Month: September 2019

  • Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb

    Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan 2018-ci ildə də dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Hazırda fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdəyik. Bu il məhsuldarlığın nisbətən az olmasına baxmayaraq, 8 ayın statistikası çox uğurludur. Belə ki, ötən ilin 8 ayında xaricə 40 milyon 500 min ABŞ dolları həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixracımız artıq 76 milyon 900 min dollara çatıb. Yəni, fındıq ixracımız 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz artıb. Düşünürəm ki, ilin sonunadək biz dünya ölkələrinə ötən ildəkindən iki dəfə çox fındıq ixrac edəcəyik.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

    Bir həftə əvvəl Moskva şəhərində təşkil olunan “World Food Moscow 2019” beynəlxalq qida sərgisində iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya sədri bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyə dəstəyi ilə oktyabrın 5-dən 9-dək Almaniyanın Köln şəhərində keçiriləcək “Anuqa-2019” sərgisində də məhsullarımızı nümayiş etdirəcəklər: “Ümumiyyətlə, bu sərgilərin hər birində Azərbaycanı 5-6 şirkət təmsil edir. Belə sərgilərdən sonra ixrac coğrafiyamızda da dəyişikliklər müşahidə olunur. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr arasında Rusiya xüsusilə seçilir. Ancaq Milad bayramı ərəfəsində Avropa ölkələrində də aktivlik gözlənilir. Almaniya və İtaliya şirkətləri Azərbaycan fındığına böyük maraq göstərirlər. Son illər bu siyahıya Çexiya və Polşa da əla olunub”.

    Fındığın satış qiymətləri barədə məlumat verən İsmayıl Orucov deyib ki, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb: “Fermerlərin yetişdirdiyi məhsulun keyfiyyəti, istehsalda tətbiq olunan yeni texnologiyalar, İSO və Avropa standartları artıq öz nəticəsini göstərib, töhfəsini verib. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent – 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent – 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub”.

  • Скончался известный азербайджанский предприниматель – ФОТО

    Стало известно, что сегодня утром скончался президент группы компаний «Sabina» Фуад Ширалиев, передает Moderator.az.

    Покойный приходился внуком дяди российского миллионера азербайджанского происхождения Араза Агаларова.

    Согласно информации, Ф.Ширалиев скончался во французском городе Канны.

  • Cəlilabadda “Mercedes” su kanalına aşdı – Ölən və yaralananlar var

    Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da saat 9 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarından keçən su kanalına aşırıb. Nəticədə sərnişini olan həmyerlisi Emin Əlibəyli hadisə yerində ölüb, özü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

    Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.//milli.az

  • Oksananın səhhətində problem yaranıb, cərrahiyyə əməliyyatı qaçılmazdır — VİDEO

    Rəqqasə-aktrisa Oksana Rəsulova cərrahiyyə əməliyyat etdirəcək.
    Median.Az
    baku.ws-ə istinadən xəbər verir ki, sənətçi bu barədə “ATV maqazin onlarla” proqraqmında danışıb:

    “Dizimdə yırtıq yaranıb, nəinki müalicə, əməliyyat etdirmək lazımdır. Belə yırtıq peşəkar idmançılarda və rəqqaslarda olur. Əməliyyatdan qaçıram, və başqa istiqamətlərdə müalicə aparıram. Amma alınmır. Rəqs edərkən yox, oturub-duranda əziyyət verir. Deyirlər, əməliyyatdan sonra fəsadı ola bilər. Ona görə də çəkinirəm”.

    Rəsulova dizindəki bu xəstəliyin irsi olduğunu da dilə gətirib.

  • Bu ərazilər tullantılardan təmizləndi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.

    Nazirlikdən verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.//ölkə.az

  • Dünyanın sirli məkanları — Heyvanları daşa döndərən göl

    Avropaya getmək, Amerika gəzintisinə çıxmaq, Afrikanı kəşf etmək demək olar ki bir çoxlarının xəyalıdır. Görmədiyimiz yeni yerləri görmək, fərqli adət ənənələri kəşf etmək bəzən ifadəolunmazdır. Lakin dünyada elə yerlər var ki, sirrlərini bu günə kimi qoruyub saxlayıb.
    Median.Az
    sirli məkanlarının siyahısını təqdim edir:

    1 Natron gölü-Tanzaniyada yerləşən bu gölün tərkibində miqdardan artıq alkoloid olduğu üçün həmin suya yaxınlaşan heyvanlar daşa dönür.


    2 Nöqtəli göl- Kanada da yerləşən bu gölün 365 çuxuru var. Üstəlik hər bir çuxurda fərqli xəstəliklərə çarə olan ayrı-ayrı mineral maddələr var.


    3 Sualtı park-Avstraliyada yerləşən sualtı parkı qışda park, yayda dağlarda qar əriməsi nəticəsində göl olur.


    4 Qitələri ayıran çat-İslandiyada yerləşən Silfra yarığı gölü Şimali Amerika ilə Avrasiyanı bir-birindən ayırır. 


    5 Kano kristalları-Kolumbiyada yerləşən bu göl yay aylarında bitki örtüyünə görə qırmızı rəngə boyanır. Bu şəlalə yer kürəsində görülməsi vacib olan yerlərdən biridir. 


    6 Qan tökülmələri-Antarktidada bitmək bilməyən bəyaz qarların və suların rəngini qırmızıya boyayan ərazi. Belə ki, ərazidə dəmirin miqdarı çox olduğuna görə bu yerlər qırmızı rəngə boyanaraq qan tökülməsi mənzərəsini yaradır. 


    7 Rhone və Arve kanalı-İsveçirədə yerləşən iki gölün palçıqlı və aydın suyu heç vaxt bir-birinə qarışmır. 


    8 Çəhrayı sahil-Bahama adalarında yerləşən bu sahil mərcanlar və minerallar səbəbi ilə çəhrayı rəngdədir.


    9 Buz mağarası-Alyaskada yerləşən bu mağaranın necə yaranmasının sirri bilinmir. Mağarada yerləşən buzlarda mavinin bütün tonları hakimdir. 


    10 Yeddi div dağları-Rusiyada yerləşən bu dağın necə yaranması məlum olmasa da yeddi dağın, yeddi güclü insanı simvolizə etdiyi rəvayət edilir. 

  • Рафаэль Джабраилов: Я не закладывал свое депутатское удостоверение

    «Информация о том, что я заложил свое депутатское удостоверение, абсолютно ошибочна и абсурдна».

    Как сообщает Median.Az со ссылкой на АПА, об этом на пресс-конференции заявил депутат Милли Меджлиса Рафаэль Джабраилов. Он отметил, что предоставил этой женщине гарантийное письмо для поездки в Германию: «Но я не закладывал свое удостоверение. Тарана Фаталиева гинеколог, мы близки семьями. Мой брат Эльшан вложил деньги в строительную компанию. После девальвации между ними возникла проблема. Она позвонила мне, пришла к нам. У нее дрожали руки, она утверждала, что Эльшан оскорбил ее. Я позвонил Эльшану, он сказал, что после девальвации сумму повысили в 3 раза. Мы предложили ей квартиру, но она отказалась. Она подала на меня в суд».

    Р.Джабраилов отметил, что после распространившейся о нем информации он решил отказаться от депутатского мандата: «Если бы я находился в Баку, в тот же день провел бы пресс-конференцию. Я приехал в Баку сегодня. Моя жена во второй раз перенесла операцию на сердце. То, что писали обо мне, было ужасно. В Турции я решил уйти в отставку и сразу после приезда в Баку представил свое письмо об отставке. Кое-кто говорил, что я поторопился. Я стыдился прийти и выступить здесь, поэтому сразу подал в отставку. Это мое личное решение. Обещаю вам, что все проблемы будут решены».

    Он сказал, что хочет отдохнуть.

    Р.Джабраилов сказал, что подумает об участии в следующих парламентских выборах: «До выборов остается год».

  • “Gözüm görə-görə, narkozsuz qaraciyərimi deşiblər” — Nazilə Səfərli – VİDEO

    Şairə Nazilə Səfərli vaxtilə yaşadığı acınacaqlı həyatı ilə bağlı səmimi etiraflar edib.
    Median.Az
    baku.ws-ə istinadən xəbər verir ki, Səfərlinin “ATV Onlarla Maqazin” proqramındakı açıqlamaları televiziya tamaşamçılarını göz yaşlarına boğub:

    “Xəstəxanalarda yaşayırdım, qaraciyərimdən 4 dəfə əməliyyat olunmuşam. Narkoz almağa pulumuz olmayıb, a kişi sən nə danışırsan? Gözüm görə-görə, narkozsuz qaraciyərimi deşiblər.
    Bibim qızlarının əyninə paltar alınanda sevinirdik ki, gələn il köhnələcək, biz geyinəcəyik. Yəni o həyatı gəlib keçmişəm. O vaxt qapımızı heç kim açmırdı”.

  • Qanunsuz ət kəsimi yeri söküldü

    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.

    Qurumdan verilən məlumata görə, AQTA əməkdaşları Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan şikayət əsasında Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsində qanunsuz heyvan kəsiminin qarşısını almaq məqsədi ilə reydlər keçiriblər. Reydlərdə Nizami Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

    Reyd zamanı qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
    Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyyə edilib.//ölkə.az

  • Tərtər sakinindən narkotik götürüldü

    Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsi, kultivasiyası və saxlanılması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz yolla əldə etməkdə şübhəli bilinən Mamırlı kənd sakini 1977-ci il təvəllüdlü Əli Həsənov saxlanılıb. Onun kənd ərazisində icarə əsasında işlətdiyi kafeyə və evinin həyatyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqram 124 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.//ölkə.az