Month: September 2019

  • Bakı-Sumqayıt şossesində idarəetməni itirən sürücü avtomobilini divara çırpıb – FOTO – VİDEO

    Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Ekoloji Nəzarət postunun yaxınlığında baş verib.

    Nicat Ağayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini divara çırpıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü N.Ağayev sükan arxasında pul sayarkən diqqətsizlik edib. Nəticədə qəza törədib.

    Fakt araşdırılır.

  • Şəkidə məktəblini avtomobil vurub

    Şəkidə 12 yaşlı məktəblini avtomaşın vurub.

    Median.Az-ın APA-ya isinadən məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhər 7 saylı tam orta məktəbin qarşısında baş verib.

    2007-ci il təvəllüdlü Şəki rayonunun Kiş kənd sakini Səid Ələddin oğlu Ramazanlı dərsdən çıxıb evə gedən zaman avtomobilin zərbəsilə üzləşib. Qəza zamanı xəsarət alan 12 yaşlı məktəbli Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

    Faktla bağlı araşdırmalar davam edir.

  • Житель Ширвана отрезал ухо жене и ранил тещу

    В Ширване мужчина устроил поножовщину.

    Житель Ширвана Бехбудов Фарид нанес множественные ножевые раны своей супруге Бехбудовой Гюллюбейим Мухтар гызы 1995 года рождения, и отрезал ей ухо. Также Ф.Бехбудов несколько раз ударил ножом свою тещу Мусаеву Ситару Эршад гызы 1969 года рождения.

    Пострадавшие помещены в городскую больницу, сообщает АПА.

    По факту ведется расследование.

  • Elmar Məmmədyarov ECO Xarici İşlər nazirlərinin iclasında iştirak edib

    BMT Baş Assambleyasının 74-cü sessiyası çəçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xarici İşlər nazirlərinin iclasında iştirak edib.

    XİN-dən verilən məlumata görə, nazir Elmar Məmmədyarov çıxışında regional və regionlararası təşəbbüslərdə iştirak edən Azərbaycanın hər zaman bölgədə və onun hüdudlarından kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərini dəstəklədiyini və bu xüsusda ECO çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bu bölgədə ticarət və əməkdaşlığın inkişafına əhəmiyyət verdiyini bildirib. Təşkilatın konkret və nəticəyə yönəlik layihələrə üstünlük verməli olduğunu söyləyən Nazir, bu xüsusda prioritet sahələr qismində ticarət, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizmi qeyd edib.

    Dənizə çıxışı olmayan ölkə olmasına rəğmən Azərbaycanın tranzit və ticarət potensialı, ölkəmizin nəqliyyat infrastrukturlarını müasirləşdirmək və şaxələndirmək səyləri, həyata keçirilən bağlılıq layihələri barədə iclas iştirakçılarına məlumat verən nazir, sözügedən layihələrin ECO ərazisinin tranzit imkanlarının artmasına xidmət etdiyini bildirib.

    Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd olunub və bu ilin oktyabr ayında ECO Kənd Təsərrüfatı nazirlərinin Bakıda 6-cı toplantısının keçiriləcəyi səsləndirilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi ECO dövlətləri tərəfindən əməkdaşlığın inkişaf etdirilə biləcəyi potensial sahə kimi vurğulanıb.

    Nazir 2017-ci ildə qəbul olunan “ECO Vision 2025” sənədinə istinad edərək, Azərbaycanın ECO-nun daha da inkişaf etdirilməsi imkanlarını təmin edəcək və institutlarının effektivliyini genişləndirəcək islahat prosesini dəstəklədiyini qeyd edib.

    Çıxışının sonunda Nazir Elmar Məmmədyarov ECO iştirakçı ölkələri arasında mövcud olan tarixi bağların Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini və bu əlaqələrin həmrəylik prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

    Nazir, siyasi və hərbi təhdidlər, o cümlədən bu ərazilərdəki hərbi işğal və qanunsuz fəaliyyətlər aradan qaldırılmadan, regional iqtisadi əməkdaşlığın inkişafının mümkünsüz olduğunu vurğulayıb. Bu xüsusda, 2017-ci il İslamabad Sammitinin Bəyanatının müddəalarının üzv ölkələrin milli və regional fəaliyyətlərində nəzərə alınmasının önəm kəsb etdiyi qeyd olunub.

  • Kimisi ərini öldürdü, kimisi də anasını… – Azərbaycanda həbs olunan gözəllər – FOTO

    Xəbər verdiyimiz kimi, Bakı sakini Fuad Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb. Polis tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. Dəstə üzvləri arasında yer alan Səbinə Atakişiyevanın törətdiyi əməl tənqid olunsa da, gözəlliyi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri belə gözəl qızın cinayət törətməsinə təəssüfləndiyini bildiriblər.


    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, indiyədək müxtəlif əməllərə görə həbs olunan gözəl qadın təkcə Səbinə deyib. Onlardan bir neçəsini təqdim edirik:

    Səidə Kərimova – O, sevgilisi ilə birlikdə oğurluq etdiyi üçün 2017-ci ildə həbs olunub. Gözəlliyi ilə diqqət çəkən Səidə iki il öncə Yeganə İsayevaya zor tətbiq edərək əlindəki pul kisəsini alaraq hadisə yerindən qaçıblar.


    Gülnarə Əzizova – Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Qətli törədən Gülnarə 4 il həbsxanada cəza çəkib. O, həbs cəzasının bitməsinə 3 il qalmış ötən il Prezident İlham Əliyevin sərəncamı ilə əhv olunub.


    Qətlə səbəb isə ərinin Gülnarə Əzizovanı döyməsi, təhqir etməsi, işgəncələr verməsi olub. O, narkotik aludəçisi olan ərindən boşanmaq istəsə də, buna nail ola bilməyib. Gülnarə ərini yatan yerdə bıçaqladıqdan sonra intihar etmək istəyib. Lakin bu zaman o, 9 yaşlı qızını görüb və özünü öldürümək fikrindən daşınıb. Maraqlıdır ki, cinayəti Gülnarənin qardaşı öz üzərinə götürmək istəsə də, qadın buna razı olmayıb və polis könüllü təslim olub.

    Qeyd edək ki, Gülnarənin qətlə yetirdiyi əri onun dayısı oğlu olub. Əzizova ərə gedəndə onun 17 yaşı olub.

    Gülnarə Novruzova – O, iki il öncə Bakının Nəsimi rayonunda yerləşən gözəllik salonuna bəzəmək adı ilə gələrək, müştərilərin və işçilərin başlarının qarşıq olduğunu görüb çantalardan oğurluq edib. 2017-ci ilin mayında paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 dollar, 1000 manat olan pulqabı, habelə sənəd oğurlanıb. Araşdırma zamanı məlum olub ki, qadın eyni əməli Nərimanov rayonunda da 4 qadına qarşı törədib. Amma bu, Gülnarə Novruzovanın son əməli də olmayıb. O, əcnəbi vətəndaşın cibindən 180 dollar, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 dollar pul oğurlayıb.


    Rəşidə Seyidova – O, soyğunçuluq maddəsiylə ittiham olunub. 31 yaşlı qadın ABU-nun jurnalistika fakültəsinin məzunu olub. 2009-cu ildə ailə həyatı quran Rəşidə, 7 il sonra boşanıb. O, öz ixstisası üzrə yox, gözəllik salonunda işləyib. İki uşaq anası olan qadın ikinci əriylə birgə öz bibisinin evindən oğurluq edib. O, 9 il müddətinə azadlığdan məhrum edilib.


    Ülkər Qədirova – Onun anası həkim, atası isə vaxtı ilə yüksək vəzifədə çalışıb. İxtisasca hüquqşunas olan Ülkər, ali təhsilini baş vurduqdan sonra dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. 11 il azadlıqdan məhrum edilən Qədirova, tamahının qurbanı olub. O, işə düzəltmək adıyla insanların pulunu mənimsəyib. Onun cinayət işində 20 nəfər iddiaçı olub. Məhkəmin hökmü Ülkər Qədirovanın qızının ad gününə təsadüf edib.


    Qalina Babayeva – 1977-ci ildə Bakıda anadan olub. O, ana və atasını 16 yaşında, öz doğum günündə avtomobil qəzasında itirib. Qalina 2002-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasının qalibi olub. Müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib. Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə 3 il 7 ay qalmış Prezident İlham Əliyevin sərəncamı ilə əhv olunub.


    Günel Huseynova – Onun törətdiyi cinayət 2016-cı ildə gündəmi ən çox məşğul edən hadisələrdən olub. Belə ki, 3 il öncə “Qızıl Məryəm” kimi tanınan iş adamı Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.


    Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü G.Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar. Günel Hüseynova anasının qətlinə görə 18 il azadlıqdan məhrum edilib.


    Mərhumun qızı vaxtı ilə bir neçə geyim mağazasının siması olub.

  • В гянджинский СИЗО назначен новый начальник

    Приказом министра юстиции Азербайджана Фикрета Мамедова назначен новый начальник Следственного изолятора №2 города Гянджа.

    Как передает Median.Az, эту должность займет полковник-лейтенант юстиции Асиф Гулиев.

    Ранее А. Гулиев являлся начальником колонии-поселения.

    Новый глава гянджинского СИЗО заменил на новой работе полковника юстиции Руслана Расулова.

  • Siqareti tərgitmək istəyənlərə 5 məsləhət – Beyini necə aldatmalı?

    Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.

    Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

    Median.Az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

    1. Beynin həzz tələbini ödəmək

    Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
    Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.

    2. İştah güclənir

    Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır. Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

    3. Sakitləşmək yolları

    Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.

    4. Əlavə hobbilər tap

    Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.

    5. Qidanızı dəyişin

    Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın.

  • Beşəm dünyaya gətirən qadının inanılmaz həyat hekayəsi – “Ərim cəmi 6 ay dözdü, sonra bir gecədə yoxa çıxdı”

    2016-cı ildə bütün Odessada sensasiyalı xəbər müzakirə olunurdu. 37 yaşlı Oksana Kobeleçskaya təbii olaraq 5 uşağa hamilə qalaraq, beşini də dünyaya gətirib.

    Ölkə və şəhər səhiyyəsində görünməmiş hadisə sonradan qadının da həyatını dəyişdi. Əvvəldən də bir qız övladı olan ailə cəmi 1 günün içində 6 uşaqlı ailəyə çevrildi.

    Median.Az medicina.az-a istinadən 6 uşaqlı qadının həyatı, 5 əkizlə necə yaşaması barədə maraqlı müsahibəsini təqdim edir.

    Hər şey UZİ-dən başladı

    “Biz elə bilirdik bətndə bir uşaqdır. UZİ-yə getdim, həkim ekrana baxarkən gözləri böyüdü, elə qorxdu, bənizi ağardı. Elə bildim uşağa nəsə olub. Sonra dedi ki, buna görə sənə əlavə ev verməlidilər. Yenə başa düşmədim.

    Yerli doğum evində baş həkimdən tutmuş baş ginekoloqa kimi otağa gəldi, mənə baxdı. Hamı başını itirmişdi.
    Qarnımda 5 döl – 2 eyni yumurtalı cüt var. Çoxu bir neçə aydan sonra çəkiləri artarsa 2-ni götürməyi təklif edirdi. Ərimlə mən qərara gəldik ki, sona kimi onları saxlayacağıq.

    Xəstəxananın uşaq reanimasiyası hazırlanmalıydı, çünki birdən-birə bu qədər körpəyə aparat, küvez çatmaya bilərdi”.

    Təcili keysəriyyə

    31-ci həftəmdə təcili əməliyyata girməli oldum. Uşaqlar ölə bilərdi. 3 həkim cərrah əməliyyata girdi və uşaqlar cəmi 5 dəqiqə içərisində bir-bir qarından çıxarıldılar.

    Birinci Denis oldu, sonra Darya, Vlad, Saşa, David. Hamısının çəkisi 1800-150 qram arası idi.

    İndi anlayıram ki, necə dəhşətli idi. Onlar yaşamaya bilərdilər. 5 reanimasiya briqadası gəldi, uşaqları mənə göstərmədən apardılar.

    5 otaqlı ev

    Bu Odessa tarixində unikal hadisə olduğu üçün bizə 5 otaqlı mənzil verdilər. Şəhər meri doğum evindən çıxanda bir qədər pul da ayırdı.

    Doğumdan sonra evdə

    Körpələri evdə sutkada 8 dəfə yedizdirirdim, 5 dəqiqə geciksəm kollektiv çığırışma başlayırdı. Yedizdirirdim, 10 dəqiqə dincəlib, o biri saatın yeməyini hazırlayırdım. Onların hamısını eyni rejimə salmaq çətin idi. Səhər-axşam birgə gəzdirirdik ki, sakit yata bilsinlər. İnanmazsız 4 yaşlı qızım da sanki böyük analar kimi onlara qulluq edirdi.

    Kişi dözmədi

    Doğumdan 6 ay sonra ərim cəmi 1 sutkanın içində əşyalarını yığdı və mənim xəbərim olmadan evdən çıxardı. Sonra zəng etdi ki, mən getdim, qayıtmayacam. O vaxtdan bird aha yanımıza gəlmədi. Sadəcə qaçdı.

    Əkizlərdən əvvəl də aramızda çox məsələlər baş vermişdi. İndi əminliklə deyirəm ki, əkizlərim olmasaydı da, hətta bir uşaqla belə biz boşanacaqdıq. Bu mənim fikrimdə var idi. Amma əkizlər olandan sonra bu barədə düşünməyə bir dəqiqə vaxtım olmadı. O isə görünür çoxdan hazır idi.

    Hamıdan kömək

    Özüm mühəndis olsam da, azı 5 il işləyə bilməyəcəyimi və 6 uşağı yedizdirib saxlamağım çətin olduğunu anlayıb, bütün tanış və dostlara yazdım, danışdım və mənə kömək barədə kompaniya başlandı. Mənzilimiz ştab mərkəzə çevrilmişdi, kimin əlinə nə keçdi gətirirdi: geyim, yemək, oyuncaq.

    Bəzən uşaqları səhv salıram

    Körpələrin 4-ü bir yumurtalı əkiz olduğu üçün xarici görünüşlərində fərq çox azdır, amma doğulanda onları ayırd edəcəyimi düşünürdüm. İndi isə o qədər qaçarovdayam ki, bəzən adlarını səhv deyirəm. İlk günlər qollarına rəngli iplər bağladıq.

    Çətinliklər

    5 uşaq üçün uşaq arabası çox narahat idi, liftə yerləşmirdi. Ona görə üçəm arabası aldım. Qalan ikisini isə sinə və kürəkdə kenquruda gəzdirirdim.
    Bizim hamımızın evdən hazırlaşıb çıxması azı 25 dəqiqə vaxt aparır. Ən çətini isə çimdirəndə olur. Bəzən isə yoruluram, baxıram ki, çirkli deyillər, lap yaxşı, lazım deyil.

    Yeməkdə kaprizli deyillər. Ən çox banan, peçenye, çiyələk sevirlər. Hətta brokkoli və gül kələmini də yeyirlər, bu fantastikadır. Konfet, şokolad isə bizdə qadağandır.

    Yeganə arzum səyahətdir

    Əgər 2 uşağım olsaydı, mən piyada da olsa, qatarla belə ölkələri gəzərdim. Amma biz Odessadan başqa bir yerə çıxa bilmirik. Necə çıxım: 6 uşaqla gərək ayrıca kupe seçim, pul çox çıxır.

    Çox analar deyir ki, imkanın yox idisə, niyə beşini dünyaya gətirdin? Mənsə deyirəm: bu mənim planımla deyildi. Həyat bizim planlarımızdan ibarət deyil

    Analara məsləhətlər

    Qəhrəman ana olduğum üçün mənim də öz təcrübəmdən irəli gələn yaxşı məsləhətlərim var:

    1.Uşağın motorikasının inkişafı üçün aktivliyi, idman, qaçmaq, üzmək, velosiped, dartınma, dırmanma çox vacibdir. Mən bu baxımdan heç nəyi qadağan etmirəm.

    2.Diş və dil inkişafı üçün ağız daim işləməlidir. Bütöv ət parçasını çeynəmək ən yaxşı üsuldur. Ona görə uşağı yumşaq kotlet, paştet, sıyığa öyrəşdirmək olmaz. Dişləri çıxdısa, əti verin çeynəsin.

    Ya da qaysı qurusu, əncir qurusu. Mənim uşaqlarım bütün günü kök gəvələyir.

    -Özünüzü səliqə-sahman, yumaq, ütü, təmizliklə çox yormayın, mən əvvəllər özümə zülüm edirdim, sonra hər işimi asanlaşdırdım. Ütüsüz də keçinə bilərlər. Əsas sağlam olsunlar.

    -Uşağı konfet, sosis, kolbasa, şirniyyata, şirin sulara alışdırmayın. Bir dəfə dadını bildilərsə, sonradan tərgitmək mümkün olmayacaq.

    -Bacardıqca telefon, planşet, multfilmdən uzaq tutun. Əgər onlar buna öyrəşməsələr, sonralar verməyəndə də isterika yaratmayacaqlar.

  • DİM qiymət artımı ilə bağlı iddialara cavab verdi

    Ötən illə müqayisədə 11-ci siniflər üçün nəzərdə tutulan cəbr və həndəsə dərs vəsaitlərinin həm qiyməti yüksəkdir, həm də şagirdlərə ayrı-ayrılıqda təqdim olunması ilə bağlı məlumat yayılmışdı. Belə ki, keçən il cəbr və həndəsə vəsaitləri bütöv dərslik halında 15 manata satılması, bu il ayrı-ayrılıqda satılan cəbr və həndəsə dərs vəsaitlərinin qiyməti 11 manat 50 qəpik təşkil etməsi bildirilmişdi.
    Dövlət İmtahan Mərkəzi (DİM) məsələyə münasibət bildirib.

    “Yazıda qeyd olunan vəsaitlər Dövlət İmtahan Mərkəzinin nəşrlərinə aid deyil. Mərkəzin cəbr və həndəsəyə aid nəşrləri ayrıca kitabça şəklində çap edilmir. Bundan əlavə ötən il ilə müqayisədə DİM-ə aid vəsaitlərin qiymətində hər hansı bir dəyişiklik edilməyib. Əksinə bir neçə vəsaitin qiyməti daha da aşağı salınıb”-deyə açıqlamada deyilir.

  • Как директор молча наблюдала за смертью Элины. Шокирующие подробности из зала суда

    В Сабаильском районном суде города Баку сегодня состоялось очередное судебное разбирательство по делу Элины Гаджиевой. В силу того, что сегодня не удалось опросить последних свидетелей, суд перенесли на 2 октября.

    Напомним, что 4 апреля этого года ученица восьмого класса средней школы №162 Элина Гаджиева покончила с собой, выбросившись из окна третьего этажа. По данному факту в прокуратуре города Баку было возбуждено уголовное дело по статье 125 («Доведение до самоубийства») УК АР. В настоящее время интересы мамы покойной Севиль Гусейновой в суде защищают Севиндж Алиева, Азер Нагиев и Эмин Исаев.

    «В настоящий момент в суде опросили работников школы, учащихся, врачей… Подтвердились факты издевательства над девочкой в стенах учебного заведения. Ребенка обижали. Учащиеся говорят, что старшеклассники ее гнобили, кто-то мог оскорбить, унизить или даже ударить. Но Элина была настолько доброй девочкой, что не отвечала им. Элина Гаджиева дважды пыталась покончить жизнь самоубийством. Один раз порезать себе горло, далее – выброситься из окна», – сказала Media.Az адвокат матери погибшей школьницы Севиндж Алиева.

    По ее словам, сегодня в суде показания дала школьная медсестра. «Она рассказала, что ее вызвали в кабинет директора, заявив, что девочка выбросилась с третьего этажа. У нее не было видимых телесных повреждений, но было понятно, что в случае падения не исключены внутренние. Поэтому медсестра сказала директору, чтобы та вызвала бригаду «Скорой помощи». Но Севиндж Аббасова ответила медсестре, что пока не стоит этого делать. Через 20 минут медработник еще раз померила давление девочки и увидела, что оно начало падать. Девочка холодела. Тогда она сказала директору, что надо немедленно вызывать врачей, но ее просто выгнали из кабинета. Это вверх цинизма!!!», – цитирует медсестру юрист.

    По ее словам, экс-директор школы №162 Севиндж Аббасова каждый раз на суде говорила, что вовремя не вызвала «Скорую помощь», потому, что растерялась. В качестве оправдания она также говорила, что изначально подумала, что девочка бросилась со второго этажа, а не третьего. Дело в том, что многие ученики прыгают со второго этажа, пытаясь cбежать с уроков, и с ними ничего не случается, ибо второй этаж расположен относительно низко.

    «По существу показания дал работник управления образования города Баку. Он заметил, что если директор школы знала, что девочка находится в таком состоянии и готова покончить жизнь самоубийством, то необходимо было об этом сообщить в управление. В таком случае, ее бы перевели сразу в школу №203. Директор школы же даже не сообщила об этом в соответствующие инстанции», – говорит он.

    Юрист говорит, что после того, как Элина выбросилась, Севиндж Аббасова позвонила сотруднику Министерства образования и сказала, что в школе произошел инцидент. Но при этом, не рассказала всей правды. Позже, когда девочке стало плохо, она позвонила во второй раз, и тогда сотрудник Министерства потребовал, чтобы директор вызвала «Скорую помощь». Несмотря на это, врачей она вызвала гораздо позже. Затем директор позвонила первому заместителю главы Исполнительной власти Сабаильского района Халиде Байрамовой. И после всего этого, спустя какое-то время она удосужилась вызвать «Скорую помощь»!

    «Как можно успеть позвонить всем, кроме врачей?! Набирать длинные номера она могла, а как надо было вызвать 103, сразу растерялась?! Этому просто нет никакого оправдания», – говорит адвокат.

    По словам Севиндж Алиевой, поведение директора не заслуживает никаких оправданий, ибо она человек бессердечный. «Она приказала всему преподавательскому составу не подходить к девочке, а вернуться в классы и продолжать уроки. Я вам скажу, директор настолько властная женщина, что, даже будучи на суде многие учителя и вообще работники школы ее побаивались. Школьный психолог честно и открыто сказала, что неоднократно говорила директору о том, что Элина находится в критическом состоянии. Ребенок был готов наложить на себя руки, но директор не слушала. Психолог советовала перевести ребенка в другую школу. Она также заметила, что директор даже не выделяла психологу кабинета для беседы с учениками», – говорит она.

    Юрист пояснила, что Элина, по отзывам практически всех, кто ее хорошо знал, была искренней и доброй девочкой. «Она никогда не отвечала людям, которые ее обижали. Всю свою обиду она выражала тем, что делала больно самой себе. Попытки суицида – это ее личный протест против несправедливости», – пояснила она.

    Севиндж Алиева отметила, что, увы, дети стали сейчас очень жестокими. Многих учащихся раздражала доброта Элины, и тем самым, ее гнобили еще больше. «Севиндж Аббасова поощряла подобную атмосферу в школе. Она надеялась, что ребенку станет лучше, и данный инцидент останется незамеченным. По собственной глупости она даже не подумала, что у девочки могут быть серьезные внутренние, не видимые глазу повреждения. Ради собственного кресла, она не удосужилась подумать о жизни девочки», – пояснила она.

    Адвокат говорит, что врачи свою вину не признают, и практически во всех показаниях пытаются выйти сухими из воды. «Они говорят, что сделали все возможное, но девочке стало хуже, и она умерла. Проблема в том, что если медицинская экспертиза не зафиксируют вину врачей, к уголовной ответственности их привлечь не удастся. Сразу после первых результатов медицинской экспертизы, которые нас не удовлетворили, мы подали ходатайство на проведение дополнительной медицинской экспертизы с привлечением к делу международного эксперта-медика Вугара Мамедова. Однако, ему было отказано в этом, а результаты повторной экспертизы вновь показали, что врачебной ошибки не было. Для нас было важно, чтобы присутствовал В. Мамедов, мы ему доверяем, если бы он сказал, что врачебной ошибки нет, мы бы это признали», – сказала она.

    Севиндж Алиева отметила, что после того, как завершатся судебные разбирательства и Севиндж Аббасова получит заслуженное наказание, юристы будут работать над вопросом привлечения к ответственности медицинского персонала.

    «Отсутствие нормального расследования по факту врачебной ошибки является прямым нарушением Европейской конвенции по правам человека, в частности, права на жизнь», – говорит она.

    По ее словам, практически всех свидетелей опросили, кроме, четырех несовершеннолетних. В заключении Севиндж Алиева внесла ясность относительно некого педофила по имени Вюгар, которого якобы знала Элина Гаджиева.

    «Вы знаете, этот человек приезжий из района, он подрабатывает в Баку. Элина его не знала. Однажды он подсмотрел ее номер, когда девочка загружала себе деньги на телефон через платежной терминал. Он стал писать ребенку на «Whats App», но она его сразу заблокировала. Он начал писать ей смс-сообщения, девочка игнорировала. Затем он написал, что в случае игнора, расскажет отцу, что Элина встречается с парнем. Но, несмотря на это, она все равно не стала отвечать мужчине. Дело в том, что Элина всем делилась с матерью, поэтому подобная угроза не запугала бы ее. Но, директор, услышав об этом, решила воспользоваться этим, чтобы отвести от себя внимание», – сказала она.

    Напомним, что сегодня директора судят по двум статьям Уголовного Кодекса Азербайджанской Республики. По статье 143 УК АР «Оставление в опасности» – заведомое оставление без помощи лица, находящегося в опасном для жизни или здоровья состоянии и лишенного возможности принять меры к самосохранению в случаях, если виновный имел возможность оказать помощь этому лицу и был обязан иметь о нем заботу, либо сам поставил его в опасное для жизни или здоровья состояние, наказывается штрафом в размере от тысячи до тысячи пятисот манатов, либо исправительными работами на срок до одного года, либо лишением свободы на срок до шести месяцев.

    По статье 314.2 «Халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия» – халатность, то есть неисполнение или ненадлежащее исполнение должностным лицом своих обязанностей вследствие недобросовестного или небрежного отношения к службе, если это повлекло причинение существенного вреда правам и законным интересам физических или юридических лиц, либо охраняемым законом интересам государства или общества наказываются ограничением свободы на срок от двух до пяти лет, либо лишением свободы до пяти лет.