Month: September 2019

  • Kartofu qızardarkən xərçəng törədən maddə yaranır – Düzgün bişirilmə qaydası

    Nişastalı ərzaqlar, xüsusən kartof dağ yağda qızardılarkən orqanizm üçün toksiki təsir edən və kanserogen maddə kimi tanınan Akrilamid yaranır. Onun yaranmasını və təsirini minimuma endirmək üçün, kartof free, çips və sadəcə qızartma zamanı bir neçə qaydaya əməl etmək lazımdır.

    Qeyd edək ki, akrilamid 120 dərəcə və yuxarı temperaturda kimyəvi reaksiyalardan yaranır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatlarının analizləri göstərdi ki, Avropa Birliyinə daxil olan 24 ölkədə və Amerikada akrilamid əsasən bu qida məhsulları ilə yayılıb: çips, fri, kofe, ponçiklər, qarğıdalı partlaması – hansı ki, tərkibində şəkər və yüksək miqdar nişasta vardır.

    Ən yüksək hədd isə çips və qızardılmış kartofda müəyyən edilib.
    Hazırda akrilamid təhlükəsindən qorunmaq üçün Avropada yeni texnologiyalar hazırlanır, xüsusi fermentlərin əlavə olunması nəzərdə tutulur ki, həmin reaksiya baş verməsin.

    Evdə isə kartof qızardarkən, bu zərərli maddənin təsirini minimuma endirmək üçün kartofları soyduqdan sonra qızartmazdan öncə 1 saat suda saxlayıb, nişastasını yumaq lazımdır.

    Kartofu çox yüksək temperaturda qızılı və qəhvəyi rəng alıb qızarana kimi saxlamayın. Bir az saraldı yetərlidir. Eləcə də qızardarkən çox nazik doğramayın, əksinə qalın kəsin. 14 mm ölçüdə kartofda daha az akrilamid yaranır.

  • Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!

    Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, pis olmasının fərqi yoxdur, ailədə, evdə hökm sürən ab-hava uşaqları nəzarət olunmayacaq addıma sövq edir. Bəzən valideynlərin uşağı çox güdməsi, sıxması, xırdaçılığı və ya tamamən görməzdən gəlib azadlıq verib özbaşına buraxması uşağı depressiv bir hala salaraq, hardasa başqa şeylərdən həzz, zövq və rahatlıq tapmağa vadar edir.

    Düzdür bu hər uşaqla baş vermir. Amma indi narkomaniya elə yayılıb ki, ən sakit uşağı belə ruhunu incitmədən cənginə alır.

    Median.Az
    medicina.az-a istinadən valideynlərin diqqətinə bir uşağın (fərqi yoxdur qız, oğlan) narkotik istifadə etdiyini göstərən əlamətləri çatdırır.

    1.Fiziki əlamətlər

    Bu uşağın nə qəbul etməsindən asılıdır. Amma ən birinci əlamət göz bəbəklərinin daralması, yığılması və işığa reaksiya verməməsidir. Bəzən isə göz bəbəkləri çox geniş açılmış, bərəlmiş olur. Baxışı donuq şüşə kimidir, gözləri qızarır. Əlləri soyuqdur, az yeyir, iştahı yoxdur, sevimli yeməyinə biganədir, qəbizliyi var. Çox yatır. Dərisi ağ, quru, solğundur.

    2.Qəbul etdiyi maddəni orqanizmə təsiri

    Bunu da qəbuldan bir neçə saat sonra görmək olur. Təzyiqin qalxması, ürək döyüntüsünün sürətlənməsi, bədənin, əl-ayağın özündən asılı olmadan atışı, titrəməsi, depressiya, elə fikirlər düşünür ki, əvvələr ağlına gəlmirdi. Kiminsə onu izləməsini hiss etməsi.
    Həşiş, marixuana çəkdikdə uşaq çox gülür, əylənir, zarafat edir, iştahlıdır, çox yeyir, çox rahatdır, yayılır, göz bəbəkləri kəskin işığa reaksiya vermir, gün ərzində əhvalı kəskin dəyişir, birdən özünə qapılır

    3.Siqaret çəkir

    Statistikaya görə, birdən-birə açıq aşkar siqaretə başlayan yeniyetmələrin 50%-i artıq marixuanaya başlamış olur. Onlar siqaret çəkmək altında gizlənir, həm də üst-başlarından siqaret qoxusu gəlməklə narkotik qoxusunu gizlədirlər.

    4.Qəribə əşyalar

    Siz onun əşyaları içərisində, şkafında, çantasında əvvəllər olmayan əşyalar görə bilərsiz: qəlyan borucuğu, qutu, trubka qəlyan, şpris, bint, yod və s. Eləcə də müxtəlif digər fərqli əşyalar.

    5.Evdən çıxmağa can atır

    Əvvəllər evdən zibil atmağa, çörək almağa güclə çıxan və bundan xoşlanmayan uşaq birdən-birə evdən çıxmağa səbəb axtarır. Nə lazımdırsa edər, təki evdən çıxsın. Bir səbəb olmadıqda isə səbəbsiz çıxır, çox vaxt yerini demir və ya yanıldır.

    6.Telefon, kompüterini gizlədir

    Bütün istifadə etdiyi qadjetləri parola qoyur, kiminsə açmağını, hətta istifadə etməyini istəmir. Kiminlə yazışdığını gizlədir. Telefonla danışanda, səslərə qulaq asanda evdən çıxır.

    7.Yeni dostları peyda olub

    Uşağın əhatəsində olmayan, tanış olmağa səbəbi belə olmadığı yeni tanışları, dostları peyda olub. Siz onun dilindən müxtəlif adlar eşidir, soruşanda dostumdur deyir. Amma bu dostu barədə heç bir informasiya vermir.

    8.Onun cibxərcliyi artıb, tez -tez pul istəyir

    Uşağa gündəlik yolpulu, yemək pulu və xırda-para yetəcək qədər pul versəz də, o pulu tez yoxa çıxarır, yenə pul istəyir, pulsuzluqdan gileylənir. Xərcinin artdığını, ya nəsə aldığını deyir. Pul olmadıqda isə bəzi əşyalarını satır. Əgər uşaq bir gün gəlib telefonum pis idi, satdım, yaxşısını alacam deyirsə, bu o deməkdir ki, o artıq ciddi təhlükədədir.

    9.Yuxusu çox pozulub

    Ya lazım olmayan vaxtda yatır, ya da yatmır. 2-3 günlərlə yatmaya bilər. Yuxulu gəzir, amma çarpayıya uzandıqda yata bilmir. Yuxuda tərləyir, narahatdır.

    10.Geyimi dəyişib

    Geyimi səliqəsiz, kirli olur, buna fikir vermir. Təzə geyim almır. Qəfildən dağınıq, uzunqol, kip qolları olan geyimlər geyinir. Qısaqol geyimdən qaçır. Pinti, dağınıq, baxımsız görünür. Üst-başını dəyişəndə, düzəldəndə isə aqressiya göstərir.

    Əgər bu və digər əlamətlər varsa, uşağı ehtiyatla izləmək, sorğu-sual etmək və dərhal hərəkətə keçmək, bu işi peşəkarlarla görmək sizin borcunuzdur.

  • В Турции госпитализировали бывшего президента Крыма

    Бывший и единственный в истории республики президент Крыма Юрий Мешков перенес инсульт, находясь с женой на отдыхе в Турции, сообщил РИА Новости экс-депутат крымского парламента Вадим Мордашев.

    “Тридцать первого августа они с женой поехали отдыхать в Турцию (из Крыма), об этом мне рассказал его сын. И вот такое произошло – диагностирован инсульт. Его ввели в искусственную кому, лечение стоит огромные деньги, сейчас ждут российского консула”, – сказал Мордашев.

    Он добавил, что инсульт случился в воскресенье вечером, а спровоцировать его могла жара. Собеседник агентства не смог уточнить, в больницу какого города госпитализирован Мешков.

    Мешков, которому сейчас 73 года, был избран президентом республики Крым в феврале 1994 года и оставался в этой должности до отмены действовавшей в Крыму конституции республики Верховной Радой Украины весной 1995 года. Тогда же была создана лишенная суверенитета автономная республика Крым в составе Украины. Мешков после этого переехал в Москву.

  • Bakı Bulvarında intihar – FOTO

    Bakı Bulvarında dəhşətli hadisə baş verib.

    Median.Az bildirir ki, Primetime.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 35-40 yaşlarında kişi özünü dənizə ataraq intihar edib.

    Bir neçə dəqiqədən çox suyun altında qalan kişinin dənizdən meyidi çıxarılıb. İlkin ehtimallara görə, kişi içkili olub və intihar edib.

    Hadisə yerindən fotoları təqdim edirik.

  • Maqnit qasırğası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

    Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.

    Median.Az bildirir ki, Rəsədxanadan Trend-ə verilən məlumata görə, sentyabrın 2-4-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Proqnoz dövründə ilk gün (2 sentyabr) Günəş küləyi parametrlərinin CH HSS effektinin təsiri altında sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.

    Sentyabrın 2-də maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr) CH HSS effekti təsiri azalacağından nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 2 sentyabrda 20%-dən, 3 və 4 sentyabr tarixlərində isə uyğun olaraq 5%-dən və 1%-dən aşağı qiymətləndirilir:

    “Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır”.

  • Meksikada avtovağzala hücum edilib, ölənlər var

    Meksikada avtovağzala silahlı hücum olub.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Morelos ştatında, “Estrelya de oro” avtobus terminalında baş verib.

    İlkin məlumata görə, hücum həmin vaxt stansiyada olan bir neçə şəxsə qarşı yönəldilib. Hadisə nəticəsində 6 nəfər həlak olub.

    Ştatın Polis İdarəsi, Meksikanın Milli Qvardiyası və Ordusu, habelə kriminal polis faktla bağlı təhqiqat aparır.

    Qeyd edək ki, son həftə Morelos ştatında 17 qəsdən adamöldürmə hadisəsi qeydə alınıb.

  • Правительство Дании выкупит слонов-пенсионеров у цирков

    Правительство Дании заплатит 11 миллионов датских крон (1,5 миллиона евро) чтобы выкупить четырех последних дрессированных слонов у цирков, сообщает РИА Новости на ссылкой на издание JydskeVeskusten.

    В настоящее время трое слонов: Лара, Джунгли и Дженни содержатся в цирке Arena, за них он получит 8,25 миллиона датских крон (около 1,1 миллиона евро). За слониху Рамболина, которая находится в цирке Trapez, правительство заплатит около 3,7 миллиона датских крон (около 400 тысяч евро).

    Слонов согласился принять у себя национальный парк Кнутенборг. Территория парка позволяет создать для животных комфортные условия. По словам главного зоолога парка Расмуса Нильсона, им предоставят площадь в 15 квадратных километров.

    Ранее датский министр Могенс Йенсен выступил с инициативой запретить выступления слонов в цирках. В ближайшее время он намерен внести это предложение на обсуждение в парламент страны.

  • Sabirabadda iki Kamaz toqquşdu – Ölən və yaralanan var

    Sabirabad rayonunda ağır yol yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

    İki “KaMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qaralı kənd sakini Həmidov Qədir Fazil oğlu Şirvan Mərkəzi rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

    İlin məlumata görə, yaralanan digər şəxs isə Sabirabadda yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

  • Gəncədə saxta abuturient jurnalı satanların məhkəmə prossesi davam edib

    Gəncə şəhər Kəpəz rayon Məhəkəməsində saxta yolla abuturient jurnalının priat nüsxələrini gətirən şəxslərin məhkəmə prossesi davam edib.

    Median.Az-ın məlumatına görə, bu barədə BAKU.WS-in bölgə muxbirinə vəkil Əkbər Bağırov bildirib. Onun sözlərinə görə, iddiaçı tərəf Dövlət İmtahan Mərkəzidir. Belə ki, 2018-ci ilin yanvar aynda Gəncə Gömrük İdarəsi tərəfindən Tağıyev Məhəmməd İntiqam oğlu və Qorçuyev Rəfail Davut oğlu saxlanılıb.

    Baxış zamanı onların avtomobilindən Türkiyədə saxta yolla hazırlanan abuturient jurnalının nüsxələri aşkar edilib. Adıçəkilən şəxslər barəsində cinayət məcəlləsinin 12.1, 165.2.2, 165.2-ci maddələri ilə cinayət işi açılıb.

    Vəkil əlavə edib ki iddiaçı tərəfin məhkəmədn tələbi Tağıyev Məhəmməd İntiqam oğlu və Qorçuyev Rəfail Davut oğlu tərəfindən vurulan ziyanın qarşılığında konmensasiyanın ödənilməsini təmin etmək və gələcəkdə pozulan hüquqlarının qarşısını almaqdır.

  • Криштиану Роналду написал завещание

    Знаменитый португальский футболист Криштиану Роналду решил составить завещание. Хотя спортсмену всего 34 года, он уже задумался, кому передать свое многомиллионное состояние. Интересно, что своим детям Роналду решил почти ничего не оставлять.

    На днях футболист встретился со свои адвокатом в Лиссабоне и обсудил все детали завещания. Согласно имеющимся данным, почти все свое состояние, которое насчитывает порядка трехсот миллионов евро, футболист решил оставить своей возлюбленной Джорджине Родригес, пишет сайт телеканала «Звезда».

    Фанаты спортсмена очень удивились, что их кумир решил составить завещание в столь раннем возрасте. Однако еще больше удивились тому, как футболист распределил деньги. Многим показалось странным, что Роналду предпочел оставить свое состояние девушке, а не своим четырем детям, передает сайт argumenti.ru.