Month: September 2019

  • Tələbələrin köçürülməsinin – NƏTİCƏLƏRİ

    Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

    Təhsil Nazirliyindən verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib. Onlardan 1193 nəfərin müraciəti müsbət cavablandırılıb.

    Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1193 nəfərdən 1152-ni bakalavr, 12-ni magistratura səviyyəsi üzrə, 29-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

    Qeyd edək ki, Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

  • Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF – Uşaq sayı beş deyil, dörd olsun

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

    H.Rəcəbli oxu.az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi “Turizm haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq.

    “Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır”, – deyə H.Rəcəbli əlavə edib.

    Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

    “Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

    H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

    “Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm”.

    Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

    “Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın”.

  • Röya: Qəşəng qız baha olar – VİDEO

    Bir müddət öncə Əməkdar artist Röya Ayxanın “Rayon toylarına getmirəm” ifadəsi sosial media əhli arasında birmənalı qarşılanmayıb.

    Röya Naxçıvanda konsert öncəsi MTV kanalına müsahibəsində dediyi sözlərin zarafat olduğunu və rayon toylarına yüksək məbləğə getdiyini etiraf edib:

    “Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb oynayırlar. Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Rayon toylarına çox az gedirəm. Getdiyim bölgə, əsasən, Şəmkirdir.

    Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadan alım, qəşəng qız baha olar da…”
    /oxu.az/

  • “Xan bağı”nda təhlükəli vəziyyət: ağaclar hər an aşa bilər – VİDEO

    Gəncənin qədim istirahət məkanlarından olan “Xan bağı”nda ağacların quruması təhlükəli vəziyyət yaradıb.

    1847-ci ildə salınan bağ baxımsız vəziyyətə düşüb.

    Hər an aşma ehtimalı olan qurumuş çinar ağacları bağa gələn qonaqlar üçün də təhlükə mənbəyidir. Belə ki, ən zəif külək əsən zaman belə ağaclar aşaraq avomobillərə ziyan vurur.

    Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.

    ETSN-dən saytımıza bildirilib ki, ərazidəki ağacların kəsilməsi üçün qurum tərəfindən rəy verilib:

    “Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti “Xan bağı”nda yerləşən qurumuş, təhlükəli vəziyyətdə olan ağacların kəsilib götürülməsi ilə bağlı ekspertiza rəyi verib. Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində olan yaşıllaşdırma idarələri var ki, onlar bu işlə məşğul olmalıdırlar. Bizim qurum tərəfdən yenidən məlumat veriləcək ki, iş tezləşdirilsin”.
    /oxu.az/

  • Azərbaycanda nə qədər şizofren var? – RƏSMİ

    2018-ci ildə Azərbaycanda ilk dəfə qeydə alınmış psixi xəstələrin sayı 3974 nəfər olub.

    Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bura psixoaktiv maddələrin qəbulu ilə bağlı psixi pozuntu halları daxil deyil.

    Belə ki, 2018-ci ildə Azərbaycanda 586 nəfərə şizofreniya diaqnozu qoyulub. Bundan başqa, 87 nəfərdə affektiv pozuntular, 370 nəfərdə stresslə bağlı və somotoform nevrotik pozuntular qeydə alınıb.

    Həmçinin, 1459 nəfərdə əqli gerilik, 128 nəfərdə epilepsiya nəticəsində yaranan psixi pozuntular, 166 nəfərdə isə şəxsiyyət və davranış pozuntuları aşkarlanıb.

    Ötən il 17033 şizofreniya xəstəsi, 2114 nəfər affektiv pozuntular yaşayan şəxs, 10119 nəfər stresslə bağlı və somotoform nevrotik pozuntulu şəxs, 30991 nəfər əqli gerilikdən əziyyət çəkən şəxs müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində qeydiyyata alınıb.

    Həmçinin, epilepsiya nəticəsində yaranan psixi pozuntulu 6197, şəxsiyyət davranış pozuntulu 6880 nəfər müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsinin siyahısında olub.

    Dövlət Statistika Komitəsi bildirib ki, 2019-cu il üzrə məlumatlar 2020-ci ilin may ayında hazır olacaq.

  • Maykl Cekson və Beyonsun hitlərinin müəllifi faciəvi şəkildə öldü

    Musiqiçi və bir çox hitlərin müəllifi LaŞon Deniels avtomobil qəzasında həyatını itirib.

    Bu barədə onun xanımı Eypril “Instagram”da yazıb.

    Qəza Cənubi Karolina ştatında baş verib. Hadisənin təfərrüatı açıqlanmır.

    LaŞon Denielsin 41 yaşı olub. O, Maykl Cekson (“You Rock My World”), Uitni Hyuston (“It’s Not Right But It’s Okay”), Beyons və Ledi Qaqa (“Telephone”) kimi müğənnilərin mahnılarının müəllifidir.

    Deniels “Destiny’s Child” qrupu ilə əməkdaşlıq edib. 2001-ci ildə bu qrupun “Say My Name” hitinə görə müəllif “Qremmi” musiqi mükafatına layiq görülüb.

  • Названы результаты приема на вакантные места в ссузах

    Объявлены результаты приема на оставшиеся не занятыми плановые места ссузов на базе полного среднего образования (11 классов).

    Как сообщили в Государственном экзаменационном центре Азербайджана, абитуриенты могут узнать результаты на сайте ГЭЦ или отправить “рабочий номер” на короткий номер 7727 для всех мобильных операторов.

    3 тыс. 643 участвовавших в конкурсе абитуриента выбрали специальность. В результате конкурса в ссузы зачислено 1 тыс. 424 человека.

    Со списком поступивших в ссузы на базе полного среднего образования можно ознакомиться в спецвыпуске журнала “Абитуриент”.

    Зачисленные в ссузы абитуриенты должны с 6-го по 11 сентября представить необходимые документы в учебные заведения, куда были приняты, и пройти регистрацию. Непрохождение регистрации в указанный период будет расцениваться как отказ абитуриента от размещения по соответствующей специальности, и приказ о его зачислении не будет отправлен в ссуз.

  • Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı

    Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

    Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 6‑dan 11‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

  • В Гахе пропал без вести 88-летний мужчина

    В Гахском районе 88-летний мужчина пропал без вести.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, житель села Лякит Аслан Агамалыев утром 1 сентября вышел из дома собирать фундук, но так и не вернулся домой.

    Близкие обратились в правоохранительные органы.

    По факту ведется расследование.

  • 88 yaşlı kişi fındıq yığmağa getdi, itkin düşdü

    Qaxda 88 yaşlı kişi itkin düşüb.

    Rayonun Ləkit kənd sakini Aslan Ağamalıyevdən xəbər yoxdur.

    Ailə üzvləri bildirir ki, o, sentyabrın 1-i səhər saatlarında fındıq yığmaq üçün bağa gedib. Həmin gündən A.Ağamalıyev geri qayıtmayıb.

    Yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/