Month: September 2019

  • В Баку изменена схема движения этих автобусов – СПИСОК

    В Баку будут временно изменены маршруты шести автобусов в направлении круга 3-го микрорайона.

    Как сообщает Baku.ws со ссылкой на Бакинское транспортное агентство, из-за ограничения движения на улице Асифа Магеррамова, пересечении с улицей Джейхуна Салимова до пересечения с улицей 20 января, в связи с ремонтными работами схемы движения маршрутных автобусов 61,67,83,85,92 и 135 будут изменены.

    Движение автобусов будет организовано по альтернативным улицам.

  • Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisinin açılışında iştirak edib

    Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi olub.

    Median.Az xəbər verir ki, “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində təşkil olunan sərgi Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində reallaşıb.

    Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

    Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş əlyazmaların surətləri yer alır. Bu kitablar dünyanın müxtəlif aparıcı kitabxanalarından əldə olunaraq Milli Kitabxananın arsenalına daxil edilib. Sərgi ölkəmizdə VI dəfə təşkil edilən kitab sərgi-yarmarkası çərçivəsində açılıb. Bu gün kitab və kitabxana işinə ölkəmizdə lazımi səviyyədə dövlət tərəfindən diqqət göstərilir. Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq ənənə halını alıb.

    Nazir vurğulayıb ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Həmçinin dövlət başçısının daha bir Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Prezidentin İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı hazırlanıb. Görkəmli şairin 650 illik yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə geniş rezonans doğuran əhəmiyyətli bir layihə – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Bir gün sonra təşkil ediləcək növbəti eyniadlı festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən olacaq. Buna görə də “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” sərgisi Mədəniyyət Nazirliyinin ikinci dəfə keçiriləcək “Nəsimi – şeir, incəsənət və mənəviyyat” beynəlxalq festivalına hədiyyəsidir.

    Nazir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ən böyük kitabxanasına gəlişini Fond tərəfindən kitaba, mütaliəyə və oxu mədəniyyətinə göstərilən diqqətin göstəricisi kimi qiymətləndirib.

    Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana barədə məlumatların, üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları Leyla Əliyevaya təqdim edib.

    Sonra qonaqlar sərgi ilə tanış olublar.

    Həmçinin Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub.

    Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələrinin və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

    Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.

  • Bakıda “Old City Inn” hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla qarşılaşıb – FOTO

    Azərbaycana turist axını getdikcə artır. Bunu rəsmi statistika da sübut edir. Məsələn, bu ilin yanvar-avqust aylarında ölkəyə 2,1 milyondan çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

    Median.Az xəbər verir ki, səyahət etmək üçün ölkəmizi seçənlərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin, hotel və ictimai iaşə obyektlərinin öz işinə daha məsuliyyətli yanaşmasını zəruri edir. Çünki cəmi 1 ziyarətçinin xidmətin səviyyəsi ilə bağlı mənfi rəyi ilə onlarla, tanınmış şəxs olduqda isə yüzlərlə, minlərlə əcnəbini ölkəyə gəlmək istəyindən daşındıra bilər. Əgər həmin ziyarətçi jurnalistdirsə, bu rəyin əhəmiyyəti dəfələrlə artır.

    “Report”un əldə etdiyi məlumata görə, bu günlərdə rusiyalı jurnalistlər Bakıya səfərləri zamanı qədim şəhərin ab-havasına uyğun yerdə qalmaq üçün İçəri Şəhərdəki hotellərdən birini – “Old City Inn”i seçiblər. Lakin onlar internetdə təqdim olunduğunun əksi olaraq hoteldə pis xidmət və şəraitsizliklə qarşılaşıblar.

    Belə ki, turist “Old City İnn” hotelində eyvanın qapısının bağlanmadığını və bunun onun üçün təhlükə yaratdığını, bütün gecə boyu otağının milçəklərlə dolu olduğunu vurğulayıb. Bununla yanaşı, o, yataq dəstinin də çox çirkli olduğunu, ümumiyyətlə, otağın təmizlənmədiyini bildirib. Turistin sözlərinə görə, otağın hamamının vannasının tüklə dolu olması, kanalizasiyadan isə üfunət iyinin gəlməsi onlarda doğru seçim etmədiklərinə əsas yaradıb. Ziyarətçilər “Old City İnn” otelinin işçilərinin xidməti barədə isə bildirib ki, ütü üçün 4 dəfə müraciət ediblər, lakin bu istək yerinə yetirilməyib, qeydiyyata isə dəfələrlə zəng etsələr də, telefon üzlərinə qapadılıb.

    Gördüklərindən nəticə çıxararaq hoteli dəyişmək istəyi jurnalistlərə baha başa gəlib. Belə ki, hotelin sahibi Şaiq Mütəllimov qalmayacaqları günlərin də ödənişini tələb edib, pulu aldıqda isə heç bir çek təqdim olunmayıb.

    “Report” məsələyə münasibət öyrənmək üçün “Old City İnn” hoteli ilə əlaqə saxlasa da, heç bir tutarlı cavab ala bilməyib, hotel əməkdaşı onlara rəsmi şəkildə məktubla müraciət etməyi tövsiyə edib. Bunu nəzərə alaraq hotel barədə özümüz də internetdə araşdırma aparmağı, onun digər müştərilərinə qarşı necə münasibət göstərdiyini öyrənməyə qərara aldıq.

    Məlum oldu ki, …

    Diana Qaliullina adlı turist internet vasitəsilə nömrə bron etsə də, Bakıya gəldikdə həmin oteldə ona nömrənin boş olmadığını bildiriblər, əvəzində bərbad şəraitdə digər hoteli tövsiyə ediblər, müştəri razılaşmayanda isə qalmağa başqa yer axtarmağı bildiriblər. D.Qaliullina yazır ki, hotel rəhbərliyində onların telefon nömrəsi və digər əlaqə vasitələri olsa da, heç bir xəbərdarlıq etmədən bron olunmuş nömrəni digərlərinə satıblar.


    Otel sifarişi üzrə ixtisaslaşmış dünya üzrə məşhur booking.com saytında da sözügedən hotellə bağlı xeyli sayda xoşagəlməz rəy var. Belə ki, bu yay nömrə götürən turistlər səhər yeməyinin çox zəif olmasını, yemək verilən beşinci mərtəbədəki terrasa qalxmaq üçün isə liftin işləməməsini qeyd ediblər.


    Məsələyə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov mövcud problemləri hotellərin lisenziyasız fəaliyyət göstərməsi ilə izah edib: “2015-ci ildən Azərbaycanda mehmanxana tipli, eləcə də turizm obyektlərinin fəaliyyəti üçün lisenziya tələb olunmur. Odur ki, belə xoşagəlməz hallar yaşanır. Turist üzləşdiyi problemlərlə bağlı müraciət etsə belə, nə isə etmək mümkün olmayacaq. Hesab edirəm ki, hotel rəhbərliyi özü bu cür şikayətlərin olmamasına çalışmalıdır”.

  • Oktyabrın 1-dən minimum pensiya 200 manata çatdırılır – Şad xəbər

    “Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək”.
    Median.Az
    “Trend”ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

    Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.

    Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb.

    O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib.

    İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib.

    Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

  • Bakıda qız zorlayıb, gəlinini baltalayan qayınatanın FOTOsu

    Sentyabrın 23-də Bakıda gəlinini vəhşicəsinə öldürən Firdovsi Əkbər oğlu Məhərrəmovun yaxın vaxtlarda məhkəməsi keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanın yaxınları baku.ws-ə məlumat veriblər.

    Gəlini qətlə yetirən Firdovsi Məhərrəmovun fotosunu əldə etmişik.

    Əlavə olaraq, qeyd edək ki, Firdovsi Məhərrəmov bundan əvvəl də o, zorlama üstündə məhkumluq həyatı yaşayıb.

  • Скончался главный тренер сборной Азербайджана по гандболу

    Сегодня в возрасте 63 лет скончался главный тренер мужской сборной Азербайджана по гандболу и клуба “Махсул” Хикмет Абдуллаев.

    Как передает Median.Az со ссылкой на сайт Федерации гандбола Азербайджана, заслуженный работник физкультуры и спорта умер от сердечного заболевания.

    Сегодня Х.Абдуллаев будет похоронен на Ясамальском кладбище.

    Allah rəhmət eləsin!

  • Azərbaycana gələn əcnəbilərin sayı artıb

    Cari ilin 8 ayında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2% çoxdur.

    Median.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departamentdən məlumat verilib.
    Onun sözlərinə görə, 2019-cu ilin avqust ayında ölkəyə gələn xarici vətəndaşların sayı 13,2% artıb:

    “Onların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 137,4 mln. manat təşkil edib. Ümumilikdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 mln. manat təşkil edib”.

  • “İmamzadə”dən görün nə oğurlayıbmış

    Gəncə şəhəri ərazisindəki “İmamzadə” ziyarətgahından oğurluqda şübhəli bilinən B.Pənahov saxlanılıb.

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

    Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • Айдыну Ибрагимову предоставлена персональная пенсия президента

    Президент Ильхам Алиев подписал распоряжение о предоставлении Айдыну Ибрагимову персональной пенсии президента Азербайджанской Республики.

    Как сообщает Baku.ws, согласно распоряжению, за заслуги в развитии спорта в Азербайджане Айдыну Али оглу Ибрагимову предоставлена персональная пенсия президента Азербайджанской Республики.

    Кабинету министров Азербайджанской Республики поручено решить вопросы, вытекающие из настоящего распоряжения.

  • İlham Əliyev “Neftçi”nin sabiq prezidentinə fəxri təqaüd ayırdı

    Azərbaycan Respublikasının Prezidenti Aydın Əli oğlu İbrahimova “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

    A.İbrahimov idmanın inkişafında xidmətlərinə görə bu təqaüdə layiq görülüb.

    Aydın İbrahimov 1938-ci ildə Gəncədə anadan olub. Uşaqlıqdan taleyini idmanla bağlayıb. 1960-cı illərdə güləş növü ilə peşəkar səviyyədə məşğul olub. SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi adına, sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülüb. Güləş üzrə Dünya və Avropa çempionudur.

    A.İbrahimov “Neftçi” PFK-nın ilk prezidenti (1988-1997) olub.
    Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb.