Month: September 2019

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakı şəhərininin Xəzər rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

    Baku.ws-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb – VİDEO/FOTO

    Budapeştin Liszt Ferenc adına Hava Limanının A və B terminallarını birləşdirən foyesində azərbaycanlı fotorəssam Aydın Sadıxovun fərdi fotosərgisinin rəsmi açılış mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, ölkəmizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrinin nümayiş olunduğu sərgidə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin bu ölkədəki səfiri Əhməd Akif Oktay, habelə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Azərbaycanın bu ölkədəki diaspor təmsilçiləri iştirak ediblər.

    Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, xüsusi ilə hazırkı fotosərgi vasitəsi ilə ildə 15 milyon nəfərə xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə tanış olması imkanı qazanacağı, turistlərin Azərbaycanın görməli yerləri haqqında məlumat əldə edə biləcəyini qeyd edib.

    V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakı şəhərinə və geriyə birbaşa hava reyslərini həyata keçirməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.

    Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler çıxışında belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

    Sonra fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin də ziyarətçilərin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu bildirib. Fəaliyyəti zamanı Azərbaycanın qədim tarixi abidələri və füsunkar təbiətini qabarıq şəkildə təqdim etməyə çalışdığını deyən fotorəssam sərgisi vasitəsi ilə bu missiyanı həyata keçirə biləcəyinə inandığını qeyd edib.

    Rəsmi hissədən sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış olublar. Bu sərgiyə daxil edilməsi məqsədi ilə səfirlik Azərbaycan Milli Arxivindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqqında fotolar əldə edib və sərgidə həmin fotolar da nümayiş olunur.

    Mərkəzi Avropanın aparıcı dövlətlərindən olan Macarıstanın hava limanında avqustun sonlarından başlayan və sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə turist axınının artmasına müəyyən mənada töhfə vermiş olacaq.

  • В Гейгельском районе пойманы двое армян, фотографирующих село

    В селе Чайкенд Гейгельского района задержаны двое армянин, передает сайт gununsesi.org.

    По утверждению вышеуказанного сайта, являющиеся гражданами России муж и жена армянской национальности привлекли внимание, когда делали фотографии села. При задержании стало известно, что имеющие российское гражданство лица являются армянами по национальности.

    Они остаются в Гяндже в качестве туристов. После задержания их привезли в Гейгельский район.

    Отметим, что село Чайкенд расположено на линии фронта с врагом.

  • Xaricdən gələn bağlamalar açılır və içindən nəsə götürülür? – “Azərpoçt” iddialara cavab verdi

    Dəfələrlə sosial şəbəkələrdə, bəzi KİV-lərdə “Azərpoçt”un filiallarına gələn bağlamaların açıldığı və bəzi məhsulların yoxa çıxdığına dair iddialar səsləndirilib. Şikayətlər elə indi də davam edir. Bunlar, əsasən, xarici ölkələrdən və yaxud xarici alış-veriş saytlarından edilən sifarişlərlə bağlı olur.

    Median.Az-ın məlumatına görə, oxu.az-ın əməkdaşı məsələni araşdırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb.

    G.Gözəlova bu iddiaları “əsassız” adlandırıb. Onun sözlərinə görə, xarici ölkələrdən gələn bağlamalar tranzit üsulla Azərbaycana gətirilir:

    “Kimsə bağlamanın zədəli olduğunu iddia edirsə, bununla bağlı onu həmin poçt filialında yoxlamalı və şikayət ərizəsi yazmalıdır. Şikayətə baxılması ilə bağlı “Azərpoçt” tərəfindən 15 gün müddətinə vətəndaşa cavab verilir. Araşdırma üç ay müddətində davam edir və təsdiqini tapsa, o zaman həmin şəxsə dəymiş zərər bağlamanın zədələndiyi ölkə tərəfindən ödənilir.

    Hər hansı vətəndaş bağlamanı götürüb, yoxlamadan evə aparırsa və məlum olursa ki, nəsə çatışmazlıq var, onda buna məsul elə həmin şəxs olur. Hər bir şəxs bağlamanı götürən zaman yoxlamalıdır. Bağlamanın içərisində malların siyahısı olur. Bu siyahı bağlamanın təhvil götürüldüyü ölkənin aidiyyəti poçt şöbəsinin əməliyyatçısı tərəfindən qeydə alınır və bağlamanın içərisinə qoyulur. Həmin bağlamanı alan şəxs aidiyyəti poçt şöbəsində əməliyyatçının iştirakı ilə aça və yoxlaya bilər”.

    G.Gözəlova bildirib ki, bu günə kimi belə hallar aşkarlanıb və lazımi tədbirlər görülüb.

  • Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər

    Göygöl Rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb.

    Median.Az bildirir ki, bununla bağlı xəbəri gununsesi.org saytı yayıb. Adıçəkilən saytın iddiasına görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib. Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.

    Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.

    Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.
    Məsələ ilə bağlı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya etdiyimiz zənglər cavabsız qaldı.

    Mövzuya qayıdacağıq.

  • Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI

    2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb.

    2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur.

    Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.

    Ümumilikdə isə bu ilin iyul ayında Türkiyəyə 6,617 milyon turist səfər edib. Bu rəqəm ötən ilin iyulu ilə müqayisədə 16,67 faiz çoxdur.

    İyul ayında Antalyaya 2,5 milyon, İstanbula isə 1,6 milyon turist səfər edib.

    2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə ümumilikdə 24,6 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,11 faiz çoxdur.

  • “TurAz Qartalı-2019” birgə təlimləri davam edir – FOTO

    “TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə sentyabrın 2-dən ölkəmizdə “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimləri başlayıb.

    Təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

    Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

    Təlimlər sentyabrın 16-dək davam edəcək.//milli.az

  • ВОЗ назвала самые пьющие страны Европы

    Всемирная организация здравоохранения опубликовала отчет о потреблении алкоголя в странах Европы.

    На первое место по количеству чистого спирта на человека в год – 15 литров – вышла Литва. Второе место с 14,4 литра заняла Чехия, третье – 13,4 литра – Германия. В десятку наиболее пьющих вошли (по убыванию) Ирландия, Люксембург, Латвия, Болгария, Франция, Румыния и Словения. В общей сложности специалисты ВОЗ проанализировали данные по 30 странам.

    В отчете говорится, что, несмотря на принятые меры по сокращению потребления алкоголя, ежегодно в Европе умирает 290 тысяч человек по причинам, связанным со спиртным.

    В среднем европеец старше 15 лет выпивает более 2 бутылок вина в неделю. Но в отчете говорится, что если убрать из статистики тех, кто не пьет в принципе, эта цифра вырастет до 3 бутылок. Специалисты ВОЗ подчеркивают, что при таком уровне потребления спиртного здоровью наносится серьезный вред.

    “Когда алкоголь является одной из главных причин смерти молодых людей, мы не можем оставаться спокойными. Этот продукт продается открыто и доступен для молодежи, несмотря на доказанный вред алкоголя для развития мозга и здоровья в целом”, – подчеркнула Карина Феррейра-Борхес из Европейского бюро ВОЗ.

  • Ən yaxşı biznesmenlər mükafatlandırılacaq – VİDEO

    Bakıda Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “İlin ən yaxşı biznesmenlərinin mükafatlandırılması” tədbiri baş tutacaq.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, tədbirdən əvvəl təşkilatçı komitə olan Sərhəd Ticarət və Sənaye Palatası tərəfindən mətbuat konfransı keçirilib.

    Konfransda çıxış edənlər bildiriblər ki, keçiriləcək tədbirin əsas məqsədi Pakistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması və hər iki ölkəyə investorların cəlb edilməsidir. O da qeyd olunub ki, Azərbaycan və Pakistan arasındakı siyasi və hərbi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi əlaqələr o dərəcədə inkişaf etməyib. Bu səbəbdən, belə tədbirlərin tez-tez keçirilməsi daha yaxşı olardı.
    Qeyd edək ki, mükafatlandırma sentyabrın 5-i baş tutacaq.

    Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand bildirib: “Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinin güclü olmamasına səbəb geosiyasi vəziyyət deyil. Əgər Azərbaycandan tırlar çıxsa, Pakistana cəmi 4-5 günə gəlib çatar. Azərbaycan həmçinin Avropaya açılan qapıdır. Pakistanlı biznesmenlər Azərbaycana ən çox əczaçılıq, mərmər, qranit sahələrində investisiya qoymaq istəyirlər”.

    Sərhəd Ticarət və Sənaye Palatasının rəhbəri Muhammad Faizi isə deyib: “Xeybər Paktunva neft və qaz şəhəridir. Eyni zamanda bu şəhərdə bal və tikinti sektoru da inkişaf edib. Bizim sahibkarları gətirməkdə məqsədimiz Azərbaycan və azərbaycan insanı ilə tanış olmaq, görüşlər keçirməkdir”.

  • Avtoyuma məntəqəsindən maşın qaçırıldı

    Sentyabrın 4-də Kürdəmir RPŞ-yə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

    Araşdırma aparılır.//ölkə.az