Month: September 2019

  • Бакинское транспортное агентство ответило депутату Таиру Керимли

    Бакинское транспортное агентство (БТА) прокомментировало замечания депутата Милли Меджлиса Таира Керимли по поводу деятельности структуры.

    Как передает Median.Az со ссылкой на АПА, в сообщении агентства говорится, что водитель, управляющий транспортным средством умершего человека, должен оформить автомобиль, чтобы избежать подобных ситуаций: «Озвучивание вопроса как ошибку БТА на пленарном заседании парламента вызывает удивление. Что касается того, что депутат не может припарковать транспортное средство перед офисом партии, председателем которой он является, мы заявляем, что если на территории имеется знак, запрещающий остановку и стоянку, все должны следовать данному требованию вне зависимости от статуса. С другой стороны, в 10 минутах ходьбы от штаб-квартиры партии находится автостоянка Зимнего парка».

    Что касается процентов по штрафам, отмечается, что средства, выплачиваемые за нарушения правил остановки и стоянки, поступают в государственный бюджет на основании соответствующего решения Кабинета министров. Заработная плата сотрудников БТА не формируется из штрафов.

    Отметим, что депутат Милли Меджлиса Таир Керимли пожаловался на Бакинское транспортное агентство (БТА). В ходе обсуждений поправки к закону «О государственной пошлине» на первом заседании осенней сессии Милли Меджлиса депутат Таир Керимли сказал, что не может найти место для парковки своего автомобиля в Баку. Депутат отметил, что автомобили немедленно штрафуют в связи с остановкой и это вызывает недовольство у людей. Он подчеркнул, что БТА оштрафовало умершего человека, удостоверение личности которого попалось им в руки.

  • Bakı Nəqliyyat Agentliyi Tahir Kərimliyə cavab verib

    Bakı Nəqliyyat Agentliyi (BNA) Milli Məclisin deputatı Tahir Kərimlinin qurumla bağlı səsləndirdiyi iradlara münasibət bildirib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Agentliyin yaydığı məlumatda bildirilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli inzibati tənbeh vermə haqqında qərarın Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edildiyini yaxşı bilir.

    “Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğurur. Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildiririk ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa, statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir. Düşünürük ki, Tahir Kərimli nəqliyyat vasitəsini dayanacaqda park edib, partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi. Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildiririk ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır”, – deyə məlumatda vurğulanıb.

    Qeyd edək ki, millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib. Milli Məclisin payız sessiyasının ilk iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir. Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur. O qeyd edib ki, BNA ölmüş şəxsə cərimə yazıb.

  • ABŞ-dan Azərbaycana poçtla göndərilən marixuana gömrükdə aşkarlandı – FOTO

    Poçtla ABŞ-dan Azərbaycana göndərilən bağlamadan narkotik çıxıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikası vətəndaşının adına ABŞ-dan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada təmiz çəkisi 27,626 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

    Narkotik maddə “paltar, şirniyyat, dərman” kimi bəyan olunan poçt bağlamasında, işlənmiş geyim əşyalarının arasından çıxıb.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, aşkar edilən narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuanadır.

    Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı”na daxildir.//oxu.az

  • Penitensiar Xidmət müalicə müəssisəsində vəfat edən məhkumla bağlı məlumat yayıb

    Ədliyyə Nazirliyi Penitensiar Xidməti “Gəncə hadisələri”nə görə 20 il müddətinə azadlıqdan məhrum edilən Eşqin Quliyevin müalicə müəssisəsində vəfat etməsi ilə bağlı məlumat yayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində xüsusilə ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmiş Quliyev Eşqin Zahid oğlunun ölüm səbəbi ilə bağlı həqiqətə uyğun olmayan uydurma məlumatlar dərc olunub.

    “Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirir ki, əvvəllər banditizmdə – silahlı qruplar tərəfindən odlu silahdan istifadə etməklə törədilmiş basqınlarda iştirak etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilən E.Quliyev azadlığa çıxdıqdan sonra Gəncə hadisələrində mütəşəkkil cinayətkar dəstə tərkibində iki nəfərin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öldürülməsində, terrorçuluğun və digər xüsusilə ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilinərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq təcridxanasına daxil olarkən E.Quliyevdə aparılmış tibbi müayinə nəticəsində ağır xroniki – QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu (“SPİD” xəstəliyinin sonuncu IV mərhələsi), viruslu hepatit B və C və digər xəstəliklər aşkar olunub.

    Bununla əlaqədar E.Quliyevin sağlamlıq durumu istintaq təcridxanasında daim həkim nəzarətində saxlanılıb və ona əvvəlcə zəruri ambulator yardım göstərilib, lakin xəstəliyi ağırlaşdığından o, stasionar şəraitdə müalicə olunmaq üçün Müalicə Müəssisəsinə keçirilib.

    İntensiv müalicə tədbirlərinin görülməsinə baxmayaraq, narkomanlıqdan əziyyət çəkən E.Quliyev müalicəsi tam mümkün olmayan kəskin infeksion xəstəliklərə düçar olduğundan səhhəti ağırlaşmaqda davam edib və o, QİÇS, viruslu Hepatit B və C, qan laxtalanmasının pozulması, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığından sentyabrın 29-da Müalicə Müəssisəsində vəfat edib.

    Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

    Penitensiar xidmət mərhumun ailəsinə başsağlığı verərək təəssüflə bildirir ki, sosial şəbəkələrdə müxalifət qüvvələri cəfəng fikirlər söyləyərək mərhumun guya fiziki zorakılığa məruz qaldığından ölməsi kimi qələmə verməklə cəmiyyətdə çaşqınlıq yaradır, dövlət orqanlarının fəaliyyətinə kölgə salır, öz çirkin siyasi məqsədləri naminə mərhumun ailəsinə mənəvi iztirab yaşadırlar”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda itkin düşən iki ayın gəlini görün haradan tapıldı

    Azərbaycanda itkin düşən iki ayın gəlini tapılıb.

    Median.Az aznews.az-a istinadən xəbər verir ki, Məmmədli Müjgan Salman qızı tapılıb. 24 yaşlı qız Xəzər TV-də yayılan “Səni axtarıram” verilişinin yardımı nəticəsində tapılıb.

    Bir müddət əvvəl verilişə Müjganın anası müraciət edərək qızının tapılması üçün yardım istəyib.

    Müjgan canlı yayımda bildirib ki, əri və qayınanası tərəfindən işgəncələrə məruz qaldığı üçün evdən qaçıb:

    “Qayınanam oğlu ilə birlikdə içir, məni döyürdülər. Dəfələrlə toyuq damında gecələmişəm. Artıq dözə bilmədim qaçdım. Heç kim mənə sahib çıxmadı. Bərdədə və bir neçə rayonda bir neçə gün qalmışam. Evdən götürdüyüm qızılları satıb dolanmışam”.

  • В Голландии посадили в тюрьму попугая

    Полиция голландского города Утрехт арестовала вора вместе с его попугаем.

    Фотография с пернатым арестантом появилась в Instagram-аккаунте ведомства.

    Представители полиции рассказали, что в четверг, 26 сентября, выехали на вызов о магазинной краже. Им удалось арестовать вора на месте. На плече у преступника сидел попугай.

    Когда вора вместе с его питомцем доставили в изолятор, правоохранители осознали, что у них нет ни клетки, ни свободной камеры для птицы. Посовещавшись с задержанным, они посадили попугая в камеру к его хозяину. Для птицы принесли воду и белый хлеб.

  • “İstəsəydim, işdən başqa cür çıxardım” – Rüfət efirdəki çıxışı barədə

    Müğənni Rüfət Axundov “X maqazin” verilişində qonaq olub.

    Median.Az axşam.az-a istinadən bildirir ki, o, bir neçə ay öncə “Space” TV-də səhər verilişi zamanı söyüşlü mahnı ifa etmələri ilə bağlı hadisəyə münasibət bildirib.

    “Başıma o qədər işlər gəlib ki… Bu, adi bir iş idi. Həyatda səhvsiz insan yoxdur. Heç kim sığortlanmayıb. Ölümə çarə yoxdur. İstəsəydim, işdən başqa cür çıxardım. Susdum, nə var nə yox, demədim”, – Rüfət söyləyib.

    Qeyd edək ki, aprelin 5-də “Space TV”də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

  • “Sabina”nın rəhbəri vəfat etdi – FOTO

    “Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev vəfat edib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında Fransanın Kann şəhərində dünyasını dəyişib. Şıxəliyevin ürəktutmadan öldüyü deyilir.

  • Yadplanetli struktura sahib yeni ulduzlar tapılıb

    Nebraska ştatının universitetinin alimləri Tabbi ulduzu və ya Boyacyan ulduzu olaraq da bilinən KIC 8462852-yə bənzər anomal ulduzlar kəşf ediblər.

    Ulduzun parlaqlığında dövri olmayan xətaların hələ də izahatı verilməyib. Fərziyyəyə görə, Dayson sferası kimi süni meqastrukturlar işığın kəsilməsinə səbəb ola bilər. Bu barədə “Science Alert” məlumat yayıb.

    Tədqiqatçılar “Dəyişkən Şimal Səması Tədqiqatı” layihəsinin bir hissəsi olaraq 2.980 kvadrat metrlik göy üzünü müşahidə edərkən 1999-cu ilin aprelindən 2000-ci ilin martına qədər toplanmış fotometrik məlumatları təhlil ediblər. Onlar Tabbi ulduzuna bənzər davranışları olan ulduzlar axtarıblar.

    Astronomlar sözügedən ulduzların işıq əyrilərini (zamanla işığın dəyişməsi qrafikləri) Tabbi ulduzunun işıq əyriləri ilə müqayisə edərək iki kateqoriyaya bölüblər:

    Birincisi, parlaqlığı gec dəyişən 15 ulduz (Tabbi ulduzunun özü də daxil olmaqla), ikincisi – sürətli dəyişən 6 ulduz.

    Bu halda KIC 8462852 parlaqlığı gec dəyişən ulduzlar sırasındadır.

  • Ученые обнаружили звезды с инопланетными мегаструктурами

    Ученые Университета штата Небраска обнаружили аномальные звезды, аналогичные KIC 8462852, также известной как звезда Табби или звезда Бояджян.

    Непериодические провалы в яркости светила до сих пор не имеют однозначного объяснения.

    Согласно одной из гипотез, причиной затемнений могли стать искусственные мегаструктуры вроде сферы Дайсона.

    Об этом сообщает Lenta.ru со ссылкой на издание Science Alert.

    Исследователи проанализировали фотометрические данные, собранные с апреля 1999 года по март 2000 года при наблюдении за участком неба площадью 2980 квадратных градусов в рамках проекта Northern Sky Variable Survey.

    Они искали звезды, обладающие поведением, схожим со звездой Табби.

    Открытие других подобных объектов могло бы помочь ученым установить настоящие причины непериодических затемнений KIC 8462852.

    Всего была обнаружена 21 звезда-кандидат, чья нерегулярная изменчивость в яркости не объясняется известными причинами.

    Астрономы сравнили кривые блеска (графики изменения блеска со временем) звезд-кандидатов с кривыми блеска звезды Табби и распределили их по двум категориям.

    В первую вошли 15 звезд с медленным изменением блеска (включая саму звезду Табби), во вторую – шесть звезд с быстрым.

    Звезды в обеих группах относятся либо к звездам главной последовательности (по типу Солнца), либо к красным гигантам.

    При этом самыми вероятными аналогами KIC 8462852 являются звезды главной последовательности с медленным изменениям блеска.