Month: September 2019

  • “Müştəri”lərinin ciblərini “təmizləyirmiş” — Bakıda fahişə saxlanıldı

    Bakıda “müştəri”lərin ciblərini “təmizləyən” fahişə saxlanılıb.
    Median.Az
    xəbər verir ki, bu barədə oxu.az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, əxlaqsızlıqla məşğul olan və şəxsi əmlakın oğurlanmasında ittiham olunan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.

    Polisə müraciət edən dörd şikayətçi R.Zeynalovanın görüşdən sonra onların pullarını oğurlayıb aradan çıxdığını bildirib.
    Qadın daha öncə də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Lakin hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı bildirilir.

    Qeyd edək ki, 500 manat civarında edilən oğurluq xırda sayılır və buna görə həbs cəzası nəzərdə tutulmur. Belə hallarda inzibati sanksiyalar tətbiq edilir.

    Cəmi beş il öncə 100 manat civarında edilən oğurluqlar xırda hesab olunurdu, lakin penitensiar müəssisələr dolu olduğundan cəza siyasətinin humanistləşdirilməsi çərçivəsində respublikanın cinayət məcəlləsinə müəyyən dəyişikliklər edilib.

  • Bakıda kişi arvadı ilə baldızını niyə doğradı? – AMANSIZ CİNAYƏTİN TƏFƏRRÜATI

    Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda həyat yoldaşı və baldızını bıçaqlayan 1981-ci il təvəllüdlü Samiq Quliyev tutulub.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Biləcəridə 2 qadına çoxsaylı zərbələr endirən şəxs tutularaq istintaqa təhvil verilib.

    Bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İlkin araşdırma zamanı məlum olub ki, Kürdəmir rayon sakini olan 30 yaşlı Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan S.Quliyev həyat yoldaşı ilə 32 yaşlı baldızı Roza Mahmudovaya hücum edib. O, həyat yoldaşını öldürmək üçün ona 14, baldızına isə 9 abıçaq xəsarəti yetirib.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2 bacıdan Roza vəfat edib. Rühəngizin müalicəsi isə davam etdirilir.

  • Учения “Eternity-2019” продолжились в полевых условиях – ВИДЕО

    Участники командно-штабных учений “Eternity-2019” выполнили задачи в полевых условиях.

    Как сообщили Report в министерстве обороны, в ходе учений, в которых участвуют военнослужащие Азербайджана, Турции и Грузии, согласно сценарию, были практически отработаны вопросы взаимодействия по совместному обеспечению безопасности нефтепровода Баку-Тбилиси-Джейхан и газопровода Баку-Тбилиси-Эрзурум, в том числе железной дороги Баку-Тбилиси-Карс, а также противодействию возможным провокациям террористических групп и ликвидации их последствий.

  • “Eternity – 2019” təlimi səhra şəraitində davam edib – FOTO – VİDEO

    “Eternity – 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.

  • Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin

    Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.

    Median.Az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    AQTA təzə balıq seçərkən nələrə diqqət yetirməklə bağlı da təlimatlar verib.

    • Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.

    • Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.

    • Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur.

    • Təzə balığın qanı açıq-qırmızı rəngdə və iysiz, köhnə balığınkı isə qaraya çalan rəngdə və pis qoxulu olur.

    • Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük və göz bəbəyi mat olur.

    • Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır. Təzə balığın əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

    • Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, onun pulları əlinizə gəlir, lakin tökülmürsə, deməli, balıq təzədir.

    • Təzə balıqda qəlsəmələrin üzərindəki selik qatı şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik qatı şəffaflığını itirərək ağ, sarı, boz və sair rənglərə çevrilə bilər.

    • Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

    • Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün onların soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Balıqlar dondurucuda saxlanılmalıdır.

  • Dörd yaşlı Şahzadə Şarlotta ilk dəfə məktəbə gedib – FOTO

    Dörd yaşlı Şahzadə Şarlotta ilk dəfə məktəbə gedib. Britaniya taxtının varisi, üçüncü tədris ilinə başlamış altı yaşlı Corca qoşulub. Bu gün uşaqları dərsə Şahzadə Uilyamla birlikdə Keyt Midlton məktəbə yola salıb. Ötən il isə Şahzadə Luiyə hamilə olanda Keyt ağır toksikozdan əziyyət çəkdiyi üçün böyük oğlu ilə məktəbə gedə bilməmişdi.

    İllik təhsil haqqı təqribən 19 min funt sterlinq olan məktəbdə uşaqlara fransız dili, elm, musiqi, informatika və digər vacib fənlərdən ən yaxşı müəllimlər dərs deyirlər. Şahzadə Uilyamın oğlu xüsusilə balet dərslərini çox bəyəndiyini söyləyib. Şahzadə Şarlotta isə daha əvvəl ilk məktəb gününü böyük səbirsizliklə gözlədiyini və böyük qardaşı ilə birlikdə məktəb formasını geyməyə şad olduğunu bildirmişdi.

  • İtkin düşən 82 yaşlı kişinin meyiti tapıldı – YENİLƏNİB

    Qaxda itkin düşən 82 yaşlı kişinin meyiti tapılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 82 yaşlı Aslan Ağamalıyevin meyiti Ləkit kəndində meşəlik ərazidə aşkarlanıb.

    Faktla bağlı araşdırma aprılır.

  • Bağça rəhbərliyindən şikayətə münasibət: “Valideynlər nöqsanlardan xəbərdardırlar” – FOTO

    Bu gün sosial şəbəkələrdə metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Baby Star” uşaq bağçasının natəmizliyi barədə şikayət yayılıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, iki yaşlı oğlunu sözügedən bağçaya qoymaq istəyən valideyn oradakı vəziyyətlə tanış olarkən qarşılaşdığı mənzərədən şok yaşadığını bildirib.

    Valideynin sözlərinə görə, bağçada onları qarşılayan olmayıb:

    “Özümüz resepşnə yaxınlaşdıq. Bağça ilə bizi tanış edərkən ayaqyoluna baxdıq. Bir otaqda dörd uşaq unitazı vardı, aralarında heç bir arakəsmə qoyulmamışdı. Yəni oğlanlar və qızlar eyni otaqda, bir-birini görərək təbii ehtiyaclarını ödəyirlər.

    Bağça təmirdən yeni çıxdığı üçün hər yerdə təmir əşyaları, taxta, sement vardı. Bir sözlə, başdan-ayağa antisanitariya. Bağçadan çıxanda isə şəkildə gördüyünüz mənzərə ilə qarşılaşdım.

    Bunları görmək artıq kifayət etmişdi ki, bağçanı tərk edək. Bütün uşaqlar bu gölməçənin içində oynayır, oyuncaqlarını yuyurdular. Kiminin üstü yaş idi, kimi vedrəyə su doldurub aparırdı.

    Kənarda duran üç müəllim isə bir-biri ilə söhbətləşir, uşaqlara heç baxmırdılar. Dözməyib müəllimlərə yaxınlaşdım, bunun normal olub-olmadığını soruşdum. Utanmaz kimi üzümə gülüb “həəə, bizə o uşağın anası deyib ki, o nə istəsə, icazə verin” cavabını verdilər”.

    Söhbət çox uzun çəkdi. Sonra başladılar uşaqları uzaq tutmağa. Deyirəm, niyə belədir? Deyir ki, bağçamız yeni təmirdən çıxıb. Onlara izah etməyə çalışırdım ki, gölməçənin təmirə heç bir aidiyyəti yoxdur, bu, təbii şəkildə yaranmış şeydi. Amma onu əvvəlcədən təmizləmək olardı. Bu cür biarbırçı gündə olan bağçanın aylıq ödənişi 420 manatdır”.

    Oxu.Az-ın əməkdaşı səsləndirilən şikayətlə bağlı “Baby Star” uşaq bağçası ilə əlaqə saxlayıb.

    Bağçanın meneceri Mədinə İmanova saytımıza bildirib ki, valideynin şikayətiylə bağlı problemin həlli üçün işlər görülür:

    “Bizim bağça təmirdə olduğu üçün tam fəaliyyətdə deyil. Dünən valideyn bağçaya baxmaq istədi və göstərdik, xidmətlərlə tanış etdik. Valideyn nöqsanlar barədə bizə irad bildirdi. Başa saldıq ki, bağça təmirdən təzə çıxdığı üçün problemlər var. Bizim bağçada olan uşaqların valideynləri nöqsanlardan xəbərdardırlar. Bir həftəyə bu problem həll olunacaq.

    Bağçada iki ayaqyolu var ki, onlardan biri böyük uşaqlar, digəri isə körpələr üçündür. Böyüklər üçün oğlan-qız arakəsməli altı unitaz var. Arakəsmə problemi də həll ediləcək. Azyaşlılar üçün nəzərdə tutulmuş tualetdə oğlan-qız ayrılmır və köməkçilər kömək edirlər. Bağçamız sertifikat alıb və xüsusi sənədlərimiz var”.

    Menecer gölməçədə oynayan uşaq şəkli barədə də danışıb.

    O bildirib ki, bağçanın nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəz var:

    “Oradakı uşaqlar reabilitasiyadan sonra bağçamıza gəlirlər. Gölməçədə oynayan uşaq onlardan biridir. Valideyni bizdən xahiş edib ki, uşaq nə istəsə, onu etsin, sadəcə, oynayandan sonra yuyunub, əynini dəyişsin. Düzdür, biz də etiraz etmişik ki, belə olmaz, uşağa mikrob keçər, xəstələnər. Biz gölməçə problemini də həll edəcəyik”.

    Qeyd edək ki, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Baby Star” uşaq bağçasında 15 uşaq qeydiyyatdadır.

  • В Гусаре “Mercedes” врезался в дерево, погиб пассажир

    Как сообщает Median.Az, 4-го сентября в селе Бадиргала автомобиль марки “Mercedes”, управляемый жителем района З.Джабраиловым врезался в дерево.

    В результате водитель и 4 пассажира с различными травмами были помещены в Центральную районную больницу. Несмотря на медецинские меры один из пассажиров Нина Гурбанова скончалась.

    В Гусарском РОП по факту ведется расследование.

  • Qusarda Mercedes ağaca çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, sentyabrın 4-də saat 9 radələrində Qusar rayonunun Bədirqala kəndi ərazisində rayon sakini Z.Cəbrayılov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Nina Qurbanova ölmüşdür.

    Qusar RPŞ tərəfindən araşdırma aparılır.