Month: September 2019

  • Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR qalxdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, sentyabrın 4-də qızılın qiyməti sentyabrın 3-ü ilə müqayisədə 30,4895 manat artaraq 1 unsiya üçün 2622,0035 manat təşkil edib.

    Gümüş 1,6761 manat bahalaşaraq 1 unsiya üçün 33,0063 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 49,8525 manat artaraq 1637,338 manat, palladiumun qiyməti 8,6105 manat artaraq 2628,132 manat təşkil edib.

    Ad 04.09.2019 03.08.2019
    Qızıl XAU 2622.0035 2591.514
    Gümüş XAG 33.0063 31.3302
    Platin XPT 1637.338 1587.4855
    Palladium XPD 2628.132 2619.5215

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

  • Бразильский чемпион ММА пригрозил «свернуть шею» Макрону

    Бразильский чемпион ММА и джиу-джитсу, одновременно выступающий послом страны по вопросам международного туризма, Ренцо Грасие, пригрозил «свернуть шею» Макрону, за которого, в свою очередь, вступился бывший помощник президента Франции Александр Беналла. Об этом 4 сентября заявил канал BFMTV, сообщает iz.ru

    По сообщениям BFMTV, Грасие входит в близкое окружение президента Бразилии Жаира Болсонару, который находится в конфликте с Макроном из-за его резких высказываний о пожарах в Амазонии.

    «Единственный пожар, который у нас есть, это тот, который горит в сердцах бразильцев и нашего президента, клоун! Приезжай сюда, тебе свернут твою цыплячью шею!» — заявил Грасие в видеоролике, обращенном к Макрону.

    Экс-сотрудник Елисейского дворца Александр Беналла, уволенный после скандалов с избиением митингующих, отреагировал на обращение спортсмена записью в своем Twitter: «Ренцо Грасие, у вас кажется, очень большой рот. Если хотите, я вам предлагаю встречу на ринге. Ваши слова недостойны бывшего спортсмена».

    За последнее время разногласия между Францией и Бразилией вспыхивают не в первый раз. Так, в июле Болсонару отказался встретиться с главой МИД Франции Жан-Ивом Ле Дрианом, сославшись на загруженный график. Макрон на саммите «большой семерки» поднял тему природных пожаров в Амазонии и обвинил бразильские власти в невыполнении обязательств по климату. Участники G7 договорились выделить 20 млн евро на ликвидацию возгораний. Но власти Бразилии отказалась от помощи, заявив, что «данные средства могут больше подойти для того, чтобы восстановить леса Европы».

  • Keçmiş MMA çempionu Makrona səsləndi: Boynunu toyuq kimi üzərəm

    Braziliyalı keçmiş MMA və ciu-citsu çempionu, eyni zamanda ölkənin beynəlxalq turizm üzrə səfiri Renzo Qrasie Fransa Prezidenti Emmanuel Makron və onun keçmiş köməkçisi Aleksandr Benalın boynunu qıracağını deyib.

    “İz.ru” xəbər verir ki, bu barədə yerli BFMTV kanalı video yayımlayıb.

    Qarsiye son vaxtlar Amazon meşələrindəki yanğınla bağlı Makronla ciddi gərginlik yaşayan Braziliya Prezidenti Jair Bolsonaruya yaxın adamdır.

    O, sözügedən kanalda yayımlanan videoda Makron və köməkçisinə səslənib: “Buradakı yeganə yanğın braziliyalıların və prezidentimizin qəlbində yanan alovdur, təlxək. Bura gəlin, boynunuzu toyuq boynu kimi üzüm”.

    Fransada mitinqçilərin döyülməsindən sonra başlayan qalmaqallar səbəbilə istefa verən Yelisey sarayının keçmiş əməkdaşı Benal isə ona “Twitter” hesabı vasitəsilə cavab verib: “Renzo Qrasiye, deyəsən, ağzınız çox böyükdür. İstəyirsinizsə, rinqdə görüşə bilərik. Sözləriniz keçmiş idmançıya yaraşmadı”.

    Qeyd edək ki, bu, son illərdə Fransa və Braziliya arasındakı ilk konflikt deyil. İyulda Bolsonaru Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ilə görüşməkdən imtina etmiş, qrafikinin dolu olduğunu bildirmişdi. Makron isə G7 sammitində meşə yanğınları məsələsini qaldırmış, Braziliyanı iqlim dəyişiklikləri ilə bağlı məsuliyyətsizlikdə ittiham etmişdi. G7 iştirakçıları kömək üçün 20 milyon avro təklif etsələr də, Braziliya bundan imtina etmişdi.

  • Генералы на погранично-пропускном пункте: даны соответствующие поручения

    4 сентября начальник Государственной пограничной службы Азербайджанской Республики, генерал-полковник Эльчин Гулиев и председатель Государственного таможенного комитета, генерал-лейтенант таможенной службы Сафар Мехтиев ознакомились с ситуацией на пограничном пункте “Красный Мост”, расположенном на государственной границе Азербайджана с Грузией.

    Об этом сообщили в Государственном таможенном комитете.

    Было отмечено, что в рамках визита были обсуждены работы, которые будут предприняты в процессе модернизации инфраструктуры пограничного пункта “Красный Мост”.

    Наряду с усилением мер обеспечения пограничной безопасности с точки зрения значительного увеличения объемов перевозок пассажиров и грузов, даны конкретные поручения по дальнейшему совершенствованию вопросов пограничного контроля, в том числе по ускорению и более эффективной организации пограничного и таможенного контроля над лицами, пересекающими государственную границу, транспортными средствами и грузами.

    Руководители ведомств дали поручения и рекомендации по повышению уровня службы, обеспечению эффективности проводимых реконструкционных работ для недопущения в будущем повторной загруженности на погранично-переходном пункте, скорейшему, прозрачному и беспрепятственному осуществлению пограничного процесса.

  • Həbib Nurməhəmmədov Puarye ilə görüşdə nə qədər qazanacaq?

    Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun amerikalı Dastin Puarye ilə döyüşdən qalib çıxacağı halda əldə edəcəyi qonorar məlum olub.
    TASS-ın məlumatına görə, bu məbləğ 6 milyon dollardan çox olacaq.

    Həbibin atası Əbdülmanap Nurməhəmmədov deyib ki, oğlu bu dəfə qalib gələrsə, Makqreqorla döyüşdən 3-3,5 dəfə daha çox qazanacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrında olan həmin görüşdə Həbibin qonorarı 2 milyon dollar olmuşdu.

    İdmançının atası deyib: “Biz az pul üçün dalaşmırıq, biz qiymətimizi bilirik. İki milyon ən yaxşı idmançı və UFC-nin ən tanınmışı üçün azdır. Biz zala çıxanda görəcəksiniz – tamaşaçılar Puaryeni necə qarşılayır, Həbibi necə”.

    Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə qarşılaşacaq. Həbibin hesabında 27 döyüşdən 27 qələbə, Puaryedə isə 25 qələbə və 5 məğlubiyyət var.

  • Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

    Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.

    Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

    Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

    Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.//apa.az

  • В Геранбое машина насмерть сбила подростка

    В Геранбойском районе произошло ДТП со смертельным исходом.

    По данным Baku.ws, инцидент был зарегистрирован в селе Хойлу.

    Так, Сулейманов Али Шахин оглу (2003 г.р) переходя дорогу был сбит легковым автомобилем марки “Приора”.

    Он был доставлен в больницу, но, несмотря на усилия врачей, скончался.

    По факту ведется расследование.

  • Sevdiyi qızın başını kəsdi — Azərbaycanda dəhşətli CİNAYƏT

    Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib.

    Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib.

    Bu məqsədlə Ayəddin İsmayılzadə 23 iyun 2018-ci il tarixdə, saat 23.50-də Rəvanənin müvəqqəti yaşadığı, nənəsi Nazilə Salayevaya məxsus olan Hacıqabul rayonun Muğan qəsəbəsində yerləşən evinə gəlib. O, evin yataq otağında Rəvanə ilə söhbət edərkən onu öldürmək niyyətini həyata keçirmək istəyib.

    Qəflətən Rəvanənin boğazından tutaraq boğmağa başlayıb. Rəvanənin müqavimətini qırandan sonra özündə olan bıçaqla boğaz nahiyəsini kəsərək, onu qətlə yetirib.

    Sevgilisini nənəsinin evində öldürən Ayəddin İsmayılzadə daha sonra evdən çıxıb və birbaşa Hacıqabul rayon polis şöbəsinə gəlib. O, törətdiyi cinayəti etiraf edib.

    İstintaq orqanı tərəfindən Ayəddin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayəddin İsmayılzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
    Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Məlikağa Məlikov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

    O, apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyünə görə qanunsuzdur:

    “Törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik və ağırlıq dərəcəsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini şərtləndirir. İşin hallarından göründüyü kimi, Ayəddin İsmayılzadə mərhum Rəvanə Məliklini ölməmiş vəziyyətdə başını kəsib. Bu cinayət əməli insanlığa sığmayan bir vəhşilikdir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmayıb”.

    Ayəddin İsmayılzadə də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib.

    O, barəsində aşağı həddə cəza təyin olunmasını xahiş edib.

    Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb. (teleqraf com)

  • Fransada həyat yoldaşlarını döyən kişilərə elektron qolbaq taxılacaq

    Fransada ailə zorakılığına qarşı mübarizədə elektron qolbaqlardan istifadə ediləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Nikol Belube məlumat verib.

    Onun sözlərinə görə, bu cür qolbaqlar qadınlara qarşı zorakılığa yol verən hazırkı və keçmiş həyat yoldaşlarına məcburi şəkildə taxılacaq. Qolbaq siqnal verməklə kişinin qadına yaxınlaşmasına imkan verməyəcək. Ölkəyə 5-6 milyon avroya başa gələcək qolbaqlar qadınlara qarşı zorakılığın qarşısının alınması tədbirlərindən biri kimi 2020-ci ildən etibarən tətbiq ediləcək.

    Qeyd edək ki, hazırda Fransada bu qolbaqlar yalnız qadınlara qarşı zorakılığa yol vermiş məhkum kişilərə tətbiq olunur. 2018-ci ildə Fransada indiki və keçmiş həyat yoldaşları tərəfindən 149 qadın öldürülüb. Bu ilin 8 ayı ərzində isə eyni səbəbdən daha 101 qadın ölüb.

  • В Кюрдемире мойщик угнал автомобиль клиента – ФОТО

    В Кюрдемире с автомойки угнан автомобиль.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент отмечен на автомойке на проспекте Гейдара Алиева.

    Сотрудник автомойки угнал автомобиль жителя Кюрдемира Рашада Садыгова марки “Hyundai”.

    В связи с этим водитель Р.Садыгов обратился в отделение полиции Кюрдемирского района.

    В результате оперативно-розыскных мероприятий сотрудников полиции угонщик, житель села Шахсевян Абдуллаев Аслан Махмуд оглу был задержан с угнанным автомобилем сотрудниками отделения полиции Кюрдемирского района на территории Агсуинского села Чийни. Задержанный передан в следственный отдел.

    По факту ведется расследование.