Month: September 2019

  • В Хазарском районе у жителя столицы изъяли почти 2 кг. героина

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полиции Хазарского РУП в результате проведенной операции задержали жителя столицы Ш.Алиева, у которого при личном осмотре обнаружили свыше 1,8 кг. героина.

    В Следственном отделе Хазарского РУП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азерабйджана.

  • Xəzər rayonunda paytaxt sakinindən 2 kq. yaxın heroin götürülüb

    Median.Az xəbər verir ki, Xəzər RPİ-nin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 1,8 kq-dan artıq heroin götürülüb.

    Xəzər RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotikləri külli miqdarda satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

  • На трассе из Тбилиси до границы с Азербайджаном установлены «умные камеры»

    «Умные камеры» были установлены на шоссе от столицы Грузии Тбилиси до пограничного пункта «Красный мост» на границе с Азербайджаном, передаёт Median.Az со ссылкой на Report.

    Определяющие скорость «умные камеры» расположены в 4 локациях области Квемо Картли (Борчалы).

    Отметим, что «умные камеры» автоматически фиксируют нарушения скорости и выписывают видео-штрафы.

  • Минобразования отправило в азербайджаноязычные школы Грузии учебники

    Министерство образования Азербайджана направило в азербайджаноязычные школы Грузии учебники и методические пособия на 2019-2020 учебный год.

    Посольство Азербайджана в Грузии передало учебники и пособия в Министерство образования, науки, культуры и спорта соседней страны, передаёт Median.Az со ссылкой на Report.

    Сюда вошли 20 622 учебника по азербайджанскому языку и литературе для I-XI классов и методические пособия для педагогов.

    Книги предусматривается доставить в азербайджаноязычные школы до начала нового учебного года.

    Отметим, что в прошлом учебном году Азербайджан передал Грузии 24 127 учебников по азербайджанскому языку и литературе.

  • В Билясуварском районе обокрали платежные терминалы

    Инцидент произошел в Билясуварском районе, передаёт Median.Az со ссылкой на Report.

    Неизвестные обокрали 2 платежных терминала и магазин. Были украдены 340 манатов в одном из местных магазинов, 3616 манатов из платежного терминала в этом же магазине и 319 манатов из платежного терминала в другом магазине.

    В результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками полиции, были задержаны подозреваемые в краже жители района Лерик Т. Дадашов и С.Азадов.

  • В Азербайджане началась вакцинация скота против ящура и сибирской язвы

    Для обеспечения эпизоотической стабильности на территории Азербайджана Агентство аграрных услуг при Министерстве сельского хозяйства с этого месяца начало профилактическую вакцинацию скота против ящура и сибирской язвы, передаёт Median.Az со ссылкой на Trend.

    Вакцинация проводится в соответствии с Планом профилактических и диагностических мер в сфере эпизоотии в соответствии с требованиями Всемирной организации по охране здоровья животных.

    С первых дней сентября началось осуществление профилактических мер против сибирской язвы у крупнорогатого молодняка (3-6 месяцев), содержащегося в хозяйствах.

    Агентство просит владельцев скотоводческих хозяйств и ветеринаров оказать действенную помощь, создав условия для более оперативного осуществления профилактических мер.

    Эпизоотическая ситуация в республике в настоящее время стабильная.

  • “Qarabağ” Avroliqada bu heyətlə çıxış edəcək – SİYAHI

    Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib.

    “Sevilya”, APOEL və “Düdelanj” klubları ilə A qrupunda yer alan Ağdam klubunun 23 nəfərlik siyahısında aşağıdakı futbolçular yer alıb:

    Qapıçılar: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev

    Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov;

    Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı;

    Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye

    Baş məşqçi: Qurban Qurbanov.

    Ehtiyat heyət: Məmməd Hüseynov, Toral Bayramov, Musa Qurbanlı.

    Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını sentyabrın 19-da Bakıda Sevilla-ya qarşı keçirəcək.

  • Quda olacağı qadının başına oyun açdı – “Hacı” kimi tanınan şəxsin şok əməlləri

    Dələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1974-cü il təvəllüdlü Nağıyev Mirəli Mirənnağı oğlunun işinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

    Median.Az “publika az”a istinadən xəbər verir ki, apelyasiya şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətmiş M.Nağıyev yenidən hakim qarşısına çıxarılacaq. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, Mirəli Nağıyev əvvəlcədən tanıdığı Pərinisə Cəfərova və Cəlal Ələkbərova qarşı dələduzluq edib. Onların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

    Nağıyev Rusiyada şirkət açmaq, biznes qurmaq adı ilə Pərinisə Cəfərovadan ümumilikdə 142 min manat, Cəlal Ələkbərovdan isə 22 min manat pul alıb.

    Nağıyev həqiqətən də Rusiyada ticarətlə məşğul olub. Amma zərərçəkmiş şəxslərə yalan vəd verərək onların pulunu ələ keçirib.

    Zərərçəkmiş qadın Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı deyib ki, Mirəlini dindar, hacı biri kimi tanıyıb:

    “Mirəlini atasına, qardaşına, anasına görə tanımışam. Onun ailəsi ilə yaxın münasibətimiz olub, qonşu olmuşuq.

    Tez-tez ehsan, iftar süfrələrində, məclislərdə görüşmüşük. Onlara ailəm kimi münasibət göstərmişəm. Mirəlini də öz övladım kimi qəbul eləmişəm.

    Aramızda da səmimi, ailə üzvü kimi münasibət olub. Mirəli Moskvada işləyirdi. Ailəsinə, qohumlarına yaxşı baxırdı.

    Mən onların ailəsində Mirəlini ən sonda tanımışam, o da Moskvadan gələndən sonra. Oğlum universitetə qəbul olanda bizə hədiyyə olaraq kondisioner alıb göndərmişdi. Hətta oğlum üçün qurban da kəsdirdi. Həmin qurban payından bizim evə bir tikə də gəlmədi.

    Ehsan kimi ehtiyacı olanlara payladı. Həmişə bizə özünü yaxşı adam kimi göstərib. Onun atası, anası məni öz övladı kimi tanıyıb.

    Biz onlarla quda da olacaqdıq. Onlar öz övladlarını mənə əmanət edirdilər. Mirəlini həbsdə görmək indi də mənim ürəyimi parçalayır.

    Amma mənə o qədər zərər vurublar ki, əsəblərim pozulub xəstəlik tapmışam, saçlarım tökülüb, illərlə müalicə almışam. Ondan mənəvi təzminat da tələb edirəm.

    Məni o həddə çatdırdılar ki, şikayət elədim. Sübut etmək istədim ki, bu pulu verən qadın onu geri də ala bilər”.

    Zərərçəkmişin ifadəsindən məlum olub ki, Mirəli Nağıyevə pul verdikdən sonra bəzi söz-söhbətlər də ortaya çıxıb:

    “Mənim namusumla bağlı da söz çıxardılar. Guya mən ona pul xərcləmişəm. Bəzi ağılsızlar da buna inandı. Bir insana yaxşılıq eləmək, borc vermək, sonra da iş qurmaq istəmək nə vaxtdan qəbahət olub?

    Təkrar edirəm ki, biz onlarla bir ailə kimi olmuşuq. Mirəlinin qızını tək övladıma, oğluma alcaqdım. Onlar qız övladlarının namusunu belə mənə əmanət ediblər.

    İndi necə olur ki, belə söz-söhbətlər çıxarırlar?

    Mən evimi də satmışdım. Əlimdə pul var idi. Bunu Mirəli də bilirdi. Bir neçə dəfə məndən borca pul istədi. Dəfələrlə alıb və vaxtında da qaytarıb.

    Hətta 30 min verdiyim vaxt da olub ki, dediyi gün çatdırıb. Mənə iş görməklə bağlı təklif edəndə oğlumla məsləhətləşdik.

    Mirəliyə hamımız inandığımız üçün iş görməyi razılaşdırdıq. Bir gün Mirəli mənə zəng edib dedi ki, həcc ziyarətindədir. Söylədi ki, Moskvada iş qurmağına kömək edəcək şəxslər də onunladır.

    60 min pul lazım olduğunu dedi. Bildirdi ki, həmin şəxslərin yanında etibarını itirməmək üçün pul çatdırmalıdır.

    Mənə onu da dedi ki, guya həcdə mənim adımdan da qurban kəsdirib. Mən də dedim ki, həmin qurbanın pulunu mütləq sənə verməliyəm.

    Nəsə, bu məni yenə inandırdı və pulu Bakıda onun dediyi şəxsə verdim. Bu adla bir neçə dəfə məndən pul aldı.

    Guya quracağı şirkətə direktor kimi də mənim oğlumu qoyacaqdı. Biz də oğlumla razılaşmışdıq ki, iş qurulanda Moskvaya köçək.

    Bu işlər 2014-cü ildən başlayıb. Neçə dəfə pulumu geri istədim. Dedi ki, Moskvadakı işində pulları var və çıxaran kimi verəcək.

    Sonra guya Xırdalanda yüz min dəyəri olan evi mənim adıma keçirirdi. Məlum oldu ki, həmin evin sənədləri də doğru deyil”.

  • Azərbaycanda şok statistika – 42 qadın əri tərəfindən öldürülüb

    2018-ci ildə Azərbaycanda 1175 məişət zorakılığı (ailə münaqişəsi) cinayəti baş verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, keçən il Azərbaycanda məişət zorakılığı cinayətləri nəticəsində 1 221 nəfər zərərçəkən olub.

    Zərərçəkənlərin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır.

    Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.

    2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.

    Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun – 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.

    Zərərçəkənlərin 80-i qadın olmaqla isə 119 nəfərin sağlamlığına qəsdən az ağır, 22-si qadın olmaqla, 45 nəfərin sağlamlığına qəsdən ağır zərər vurulub.

    Ümumilikdə 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7 304 nəfər xəsarət alıb. Onların 2 339-u qadın olub.

    Xəsarət alanların 234-ü (166 oğlan, 68 qız) uşaqlardır.

    Keçən il törədilən cinayətlər nəticəsində 1 226 nəfər ölüb ki, onların da 895-i kişi, 331-i qadın olıub. Ölənlərin 87-si uşaq olub.

  • Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

    Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 4-də günorta saatlarında Nobel prospektində minik avtomobilinin avtobusla toqquşması nəticəsində iki nəfər qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı sol baldırın üçdə bir hissəsinin amputasiyası, 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri alıblar.

    Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.

    Xatırladaq ki, ötən gün Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.