aparılması, loqistika və anbar işinin təşkili və digər xidmətlər daxildir.

    Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək və yalnız nümunələri qida təhlükəsizliyi standartlarına uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcək. Nümunələrin nəticələri müsbət olmayan bal məhsullarının satışına icazə verilməyəcək və məhsullar Aqrar Tədarük və Təchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaq. Yarmarka bitdikdən sonra anbarda saxlanılmış məhsullar sahiblərinə təqdim ediləcək.

  • Keçmiş arvadının ərini bıçaqlayan şəxsə hökm oxundu

    Bakıda iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, M.Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu, Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

    1987-ci il təvəllüdlü M.Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.

    Daha sonra M.Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.

    Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

    Hər iki yaralının həyatını xilas etmək mümkün olub. M.Nemətov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

  • Названы самые криминальные районы Баку

    Самым криминальным районом Баку можно считать Бинагадинский.

    Как передает Median.Az со ссылкой на oxu.az, данный район возглавляет рейтинг криминогенности, подготовленный на основе опросов сотрудников столичных подразделений органов внутренних дел и статистических данных нескольких групп.

    Отметим, что показатель криминогенности районов прямо пропорционален плотности населения. По официальным данным Министерства внутренних дел Азербайджана, в столице зарегистрировано почти 3 миллиона человек, однако реальная цифра проживающих в Баку намного выше. Велико число тех, кто проживает в столице без регистрации.

    Урбанизация – превращение сельчан в горожан – имеет свои негативные последствия: в первую очередь это обострение криминогенной обстановки, даже если в целом она, как утверждают в МВД, под контролем. В связи с этим в июле этого года МВД предупредило население о штрафе, который будет применен в отношении всех, кто фактически проживает не по месту прописки более двух месяцев без регистрации. Гражданин обязан известить государство о месте своего проживания. Это необходимо для усиления профилактики преступности и борьбы с ней, а также облегчения работы по розыску подозреваемых и пропавших лиц.

    Пройти регистрацию бесплатно можно в центрах ASAN xidmət, в Главном управлении паспортов, регистрации и миграции МВД или онлайн.

    Между тем, по состоянию на июль 2019 года в Бинагадинском районе официально зарегистрировано 266,6 тысячи человек, Хатаинском районе – 287,4 тысячи, Ясамальском – 248,1 тысячи, Сабунчинском – 245,4 тысячи, Насиминском – 221, 6 тысячи, Сураханском – 220,3 тысячи, Низаминском – 200,6 тысячи, Наримановском – 178,8 тысячи, Хазарском -167,1 тысячи, Гарадагском – 126,2 тысячи, Сабаильском – 102,1 тысячи и Пираллахинском – 20,5 тысячи человек.

    Несмотря на то, что плотность населения в Хатаинском районе официально выше, чем в Бинагадинском, самым криминальным этот район назвать нельзя. Дело в том, что на окраинах Баку, по наблюдениям правоохранителей, проживает большее число прибывших – жителей регионов Азербайджана и гостей столицы. Это обусловлено низкими ценами на жилье, в том числе на его аренду.

    Как отметили в Управлении полиции Бинагадинско района, на территории много таких жилых помещений, которые сдаются по цене 2-3 маната за сутки. Это привлекает малообеспеченных граждан – жителей регионов, которые в основном потянулись в Баку за “длинным рублем”. Анализ имущественных и так называемых бытовых преступлений показывает, что большинство из них совершено лицами, мигрирующими, то есть проживающими не по месту регистрации. В этом смысле Хатаинский район является более благополучным, потому как цены на жилье на его территории выше чем, в пригородных поселках.

    Если 10 лет назад самыми криминальными считались центральные районы столицы – Ясамальский, Насиминский, Наримановский, то сегодня вперед вырвались окраинные – Бинагадинский, Сураханский, Сабунчинский. После сноса ветхих жилых домов на бывшей “Советской”, которая славилась своей криминальностью, плотность населения в Ясамальском районе значительно уменьшилась и вместе с тем несколько упала преступность.

    На окраинах по численности населения (официально зарегистрированных и неофициально проживающих) лидируют поселки Бакиханова, Гарачухур, Расулзаде, Баладжары, Бина.

    Следует отметить, что Насиминский и Наримановский районы на протяжении долгих лет продолжают оставаться одними из криминальных, поскольку здесь сосредоточено большое количество злачных мест, в том числе ночных увеселительных заведений, и не только. Плотность населения в этих районах не больше, чем в Бинагадинском, но мест массового скопления людей и успешных граждан, которые так привлекают воров и аферистов различных мастей, больше, чем на других окраинах.

    Столица перестраивается, после Ясамальского района на очереди Насиминский (здесь располагается “Кубинка”, где обосновались торговцы наркотиками). Обновляются также Бинагадинский и Сабаильский районы. Таким образом, в центре Баку плотность населения снижается, а на окраинах растет.

    Как уже сообщалось ранее, анализ статистических данных МВД Азербайджана указывает на то, что преступность выросла в основном за счет совершения имущественных преступлений – мошенничества и краж частного и реже – государственного имущества. Во всяком случае, каждый третий находящийся в розыске гражданин Азербайджана обвиняется в мошенничестве.

    Согласно статистическим данным МВД по первому полугодию 2019 года, почти половина зарегистрированных органами внутренних дел и прокуратуры преступлений приходится на долю столицы – 44,3% (5 496 фактов). 87,4% от общего числа столичных преступлений составляют менее тяжкие и не представляющие большой общественной опасности. 12,6% – это тяжкие и особо тяжкие преступления. В этом году по сравнению с прошлым по ряду преступлений наблюдается динамика снижения.

    Так, за первое полугодие 2019 года общее число преступлений сократилось на 3,2%, преступлений против собственности стало меньше на 9,1%, из них мошенничества – на 32,8%, угон автомобилей – на 4,1%, хулиганства – на 23,1%.

    Выросла раскрываемость тяжких и особо тяжких преступлений: преступлений против личности – на 1,2%, в том числе умышленных убийств – на 12,2%, умышленных нанесений тяжкого вреда здоровью – на 4%, а также мошенничеств – на 2,5%, грабежей – на 6,5%.

    Обеспечено раскрытие 61,4% латентных преступлений. Так, раскрыто 90,3 % из 931 преступления против личности (раскрыто 95% убийств, 92,1% нанесений тяжкого вреда здоровью). Из 52 преступлений против иностранных граждан раскрыты 28 фактов (65,1%).

    Уменьшилось количество преступлений, совершенных в общественных местах, что связано не только с усилением профилактических мер, но и с большим количеством камер наблюдения, установленных в центральных районах столицы. Использование цифровых технологий позволяет правоохранительным органам улучшать показатели раскрываемости преступлений.

    Отметим, что ежедневно в Баку регистрируются 35-45 краж частного и реже – государственного имущества. Почти все кражи мелкие.

    За минувшие сутки только по Бинагадинскому району зарегистрировано 8 краж, Насиминскому – 7, Гарадагскому, Наримановскому, Сураханскому – по 5. Гарадагский район нельзя назвать криминальным, кроме того участка, на котором расположены торговые центры “Седерек” и “Бина”.

    Ежедневно по столице регистрируется порядка 70-80 преступлений. Половину из них составляют кражи, далее по количеству следуют факты хулиганства, мошенничества и преступления, связанные с наркотиками.

    К счастью, ни один из бакинских районов не сравнить с Гарлемом – самым опасным и криминальным районом Нью-Йорка.

    В целом Гарадагский, Сабаильский и Пираллахинский можно отнести к самым спокойным районам столицы.

  • Bakının ən kriminal rayonları açıqlanıb

    Binəqədi rayonunu Bakının ən kriminal rayonu hesab etmək olar.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu rayon daxili işlər orqanlarının paytaxt bölmələrinin əməkdaşları arasında aparılan sorğu və bir neçə qurumun statistik məlumatları əsasında hazırlanmış kriminogen reytinqinə başçılıq edir.

    Qeyd edək ki, rayonların kriminogen göstəriciləri əhali sıxlığına görə artır.

    Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, paytaxtın əhalisi 3 milyona yaxındır, lakin Bakıda yaşayanların real sayı bundan çoxdur. Burada qeydiyyatsız yaşayanlar da az deyil.

    Eyni zamanda, kənd əhalisinin şəhər sakinlərinə çevrilməsinin öz neqativ nəticələri var. Hər şey DİN-in iddia etdiyi kimi nəzarət altında olsa da, bu, ilk növbədə, kriminogen vəziyyətin kəskinləşməsinə səbəb olur.

    Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi bu ilin iyulunda əhaliyə xəbərdarlıq etmişdi ki, iki aydan çox qeydiyyatda olmadıqları yerdə yaşayanlar cərimə olunacaq. Vətəndaş öz yaşadığı yer barədə dövləti xəbərdar etməlidir. Bu, cinayət profilaktikasının və onunla mübarizənin gücləndirilməsi, eləcə də itkin düşənlərin və şübhəli şəxslərin axtarışının asanlaşması üçün lazımdır.

    ASAN xidmət mərkəzlərində, DİN-in pasport, qeydiyyat və miqrasiya Baş idarəsində və ya onlayn şəkildə pulsuz qeydiyyatdan keçmək mümkündür.

    2019-cu ilin iyul ayına olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda – 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi – 221, 6 min, Suraxanı – 220,3 min, Nizami – 200,6 min, Nərimanov – 178,8 min, Xəzər – 167,1 min, Qaradağ – 126,2 min, Səbail – 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb.

    Xətai rayonunda əhali sıxlığı rəsmi olaraq Binəqədi rayonunundakından yuxarı olsa da, bu rayonu ən kriminal adlandırmaq olmaz. Məsələ burasındadır ki, qanun keşikçilərinin müşahidələrinə əsasən, Bakı kənarlarında rayondan gəlmələrin və paytaxt qonaqlarının sayı daha çoxdur. Bu, evlərin qiymətlərinin bu ərazidə daha ucuz olmasıyla bağlıdır.

    Binəqədi Rayon Polis İdarəsindən bildirildiyinə görə, bu rayonun ərazisində günü 2-3 manata icarəyə verilən yaşayış yerləri çoxdur. Bu, rayonlardan Bakıya əsasən iş dalıyca gələn aztəminatlı vətəndaşları cəlb edir. Mülk-məişət cinayətlərinin analizi göstərir ki, onların əksəriyyəti miqrasiya edənlər, yəni qeydiyyatları üzrə yaşamayan şəxslər tərəfindən törədilir. Bu baxımdan Xətai rayonu daha yaxşıdır, çünki buradakı evlərin qiyməti şəhərətrafı qəsəbələrə nisbətən daha bahadır.

    10 il öncə paytaxtın mərkəzi rayonları – Yasamal, Nəsimi, Nərimanov – ən kriminal hesab edilirdisə, bu gün kənar rayonlar – Binəqədi, Suraxanı, Sabunçu önə keçib.

    Kriminallığıyla ad çıxaran köhnə “Sovetski”də evlər söküldükdən sonra Yasamal rayonunda əhali sıxlığı əhəmiyyətli dərəcədə azalıb və eyni zamanda cinayət göstəriciləri də bir qədər aşağı düşüb.

    Kənar rayonlar arasında əhalinin sayına görə (rəsmən qeydiyyatda olanlar və qeyri-rəsmi yaşayanlar) Bakıxanov, Qaraçuxur, Rəsulzadə, Biləcəri, Binə qəsəbələri liderlik edir.

    Qeyd edək ki, uzun illər boyunca Nəsimi və Nərimanov rayonları kriminallığını qoruyur, çünki burada əyləncə yerləri, eləcə də gecə klubları çoxdur. Bu rayonlarda əhali sıxlığı Binəqədidən azdır, lakin insanların kütləvi şəkildə yığışdığı yerlərin və oğruları, fırıldaqçıları cəlb edən varlıların sayı çoxdur.

    Paytaxt yenidən qurulur, Yasamal rayonundan sonra növbə Nəsimi rayonundadır (burada narkotik tacirlərinin yaşadığı “Kubinka” yerləşir). Binəqədi və Səbail rayonları da yenilənir. Beləliklə, Bakının mərkəzində əhali sıxlığı azalır, kənarlarında isə artır.

    Daha öncə də dediyimiz kimi, DİN-in statistik məlumatlarına əsasən, cinayət göstəriciləri mülk cinayətləri şəxsi və bəzən dövlət əmlakının oğurlanması və dələduzluqlar hesabına artır.

    Hər bir halda, axtarışda olan hər üç Azərbaycan vətəndaşından biri dələduzluqda ittiham olunur.

    2019-cu ilin ilk yarımilliyi üzrə DİN-in statistik məlumatlarına əsasən, qeydə alınan cinayətlərdən haradasa yarısı 44,3% (5 496 fakt) – paytaxtın payına düşür. Bakıda baş verən cinayətlərin 87,4 faizi yüngül hesab olunur və böyük ictimai təhlükə yaradan cinayətlər deyil. 12,6% isə ağır və xüsusilə ağır cinayətlərdir. Bir sıra cinayətlər ötən ilə nisbətən azalıb.

    Belə ki, 2019-cu ilin ilk yarısında cinayətlərin ümumi sayı 3,2% azalıb, mülklə bağlı cinayətlər 9,1% azalıb. Onlardan dələduzluqlar – 32,8%, avtomobil oğurluğu – 4,1%, xuliqanlıq – 23,1% azalıb.

    Ağır və xüsusilə ağır cinayətlərin üstünün açılması artıb: şəxsiyyətə qarşı cinayətlər – 1,2%, həmçinin qəsdən törədilən qətllər – 12,2%, sağlamlığa qəsdən ağır zərər yetirmək – 4%, dələduzluqlar – 2,5%, soyğunlar – 6,5%.

    61,4% gizli cinayətin üstü açılıb.

    Belə ki, şəxsiyyətə qarşı 931 cinayətin 90,3 % üstü açılıb, (95% qətl, 92,1% sağlamlığa ağır xəsarət yetirmə). Xarici vətəndaşlara qarşı 52 cinayətdən 28 faktın (65,1%) üstü açılıb.

    İctimai yerlərdə törədilən cinayətlərin sayı azalıb. Bu, yalnız profilaktik tədbirlərin gücləndirilməsiylə bağlı deyil, həm də çox sayda müşahidə kameralarının quraşdırılmasıyla bağlıdır. Rəqəmsal texnologiyalardan istifadə hüquq-mühafizə orqanlarına cinayətlərin üstünü açmaqda yardım edir.

    Qeyd edək ki, hər gün Bakıda şəxsi və dövlət əmlakının oğurluğu üzrə 35-45 fakt qeydə alınır. Demək olar ki, bütün oğurluqlar xırdadır.

    Ötən gün ərzində yalnız Binəqədi rayonunda 8 oğurluq, Nəsimi – 7, Qaradağ, Nərimanov, Suraxanı – hərəsində 5 oğurluq qeydə alınıb. Qaradağ rayonunu, “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yerləşdiyi əraziləri çıxmaqla, kriminal adlandırmaq olmaz.

    Hər gün paytaxtda 70-80 cinayət qeydə alınır. Onlardan yarısı oğurluqdur, daha sonra sayına görə xuliqanlıq, dələduzluq və narkotiklərlə bağlı cinayətlər gəlir.

    Xoşbəxtlikdən, Bakının heç bir rayonu Nyu-Yorkun ən təhlükəli və kriminal rayonu olan Harlemə çatmaz.

    Ümumilikdə Qaradağ, Səbail və Pirallahı rayonlarını paytaxtın ən sakit rayonları adlandırmaq olar.

  • Xınalıqla bağlı konsepsiya hazırlanır – Dövlət başçısına təqdim ediləcək

    Qubanın Xınalıq kəndini turizm mərkəzinə çevirmək üçün böyük konsepsiya hazırlanır.

    Bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

    Onun sözlərinə görə, konsepsiya Prezident İlham Əliyevə təqdim ediləcək:

    “Konsepsiya təsdiq edildikdən sonra Xınalıqla bağlı çox böyük işlər görüləcək”.

    F.Nağıyev əlavə edib ki, turistlərin Xınalığa marağını daha da artırmaq lazımdır.
    /oxu.az/