
27 сентября Президент Азербайджана Ильхам Алиев подписал Распоряжение о назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Индонезия.
Как сообщает АЗЕРТАДЖ, на эту должность назначен Джалал Сабир оглу Мирзоев.

27 сентября Президент Азербайджана Ильхам Алиев подписал Распоряжение о назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Индонезия.
Как сообщает АЗЕРТАДЖ, на эту должность назначен Джалал Сабир оглу Мирзоев.

Prezident İlham Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Уволены заместители начальника Самухского районного управления полиции (РУП).
Согласно приказу министра внутренних дел генерала-полковника Вилаята Эйвазова, заместитель начальника по служебным делам Самухского РУП полковник-лейтенант полиции Кязым Байрамов и заместитель начальника РУП по оперативным делам полковник-лейтенант полиции Малик Мамедов освобождены от занимаемых должностей.
На их места пока никто не назначен.
Bakı Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakini Vəli Behbudovun (1989-cu il təv) CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsrirləndirlməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Median.Az xəbər verir ki, bu il fevralın 5-i saat 12 radələrində “28 May” qəsəbəsində yaşayan 27 yaşlı İlkin Məmmədov və keçmiş arvadı, 25 yaşlı Sevinc Muradzadənin meyitləri Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tapılıb. İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğulma yolu ilə qətlə yetirilib. Bir müddət sonra Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayon sakini Vəli Behbudovdur.
İlkin araşdırma zamanı məlum olub ki, bir övladları olan İlkin və Sevinc yola getmədiklərindən, ayrılmaq qərarına gəliblər və rəsmi boşanıblar.
Vəli hakim onları barışdırmağa çalışıb. Fevral ayında o, qohumunu götürərək İkin Məmmədovun “28 May” qəsəbəsindəki evinə gətirib, amma orada hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb. Keçmiş ər-arvad söyüşlərlə bir-birini təhqir ediblər. Bundan qəzəblənən Vəli İlkinə bıçaq zərbələri endirib, sonra isə Sevinci boğub, hadisə yerini tərk edib. Həmin gün Behbudov könüllü Nərimanov RPİ 18-ci polis şöbəsinə gedib və Binəqədi rayonunda 2 nəfəri öldürüdüyünü etiraf edib.
Yaxın günlərdə məhkəmədə iş üzrə hazırlıq iclası keçiriləcək.

“Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək”.
Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.
Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib.
İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Aparılan təmir işləri ilə əlaqədar olaraq, sentyabr ayının 27-dən 28-nə keçən gecədən etibarən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:
“Bu il yenidoğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Cari il ərzində 1641 uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad 1680 körpəyə qoyulub. Bu il 1522 uşağa Əli, 1259 uşağa Hüseyn, 1088 uşağa Nuray, 936 uşağa Fatimə, 1126 uşağa Zeynəb, 1080 uşağa Aylin, 974 uşağa Ömər və 1083 uşağa isə Məryəm adı qoyulub”.
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb.
Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində “QAZ-52” markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması olub.
Belə ki, araşdırma zamanı ağacların Şamaxı Mərkəzi Rayon Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.
Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.
Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.
Median.Az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.
1.Beynin həzz tələbini ödəmək
Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.
2.İştah güclənir
Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır. Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.
3.Sakitləşmək yolları
Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.
4. Əlavə hobbilər tap
Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.
5.Qidanızı dəyişin
Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın

Prezident İlham Əliyev Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.