Month: September 2019

  • Украинские депутаты устроили перепалку из-за русского языка – ВИДЕО

    В Нацсовете по вопросам телевидения и радиовещания Украины народные депутаты устроили перепалку, об этом передает УНИАН.

    Конфликт произошел из-за того, что народный депутат Вадим Рабинович начал свое выступление на русском языке.

    Член Нацсовета Ольга Герасимюк потребовала от Рабиновича говорить на украинском языке, он отказался.

    После этого в зале начался спор, в котором приняли участие нардепы Нестор Шуфрич и Олег Волошин.

    В заседании объявили перерыв и перепалка продолжилась в коридоре.

    В то же время в полиции сообщили о задержании двух человек, которые устроили толкотню на акции у стен Нацсовета.

  • Ukraynada rus dilinə görə dava düşdü – VİDEO

    Ukraynanın millət vəkilləri Televiziya və Radio məsələləri üzrə Milli Şuranın iclasında mübahisə ediblər.

    “UNİAN” xəbər verir ki, mübahisəyə səbəb deputat Vadim Rabinoviçin çıxışına rus dilində başlaması olub.

    Milli Şura üzvü Olqa Gerasimyuk ondan Ukrayna dilində danışmasını xahiş etsə də, Rabinoviç bundan imtina edib.

    Nəticədə zalda münaqişə yaranıb. Millət vəkilləri Nestor Şufiç və Oleq Voloşin də mübahisəyə qoşulublar.

    İclasda fasilə elan olunub və söhbət dəhlizdə də davam etdirilib.

    Eyni zamanda həmin vaxt polis Milli Şuranın qarşısında keçirilən aksiyada iki nəfərin saxlanılması barədə xəbər verib.

  • Göygöldə kəndi çəkən erməninin kimliyi məlum olub

    Göygöl rayonunda kəndin şəkillərini çəkən erməninin kimliyi bilinib.

    Median.Az-ın Baku.ws-ə verdiyi məlumata görə, bu Marqarisa Zakaryan Qranovundur. Digər erməninin isə şəxsiyyəti dəqiqləşdirilir.

    Həmin şəxslərin ər-arvad olduğu bildirilir. Onlar Çaykənd kəndinin şəkillərini çəkərkən kənd sakinləri tərəfindən diqqəti çəkib. Hüquq-mühafizə oranlarına məlumat verildikdən sonra həmin şəxslər saxlanılıb.

    Sənədlərinə baxarkən müəyyən edilib ki, saxlanılanlar ermənidir.

    Onlar Gəncədə otellərdən birində qalırmış.

    Faktla bağlı araşdırmalar davam etdirlir.

  • Самые ожидаемые фильмы осени

    Стала известна десятка самых ожидаемых фильмов осени. Об этом сообщает портал Deadline со ссылкой на данные американской компании по продаже билетов Fandango.

    Лидером списка оказался сиквел хоррора “Оно” режиссера Андреса Мускетти. На втором месте разместился новый “Джокер” с Хоакином Фениксом в главной роли, а на третьем – продолжение мультфильма “Холодное сердце”, которое покажут в ноябре.

    В десятку наиболее ожидаемых лент вошли “Терминатор: Темные судьбы”, “Zомбилэнд: Контрольный выстрел”, “Малефисента: Владычица тьмы”, “Прекрасный день по соседству”, “Аббатство Даунтон”, “Ангелы Чарли” и “К звездам”.

    “Терминатор: Темная судьба”, “Добро пожаловать в Zомбилэнд 2” и “Ангелы Чарли” также были включены в рейтинг ожидаемых экшенов. Помимо этого, в перечень внесли такие фильмы, как “Форд против Феррари” и “Рэмбо: Последняя кровь”.

    Среди семейного кино выделили проекты “Холодное сердце 2”, “Малефисента 2”, “Семейка Аддамс”, “Эверест” и “Стражи Арктики”.

    В январе портал Collider составил список из 19 самых ожидаемых боевиков 2019 года. В перечень картин, которые выйдут осенью, попали “Близнец” Энга Ли, “Ангелы Чарли” Элизабет Бэнкс и “Терминатор: Перезагрузка” Тима Миллера.

  • Prezident onu sədr — TƏYİN ETDİ

    Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
    Median.Az
    APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

    Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.
    Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

    O, 3-cü dərəcəli dövlət müşaviridir.

  • Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü

    Böyük Britaniyanın “EasyJet” aviaşirkətinin pilotlarından biri reysə gecikib. Onun vəzifəsini sərnişin yerinə yetirməli olub.

    Median.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Mançesterdən İspaniyanın Alikante şəhərinə reys zamanı baş verib. Havada problem yaranıb, Fransada məcburi eniş etmək lazım gəlib. Əlverişli hava şəraiti yarananda isə pilot aeroporta gecikib. Vəziyyəti sərnişin Maykl Bredli xilas edib.

    Əslində, Maykl adi sərnişin deyil. O da “EasyJet”in pilotudur. Sadəcə, həmin gün həyat yoldaşı və kiçik oğlu ilə məzuniyyətə gedirmiş. Bredli aviaşirkətə zəng vuraraq, təyyarəni idarə etməyə hazır olduğunu bildirib. Pilot lisenziyası və başqa uyğun sənədlər üstündəymiş. Beləcə, təyyarə tezliklə Alikantedə uğurla eniş edib.

    Dünən Şotlandiyada pilotlarla bağlı daha bir maraqlı hadisə olub. Pilotların hər ikisi təyyarəyə sərxoş halda minib. İşə polis qarışıb. Hər ikisini həbs ediblər.

  • В Баку задержан квартирный вор

    В ходе оперативно-розыскных мероприятий, проведенных сотрудниками Управления полиции Сабаильского района, в Баку был задержан квартирный вор, сообщает пресс-служба МВД.

    Согласно информации, задержанный – ранее судимый М.Зульфугаров похитил в одном из домов на территории района тысячу манатов, 14,9 тысяч долларов, одежду и бытовую технику.

    По факту возбуждено уголовное дело, ведется расследование.

  • Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra… — Bakıda

    Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. İki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib – red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.

    İlk görüş

    Akif Rüstəmovla Samirənin ilk görüşü 2014-cü ilin sentyabrında baş tutub. Həmin vaxt Akiflə görüşən Samirə onunla könüllü cinsi əlaqədə olmağa razı olub. Onlar birlikdə Akif Rüstəmovun bir günlük kirayələdiyi evə gediblər, orada cinsi əlaqədə olublar.

    Gizli çəkiliş

    Bu zaman Akif Rüstəmov qadınla cinsi əlaqədə olmasını gizli şəkildə videokameranın yaddaşına köçürüb. Sonra o, Samirəni həmin çəkilişlərlə şantaj etməyə başlayıb. Akif Samirəyə deyib ki, həmin çəkilişləri internetdə yerləşdirərək, onu rusvay edəcək.

    Ailəli olan Samirə ərinin bu rusvayçılıqdan xəbər tutmasını istəməyib. Akif Samirədən həmin görüntüləri yayılmaması üçün şantaj yolu ilə pulı tələb etməyə başlayıb.

    2 min manat və 30 qram qızıl

    Bununla bağlı Akif Rüstəmov Samirə ilə 8 oktyabr 2014-cü il tarixdə Nəsimi rayonu 111 saylı orta məktəbin qarşısında görüşüb və ondan 1000 manat alıb. Ertəsi gün yenə də həmin ünvanda Samirə ilə görüşən Akif ondan təkrarən 1000 manat götürüb.

    Daha sonra Samirə Akif Rüstəmovun susması üçün ümumi çəkisi təxminən 30 qram olan, cəmi 1200 manat dəyərində 5 növdə, o cümlədən 1 ədəd “fantaziya” qadın qızıl üzüyü, 1 dəst qadın qızıl üzüyü və sırğanı, 1 ədəd qadın qızıl boyunbağı, 1 ədəd qaşlı qızıl üzüyü və 1 ədəd qızıl nişan üzüyünü ona verib.

    Bununla kifayətlənməyən Akif Rüstəmov qadına qarşı şantajlarını davam etdirib. O, oktyabrın 19-da Samirəyə yenə də hədə-qorxu gəlib, ondan 300 manat alıb.

    “Çəkilişləri ərinə göstərəcəm”

    Daha sonra Akif Rüstəmov şantajlarına iki ay ara verib. İki aydan sonra, yəni dekabrın 10-da yenidən Samirəyə zəng vuran Akif Rüstəmov onu yenidən şantaj edərək pul istəyib. Pul verməyəcəyi halda isə həmin çəkilişi ərinə və ailə üzvlərinə göstərcəyi ilə şantaj edib.

    Bu şantajlarla bağlı Samirə dekabrın 10-da Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən evinin yaxınlığında Akiflə görüşüb. O, həmin vaxt Akifə 600 manat verib.

    Daha sonra Akif Rüstəmov qadınla 2014-cü ilin dekabrın 18-nə kimi olan müddətdə ayrı-ayrı günlərdə 111 saylı orta məktəbin yaxınlığında görüşərək ümumilikdə 5820 manat alıb.
    Maşında görüş

    Bundan başqa, Akif Rüstəmov dekabrın 18-də, saat 18-də Samirəni Nəsimi rayonu, 20 Yanvar küçəsində idarə etdiyi “Saypa” markalı avtomibilə mindirib. O, yenidən ondan hədə-qorxu ilə pul tələb edib.

    Samirə ona pul verməkdən boyun qaçırıb. Bu səbəbdən Akif Samirənin sifət nahiyəsindən bir neçə dəfə vurub, ona xəsarət yetirib. Qadını döyəndən sonra rüsvayedici məlumatları yaymaqla hədələyərək, ondan 500 manat alıb.

    Şantaj edildi, evində döyüldü

    Akif Rüstəmov tərəfindən döyülən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən qəzəblənən Akif Rüstəmov 2015-ci il yanvarın 16-də Samirənin yaşadığı mənzilə gəlib. O, Samirədən nə üçün dövlət orqanlarına şikayət etdiyini bildirib.

    Bu zaman onların arasında mübahisə yaranıb. Akif qadına zor tətbiq edərək, yumruqla onun üz nahiyəsinə vurub. Samirə zərbədən xəsarət alıb.

    8 il həbs

    Akif Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Akif Rüstəmov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, ittihamda göstərilən cinayət əməllərini törətməyib. Onun qeydinə görə, barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət işi qondarmadır və ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanıb.

    Akif Rüstəmov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti onun şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.

    Bu qərardan narazı qalan Akif Rüstəmov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə Akif Rüstəmovun kasasiya şikayəti araşdırılıb.

    Hakim heyəti Akif Rüstəmovun kasasiya şikayətini əsassız hesab edib və təmin edilməməsi barədə qərar açıqlayıb.

  • Azərbaycanın etno-caz qrupu beynəlxalq festivalda iştirak etdi – FOTO

    Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə “Dünya musiqiləri – 2019” etnik festivalı (10-11 avqust) keçirilib.

    Festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.

    Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.

    Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: “Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətinin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də “Cəngi” öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi”.

    Qeyd edək ki, Mircavad Cəfərov “Dünya musiqiləri – 2019” festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.

    “Cəngi” etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.

  • Bred Pitt ETİRAF ETDİ — “Narkotik aludəçisi olmuşam”

    Bred Pitd Ancelina Coli ilə ayrılığının ardından yaşadıqlarını ilk dəfə və son dərəcə səmimi dillə mediaya açıqlayıb.
    Median.Az
    xəbər verir ki, ‘’New York Times’’ qəzetinə müsahibə verən 55 yaşlı aktyor, Coli ilə ayrıldıqdan sonra alkoqol və narkotik aludəçiliyindən qurtulmaq üçün adsız alkoqoliklər dərnəyinə qatıldığını etiraf edib.

    Pitt bu müddət ərzində nə az nə çox düz bir il yarım müalicə aldığını söyləyib. Aktyor bir müddət içki masasının onun üçün ən güvənli yer olduğunu da qeyd edib.

    Məşhur aktyor, içkinin insan xarakterinin pis tərəflərini ortaya çıxardığını və buna görə də sərxoş başda ağıl olmadığını da söyləyib.
    Pit aludəçiliyindən qurtulmaq üçün atdığı bu addımın onu azad etdiyi bildirib.

    Bred Pit keçmiş arvadı Anjelia Coliy tərəfindən boşanma müddətində də dilə gətirilən, hətta ayrılığın əsaslı səbəblərindən biri olaraq göstərilən içki və narkotik aludəçiliyinə şöhrətin ilk illərində başladığını da gizlətməyib.
    Qeyd edək ki, Bred Pit və Ancelina Coli birlikdə rol aldıqları “Mr. Smith and Mrs. Smith” filminin çəkilişində bir- birlərinə aşiq olublar.