Month: September 2019

  • Generallar sərhəd-keçid məntəqəsində: Müvafiq tapşırıqlar verildi

    Sentyabrın 4-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

    Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

    Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

    Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.

  • Kürdəmirdə avtoyuyucu müştərinin avtomobilini qaçırıb – VİDEO – YENİLƏNİB

    Kürdəmir rayonunda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

    Kürdəmir rayon sakini Rəşad Sadıqovun avtoyuma məntəqəsinə gətirdiyi “Hyundai” markalı avtomobili orada çalışan işçi tərəfindən yuyulduqdan sonra qaçırılıb.

    Bununla bağlı avtomobilin sürücüsü R.Sadıqov Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahsevən kənd sakini Abdullayev Aslan Mahmud oğlu Ağsu rayon Çiyni kəndi ərazisində qaçırılmış avtomobillə saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib və istintaq bölməsinə təqdim olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Əməkdar artistin oğlu küçələri süpürür – VIDEO

    Əməkdar artist, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

    Median.Az xəbər verir ki, sənətkarın oğlu AZXEBER.COM-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.

    Q.Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır:

    “74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik “butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər”.

  • Bu çayla amerikalı tibb bacısı yüzlərlə xərçəng xəstəsini sağaldıb – Resepti hindu loğmanı verib

    Xərçəng xəstəliyinin müalicəsində qida, bitki və dərman otlarının tərkibi və təsirinin öyrənilməsi üçün hər il elmi işlər aparılır.

    Artıq iri farmakoloji şirkətlər sarıkök tərkibli dərmanlar istehsal edir.

    Lakin hələ də akademik tibb xərçəngə xalq təbabətini və hər hansı bitki ilə müalicəni yaxın qoymur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Kanadada Rene Kaisse adlı tibb bacısı hindu qəbiləsi Odcibvenin loğmanının verdiyi bitki çayı resepti sayəsində, 50 il ərzində yüzlərlə xərçəng xəstələrini sağaltmışdır.

    Belə ki, xalasının olduğunu eşidən Reneyə bir yaşlı qadın 30 il öncə hindu kişinin ona verdiyi və bu reseptlə xilas olduğu resepti verir.
    Rene ilk növbədə xəstə xalası üçün bu çayı hazırladı, hansı ki, mədə və qaraciyər xərçəngindən əziyyət çəkirdi. Həkimlər ona cəmi 6 ay vaxt qoymuşdu. Təbii ki, qadın tbbi müalicəsini alırdı, amma Rene əmindir ki, bu çayın sayəsində xalası daha 22 il uzun ömür sürə bildi.

    Öz şəxsi təcrübəsindən sonra Rene 50 il ərzində sağalmaz xəstəliyə düçar olan və həkimlərin qısa müddət qoyduğu tanıdığı, gördüyü bir çox xəstələrə bu reseptlə kömək edir.

    Çayın tərkibi və resept:

    Yalnız orqanik bitkilərdən ibarətdir, bitkilərin çoxu Amerika, Avropa iqlimi və təbiəti üçün xarakterikdir. Amma axtarsaz tapmaq olar. Bitkilərin adlarını rus dilində də təqdim edirik

    Atpıtrağı kökü (Koren Lopuxa) – 120 qr
    Quzuqulağı (narın) (воробьинный щавель) – 80 qr
    Qırmızı qaraağac (корь скользкого вяза) – 20 qr
    Rheum palmatum – Çin raventi (ревень пальчатый) – 5 qr
    10 stəkan su

    Bütün otlar böyük şüşə qabda qarışdırılır.

    Su qaynadılır. Otlar bura əlavə edilib, 10 dəqiqə çox zəif odda hazırlanır. Çox qaynadılmamalıdır.
    Oddan götürüb, gecədən səhərə kimi saxlayın.

    Səhər isidib ( qaynatmayın) süzün. Hazırlanmış çay şüşə bankada soyuducuda saxlanılır.

    Dozası:

    Yarım stəkandan da az distillə edilmiş isti suya 4 xörək qaşığı bitki dəmləməsindən əlavə edib qarışdırın.

    Gecə tox olmayan mədəyə, yatmazdan əvvəl için.

    Eləcə də səhər ac mədəyə qəbul edə bilərsiz

    Səhər içdikdən sonra ən azı 3 saat yemək yeyilməməlidir.

  • Goranboyda 16 yaşlı gənci maşın vurdu

    Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

    “Priora” markalı avtomobil rayon sakini, 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunu vurub.

    Zərərçəkmiş şəxs hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Абдуллаева: Оккупированные земли вернутся под контроль Азербайджана

    “Армения должна осознать, что оккупированные азербайджанские земли вернутся под контроль Азербайджана, и обе общины региона будут обеспечены совместным мирным проживанием”.

    Как сообщает Median.Az, об этом сообщила глава пресс-службы МИД Азербайджана Лейла Абдуллаева на своей странице в Twitter.

    Представитель МИД добавила, что другого решения конфликта нет, посредники и мировая общественность знают об этом хорошо.

  • Leyla Abdullayeva: “İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq”

    “Ermənistan dərk etməlidir ki, hazırda işğal altında olan Azərbaycan torpaqları Azərbaycanın nəzarəti altına qayıdacaq və regionun iki icmasının sülh içində birgə yaşayışı təmin olunacaqdır”.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində qeyd edib.

    XİN sözçüsü əlavə edib ki, münaqişənin başqa həll yolu yoxdur, vasitəçilər və dünya ictimaiyyəti bunu yaxşı bilir.

  • Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər

    2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3 milyon 115,1 min nəfər olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə getmişdir. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

    Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

    Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

  • 16 yaşlı yeniyetməni maşın vurub öldürdü

    Goranboyda 16 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun xoylu kəndində qeydə alınıb. Hərəkətdə olan “Priora” markalı avtomobil kənd sakini – 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlunu vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda bronxial astmalı uşaqları sayı ildən-ilə artır

    İlin əvvəlindən indiyədək bronxial astma xəstəsi olan 900 uşağın stasionar şəraitdə müalicə və müayinə olunması üçün 6 saylı Uşaq Kliniki Xəstəxanasının allerqologiya şöbəsinə müraciət edilib.

    Bunu Oxu.Az-a açıqlamasında şöbə müdiri Lalə Axundova deyib.

    Onun sözlərinə görə, ildən-ilə bu xəstəliklə bağlı müraciət edənlərin sayı artır:

    “2018-ci ildə 875 belə xəstə müraciət etmişdi. Amma bu günə kimi eyni diaqnozla 900 xəstə qeydiyyatdan keçib. İlin sonuna kimi daha 300-400 xəstənin müraciət edəcəyi istisna deyil. Hər il xəstələrin sayı 75-200 arası çoxalır.

    Son vaxtlar daha çox Quba, Qusar, Gəncə, Ağdaş, Zaqatala, Balakən, Lerik və Lənkərandan gələnlərin sayı artıb. Məlumdur ki, rütubətli zonalarda bu xəstəlik daha geniş yayılıb. Pirşağı, Mərdəkan, Maştağa və digər Bakıətrafı qəsəbələrdən də müraciət edənlər olur.

    Amma ümumi olaraq hazırda allerqoloji mərkəzin poliklinika şöbəsində Bakı şəhəri üzrə 2000-ə yaxın bronxial astmalı uşaq qeydiyyatdadır”.

    L.Axundova əlavə edib ki, bu xəstəliyin yaranmasının əsas səbəbi genetikdir:

    “Çox vaxt ekoloji problemlər, qida məhsullarının tərkibində olan müxtəlif maddələr bronxial astma xəstəliyinin yaranmasına səbəb ola bilir. Amma genetik faktorlar daha mühüm rol oynayır.

    Allerqologiya şöbəsinə daha çox 6-12 yaş arası uşaqlar gətirilir. Bəzən həmin uşaqlar yaşadıqları rayonda aldıqları müalicənin xeyrini görmürlər. Buna görə də bizim şöbəyə müraciət edirlər”.