Month: September 2019

  • Elman Rüstəmov manatın kəskin ucuzlaşmasından danışdı

    Son 25 ildə manat cəmi 2 dəfə kəskin ucuzlaşıb.

    Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə keçirilən mərasimdə jurnalistlərə açıqlaması zamanı deyib.

    E.Rüstəmov bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya təxminən 5% olub, qonşu ölkələrdə isə bu müddətdə milli valyuta 10 dəfəyə qədər ucuzlaşıb.

    Mərkəzi Bank sədri həmçinin qeyd edib ki, əmanət faizləri, dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir:

    “Birbaşa təsirə o vaxt qiymətləndirə biləcəyik ki, Mərkəzi Bank inflyasiyanın hədəflənməsi rejiminə keçəcək”.(Trend)

  • Xüsusi təyinatlılar “düşmən” müdafiəsinin dərinliyinə sızıblar – FOTOLAR

    “Qafqaz Qartalı – 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər.

  • Gecə reysləri fəaliyyətə başlayır

    Sabah – oktyabrın 1-də 9 illik fasilədən sonra şəhərlərarası istiqamətdə ilk gecə reysi üzrə avtobuslar yola düşəcək.

    Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları xidmətə başlayacaq.

    Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.

    Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.

    Xatırladaq ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
    Bildirək ki, 2010-cu il may ayının 6-dan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib və Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yola düşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.

  • Почему закрылся главный пирс Бакинского бульвара?

    Почему закрылся главный пирс Бакинского бульвара?

    Вход на главный пирс Бакинского бульвара, находящийся рядом с Башней с часами (бывшая «Парашютная вышка»), несколько дней как закрыт, сообщает Trend.

    Вход на территорию пирса огорожен металлическими барьерами.

    По словам главы пресс-службы Управления Приморского национального бульвара Гюнай Эльмаргызы, на территории идут ремонтно-строительные работы.

    «В данное время там идут ремонтно-строительные работы, поэтому вход на пирс временно закрыт. В ближайшие дни территория вновь будет открыта», – сказала она.

    Эльмаргызы также добавила, что по завершении ремонта будет предоставлена подробная информация о проделанных работах.

  • Bakıda qrip HƏYƏCANI – Həkim danışdı

    Son günlər Bakıda insanlar arasında respirator virus xəstəliyi yayılıb. Xəstəlikdən əziyyət çəkənlər, öskürək, burun axması və boğaz ağrısından şikayət edir.

    Bəs bu xəstəliyin səbəbi nədir? Bundan qorunmaq üçün nələrə diqqət etməliyik?

    Mövzu ilə bağlı lent.az-a danışan infeksionist həkim Sakit Hümbətov bildirib ki, hazırda xüsusi bir virus xəstəliyi yoxdur: “Havanın kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də havanın dəyişməsi insanlarda soyuqdəymə, qrip simptomları ilə müşahidə oluna bilər”.

    S.Hümbətovun sözlərinə görə, belə havalarda qidalanmaya diqqət etmək vacibdir: “Bu havada isti maye və immun sistemini gücləndirən qidalar qəbul etmək lazımdır. Bundan başqa, otaqlarda temperatur tənzimlənməli və isti paltar geyinilməlidir”.

    Terapevt Coşqun Məmmədli isə saytımıza bildirib ki, havaların soyuması ilə əlaqədar bir çox infeksiyalar baş qaldırır: “Soyuq hava şəraiti angina, bronxial-asma və digər xəstəliklərin inkişafına şərait yaradır.Tibdə 220-ə yaxın qripə bənzər xəstəlik törədən virus növü bilinir. Bunlardan ikisi qripə yoluxdurur, digərləri isə qripə bənzər simptomlar yaradır. Qripə bənzər infeksiyalar yuxarı və aşağı tənəffüs yollarının virus infeksiyalarıdır. Bu infeksiyalar, adətən hava-damcı yolu ilə orqanizmə daxil olur və əsasən burun yolundan daxil olduğu üçün, yuxarı tənəffüs yollarında problem yaradır. Belə ki, boğazda qıcıqlanma, burunun tutulması, axması və s. kimi hallarla müşahidə edilir. Bu zaman burundan geri axan axıntı aşağı tənəffüs yollarına da keçmiş olur. Bu da tədricən bronxları zədələyir. Bir sözlə, qrip virusu yuxarı tənəffüs yollarından başlayaraq, aşağı tənəffüs yollarına qədər gedib çıxır və qana sovrularaq bütün bədənə yayılır. Bununla da iltihab prosesləri sürətlənir və mədə-bağırsaq sistemi xəstəlikləri baş qaldırır”.

    Xatırladaq ki, 1 həftə əvvəl Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

    Bundan başqa, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur.

  • “Həccdən gələndən sonra qabaqlarına viski qoyurlar” – VİDEO

    Aparıcı Tarix Əliyev “Hər şey daxil” verilişində özünü “Hacı” kimi təqdim edənləri tənqid edib.

    Azxeber.com xəbər verir ki, o bəzi həciləri ifşa edib.

    “İnsanlar əvvəl əhd edirdilər ki, həcc ziyarətinə gedib, gəlim. Əvvəl həttə avtobusla gedirdilər. İndi “hacı” adını o qədər ucuzlaşdırıblar ki. Həccdən gələndən sonra qabaqlarına viski qoyurlar. Sonra orucluqda arıqlamaq niyyəti ilə oruc tuturlar. Məncə bu yalnız bizim ölkədə belədir. Hansısa xarici ölkədə bunu görməmişəm”.

  • Rafael Cəbrayılov: “Deputat vəsiqələrimi girov qoymamışam” – YENİLƏNİB

    “Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur”.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi”.

    R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: “Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq”.

    O, artıq istirahət etmək istədiyini bildirib.

    O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyini haqda düşündüyü deyib: “Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var”.

  • В Азербайджане предлагается ввести запрет на использование мобильных телефонов в школах

    В средних школах необходимо запретить ученикам пользоваться мобильными телефонами

    С таким предложением на сегодняшнем пленарном заседании Милли Меджлиса (парламент) выступил депутат Азер Бадамов, сообщает Trend.

    Он отметил, что входящий вызов на телефон какого-нибудь ученика нарушает учебный процесс.

    Бадамов предложил внести в закон «Об образовании» статью, запрещающую вносить в классы мобильные телефоны.

  • Masazır bələdiyyəsindən “YENİLİK”: Küçələr zibilliyə çevrildi – VİDEO – FOTO

    Abşeron rayonu Masazır qəsəbəsində sakinlər xoşagəlməz yenilikdən əziyyət çəkirlər. Zibil qutuları qəsəbədən tamamilə yığışdırılıb, sakinlərə isə tapşırıq verilib ki, məişət tullantılarını torbalara qoyaraq, yol kənarına və ya həyətlərin qarşısına qoysunlar. Gün ərzində isə, torbalar zibil maşınlarına yığılaraq daşınacaq. İndi isə küçələrdə, ağac və divar dibində, piyada səkilərində onlarla belə zibil torbası görmək olar.

    Median.Az xəbər verir ki, ARB TV-nin əməkdaşları məsələ ilə bağlı araşdırma ediblər.

    Masazır qəsəbəsinin ana yolu olan Əliağa Vahid küçəsində zibil qutularına atılmalı olan tullantı dolu torbalar yol kənarına düzülüb. Zibil qutularının yığışdırılması və tullantıların bu şəkildə “sərgilənməsi” təşəbbüsü isə Masazır bələdiyyəsindən gəlib.

    Sakin: Əvvəl yaxşı idi, zibil qabları var idi, camaat zibili qablara atırdı. İndi isə yoxdur, necə gəldi gətirib yol kənarına atırlar.

    Ərazidə çəkiliş sədası gözləniləndən də tez yayıldı. Dərhal zibildaşıyan maşın və fəhlələr təmizliyə başladılar.

    Daha sonra məlumumuz oldu ki, qəsəbənin daxili küçələrindən də zibil qutuları yığışdırılıb. Sakinlər zibili ya həyətlərində saxlamalı, ya da qapının kandarına qoymalıdır. Fəhlələr də gəlib oradan götürməlidir. Bunun müqabilində isə sakinlərdən aylıq 3 manat xidmət haqqı tələb olunur.

    Bəzən isə insanların mədəniyyəti imkan vermir ki, zibil torbalarını küçələrə atsınlar. Onlar çəlləkləri zibil qutusu əvəzinə istifadə edirlər. İnsanların buna məcbur edilməsi isə gülüş doğurur.

    Masazır bələdiyyəsinin fikirlərini eşidəndə isə bir anlıq, sakinlərin gördüyünü aidiyyəti qurumun görmədiyini düşünürsən.

    Siyanfər Əliyev – Masazır bələdiyyəsinin sədri: “Bizim ərazidə 165 zibil qutusu var idi. Müəyyən çətinliklərimiz oldu, xüsusi MMC yaradıldı. Onlara səlahiyyət verildi. Sakinlərlə marifləndirici söhbətlər aparıldı. Qara torbalar paylandı. 1, 3, 5-ci günlər bir hissə zibillər, qalan günlər isə digər hissə təmizlənir”.

    Aparılan maarifləndirici söhbətlərin, rast gəlmədiyimiz qara torbaların, həftədə 3 gün aparılan təmizlik işlərinin yaratdığı mənzərə göz qarşısındadır. Amma maraqlı olan qutuların ərazidən yığışdırılması ilə bağlı aldığımız cavab oldu:

    “Zibil qutuları həddən artıq dolurdu. Yolu Masazırdan keçən digər kənd və qəsəbə sakinləri də tullantılarını avtomobildən bu qutulara atırdı. Odur ki, yeni sistemə keçmək qərarına gəldik”.

    Bu yerdə təbii ki, sual yaranır, Bakı şəhərindən Masazır qəsəbəsinə avtomobili ilə gələn adamın avtomobilində hər hansı su qabı və ya yüngül tullantı var, bunu nə etməlidir? Paketə qoyub yola atmalıdır?

    Siyanfər Əliyev – Masazır bələdiyyəsinin sədri: “Yox, niyə yerə atır ki, yeşik yoxdusa atmasın. Bakı şəhərindən gətirirsə, Bakı şəhərinə atsın. O, qutular Bakı şəhərinə, Novxanıya xidmət etmək üçün deyil axı”.

    Yalnız Masazırlılar üçün nəzərdə tutulan qutulara başqalarının da zibil atmasına qısqanclıqla yanaşıb onları ümumiyyətlə ləğv etmək və tullantını birbaşa qapılardan toplamaq. Nə qədər qəribə səslənsə də normal təşkil edildiyi halda ideyanı ağlabatan adlandırmaq olar. Amma kənardan gələnlər də zibil atır deyə qəsəbəni başdan ayağa zibilə qərq edən qərarı anlamaq həqiqətən də çətindir.

  • İstanbulda daha bir zəlzələ oldu

    Mərmərə dənizində daha bir zəlzələ baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təkanların gücü 3,5 bal olub.

    Bu yaxınlarda meydana gələn 5,8 bal gücündə zəlzələdən sonra afterşokların sayı 300-ü keçib.