Ötən gün Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti nazirinin müavini Ruben Dario Molinanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə müzakirə edilən əsas mövzu Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrliyi və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək QH-nin Zirvə Toplantısı çərçivəsində Azərbaycanın bu təşkilata sədrliyin Venesueladan təhvil alması məsələsi olub.
Həmçinin 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nun müddəalarına uyğun olaraq məsləhətləşmələr çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müğənni Afət Fərmanqızının Hacı Roma ləqəbi ilə tanınan iş adamı Ramal Hüseynovla nikah masasına oturacağı və paytaxtın elit restoranlarının birində toy məclisi quracağı barədə məlumatlar yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az-ın əməkdaşı Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Müğənni yaxın aylarda baş tutacaq toyu ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:
“Mən cavan qız deyiləm ki, orada-burada gizli eşq yaşayım və özümə təmtəraqlı toy edim. Yaşı qırxı adlamış bir xanımam. Sevib-seçdiyim bəylə aramda bir-iki yaş fərq var. Ortada 5-6 yaş fərq olsaydı, mən bu izdivaca qətiyyən yol verməzdim. Yaşıdıq deyə ailə qurmağa razılaşdım. Qohumlarım və mənə əziz, yaxın olan insanların əhatəsində kiçik bir məclis təşkil edəcəyik. Bunun adını qohumlar arasında tanışlıq qoyaq. Onlarda görüb, bilsinlər ki, Afət alnı açıq, başı uca ailə qurdu. Bu məclis qohum-əqrəbadan gələn tələbdir, yoxsa mənim üçün o qədər də önəmli deyil. Çünki heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Bu bir növ ona görə lazımdır ki, hər hansısa tədbirə və ya qohum toyuna gedəndə, dəvətnamə göndərəndə bilsinlər ki, Afət tək deyil, onun əri var. Məclis isə yəqin ki dekabr-yanvar aylarında olacaq. Yaxın və çörək kəsdiyim sənət yoldaşlarımı öz məclisimə çağıracağam. Artıq adam olmayacaq”.
Oğlunun xaricdə yaşadığını və bu məsələləri anasının ixtiyarına buraxdığını söyləyən A.Fərmanqızı bildirdi ki, oğlu onu tək yox, yanında dəstək duracaq bir insanla görmək istəyir:
“Oğlum Avropada yaşayır və oranın ən bahalı universitetində təhsil alır. Müasir, azad fikirlidir. Onu belə böyütdüyüm üçün istəmir ki, anası tək qalsın. Onun üzərində zəhmətim çoxdur, başa düşür ki, anasına da həyatda dayaq olan insan gərəkdir. Deyir ki, gözümü açandan sən təksən, atam isə çoxdan evlənib, bir yuvaya sahib olub. Ürəyinə yatan bir insan çıxsa onunla evlən. Bir sözlə, oğlum bu məsələdə də mənim addımımı dəstəkləyir”.
Gələcəkdə nələrin olacağından heç kəsin sığortalı olmadığını söyləyən sənətçi, açıqlamasında gələcək həyat yoldaşının rəsmən boşandığını etiraf etdiyini dilə gətirdi: “Həyatdır, heç kim heç nədən sığortalı deyil. Ailəni, dağıtmaq və ya boşanmaq üçün qurmurlar. O, bir dəfə ailəli olub, amma rəsmi olaraq boşanıb. O, mənə dildə boşandığını söyləsəydi, bu ciddi addımı heç vaxt atmazdım. Amma rəsmi olaraq boşanma sənədini gördükdən sonra mən bu işə ikiəlli razılıq verdim. Təklik Allaha məxsusdur. Mən də Allah deyiləm ki, tək oturum. Öz qismətimi, yarımı tapmışam, sözünün də ağasıdır. O da subay, mən də. Aprel ayında o, rəsmən boşanıb. Tanışlığımız isə iyun ayına təsadüf edib. Onun sənədlə subay olmağı mənə bəs edir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış pedaqoq Məhəmmədiyyə Məhəmmədovla görüş keçirilib.
Median.Az “report”a istinadən xəbər verir ki, görüşdə ADPU-nun rektoru Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, M.Məhəmmədovun ailə üzvləri iştirak ediblər.
Rektor C.Cəfərov görüşün səbəbkarın nəvəsi Sevda Kamranın universitetin rəhbərliyinə ünvanladığı məktubun nəticəsi olaraq keçirildiyini diqqətə çatdırıb.
Məktubdan sitatlar gətirən rektor qeyd edib ki, hazırda 85 yaşında olan Məhəmmədiyyə Məhəmmədov ömrünün 57 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib:
“Həyatda müəllimlik peşəsini şərəfli və müqəddəs peşə bilən M.Məhəmmədov böyük həvəslə pedaqoji fəaliyyətlə məşğul olub, riyaziyyat fənnini sevə-sevə şagirdlərə tədris edib, yüzlərlə bilikli, bacarıqlı mütəxəssislərin yetişməsi üçün əzmlə, fədakarlıqla çalışıb”.
Görüşdə Məhəmmədiyyə Məhəmmədov pedaqoji fəaliyyətinin 57 ili münasibətilə universitetin Fəxri Fərmanı ilə təltif edilib.
Məhəmmədiyyə Məhəmmədov bildirib ki, 57 ildir müəllim işləsə də, orta təhsillidir: “Fikrim ali təhsil almaq idi.
1963-cü ildə “Riyaziyyat” fakültəsinin qiyabi şöbəsinə daxil olsam da, müəyyən səbəblərdən təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım, arzusunda oldum universitetdən məzun ola bilmədim. Deməli qismət olmadı.
Özüm ali təhsil ala bilməsəm də, qarşıma məqsəd qoydum ki, övladlarımın hamısını da ali təhsilli edə bilim. Bu arzuma da çatdım.
Qızım və oğlum bu universitetdə riyaziyyat ixtisası üzrə təhsil aldılar, hətta oğlum fərqlənmə diplomu ilə məzun olub.
Təhsilini yarımçıq saxladığım universitetin fəxri fərmanı almaq belə mənim üçün böyük hadisədir”.
Babası üçün sürpriz edib universitetin rəhbərliyinə məktub yazan Sevda Kamran “Report”a açıqlamasında qeyd edir ki, məqsədi babasının 85 yaşına unudulmaz hədiyyə etmək olub:
“Hər şey anidən alındı. Babamla çox vaxt keçirirəm. Təhsillə bağlı söhbətlərimiz düşəndə hər zaman təəssüf edir ki, universiteti bitirə bilmədim. Düşündüm ki, babama unuda bilməyəcəyi hədiyyə etməliyəm. Hər şey bir məktubla başladı.
Məktubu universitetin rəhbərliyinin adına göndərdim. 3 gün keçmədi ki, cavab gəldi. Prorektor məni universitetə dəvət etdi.
Bu, babama olan sevgini göstərməyin ən yaxşı yolu idi. Üç aydır bunu sirr saxlayıb babama heç nə demədim. Yalnız universitetdən görüş vaxtı təyin olunandan sonra babama məlumat verdim.
O, inanmırdı və biz bir neçə saatla babamla əlaqə saxlaya bilmədik. Yəqin ki, düşüncələrə dalıbmış.
Özünə gəldikdən sonra deyirdi ki, görəsən görüşdə necə danışacağam. Müəllim olsam da, hazırda başqa sahə üzrə çalışıram.
Müəllimlik peşəsi də mənim ürəyimdə qalıb. Yəqin ki, bir gün mütləq bu işə qayıdacağam”.
Davamçıları Məhəmmədiyyə Məhəmmədovun müəllim olmaq kimi müqəddəs bir arzusunu həyata keçiriblər və o, bundan çox məmnundur.
Görüş səbəbkarın ailə üzvlərinin xatirələrini bölüşməsi ilə davam edib.
Facebook больше не будет автоматически использовать в социальной сети технологию распознавания лиц, передаёт Median.Az со ссылкой на РИА Новости.
В заявлении подчеркивается, что у пользователей всегда была возможность выбрать, применять ли функцию распознавания лиц. Отныне эта функция будет по умолчанию отключена, и пользователи смогут разрешить ее применение в настройках.
Сообщается, кроме того, что теперь у всех пользователей социальной сети появится возможность разрешить применение данной функции не только для того, чтобы отмечать людей на фотографиях, но и в других целях, таких как защита личных данных.
В 2015 году жители штата Иллинойс подали коллективный иск против Facebook, обвинив компанию в нарушении закона из-за использования технологии распознавания лиц для сбора биометрических данных. В августе федеральный апелляционный суд в США отклонил попытку Facebook оспорить подачу коллективного иска. Решение апелляционного суда ставит компанию под угрозу возможной выплаты миллиардов долларов в пользу жителей Иллинойса.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları baş verə biləcək hadisələrə vaxtında müdaxilə edə bilmək üçün mütəmadi olaraq təlimlər keçirir.
Çətin vəziyyətlərdə insanları xilas etməyi özlərinə borc bilən yanğınsöndürənlər bunun üçün gecə-gündüz çalışır.
Odun, alovun içərisinə girən FHN əməkdaşları operativ şəkildə xilasetmə əməliyyatları həyata keçirir.
Sosial şəbəkələrdə paylaşılan təlim görüntüləri yanğınsöndürənlərin necə çətin peşə sahibi olduqlarını bir daha göstərir.
Binadan yaralını sürətlə aşağı endirir, onu təcili yardım briqadasına təhvil verirlər.
Yanğın hadisələri zamanı hər saniyə insan həyatı üçün çox vacibdir. Məhz ona görə də operativlik bu işdə xüsusi əhəmiyyət kəsb edir.
Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.
Median.Az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32891 olub.
Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.
Müəssisələrdəki xəstələnmə hallarının 26034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.
Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.
Heç bir cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil işçilərinin əməkhaqqının artırılmsı və onların sosial müdafiəsi davamlı xarakter daşıyır. Bu sahədə aparılan islahatların kompleks və sistemli şəkildə aparılması onun dünya standartlarına uyğun olmasına yönəldilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar təhsilin bütün pillələrində müəyyən hədəflər müəyyənləşdirib.
Median.Az-in AZƏRTAC-a istinadən məlumatına görə, Təhsil nazirinin müavini İdris İsayev aparılan islahatlar barədə deyib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi və sosial təminatının genişləndirilməsi və onlara layiqli həyat şəraitinin yaradılmasını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu öz çıxışlarında dəfələrlə qeyd edib:
“Ötən dövrdə həyata keçirilən tədbirlər sistemli və məqsədyönlü xarakter daşıyır. Minimum əməkhaqqı 2005-ci illə müqayisədə on, orta aylıq əməkhaqqı isə beş dəfədən çox artıb. Əgər minimum əməkhaqqının artım dinamikasına diqqət yetirsək, heç bir ildə builki qədər artım müşahidə edilmədiyini görərik.
Minimum əməkhaqqının əhatə etdiyi 950 min nəfərin içərisində təhsil işçiləri də var. İqtisadi fəaliyyət növünün təsnifatına görə muzdla işləyənlərin 23 faizini təhsil işçiləri təşkil edir. Təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür:
diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Minimum əməkhaqqı sosial normativdir. İşəgötürənlər istər dövlət, istərsə də özəl sektorda çalışanlara həmin göstəricidən aşağı əməkhaqqı verə bilməz. Minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışanların əməkhaqqının artımı deməkdir. Doğrudur, elə kateqoriyadan olanlar var ki, daha yüksək əməkhaqqı alırlar, lakin bununla yanaşı az əməkhaqqı alanlar da var. Minimum əməkhaqqının artımı əməyin ödənişi sistemində bərabərsizliyi aradan qaldırır, orta təbəqənin formalaşmasına və iqtisadiyyatın canlanmasına müsbət təsir göstərir.
Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaqdır. Sərəncama əsasən daha çox dövlət ümumtəhsil məktəblərində çalışanların əməkhaqqı artıb.
İki il əvvəl dövlət başçısının sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışanların əməkhaqqının iki dəfə artırılması üçün onların bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. Həmin artımlar vəzifə maaşlarına tətbiq edilib. Müəllimlər vəzifə maaşlarından başqa əlavələr də alırlar. Təxminən 81 minə yaxın müəllim vəzifə maaşına əlavə alır. Məsələn, elmi dərəcəyə, sinif rəhbərliyinə, ümumtəhsil məktəbinin statusuna görə əlavələr var. Həmin əlavələrin artırılması da nəzərdə tutulur.
Nazir müavini daha sonra deyib: “Peşə təhsili məktəblərində 5 minə yaxın müəllim çalışır. Onların 2 minə yaxını diaqnostik qiymətləndirmədən keçənlər, qalanlari isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır. Orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır.
Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq. Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.
Hacıqabul rayon sakini toyunun maraqlı keçməsi üçün qeyri-adi üsula əl atıb. Traktor sürücüsü olan bəy təşkil olunan toy məclisinə bahalı maşın karvanı ilə deyil, traktorlarla gəlib. Traktorların iştirak etdiyi toy karvanı marağa səbəb olub.
Toy karvanı traktrolardan təşkil olunub…
Hacıqabul rayonu Meyniman kənd sakini Orxan Nəsirov bir neçə ildir ki, traktor sürücüsü işləyir. Bu illər ərzində Elvin Nəbiyevin arzusu olub ki, öz toyunun qeyri adi keçməsi üçün maraqlı nəsə etsin..Bunun üçün o, öz dostları ilə məsləhətləşərək toy karvanı bahalı avtomobillərlə deyil məhz traktorlardan təşkil etmək qərarına gəlib.
Dostları Orxanın bu xoş günü daha yadda qalan etmək üçün rəngarən şarlarla bəzədilmiş traktorlarla kənddə bir neçə dövrə vurubar.
Kənddə ilk dəfə imiş ki belə toy keçirilib və insanların böyük marağına səbəb olub.
Азербайджанский государственный кукольный театр имени Абдуллы Шаига дал старт 88 сезону.
15 сентября творческий коллектив театра представит зрителям новые сценические представления, сообщает АПА.
В этот день зрители могут выбрать для просмотра один из 3 сеансов представления «Джыртдан». В 12:00 и 14:00 на азербайджанском и в 16:00 на русском языках.
Для показа в течение года, готовится представление «Семь гранатовых прутьев». Спектакль Зульфугара Руфатоглу, режиссера-постановщика Гурбана Масимова, композитора Раваны Ягубовой и композитора Вугара Джамалзаде выйдет до конца года. Представление сочетает в себе современный дизайн, использование новых сценических инструментов и визуальные элементы традиционного классического кукольного стиля.
К концу года также выйдет пьеса «Мальчик, получивший свое имя», написанная турецким драматургом Хасаном Эркекином по мотивам книги «Китаби Деде Горгуд».
Последним спектаклем IV квартала станет представление «Золотая рыбка», основанное на произведении А.С.Пушкина.
Придерживаясь своего красочного репертуара, в театре также будет представлена сказка «Жили-были». Будут показаны классические представления «Гочаг Ахмед» и «Меликмаммед», занимающие особое место в репертуаре театра.
Изменения произошли как в репертуаре Государственного кукольного театра, так и в его творческом коллективе.
В труппу театра были привлечены молодые актеры. В этом году на сцене театра будут выступать два выпускника Азербайджанского государственного университета культуры и искусств по специальности «Актер музыкального театра» – Рамиз Гамбаров и Ясин Аббасов.