Month: September 2019

  • Самолеты F-16 ВВС Турции прибыли в Азербайджан – ВИДЕО

    Самолеты F-16 Военно-воздушных сил Турции прибыли в Азербайджан для участия в совместных учениях “TurAz Qartalı-2019”.

    Как передает Median.Az, oб этом сообщает Baku.ws со ссылкой на министерство обороны.

    В учениях, которые пройдут со 2 по 16 сентября, участвуют до 30-ти авиационных средств, в том числе самолеты МиГ-29, F-16, Су-25, P-235 “Kasa”, а также вертолеты Ми-35, Ми-17, “Sikorsky” UH-70, CH-47 “Chinook” и ATAK/AH-1W.

  • Qaxda kişi meyiti tapılıb

    Qax rayonunda kişi meyiti tapılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu gün axşam saatlarında Kürmük çayı yaxınlığında meyiti tapılan şəxsin ikin müayinə zamanı Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü Şəfa Əvəz oğlu Behbudov olduğu müəyyənləşib. Onun ürəktutmasından öldüyü ehtimal edilir.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

    Meyit müayinə olunması üçün Səhiyyə Nzirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda arxeoloji qazantılar aparılır

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası 2019-cu ilin yayında Ağdam rayonu ərazisində çöl tədqiqatlarını davam etdirib.

    Median.Az xəbər verir ki, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, çöl tədqiqatlarında məqsəd qədim dövr yaşayış yerlərində yoxlama-kəşfiyyat qazıntılarının aparılması, yeni arxeoloji tapıntıların qeydə alınması, ərazidəki arxeoloji abidələrin xəritəsinin dəqiqləşdirilməsi, həmçinin yerli əhali arasında arxeoloji abidələrin qədim tariximizin öyrənilməsində yeri və rolu, habelə onların mühafizəsi, gələcək nəsillərə çatdırılmasının vacibliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.

    Arxeoloqun sözlərinə görə, çöl tədqiqatları zamanı məlum abidələrlə yanaşı, Çəmənli və Sarıcalı kəndləri yaxınlığında eneolit dövrünə aid dörd yeni yaşayış yeri – Sarıcalı, Qarağan təpə, Garus-1 və Garus-2 qeydə alınıb. Həmçinin Ağdam rayonu ərazisindəki arxeoloji abidələrin mühafizə-saxlanılma vəziyyəti yoxlanılıb.

    Eradan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdən ibarət Palıdlı-2 yaşayış məskəni və ondan bir kilometr şimalda olan, çoxtəbəqəli Şomulutəpə yaşayış yerində aparılan yoxlama qazıntılarından əldə olunmuş materiallar, xüsusilə son tunc – ilk dəmir dövrünə aid keramika nümunələri həmin yaşayış məskənləri ilə yaxınlıqdakı Palıdlı nekropolu arasındakı bilavasitə bağlılığı bir daha təsdiq edir. Qarabağda 130 ildən artıq bir dövrdə aparılmış arxeoloji tədqiqatlar gedişində ilk dəfə olaraq eyni dövrlü nekropol və yaşayış yerləri arasında bağlılıq sübut olunub.

    H.Cəfərov bildirib ki, növbəti ildə Qarabağın son tunc dövrü yaşayış yerlərində – Palıdlı-2 məskənində və Namazalı təpəsində stasionar arxeoloji qazıntıların aparılması planlaşdırılıb.//yenicag.az

  • Siqaret çəkən adamlara kök suyu içmək olmaz


    “Bilin və agah olun ki, siqaret çəkən adamlara kök suyu içmək olmaz. Tərkibindəki beta-karoten siqaret çəkən insanlarda ağciyər xərçəngi əmələ gəlmə ehtimalını daha da artırır”.

    Median.Az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, həmçinin göz zəifliyinə görə yazılan multivitamin komplekslərinin tərkibində böyük miqdarda B karoten olduğu unudulmamalıdır. Şahin Məmmədov vurğulayıb ki, hətta əvvəllər siqaret çəkmiş sonra tərgitmiş insanlarda da B karotenin ağciyər xərçəngi riskini xeyli yüksəltdiyi məlum olmuşdu. Daha sonra mütəxəssis sözlərinə belə davam edib:

    “Tədqiqatlar göstərib ki, gün ərzində cəmi 1 ədəd siqaret, ya onun yarısını çəkmək ağciyər xərçəng riskini 64 faiz artırır. Gün ərzində 10 ədəd siqaret çəkmək 85 faiz ağciyər xərçəng riskini artırır. Daimi requlyar siqaret çəkmək isə bu riski 12 dəfə artırır.

    Ağır siqaretlərlə yüngül siqaretlərin fərqi yoxdur. Yəni, hər ikisi eyni riski daşıyır. Amma yaxşı xəbər də var. 35 yaşına qədər siqareti tərgitmək 1 ildən sonra çəkməyənlərlə eyni riskə enmiş olur. Hər halda gec də olsa, siqareti tərgitmək məsləhətdir. Çünki risk ən azı 2 dəfə enmiş olacaq.


    Bir qrup insan var ki, onlar ətraf mühitin zərərli təsirlərinə daha dözümlüdür. Tədqiqat nəticəsində o da məlum olub ki, xüsusi xoşbəxt gen modifikasiyası səbəbindən nadirən də olsa, siqaret çəkən adamın uzun ömürlülük yaşına çatması mümkündür. Əlbəttə ki, bu gen modifikasiyasının bizdə olma ehtimalı çox aşağıdır”.//publika.az

  • Aygün Bəylərdən gözlənilməz ADDIM – FOTO

    Əməkdar artist Aygün Bəylər “Eurovision” qalibimiz Nigar Camalla duet ifa edib.

    Median.Az xəbər verir ki, bu barədə Nigar Camal özü instaqramda məlumat verib. O bildirib ki, “Sevgi nəğməsi” adlı mahnının musiqisini özü yazıb, sözləri isə İkram Əliyevə aiddir.

    Qeyd etmək lazımdır ki, ekranlarda tez-tez görünməyi sevməyən Aygün Bəylər nadir hallarda duet oxumağa razı olur. O, karyerası ərzində sadəcə Mirkamil Kamilov və Cəlal Abbasov adlı müğənni ilə duet ifa edib. Aygün Bəylərin Nigar Camalla duet oxuması böyük diqqət çəkib. Yeri gəlmişkən, adıçəkilən mahnı yaxınlarda təqdim olunacaq.

    Məlumat üçün onu da bildirək ki, Aygün Bəylər sonuncu dəfə “Röya sənətkar deyil” sözləri ilə gündəmə gəlmişdi.//publika.az

  • Пожар на корабле в Калифорнии: погибли более 30 человек

    Тридцать четыре человека погибли в результате возгорания на корабле у берегов Калифорнии.

    Об этом сообщает телеканал KTLA со ссылкой на местное пожарное управление.

    Инцидент произошел в округе Вентура в районе Санта-Круз.

    Береговая охрана Лос-Анджелеса сообщает, что на место выдвинулись спасательные команды. Нескольких членов экипажа удалось спасти, эвакуация продолжается.

  • Xəstə qadını evinə qaldırmaq üçün FHN-ə müraciət edildi

    Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfər xəstə qadını mənzilinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Median.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.

  • “Çelsi”nin keçmiş qapıçısı “Qarabağ”da – FOTO

    “Qarabağ” transfer pəncərəsinin son günündə növbəti keçidi reallaşdırıb.

    Median.Az xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi heyətə cəlb edib.

    O, cari ilin sonuna qədər icarəyə götürüb.

    Bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb.

    Qeyd edək ki, 32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.//oxu.az

  • Regionlarda lisey sinifləri yaradılacaq

    2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

    Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün onlara lazımi şəraitin yaradılmasıdır.

    Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər.

    Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

    Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E.Allahverdiyev küçəsi, 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi, 16), Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi, 1) və Quba rayonunda (Quba şəhəri, 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər.

    Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.

    Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.

    Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

  • Dərslər bu tarixdə başlayacaq — AÇIQLAMA

    Prezidentin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

    Median.Az xəbər verir ki, bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-dan başlayacaq.

    Yeni tədris ilinin proqnoz göstəricilərinə gəlincə, Azərbaycan bölməsi üzə I sinfə 147458, rus bölmə üzrə 15852 şagirdin qəbulu nəzərdə tutulur.

    Bundan başqa, XI sinfə Azərbaycan bölməsi üzə 75855, rus bölmə üzrə isə 6542 şagirdin tədris alması proqnozlaşdırılır.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
    Xatırladaq ki, Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

    2019-cu ildə ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

    2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.