Month: September 2019

  • Ученые рассказали о влиянии курения на сон

    Американские ученые рассказали о влиянии курения на сон.

    Как передает Median.Az, об этом сообщает Journal of Sleep Research.

    По их мнению, курение обычных и электронных сигарет ухудшает качество сна.

    Ученые отметили, что курильщики и вейперы испытывают проблемы со сном чаще, чем те, кто не курит вообще. Причем любители электронных устройств употребляют снотворные препараты чаще всех.

    Уточняется, что даже нерегулярное курение вейпов негативно сказывается на качество сна.

  • “Azərbaycanın bölgələrində pedofiliya çox yayılıb” — Yazıçı Aysel Əlizadə

    Yazıçı Aysel Əlizadə seks inqilabı ilə bağlı maraqlı fikirlər bildirib.
    Median.Az
    xəbər verir ki, o bunları publika.az-a verdiyi müsahibədə səsləndirib.

    “Seksin poeziyası” kitabının müəllifi “Azərbaycanda seks inqilabına ehtiyac varmı?” sualına belə cavab verib:
    “Bir neçə ilə əvvəl kolleqamla insestlərdən, zoofiliyadan, pedofiliyadan danışırdıq. Bunlar, xüsusilə, Azərbaycanın bölgələrində çox yayılıb. Rayonlarda insest inanılmaz dərəcədədir və bunu gizlədirlər. Bölgələrdə bizim bütün kişilərimiz seksual həyata zoofil kimi başlayırlar və biz buna normal baxırıq. Biz deyirik ki, kişi zoofil olsun, amma gedib sevdiyi qızla birlikdə olmasın. Buna görə də mənim kolleqam seksual inqilabın vacibliyindən söhbət açdı. Mənim də əhatəmdə tanıdığım qadın və kişilər həmişə öz həyatları illə bağlı özləri qərar veriblər deyə, mən düşündüm ki, buna ehtiyac yoxdur. Bizdə seksual inqilab baş verib də, hər kəs öz həyatını yaşayır”.

  • Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI: gündə bir stəkan içirsinizsə…

    Alimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.

    Medicina.az xəbər verir ki, gündə iki və daha çox stəkan qazlı su istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Əksinə, ayda maksimum bir stəkansa müvafiq riskləri əhəmiyyətli dərəcədə azaldır. Nəticələri “JAMA Internal Medicine” jurnalında təqdim olunan araşdırmada 19 ildə 19 mindən çox insan iştirak edib. Müşahidələr başlayan zaman onların heç birində xərçəng, diabet və ya insult rast gəlinməyib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, eskperiment göstərib ki, gündə ən azı iki stəkan (0,5 l) şirin və qazlı içki içən kişilər və qadınlarda mədə-bağırsaq traktının xəstəliklərindən ölüm riski artırır, sadə qazlı içkilər isə ürək-damar xəstəliklərini şiddətləndirir. Alimlər çox miqdarda qazlı içki istifadəsinin Parkinson xəstəliyinin artması riskinə səbəb olduğunu da dilə gətirib.

    “Əldə etdiyimiz məlumatlar göstərir ki, qazlı içkilər qanda şəkərin səviyyəsini yüksəldir. Bu da bağırsaq mikroflorasını dəyişdirərək və bağırsaq infeksiyalarına qarşı həssaslığı artıraraq bağırsaq iltihabına səbəb ola bilər. Həzm xəstəliklərinə yüksək həssaslıq olmasının səbəbi də budur” , – deyə Atlanta Emori Universitetinin tibb üzrə dosenti, doktor Şaron Horeş Berqkvist qeyd edib.

    Kaloriya Nəzarət Şurasının prezidenti Robert Rankinsə öz növbəsində istehlakçılara xüsusi məhsulların zərərli olması barədə təhrif edilmiş bir şəkil verdiyini qeyd edərək tədqiqatı tənqid edib. Onun sözlərinə görə, aşağı kalorili qatqılar hərtərəfli öyrənilir və təhlükəsizdir.

    Fransada 100 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərib ki, konservin yalnız üçdə biri və ya 100 ml qazlı su istifadəsi xərçəng riskini 18% artırır. Döş xərçəngi inkişaf ehtimalı 22% -ə qədər artır. Eyni statistika təzə sıxılmış şirələr üçün də aktualdır. Odur ki, alimlər qazlı içki pərəstişkarlarına suya giləmeyvə və ya meyvə parçaları əlavə edərək içməyi məsləhət görürlər.

    Bundan əlavə, gündə 76 qrama qədər qırmızı ət yeyən insanlarda xərçəng riski 20% yüksəldiyi, alkoqolun isə xərçəngin inkişaf ehtimalını 8% artırdığı bildirilib.

    Qızartma üçün bitki yağıları çox təhlükəlidir, bu iltihablı bağırsaq xəstəliklərinin inkişafına təsir göstərir və bağırsaq xərçəngini doğurur. Mütəxəssislər yağdan təzə və soyuq halda istifadə etməyi məsləhət görürlər.

    Daha əvvəl Amherstdəki Massaçusets Universitetinin alimləri bitki yağında bişən qızartma yeməklərinin xərçəngin ağırlaşmasına səbəb ola biləcəyini müəyyən edib.

    Tədqiqatçıların fikrincə, ABŞ-da bir çox insan bu və ya digər dərəcədə mədə-bağırsaq traktı problemlər yaşasa da, fəstfud və qızardılmış yeməklərdən imtina etmirlər.

    Araşdırmanı elm adamları siçanlar üzərində aparıb. Təcrübələr sübut edib ki, bitki yağı hər vəziyyətdə gəmiricilərin sağlamlığını pozur. Odur ki, bitki yağında bişən qidalar xərçəng riskini artıran əsas amillərdən biridir.

    Soyuqdəymə ilə əlaqəli olmayan səs batması, zəif öskürək, tüpürcəyi udmaqda çətinlik, ishal və ya qəbizlik də xərçəng əlamətlərini göstərə bilər. Xərçəng simptomları arasında qırmızı qan hüceyrələrinin az olması, anemiya, sidik artması və bu zaman ağrılı müşahidə olması, həmçinin sidikdə qan və bir ay genişlənmiş limfa düyününü göstərmək olar.

    Eyni zamanda həkimlər, xəstəlikləri aşkar etmək üçün qan okomarkerlərinə qan analizi verməyin mənasız olmadığını düşünürlər. Qarın boşluğunun və cinsi orqanların ultrasəs müayinəsi ilə kifayətlənmək lazımdır, qadınlar həm də mamoloq müayinəsindən keçməlidir. Bundan əlavə, nəcis analizini aparmaq lazım olduğuna işarə edilir – bu, dəqiq bağırsaq xərçəngi diaqnozunu təyin etməyə imkan verir.

  • Bakıda sərxoş kişidən arvadına qarşı dəhşətli əməl – Təfərrüat

    Bakıda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Famil Əhmədovun məhkəməsi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, İsmayıllı rayonunun Basqal kəndində qeydiyyatda olan Famil Əhmədov paytaxtda işləyib, Nəsimi rayonunda kirayə yaşayıb.

    Fəhləliklə məşğul olan Famil Əhmədovun arvadı Ülviyyə Əhmədova ilə mübahisələri kirayə mənzildə yaranıb. Ər spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətə düşdüyü üçün arvadı ona irad bildirib.

    Mübahisə zamanı Famil Əhmədov arvadını öldürmək qərarına gəlib. Bu niyyətlə Ülviyyə Əhmədovanı əvvəlcə döyərək ona xəsarət yetirib. Daha sonra mətbəxdə stolun üstündən götürdüyü bıçaqla dəhlizdə qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

    Ülviyyə Əhmədova bıçaq zərbələrindən yayınmaq məqsədi ilə mənzilin qonaq otağına qaçıb. Buna baxmayaraq o, Ülviyyəni mənzildə təqib edib və qonaq otağında ona yenidən zərbələr vurub.

    Ülviyyə Əhmədova aldığı zərbələrdən hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Famil Əhmədov həbs edilib.

    İstintaq orqanı tərəfindən Famil Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Əhmədov 17 il azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Famil Əhmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

    Bundan başqa, Ülviyyə Əhmədovanın hüquqi varisləri də hökmdən narazı qalıb. Onlar Famil Əhmədovun cəzasının 20 ilə qədər artırılması tələbi ilə apelyasiya şikayəti veriblər.

    Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin barəsində olan maddənin dəyişdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

    Amma hakim heyəti birinci instansiya məhkəməsinin cəza ilə bağlı hissəsində dəyişiklik edib. Famil Əhmədovun barəsində olan 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası 15 ilə qədər endirilib.

    Məhkəmə zərərçəkmiş tərəfin verdiyi şikayəti də təmin etməyib.

    Bu qərardan narazı qalan Famil Əhmədov kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb.

    Məhkəmə araşdırması zamanı məhkum cəza çəkdiyi müəssisədən hakimə məktub ünvanlayıb. O, kasasiya şikayətindən imtina etdiyini, bu səbəbdən şikayətinə baxılmamasını istəyib.

    Hakim onun istəyini nəzərə alaraq kasasiya şikayətinə baxışdan çıxarıb və geri qaytarılması barədə qərar qəbul edib.

  • В жилом здании в Баку произошел пожар

    В Хазарском районе города Баку произошел пожар в двухэтажном жилом здании.

    Как сообщает BAKU.WS со ссылкой на сайт Министерства по чрезвычайным ситуациям (МЧС), на втором этаже жилого здания сгорели воспламеняющиеся конструкции одной комнаты трехкомнатной квартиры общей площадью 80 кв. м.

    Остальная часть квартиры и другие квартиры были защищены от огня. Пожар был потушен подразделениями пожарной охраны.

  • Ребенок родился через 56 дней после смерти матери

    В университетской больнице в Кракове медикам удалось спасти ребенка, который родился спустя 56 дней после смерти матери, сообщает Gazeta.pl.

    Мать умерла во время беременности. Её госпитализировали спустя пять месяцев после того, как она забеременела, так ка ку женщины произошли большие проблемы со здоровьем. Её мозг умер, но врачи старались поддерживать необходимые жизненные функции, что ребенок в утробе мог полноценно развиваться.

    В больницу к мертвой женщине приходили её мать и отец. Они пели колыбельные и читали книги своей внучке, которая через некоторое время успешно родилась, хотя для этого пришлось прибегнуть к кесареву сечению.

    Девочка после рождения весит 1250 грамм, ребенок некоторое время находился в больнице, а потом покинул её вместе с родителями своей матери. “Дай Бог, чтобы она правильно развивалась и была счастливой, хотя она так рано потеряла мать” – сказал принимавший роды у мертвой врач.

  • Anasının ölümündən 56 gün sonra dünyaya gəldi

    Polşanın Krakov şəhərində universitet xəstəxanasının həkimləri anasının ölümündən 56 gün sonra dünyaya gələn uşağı xilas edə biliblər.

    Mk.ru-nun verdiyi xəbərə görə, ana hamiləlik zamanı dünyasını dəyişib.

    Belə ki, sağlamlığında yaranan ciddi problemlərlə əlaqədar o, beş aylıq hamiləlik zamanı xəstəxanaya yerləşdirilib. Beyni artıq ölsə də, həkimlər uşağın bətndə sağlam şəkildə inkişaf etməsi üçün lazımi həyat funksiyalarını qorumağa çalışıblar.

    Keysəriyyə üsulu ilə dünyaya gələn qız uşağı hazırda 1250 qram çəkidədir. Bir müddət xəstəxanada saxlanılandan sonra o, nənəsi və babasına təhvil verilib.

  • Bakı Şəhər Baş Polis İdarəsi sahibkarlara xəbərdarlıq etdi: Diqqətli olun – FOTO

    Avqustun 4-də bəzi xəbər saytlarında “Bakıda sahibkarı belə aldatdılar” başlıqlı yazı dərc olundu.

    Vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

    Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, vətəndaşın “102” Zəng Mərkəzinə müraciəti ərazi üzrə Səbail RPİ-yə ötürülüb və fakt üzrə müvafiq təxirəsalınmaz tədbirlər görülüb: “Polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır, dələduzluğa məruz qalan şəxs Baş İdarəyə dəvət olunaraq, görülən işlər onun diqqətinə çatdırılıb”.

    Xidmət rəisi vurğulayıb ki, həmin şəxsin Səbail RPİ 9-cü Polis Bölməsində vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü “Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışı elan edilən Kərimov Cəbrayıl Mikayıl oğlu olduğu müəyyən edilib. Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində olan digər cinayət işinə əlavə edilib: “İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də “Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb”.

    E.Hacıyev əlavə edib ki, C.Kərimov 2018-ci ildə həmin ticarət mərkəzindən sahibkarların etibarından sui-istifadə edərək birindən 3000 manat, digərindən 1050 manat dəyərində kompyuter dəstlərini, 2019-cü ildə başqa ticarət obyektindən 1500 və 600 manat dəyərində məhsulları analoji üsulla talayıb: “O, toplanan materiallar üzrə cari ilin iyun ayında saxlanaraq Xəzər RPİ-yə təhvil verilib və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, istintaqdan yayındığına görə, iyun 25-də axtarışı elan olunub.

    Şübhəli şəxs başqa-başqa adlar altında və qiyafələrdə hərəkət edir, dələduzluq əməllərini davam etdirir. Sahibkarlara diqqətli olmağı, onu görüb tanıyanlardan polisə məlumat vermələri tövsiyə olunur.

    Hazırda C.Kərimovun saxlanılması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər davam etdirilir”.

  • Азербайджанец едет на велосипеде в Турцию, чтобы осуществить свою заветную мечту – ВИДЕО

    Уроженец Загатальского района Азербайджана Изеддин Абдуллаев решил воплотить свою мечту в жизнь. Ради того, чтобы увидеться с президентом Турции Реджепом Тайипом Эрдоганом, он отправился в Турцию. Причем, едет он в Турцию не на самолете или автобусе, а на велосипеде.

    как сообщает BAKU.WS, об этом передает Vesti.az.

    Он уже вышел из своего села Йолайрыджы Загатальского района и в течении 16-17 дней намерен проехать 1600 километров и оказаться в Анкаре, где и хочет встретиться с Эрдоганом.

    Мать Изеддина – Хумай Абдуллаева отметила, что сын пришел к ней за благословением со словами: «Мама, у меня только одна мечта – встретиться с Эрдоганом. Благослови меня на дорогу, чтобы моя мечта сбылась».

    Сам Изеддин Абдуллаев говорит, что он очень любит Эрдогана и таких, как он, в Азербайджане много.

    «Много лет я мечтаю встретиться с Эрдоганом. Я еду на встречу от имени многих азербайджанцев, которые хотели бы лично пожать руку этому великому представителю тюркского мира. Ради этой встречи я буду водить велосипед в течение 16-17 дней и с позволения Аллаха, доеду до Анкары», – заключил Изеддин и отправился в долгий путь на встречу со своим кумиром.

  • Övladlığa götürdüyü qızla evləndi, qızının yaxın rəfiqəsi ilə yatdı – FOTO

    Məşhurlar heç də həmişə yaxşı nümunə olmurlar.

    BAKU.WS milli.az-a istinadən belə məşhurların bəzisinin həyatı ilə bağlı ilginc faktları təqdim edir:

    1. “Sarı Div” Hulk Hogan, qızının ən yaxın rəfiqəsi ilə intim əlaqədə olurmuş. Bu hadisənin üstü aktyorla arvadının boşanmasından sonra açılıb.


    2. Woody Allenin indi evli olduğu qadın, bir zamanlar övladlığa götürdüyü həmin qız uşağıdır. Allen eyni zamanda digər övladlığa götürdüyü qızı ilə də yatırmış.


    3. Eddie Murphy Melanie B. ilə münasibətdə olduqları zaman, Melanie hamilə qaldı. Bu xəbəri eşidən Eddie Murphy isə Melanieni tərk etdi və dərhal uşağın ondan olmadığını söylədi. Melanie DNT testi etdirdi, Eddie Murphynin uşağın doğma atası olduğu ortaya çıxmasına baxmayaraq Murphy illərdir övladından imtina edib.