Month: September 2019

  • 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub

    Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin edilib.

    Median.Az xəbər verir ki, yeni rəis ədliyyə polkovnik-leytenantı Asif Quliyevdir.

    Yeni rəis bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.

    O, yeni işində ədliyyə polkovniki Ruslan Rəsulovu əvəz edib.

  • Глава государства назначил посла в Мексике

    27 сентября Президент Азербайджана Ильхам Алиев подписал Распоряжение о назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Мексиканские Соединенные Штаты.

    Как передаёт Median.Az со ссылкой на АЗЕРТАДЖ, на эту должность назначен Мамед Афиг оглу Талыбов.

  • Dövlət başçısı Meksikaya səfir təyin etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin Meksika Birləşmiş Statlarına səfirini təyin edib.

    Dövlət başçısının sərəncamı ilə Məmməd Afiq oğlu Talıbov Meksikada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

  • Varlılar uşaqlarına bu adları qoyur

    Elit uşaq geyimləri mağazası “HushHush” uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.
    “Ölkə.Az” oxu.az-a istinadla bildirir ki, siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin “Sunday Times” qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

    Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.
    Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

    Mağazanın qurucusu Aaron Harpin siyahının gələcək valideynlərə uşaqları üçün “ideal” ad seçiminə və həyatda uğur şansını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.

  • Elza Seyidcahanın anasının yaşadığı ev təəccüb doğurdu — FOTO

    Əməkdar artist Elza Seyidcahanın anasının yaşadığı ev hər kəsi təəccübləndirib.
    Median.Az
    axşam.az-a istinadən bildirir ki, “Ulduzlu yayım” verilişinin qonaq olduğu evin hasarının olmaması diqqət çəkib.

    Müğənninin anası Seyidcahan bildirib ki, “Kubinka” adlı ərazidə evi plana düşüb, ona görə də Zirə kəndinə köçüb.

    “Hazırda təmir işləri gedir. Buranı belə almışam. Övladlarım kömək edəcək düzəldəcəm” deyə, o, söyləyib.

    Daha sonra sənətçinin anası müsahibə verməkdən boyun qaçırıb. E.Seyidcahan isə söyləyib ki, evi kreditlə anasına özü alıb.

  • Sosial şəbəkədə şantaj edən şəxs saxlanıldı

    Xırdalan sakinini şantaj edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edib, sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kirkorov Bakı üçün özəl hazırlaşır

    Oktyabrın 30 və 31-də Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, F. Kirkorov Bakı Konqres Mərkəzində bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 içtirakçı və 3D qrafikalı ekranlarla olan yeni “#ЦветНастроения” (“#Əhvalın
    rəngi”) adlı konsert proqramını təqdim edəcək.

    Proqramda yeni mahnılar, köhnə hitləri səsləndirəcəyini bildirən Kirkorov tamaşaçıları təəccübləndirəcəyinə söz verib. O, azərbaycanlı pərəstişkarları üçün sürprizlər hazırladığını söyləyib.

  • В Баку в отеле Old City Inn туристы столкнулись с неприятной ситуацией – ФОТО

    Поток туристов в Азербайджан увеличивается.Это доказывает и официальная статистика. К примеру, в январе-августе в страну прибыло более 2,1 млн туристов, что на 8,2% больше, чем за аналогичный период прошлого года.

    Рост числа туристов в страну заставляет действующие в сфере туризма компании, отели и объекты общественного питания проявлять большую ответственность. Потому что отрицательный отзыв одного клиента о качестве обслуживания, если он еще и известное лицо, может привести к тому, что сотни, тысячи и даже десятки тысяч иностранцев передумают приезжать в страну. Если клиентом является журналист, значимость этого мнения в разы возрастает.

    Как сообщает BAKU.WS со ссылкой на Report, на днях российские журналисты во время визита в Баку выбрали одну из гостиниц в Ичери-шехер – Old City Inn.

    Однако, вопреки представленной в интернете информации, они столкнулась с плохим обслуживанием и условиями.

    Турист пожаловался, что балконная дверь в Old City Inn не запиралась, что представляло для него угрозу, также в комнате ночью было полно мошкары. По его словам, постель оказалось грязной, комната неубранной. По словам туриста, полная волос ванная комната и запах канализации утвердили их в мысли, что они сделали неверный выбор. Посетители 4 раза просили у персонала утюг, однако так его и не дождались, неоднократно звонили на ресепшн, однако им давали отбой в ухо.

    Желание сменить отель дорого обошлось журналистам. Владелец отеля Шаиг Муталлимов потребовал оплату за все дни бронирования, а получив деньги, даже не выдал чек.

    Report связался с Old City Inn, чтобы прояснить ситуацию, но не смог получить вразумительного ответа. Сотрудник отеля порекомендовал написать официальное обращение. Поэтому мы решили провести собственное расследование через интернет и узнать, как отель относится к своим клиентам.

    Выяснилось, что еще в 2017 году на отель жаловалась туристка по имени Диана Галиуллина:


    В отзывах на всемирно известном сайте booking.com, который специализируется на бронировании отелей, также имеется много нелицеприятных отзывов об указанном отеле. Посетившие этим летом отель туристы жаловались на скудный завтрак, неработающий лифт, что затрудняло подъем на террасу на пятом этаже, где подавался завтрак.


    Другие туристы жаловались, что администрация отеля настаивала на незамедлительной оплате в 5 утра, несмотря на просьбу сделать это позже. Многие посетители поделились своими жалобами касательно оплаты. Так как в отеле невозможно произвести безналичную оплату, туристов вынуждали незамедлительно обналичивать свои средства.


    Председатель Ассоциации туризма Азербайджана (AZTA) Нахид Багиров, комментируя ситуацию, отметил, что существующие проблемы связаны с отсутствием лицензий у гостиниц: “С 2015 года на деятельность объектов гостиничного типа и туристических объектов не требуется лицензия. Поэтому возникают такие неприятные ситуации. Даже если турист обратиться с жалобой, решить вопрос не представляется возможным. Считаю, что администрации отеля следует самой позаботиться о том, чтобы не возникало подобных ситуаций”.

  • İnam Kərimov: AXCP-Müsavat hakimiyyətdə üzüm sahələri vəhşicəsinə məhv edilib – VİDEO

    “Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib”.

    Bu fikirləri Göyçay rayonunda keçirilən “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

    O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 267 min hektar üzüm sahəsi olub: “Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 267 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Nəyin hesabına? Çünki, Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi var idi. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var – vəhşilik və barbarlıq!”
    Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur: “Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu – 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq”.

  • Xalq artistləri Fədayəyə görə Prezidentə müraciət etdilər – SİYAHI

    “Mən 14 illik vəkil təcrübəmdə ilk dəfədir belə səmərəsiz məhkəmə prosesi görürəm. Artıq məhkəməyə çağırış üçün elektron bildiriş gələndə gülməyim gəlir. Çünki yenə təxirə salınacağını düşünürəm”.

    Median.Az “report”a istinadla xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib. O sözlərinə belə davam edib:

    “Nə qadın, nə müğənni nə vətənpərvər Olduğunu nəzərə alırlar. Vətənin adını təbliğ üçün illər əvvəl Laçın təxəllüsünü götürüb. O, əsgərlərə konsert verib, dövlət tədbirlərində iştirak edib. İlk dəfə cinayət işlədiyini nəzərə alırlar.

    Ədalət sistemi işləmir, biz əvvəllər mətbuata açıqlama vermirdik. Çünki şou yaratmaq istəmirdik bu mövzudan ama gördük ki ədalər sistemu işləmir ona görə artıq sizdən – mediadan kömək istəyirik.

    Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır.
    Biz istəyirik ki, şikayətimiz təmin olunsun. Yekun qərar verilsin, cəzası azalmasa belə. Biz hətta əvvəlcədən bildirmişdik ki, o, hepatit C xəstəsidir. Orda müalicə ala bilər, dərmanlar verilir, amma azadlıqla həbsxana şəraiti eyni deyil. Xəstəxanaya köçürülməsini istəmişik, amma cavabsız qalıb. Sərt münasibətin səbəbi hadisə görk olsun deyədir. Belə halların qarşısı alınsın, azalsın deyə edilir. Ailəsi soruşur nə vaxt bitəcək? Cavab verə bilmirəm. Məhkəmə işi tapmaca olmalı deyil. Fədayə cinayət törətdiyinin fərqində olmayıb. Çünki belə olsaydı, heç nəyi saxlamazdı. Amma o gizlətməyib, silməyib telefonundan heç nəyi. İşin içərisində heç bir sübut yoxdur. Mən hakim olsaydım, bəraət verərdim. Çünki ortada sübut yoxdur. Məhkəmə hüquqlarımdan sui istifadə edir. Hakim Eldar Rəhimov yekun qərar vermir”.

    Vəkil həmçinin bildirib ki, 9 xalq artisti F.Laçın barədə humanist qərarın verilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

    “Xalq artistləri Aftandil Hacıyev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin Prezident və birinci xanıma müraciətləri olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitələri ilə müraciət edərək prosesin ədalətli keçirilməsini xahiş edirəm”.