Month: September 2019

  • Avropa Birliyindən Ukraynaya meyvə-tərəvəz sanksiyası

    Avropa Birliyi Ukraynadan meyvə və tərəvəz idxal olunmasına qadağa qoyub.

    REN TV xəbər verir ki, bu barədə Ukraynanın meyvə-tərəvəz assosiasiyasının saytı xəbər yayıb.

    Qeyd edilib ki, qadağa alma, armud, badımcan, pomidor, bibər və digər tərəvəzlərə aid edilib.

    AB bu qərarını ittifaq ölkələrinin əhalisini zərərli mikoorqanizmlərdən qorumaqla əsaslandırıb.

    Mövcud qanunvericiliyə görə, AB üzvü olmayan ölkələr mütləq təhlükəli mikrobların olmaması ilə bağlı sənədlər təqdim etməlidirlər.

    Doğrudur, Ukrayna bu sənədləri təqdim etsə də, hələlik Avropa Komissiyasının qərarı açıqlanmayıb.

  • Джахангиру Гаджиеву выносят приговор

    В Бакинском суде по тяжким преступлениям выносят приговор бывшему председателю ЗАО “Международный банк Азербайджана” Джахангиру Гаджиеву, его свояку Исмаилу Хидаятзаде, бывшему депутату Дуньямину Халилову и другим.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, процесс проходит под председательством судьи Фаига Ганиева.

    Прокурор в своем выступлении потребовал назначить Д.Гаджиеву 17 лет (объединенно с предыдущим наказанием), Д.Халилову – 15 лет и 9 месяцев, И.Хидаятзаде – 6 лет лишения свободы.

    Кроме того, государственный обвинитель запросил назначить другим обвиняемым условное наказание.

    Отметим, что в ходе следствия возникли обоснованные подозрения в том, что по указанию Д.Гаджиева, занимавшего должность председателя правления банка в 2001-2015-х годах, с юридическими лицами, созданными в различных странах, были заключены соглашения о купле-продаже простых векселей, не имеющих реальной стоимости, на сумму 3,4 млрд долларов и 987 млн евро.

    Кроме того, возникли обоснованные подозрения относительно того, что по указаниям Д.Гаджиева были заключены многочисленные кредитные соглашения, и денежные средства в размере 900 млн манатов были перечислены из банка на другие счета.

    У следствия возникли обоснованные подозрения касательно того, что в результате незаконных операций Д.Гаджиева, а также Д.Халилова и еще 20 лиц была присвоена сумма в размере 4,7 млрд манатов, чем банку был нанесен большой ущерб.

    По итогам расследования Д.Гаджиеву и еще 21 лицу предъявили обвинение в присвоении денежных средств.

    Напомним, что Бакинский суд по тяжким преступлениям приговорил Д.Гаджиева к 15 годам, Д.Халилова – к 13 годам, а И.Хидаятзаде – 7 годам лишения свободы.

    Бакинский апелляционный суд сократил срок наказания Д.Халилову с 13 до 12 лет и 9 месяцев, а Верховный суд сократил срок наказания И.Хидаятзаде до 5 лет.

  • Cahangir Hacıyevə hökm oxunur

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin mənimsəmədə təqsirləndirilən sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunur.

    Proses hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilir.

    Xatırladaq ki, prokuror çıxışında Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayətzadəyə isə altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

    Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

    Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayətzadənin cəzası 5 ilə endirilib.
    /oxu.az/

  • В столице заново отстроят семь школ

    В рамках подготовки к 2019/2020 учебному году продолжаются работы по капитальному ремонту шести школ, находящихся в подчинении Управления образования города Баку, а также по сносу и повторному возведению зданий семи школ.

    Как сообщили в Управлении образования города Баку, для устранения плотности учащихся в одном учебном заведении строится дополнительный корпус.

    Также Министерство образования продолжает текущий ремонт 58 столичных школ.

    Для устранения плотности учащихся Фонд Гейдара Алиева планирует построить новое здание школы на 960 учащихся в поселке Кюрдаханы.

    В полных средних школах №№39, 113, 129 ведется капитальный ремонт, будут отстроены здания школ №№97, 101, 155 и 300, здания школ №№154, 205 и 208 будут полностью снесены, а на их месте построят новые.

    Кроме того, завершено строительство новой школы (полная средняя школа №161).

    Также планируется снести старые корпуса полной средней школы №90 и заново их отстроить, капитально отремонтировать новый корпус, а также построить дополнительный корпус для полной средней школы №251.

  • Paytaxtda yeddi məktəbin binası sökülüb yenidən tikilir

    2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən altı məktəbdə əsaslı təmir işləri, yeddi məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, bir təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.

    Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.

    Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.

    39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.

    Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.

    Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

  • В Сумгайыте в связи с наркотиками задержан житель города

    Как сообщает Median.Az, cотрудники Сумгайытского ГУП в результате проведенной операции задержали жителя города, ранее судимого К.Алиева, подозреваемого в употреблении и хранении наркотических средств.

    При личном осмотре у него изъяли героин и кастет.

    По факту ведется расследование.

  • Sumqayıtda narkotiklə əlaqədar şəhər sakini saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Əliyev saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan heroin və 1 ədəd “beşbarmaq” aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərdoğan: Türkiyə nüvə silahı əldə etmək istəmir

    Türkiyə nüvə silahı əldə etmək istəmir.

    Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    T.Ərdoğan bildirib: “Bəzilərinin nüvə başlıqlı raketləri var, amma məndə onlar olmasın, mən bunu qəbul etmirəm”.

    Ölkənin maliyyə vsektorundakı vəziyyəti şərh edən Türkyiyə prezidenti qeyd edib ki, hazırda faiz dərəcələrinin və inflyasiyanın azalması müşahidə edilir. T.Ərdoğan bu tendensiyanın bundan sonrada davam edəcəyindən əmin olduğunu bildirib.

    T.Ərdoğan qeyd edib ki, Türkiyə maliyyə baxımından uğurlu bir ölkədir: “Bu uğur iqtisadiyyat baxımından bizi daha güclü edir”.

    Onun sözlərinə görə, Türkiyənin 2020-ci il üçün məqsədi iqtisadi artım tempinin 5 faizə çatdırılmasıdır.

  • Kürdəmirdə narkotik mənşəli bitki becərən şəxs tutulub

    Kürdəmir rayonunda narkotik mənşəli bitki becərən şəxs tutulub.

    Median.Az report-a istinadən xəbər verir ki, 4 sentyabr 2019-cu il tarixində Kürdəmir RPŞ-yə Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Cəfərov Yahya Sədir oğlunun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla qeyri-qanuni üzərində narkotik vasitələr saxlaması və daşıması barədə məlumat daxil olub.

    Məlumat əsasında, 1963-cü il təvəllüdlü Kürdəmir rayonu Yenikənd kənd sakini əvvəllər də AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Cəfərov Yahya Sədir oğlunun yaşadığı evin həyətində keçirilmiş axtarış zamanı, evin həyətində olan bağ sahəsində əkib yetişdirdiyi üç ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan, əkib-becərdilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb. Yəhya Cəfərov saxlanılaraq Kürdəmir RPŞ-nə gətirilib.

    Faktla bağlı Kürdəmir RPŞ-nin İB-də araşdırma aparılır.

  • Число детей с бронхиальной астмой в Азербайджане растет с каждым годом

    С начала года до сих пор 900 детей, страдающих бронхиальной астмой, обратились в отделение аллергологии детской клинической больницы № 6 для лечения и обследования в стационарных условиях.

    Об этом сообщила заведующая отделением Лала Ахундова.

    По ее словам, с каждым годом число людей, обращающихся с этим заболеванием, растет:

    “В 2018 году к нам обратились 875 таких пациентов. До сегодняшнего дня с этим диагнозом зарегистрировано 900 человек. Не исключено, что к концу года обратиться еще 300-400 пациентов. С каждым годом число больных увеличивается на 75-200.

    В последнее время увеличилось число прибывших из Губы, Гусара, Гянджи, Агдаша, Загатал, Балакена, Лерика и Лянкярана. Известно, что в зонах с повышенной влажностью эта болезнь распространяется более широко. Бывают и те, кто обращается из Пиршагов, Мардакян, Маштага и других близлежащих бакинских поселков.

    Но в целом в поликлинике центра аллергологии по Баку зарегистрировано около 2000 детей с бронхиальной астмой”.

    Ахундова добавила, что основной причиной возникновения этого заболевания является генетика:

    “Очень часто экологические проблемы, различные вещества, содержащиеся в продуктах питания, могут вызвать бронхиальную астму. Но генетические факторы играют более важную роль.

    В аллергологическое отделение привозят детей в возрасте от 6 до 12 лет. Иногда эти дети не видят пользы от лечения, которое они получают в районе проживания. Поэтому они обращаются в наше отделение.”