Month: September 2019

  • Həyat yoldaşını və qaynanasını bıçaqladı – Azərbaycanda

    Şirvanda bıçaqlanma hadisəsi baş verib.

    xəbər verir ki, Şirvan sakini həyat yoldaşı, 1995-ci il təvəllüdlü Behbudova Güllübəyim Muxtar qızı və qayınanası, 1969-cu il təvəllüdlü Musayeva Sitarə Ərşad qızına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib, həyat yoldaşının qulağını kəsib.

    Yaralılar Şirvan Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.//yeniavaz.com

  • Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib — Yeni detallar

    Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.
    Median.Az
    qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.

    Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.
    Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

  • В Гейгеле столкнулись два автомобиля. Есть пострадавшие

    ДТП зарегистрировано на территории села Учтепе Гейгельского района.

    Автомобиль марки «ВАЗ-2106», управляемый жителем Гянджи Фаризом Магеррамовым 1989 года рождения, столкнулся с «ВАЗ-2106», за рулем которого находился житель Гейгельского района Хиджран Будагов.

    В результате ДТП оба водителя пострадали и были госпитализированы с травмами различной степени тяжести, сообщает АПА.

    По предварительной информации, авария произошла из-за неправильного поворота одного из водителей.

    По факту ведется расследование.

  • “Qarabağ”da şok itki

    “Xayme Romero “Düdelanj”la Avroliqanın ikinci turu çərçivəsində keçirəcəyimiz oyunu buraxmalı olacaq”.

    Median.Az xəbər verir ki, bu fikirləri CBC Sport-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib. Onun sözlərinə görə, ispaniyalı yarımmüdafiəçi 10 gün İspaniyada öz şəxsi həkiminin yanında müayinələrdən keçəcək. 47 yaşlı çalışdırıdcının sözlərinə görə, Romeyro yalnız İspaniyadan qayıtdıqdan sonra yüngül məşqlərə başlayacaq.

  • Türkiyə üçün qorxunc proqnoz – Qarşıda böyük zəlzələ gözlənilir

    Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun rəhbəri Haluk Özənər İstanbulda baş verən zəlzələlər ilə bağlı açıqlama verib.

    Median.Az publika.az-a istinadən bildirir ki, Özənər seysmik titrəyişlərin sona doğru yaxınlaşdığını deyib.

    “İstanbulda ən böyük zəlzələnin qarşıda olacağı gözlənilir. Lakin bu zəlzələnin nə zaman baş verəcəyi, harada olduğu barədə təsəvvürümüz yoxdur. 1999-cu ildə Mərmərədə baş verən zəlzələni düşündüyümüzdə növbəti zəlzələnin də burada baş verəcəyi ehtimal olunur. Getdikcə sona yaxınlaşdığımızı düşünürəm, amma dəqiq zaman demək mümkün deyil. Bu zəlzələ 7 baldan güclü olacaq. Aktivliyin ana seysmik xəttə yaxınlaşdığını görürük. Bu səbəbdən bu boyda zəlzələnin baş verməsi qətidir”, – Özənər bildirib.

  • “Facebook”da – YENİLİK

    Dünyanın aparıcı sosial media platformalarından biri olan “Facebook” paylaşımlarda bəyənmə, şərh və reaksiyaların sayını gizlətməyə hazırlaşır.

    Sözügedən yeniliyi bu gün Avstraliyada sınamağa başlayacağını elan edən ABŞ şirkəti reklam üçün də eyni yoldan istifadə edəcək.

    Araşdırmalar göstərdi ki, sosial medianın həyatımızda getdikcə daha önəmli yer tutması, bəyənmə və şərhlərin sayının əhəmiyyəti fərdlərdə stress və narahatlıq səviyyəsini artırır.

  • В Баку за кражи из магазинов задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 33-го отделения полиции Сураханского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы А.Гасанова, Р.Дадашзаде и его брата Х.Дадашзаде, которые 14-го сентября на территории района украли из магазина 873 маната.

    Кроме этого, сотрудники 35-го отделения полиции Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы А.Гасанова, который на территории района украл из 2-х магазинов 250 манатов, бижутерию на 50 манатов и продукты.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda mağazadan oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki mağazadan 873 manat oğurlayan Bakı şəhər sakinləri A.Həsənov, R.Dadaşzadə və onun qardaşı H.Dadaşzadə saxlanılıblar.

    Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan 250 manat pul, 50 manat dəyərində bijüteriya və ərzaq məhsulları oğurlayan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Теймур Раджабов рассказал о своей победе

    Азербайджанский шахматист Теймур Раджабов поделился эмоциями после выхода в финал Кубка мира.

    В полуфинале Раджабов по сумме двух партий победил француза Максима Вашье-Лаграва.

    Соперником азербайджанца в финале станет победитель второго полуфинала между китайцами Юй Янъи и Дином Лижэнем.

    -Сейчас я чувствую себя измотанным, – сказал Раджабов. – Я боялся, что мне придется играть тай-брейк в четвертьфинале против Джеффри Сюна.

    На данной стадии турнира больше всего хочется завершить партию как можно скорее, я играю каждую партию как последнюю. Мне больше нравится завершать матчи по итогам классических партий, так как это занимает меньше времени по сравнению с выявлением сильнейшего на тай-брейке.

    Если ты проигрываешь по итогам классических партий, думаешь, что ничего страшного не произошло, по крайней мере тебя перестанут мучить. Некоторые игроки утверждают, что они предпочитают играть как можно больше партий, но это очень тяжело морально и физически.

    Выход Раджабова в финал также обеспечил шахматисту участие в турнире претендентов, который пройдет в 2020 году в Екатеринбурге.

    Победитель турнира претендентов сразится в матче за шахматную корону с действующим обладателем титула норвежцем Магнусом Карлсеном.

    Финал Кубка мира по шахматам будет состоять из четырех партий и пройдет с 30 сентября по 3 октября.

    Турнир с призовым фондом 1,6 млн долларов проходит в Ханты-Мансийске.

  • Teymur Rəcəbov qələbəsindən danışdı

    Teymur Rəcəbov Dünya Kubokunun final mərhələsinə çıxdıqdan sonra hisslərini bölüşüb.

    Yarımfinalda Rəcəbov iki partiyanın nəticələrinə görə fransalı Naksim Vaşye-Laqravı məğlub edib.

    Həmyerlimizin finaldakı rəqibi iki çinli – Yuy Yanti və Din Lijen arasındakı yarımfinal qarşılaşmasından sonra bəlli olacaq.

    Rəcəbov deyib: “İndi özümü yorğun hiss edirəm. Narahat idim ki, 4/1 finalda Ceffri Sünlə tay-breyk oynamalı olaram. Turnirin bu mərhələsində partiyanı mümkün qədər tez bitirmək istəyirsən. Mən hər partiyanı son partiya kimi oynayıram. Klassik partiyaları daha çox sevirəm, çünki o, tay-brekdən daha az vaxt aparır. Klassik partiyaların nəticələrinə görə məğlub olanda düşünürsən ki, qorxulu bir şey baş verməyib, heç olmasa, sənə əziyyət verməyəcəklər. Bəzi oyunçular deyir ki, mümkün qədər çox partiya oynamağa üstünlük verirlər. Amma bu, mənəvi və fiziki cəhətdən çox ağırdır”.