Month: September 2019

  • МИД: Руководство Армении создаёт сложности для решения конфликта мирным путем

    То, что премьер-министр и президент Армении поздравили марионеточный сепаратистский режим, созданный возглавляемым ими государством-агрессором на находящихся ныне под оккупацией вооружённых сил Армении территориях Азербайджана, с так называемым «днём независимости», является явным и неприкрытым признанием агрессивной политики этой страны; посещение же, наряду с политическим руководством Армении, и главами её дипломатических представительств оккупированного Нагорно-Карабахского региона Азербайджана и прилегающих к нему районов показывает, что страна-агрессор предпринимает попытки закрепить статус-кво, основанный на результатах политики агрессии, сопровождающейся грубым нарушением норм и принципов международного права, что наносит серьёзный ущерб усилиям по урегулированию конфликта мирным путём.

    Как передаёт Median.Az, со ссылкой на комментарий пресс-службы Министерства Иностранных Дел, недавние совершенно безосновательные заявления руководства Армении и предпринятые им шаги направлены на то, чтобы убедить себя и собственный народ в «оправданности» своих незаконных действий. В противном случае, как ещё можно охарактеризовать проведение «праздника независимости» на части международной признанных территорий Азербайджана, «независимость» которых не признана ни одним государством мира, а оккупация – осуждается в многочисленных документах и резолюциях, принятых мировым сообществом.

    Армения, которая несёт ответственность за военную оккупацию международной признанных территорий Азербайджана и кровавую этническую чистку местного азербайджанского населения, а также за другие преступления против человечности, должна осознать, что эти земли вновь вернутся под контроль Азербайджана, и на них будет обеспечено совместное мирное сосуществование двух общин региона в условиях мира и безопасности. Иного решения конфликта не существует, и это прекрасно понимают посредники в лице сопредседателей Минской группы ОБСЕ и всё мировое сообщество.

  • XİN: Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”

    “Ermənistanın baş naziri və prezidentinin Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində işğalçı ölkənin yaratdığı oyuncaq, separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik edərək, bu ölkənin təcavüzkar siyasətini açıq şəkildə etiraf etməsi, eləcə də işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə yanaşı, diplomatik nümayəndəlikləri rəhbərlərinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər etməsi onu göstərir ki, işğalçı ölkə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan təcavüzkar siyasətin nəticələrinə söykənən status-kvo vəziyyətinin möhkəmləndirilməsinə yönəlik cəhdlər edir və beləliklə, münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur”.

    Median.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistanın baş naziri və prezidentinin işğalı altında olan ərazilərində separatçı rejimin qondarma “müstəqillik gününü” təbrik etmələri ilə bağlı şərhində yer alıb.

    “Ermənistan rəhbərliyinin son zamanlar verdiyi tamamilə əsassız bəyanatları və atdığı addımları bu ölkənin öz qanunsuz əməllərinə özünü və öz əhalisini inandırmaq məqsədi güdür. Əks təqdirdə, dünyanın heç bir dövləti tərəfindən tanınmayan, işğalı çoxsaylı sənəd və qətnamələrdə pislənilən və Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsi olan ərazilərdə “mütəqillik bayramını” qeyd etmək başqa nə cür adlandırıla bilər.

    Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin hərbi işğalı və yerli azərbaycanlı əhalinin qanlı etnik təmizlənməsi, eləcə də digər insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan dərk etməlidir ki, bu torpaqlar yenidən Azərbaycanın nəzarətinə qayıdacaq və bölgənin hər iki icması yenidən birgə sülh və təhlükəsizlik şəraitində yaşayışını təmin edəcək. Münaqişənin digər həll yolu mövcud deyil və ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində beynəlxalq vasitəçilər, habelə bütün dünya ictimaiyyəti bunu gözəl dərk edir”, – deyə şərhdə əlavə edilib.

  • Saxta “Best of Azerbaijan” aranı qatdı: Sadəcə görüntü üçün taxılıb – FOTO

    Sosial şəbəkələrdə başında tac, üzərində “The Best of Azerbaijan” yazısı olan bir xanımın fotosu müzakirələrə səbəb olub.

    Sosial media əhli “gözəllikdən əsər əlaməti yoxdur, best model seçilir” kimi rəylərlə həmin xanımı tənqid atəşinə tutublar.

    Həmin model isə ötən gün “E media qrup” tərəfindən keçirilən mükafatlandırma gecəsində səhnədə olub.

    Qalmaqallı məsələni araşdırmaq üçün Oxu.Az-ın əməkdaşı “E media qrup”un rəhbəri Elşən Əliyevlə əlaqə saxlayıb.

    O, açıqlamasında heç bir gözəllik müsabiqəsi keçirmədiyini bildirib və model xanımın üzərində daşıdığı “The Best of Azerbaijan” yazısını bu cür şərh edib: “E media qrup” heç vaxt model yarışması keçirməyib və heç bir modelə belə mükafat vermir. O gecədə isə, sadəcə həmin xanım və bir bəy “Ən yaxşılar” nominasiyasına layiq görülən ölkəmizin öndə gedən şəxslərinə mükafatları təqdim ediblər. Xanım mükafatı, bəy isə hədiyyələri təqdim edirdi. Xanımın başında tac, üzərində yazılan “The Best of Azerbaijan” lenti isə sadəcə gözəl görüntü üçün taxılıb. Bu, sadəcə yazılı lentdir. Həmin xanıma biz nə mükafat vermişik, nə də onu hər hansısa bir diplomla təltif etmişik”.

    Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə predmetinə çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin saxta olduğuna dəfələrlə etirazlarını bildiriblər.

  • Стала известна дата суда над бывшим директором школы, в которой училась Элина Гаджиева

    Стала известна дата суда над бывшим директором школы №162 Севиндж Аббасовой, обвиняемой в халатности, повлекшей по неосторожности смерть школьницы, передает АПА.

    Подготовительное заседание суда, который пройдет под председательством судьи Азера Тагиева в Сабаильском районном суде, назначено на 12 сентября.

    Отметим, по факту самоубийства ученицы 8 класса средней школы №162 в Сабаильском районе города Баку Элины Гаджиевой, которая бросилась с третьего этажа учебного заведения, в прокуратуре города Баку было возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР. Директор школы Севиндж Аббасова была привлечена к ответственности по статьям 143 (оставление в опасности) и 314.2 (халатность, повлекшая по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) в качестве обвиняемого лица. В отношении нее решением суда была избрана мера пресечения в виде домашнего ареста. 8 августа мера пресечения была продлена.

    Потерпевшая сторона подала апелляционную жалобу на изменение меры пресечения с домашнего ареста на арест.

    Бакинский апелляционный суд не удовлетворил жалобу потерпевшего, поскольку срок подачи жалобы истек.

  • Krımın ilk və yeganə prezidenti Türkiyədə xəstəxanalıq oldu

    Krımın keçmiş prezidenti Yuri Meşkov Türkiyədə istirahət edərkən xəstəxanalıq olub.

    “RİA Novosti” xəbər verir ki, o xanımı ilə birlikdə qardaş ölkədə olarkən insult keçirib.

    Bu barədə məlumat paylaşan Krım parlamentinin keçmiş deputatı Vadim Mordaşev bildirib ki, hazırda Meşkovu süni komaya salıblar. Müalicə külli miqdarda vəsait tələb etdiyi üçün Rusiya konsulunun gəlməsi gözlənilir.

    Hələlik eks-prezidentin hansı xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yoxdur.

    Qeyd edək ki, 73 yaşlı Yuri Meşkov 1994-cü ildə Krımın seçki ilə seçilmiş ilk prezidenti olub. O, bu vəzifədə 1995-ci ilə, bu ərazinin Ukraynaya birləşdirilməsinə qədər qalıb. Daha sonra Ali Radanın qərarı ilə müstəqilliyi ləğv edilib muxtariyyət alan ölkəni tərk edən Meşkov Moskvaya köçmüşdü.

  • “Dorian” qasırğasının kosmosdan çəkilmiş VİDEOsu

    ABŞ-ı cənginə alan “Dorian” qasırğasının kosmosdan çəkilmiş görüntüləri yayılıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, görüntülər Beynəlxalq Kosmik Stansiyadakı kamera vasitəsilə lentə alınıb.

    Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ı cənginə alan “Dorian” qasırğasının dördüncü təhlükə səviyyəsinə yüksəldiyi, qasırğanın mərkəzində küləyin sürətinin saatda 130 milə (209 kilometr) çatdığı bildirilmişdi.

  • Bakıda əhali 7 ayda ticarət şəbəkələrində 11 milyard manatdan çox pul xərcləyib

    2019-cu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6 milyard 265,5 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • “Карабах” подписал контракт с бывшим голкипером “Челси”

    “Карабах” расширил состав клуба новым футболистом.

    Как сообщает Report со ссылкой на официальную страницу клуба в Facebook, агдамский клуб вовлек в состав команды вратаря выступающего в английской Премьер-лиге “Борнмута” Асмира Беговича.

    Детали заключенного с 32-летним голкипером контракта не разглашаются.

    Как пишут СМИ Боснии и Герцеговины, на правах аренды Бегович 6 месяцев будет носить форму “Карабаха”.

    Отметим, что за свою карьеру Асмир Бегович выступал в английских клубах “Челси” и “Сток Сити”.

  • Əlahiddə Ümumqoşun Orduda praktiki məşğələlər keçirilib – VİDEO

    Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.

    Şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib.

    Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

  • Azərbaycanda universitet filialının direktoru işdən çıxarılıb

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru işdən çıxarılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, filialın direktoru, professor Əli Allahverdiyev tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib.

    Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.