Month: September 2019

  • Оператор разозлил Зеленского, снимая его сына около школы – ВИДЕО

    Президент Украины Владимир Зеленский следовал за женой, которая вела за руку сына. Однако семья украинского лидера нервно отреагировала на появление мужчины с камерой, передает Рен.тв.

    Оператор снимал детей, и в кадр попал ребенок Зеленского. Супруга президента попыталась закрыть объектив, а вскоре в дело вмешался и сам глава государства.

    «Зачем вы моего сына снимаете?» — спросил Зеленский.

    После этого оператор смутился, принес извинения и выключил камеру.

  • Ayın arxa tərəfində qəribə — MATERİAL TAPILDI

    Çinlilər ayın arxa tərəfində qəribə bir material tapıblar.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Çində Rover “Yuytu-2” ayın arxa tərəfində bilinməyən bir material aşkar ediblər.

    Bu, kraterlərdən birinin araşdırması zamanı qeydə alınıb.

    Missiyanın saytında fotoşəkillərin iyul ayının sonunda əldə edildiyi dəqiqləşdirilib. Maşının gövdəsində Visible və Near-Infrared Spectrometer (VNİS) spektrometri quraşdırılıb ki, bu da ondan əks olunmuş işıq üzrə materialın tərkibini müəyyən etməyə imkan verir. Alimlər tapıntının nədən ibarət olduğunu hələ başa düşə bilməyiblər və yalnız “qeyri-adi rəng” və “helobraz şəklində”olduğunu bildiriblər. 2019-cu ilin yanvar ayında Çinin “Çanye-4” aparatı ayın arxa tərəfinin fotoşəkillərini yerə çatdırıb.

    Peykin səthinin şəkilləri yaxın məsafədən ilk çəkilmiş şəkillər olub. Aparat Ayın geoloji quruluşu və onun qruntunun tərkibi barədə məlumat toplayacaq, həmçinin bir sıra aşağı tezlikli radioəzarətli müşahidələr aparacaq. Ayın arxa tərəfindəki mantiyanın ilkin nümunələrində alimlər aşağı kalsium və yüksək dəmir tərkibli yüksək sıxlıqlı minerallar – piroksenlər və olivinlər tapıblar. Mütəxəssislərin fikrincə, bu qayalar əvvəlcə yuxarı mantiyanın bir hissəsi olub, lakin meteoritlər səbəbindən səthə qalxıb.

  • Bakının üç qəsəbəsində “simsiz rabitə” xidmətində fasilələr yaranacaq

    Bakının üç qəsəbəsində “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr olacaq.

    Gecə saat 04:00-dan 07:00-a dək LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlər nəticəsində Bilgəh və Nardaran qəsəbələrində, eləcə də Maştağa ərazisindəki Savalan yaşayış massivində “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq.

    “Baktelecom” MMC-dən verilən məlumata görə, yenidənqurma işləri bitdikdən sonra şəbəkənin fəaliyyəti bərpa olunacaq.

  • Ata fermada ögey oğluna işgəncələr verdi: “Mən yox, anası…”

    Kürdəmir rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Kürdəmir rayonu, Muradxanlı kəndi ərazisində Qafur Dünyamalıyevə məxsus “Arazbəyli” adlanan qış otlaq sahəsindəki fermada azyaşlıya işgəncə verib.

    Abdulla Abdullayev həmin otlaq sahəsində faktiki ər-arvad münasibətində yaşadığı Sevanə Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubova 2018-ci il iyunun təxminən 28-29-da həmin fermanın ərazisində kibritlə ot tayasını yandırmaq istədiyinə görə sinəsinə şillə və yumruqla bir neçə zərbə vurub.

    Murad müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Bundan başqa, həmin il iyulun təxminən 6 və 7-də Murad Yaqubov həmin fermadakı tövlənin qapısını açıb və mal-qara ətrafa qaçıb. Bu səbəbdən Abdulla Abdullayev Murad Yaqubovun qulaqlarından tutaraq, onu yuxarıya qaldırıb, sonra onu şillə və yumruqla döyməyə başlayıb.

    Daha sonra ögey ata iyulun 9-u və 10-da Muradın yeməyini tam yemədiyi üçün, iyulun 12-də isə keçiləri örüşdən gətirərkən asta yeriməsi üstündə döyərək, ona bədən xəsarətləri yetirib.

    İyulun 14-də isə Abdulla Abdullayev azyaşlının evdə dəcəllik etdiyi üçün anasının gözləri qarşısında amansızcasına döyüb. Bu səbəbdən azyaşlı aldığı xəsarətdən iyulun 21-də fermada dünyasını dəyişib. Bu hadisədən sonra hüquq-mühafizə orqanları araşdırma aparıb və Abdulla Abdullayevi azyaşlı oğlanın ölümündə günahkar bilib. O, həbs edilib.

    Abdulla Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Musayevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Abdulla Abdullayevin törətdiyi əməl tam sübuta yetirilib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Hökmdən narazı qalan Abdulla Abdullayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Murad Yaqubovun ölümündə heç bir günahı yoxdur:

    “Hətta məhkəmə-tibbi ekspertizanın rəyində də göstərilib ki, uşağın ölümünə səbəb mən olmamışam. Özünü yaxşı aparmadığına görə uşağın bir neçə dəfə yumşaq yerinə vurmuşam, döymüşəm. Azyaşlı Muradın ölümündən sonra anası məndən hamilə olduğundan aramızda razılaşdıq ki, uşağın ölümünü üzərimə götürüm. Hətta dedi ki, uşağı basdıraq heç kəs bilməsin. Amma mən razı olmadım”.

    Abdulla Abdullayev azyaşlının ölümündə anasını günahkar bilib və özünü isə uşağı döyməkdə günahlandırıb.

    Abdulla Abdullayev hökmlə qismən razılaşıb və barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

    Abdulla Abdullayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

    Qərara görə, şikayət təmin edilməyib.

  • F-16 təyyarələri “TurAz Qartalı-2019”a qatılmaq üçün Azərbaycana gəlib – VİDEO

    “TurAz Qartalı – 2019” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.//report.az

  • В составы ряда комиссий в Азербайджане внесены изменения

    Президент Азербайджана Ильхам Алиев в понедельник подписал указ об изменении указа “Об утверждении Положения о Межведомственной комиссии по охране государственной тайны при Президенте Азербайджана и о составе Межведомственной комиссии по охране государственной тайны при Президенте Азербайджана” № 224 от 9 декабря 1999 года, об изменении распоряжений “О назначении членов Комиссии по борьбе с коррупцией Азербайджана” № 196 от 21 апреля 2004 года, “Об утверждении нового состава Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотических средств” № 429 от 6 августа 2009 года, “Об утверждении нового состава Государственной комиссии по вопросам помилования при Президенте Азербайджана” № 1792 от 19 февраля 2016 года и “О создании Организационного комитета по проведению в 2020 году в Баку 4 матчей (трех групповых и одного четвертьфинала) чемпионата Европы по футболу” № 2331 от 9 сентября 2016 года.

  • ABŞ-da faciə: 34 nəfər gəmidə diri-diri yandı

    Kaliforniya sahillərindəki gəmidə baş verən yanğın nəticəsində 34 nəfər həyatını itirib.

    Bu barədə “KTLA” telekanalı yerli yanğından mühafizə idarəsinə istinadən xəbər yayıb.

    İnsident Santa-Kruz rayonunun Ventura dairəsində qeydə alınıb. Los-Ancelesin sahil mühafizə xidmətindən bildirilib ki, hadisə yerinə xilasedici komanda yollanıb. Ekipajın bir neçə üzvünü xilas etmək mümkün olub.

    Təxliyyə işləri davam edir.

  • Sumqayıtda 2 mağazada REYD – Bu kitablar satışdan götürüldü

    Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 2 mağazada reyd keçirib.

    Median.Az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

    Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən “Fatimə” dini mağazalarına keçirilən reydlər zamanı baxış keçirilən mağazaların ixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazənin verilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyata keçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

    Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılması davam etdirilir.

  • Vilayət Eyvazov: “Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyatlarda iştirak edib”

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək rifah, eləcə də xidmətdə uğurlar arzulayıb.

    O, Preident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulayıb.

    Nazir deyib ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyekt, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilib. Bildirilib ki, yeni təmir olunmuş 5 mərtəbəli 80 mənzilli bu binanın da istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

    V.Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub. Daxili Qoşunların yeni tikilidə mənzillə təmin olunan zabit və gizirləri, onların ailə üzvləri göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Daha sonra nazir, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Qəbələ, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində olub. Bu tədbirlərdə nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyət və texnika barədə raportlar verib.

    Hərbi hissələrin sıra meydanında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkənin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçısının ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

    Daxili Qoşunların ölkədə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.

    O, ölkəyə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunların cəbhə xəttində şərəfli döyüş yolu keçdiyini, bu yolda yüzlərlə şəhid verdiyini qeyd edərək, bildirib ki, hələ də torpaqlarımızın 20 faizi işğal altında olduğuna görə hazırda ölkəmiz müharibə şəraitindədir. Ona görə də qüdrətli Azərbaycan ordusu ilə yanaşı Daxili Qoşunların şəxsi heyəti də öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar.

    Hərbi hissələrin şəxsi heyətinə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri sonda daxili işlər orqanlarının, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqiqncə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

    Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissələrin qərargahlarında komandir heyətləri ilə əməliyyat müşavirələri keçirilib.

    Sonra o, hərbi hissələrin tədris, silah otaqlarında, avtomobil və zirehli texnika parkında, tibb məntəqələrində, yeməkxanalarında olub, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

    Nazir əsgər yeməkxanalarında şəxsi heyətlə birlikdə nahar edib.//baku.ws

  • Появились кадры жуткого ДТП в Азербайджане со смертельным исходом – ВИДЕО

    Появилась видеозапись момента ДТП, случившегося 1 сентября в Гаджигабуле, в результате которого погиб один человек, трое пострадали.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, водитель автомобиля марки Mercedes с госномером 99-KN-769 не справившись с управлением, выехал на полосу встречного движения, а затем на обочину дороги.

    В результате водитель – житель Агдамского района Аллахвердиев Айдын Эльман оглу 1969 года рождения, его дети – Эльвин 2007 года рождения и Хаял 1999 года рождения – получили различные травмы. Супруга водителя Аллахвердиева Рухия Ильяс гызы 1978 года рождения скончалась на месте.