Month: September 2019

  • Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq — XƏRİTƏ

    Bakının Nəsimi rayonunda, Asif Məhərrəmov küçəsinin bir istiqaməti üzrə hərəkət məhdudlaşdırılacaq.
    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsində məlumat verilib.

    Verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq, sentyabr ayının 27-dən 28-nə keçən gecədən etibarən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.


    Bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.

    Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

    Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.//ölkə.az

  • Первый президент ФК “Нефтчи” удостоен персональной пенсии Президента Азербайджана

    Айдын Али оглу Ибрагимов удостоен персональной пенсии Президента Азербайджанской Республики.

    Как сообщает АЗЕРТАДЖ, соответствующее Распоряжение подписал 27 сентября Президент Азербайджана Ильхам Алиев.

    А. Ибрагимов награжден за заслуги в развитии спорта в Азербайджане.

    А. Ибрагимов родился 17 сентября 1938 года в Гяндже. Азербайджанский и советский борец вольного стиля, выступавший за СССР в весовой категории до 57 кг.

    А. Ибрагимов – первый азербайджанец, завоевавший титул чемпиона мира.

    Призер Олимпийских игр в Токио, чемпион Европы, неоднократный победитель первенств СССР.

    Заслуженный мастер спорта и заслуженный тренер.

    Первый азербайджанец, ставший судьей международной категории, кавалер золотой медали Международной федерации по борьбе “За развитие вида спорта борьбы в мире”, первый президент футбольного клуба “Нефтчи”.

  • Xoşqədəm itkin düşən 2 ayın gəlinini studiyaya gətirdi — FOTO

    Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə “Səni axtarıram” verilişinin növbəti buraxılışı efirə gedib.

    Median.Az xəbər verir ki, verilişdə bu dəfə də həyacanlı anlar yaşanıb. Belə ki, təzə ailə qurmuş Müjgan Məmmədli adlı gəlin evdən qaçıb. 2 aydı axtarılan Müjgan sonunda Bərdə rayonundan tapılaraq studiyaya gətirilib.

    O, bildirib ki, ər evində ona əziyyət veriblər. Dəfələrlə anasına gəlib şikayət etsə də, çıxıb gəlmək istəsə də ailəsi onu yenidən öz evinə yollayıblar. Son çarəni qaçmaqda görən gəlin, qızıllarını da götürərək evdən qaçıb.

    “Axşam olanda qaynanam, qaynatam və həyat yoldaşım spirtli içki içib, məni döyürdülər. Sonuncu dəfə məni ərim döydü, sonra qaynanam da məni evə salıb möhkəm döydü. Səhəri oğlanın əmisigilə gedib şikayət etdim. Yenə anamgilə gəldim, amma yenə rədd edildim”.

  • “Facebook” və “Instagram”ın işində qüsurlar yarandı

    Bəzi Avropa ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində qüsurlar yaranıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə, Polşa, İtaliya və Rusiyada istifadəçilər bu barədə şikayət edib.

    Şikayətlərin böyük əksəriyyəti “Instagram”ın xəbər lentinin yüklənməməsi və “Facebook” saytının açılmaması ilə əlaqədardır.

  • DGK sədri Biləsuvar gömrük postunda olub – FOTO

    Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın İranla dövlət sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub.

    DGK-dən verilən məlumata görə, komitə sədri Səfər Mehdiyev Biləsuvar gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə məlumat verilib.

    Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi üçün aparılacaq yenidənqurma işləri, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

    Daha sonra Səfər Mehdiyev Biləsuvar gömrük postunda yeni quraşdırılan “Body scan” (B-scan) markalı texniki nəzarət vasitəsinə baxış keçirib, bu avadanlığın iş prinsipi ilə tanış olub.//Baku.ws

  • Ucarda yük maşını aşıb, xəsarət alan var – FOTO

    Ucar rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun 220 kilometrliyində, rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, mişar daşı ilə dolu “KamAZ” markalı yük maşını “Mercedes” markalı yük avtomobilinə çarpılıb. Nəticədə “KamAZ” yoldan çıxaraq aşıb və yük maşınının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxnasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку поменяют направление движения 6-ти маршрутных линий

    В Баку изменят направление движения автобусов регулярных маршрутных линий №61, 67, 83, 85, 92 и 135.

    Как передает Median.Az, oб этом Report сообщил руководитель пресс-службы Бакинского транспортного агентства Маис Агаев.

    По его словам, причина связана с проводимыми ремонтными работами: “Поэтому автобусы регулярных маршрутных линий №61, 67, 83, 85, 92 и 135 поменяют направление движения от пересечения улиц Асифа Магераммова и Джейхуна Салимова (круг 3-го микрорайона) до пересечения с улицей 20 Января. Автобусы будут двигаться по альтернативным улицам, по которым будут передвигаться другие транспортные средства”.

  • Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

    Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

    Median.Az-ın məlumatına görə, bu barədə report-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    Onun sözlərinə görə, buna səbəb aparılan təmir işləridir: “Ona görə də 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək hərəkət istiqaməti dəyişdiriləcək. Avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək”.

  • Külək, yağış, sulu qar – İstirahət günləri üçün hava proqnozu

    Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

    Qazax-Gəncə zonasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 28-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

    Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 22-25 dərəcə isti təşkil edəcək.

  • Bakıda reyd: avaraçılıq və dilənçiliklə məşğul olanlar saxlanıldı

    Bakıda avaraçılıq və dilənçiliklə məşğul olanlar saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 16 nəfər, o cümlədən 5 kişi, 4 qadın və 7 azyaşlı saxlanılıb.