Month: September 2019

  • “İntuş” kassasiya şikayətini geri götürdü

    Ali Məhkəmədə yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən “İntuş” ləqəbli stilist İntizam Yusifovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

    Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Bildirilib ki, İ.Yusifov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

    Ali Məhkəmə onun müraciətini təmin edib.

    İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib.

    Cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Yusifov dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkun apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi onun şikayəti təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İ.Yusifov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

  • Enerjisi bitən “Tesla” təqib zamanı polisi yarı yolda qoydu

    ABŞ-ın Florida ştatında cinayətkarı təqib edən “Tesla” markalı polis avtomobili yolda qalıb.

    “Lenta.ru” xəbər verir ki, buna səbəb avtomobilin batareyalarının enerjisinin bitməsi olub.

    Santa Klara şəhərində bir polis əməkdaşı cinayət şübhəlisini təqib edib. Polisin dayanma tələbinə əməl etməyən şübhəli isə sürətlə uzaqlaşmaq istəyib. Batareyanın cəmi 9 kilometr məsafə dözə biləcəyini xidmətdəki yoldaşlarına bildirən polis izləməni onların davam etdirmələrini istəyib.

    Avtomobilin hansı səbəbə görə növbədən əvvəl tam doldurulmadığı bəlli deyil. Yerli polis bölməsindən isə bildiriblər ki, hərdən belə hallar yaşanır. Çünki xidmətdən qayıdan polislər batareyanı doldurmağa gərək duymurlar.

    Qeyd edək ki, Kaliforniya polisindən “Tesla” elektromobillərinin yarımillik sınaq müddətində istifadə edildiyi və müəyyən məlumatların toplandığı haqqında açıqlama verilib.

  • В Баку парень заснял на телефон момент своей аварии – ВИДЕО

    В Баку отвлеченность водителя на телефон стала причиной дорожно-транспортного происшествия.

    Как передает Median.Az, инцидент зафиксирован на проспекте Гейдара Алиева.

    Водитель автомобиля LADA Priora, личность которого не установлена, во время движения автомобиля по видеосвязи связался со своими друзьями, которым рассказал, что находится в дороге.

    В ходе разговора по своей невнимательности он въехал в другой автомобиль.

    Кадры ДТП распространялись в социальных сетях.

  • Bakıda gənc öz düşdüyü qəzanı lentə aldı – VİDEO

    Bakıda sürücünün telefonla oynaması qəzaya səbəb olub.

    Median.Az xəbər verir ki, hadisə bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib.

    Kimliyi müəyyənləşdirilməyən şəxs “LADA Priora” markalı avtomobilini idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib.

    Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub.

    Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

  • Малолетние заключенные: в 17 лет 400 преступлений; будь у меня отец, было бы иначе – ВИДЕО

    В исправительном учреждении Пенитенциарной службы Министерства юстиции для несовершеннолетних содержатся заключенные, узнавшие о горечи жизни с самых ранних лет.

    Как передает Median.Az со ссылкой на Баку ТВ, 17-летний Заур Сулейк приговорен к лишению свободны на 3 года и 3 месяца, из которых один год он уже отбыл в местах лишения свободы.

    З.Сулейк отмечает, что в 17 лет он совершил 400 преступлений, а его отец отбывает срок в одном из тюрем России.

    Агарзаев Гошгар совершил аналогичное с З.Сулейком преступление. Он приговорен 4 годам лишения свободы.

    Гошгар с сожалением рассказывает, что никогда не проявлял интереса к учебе. По его мнению, заключение – не для детей, дети должны быть рядом с родителями.

    Еще один малолетний заключенный Алиев Захид за совершение кражи и грабежа приговорен к 2 годам 2 месяцам лишения свободы.

    Захид говорит, что мать тяжело переносит его заключение, а отца он потерял рано. Считает, что будь у него отец, все было бы иначе. Ему предстоит “отсидеть” еще 1 год и 8 месяцев.

    Как и у всех арестантов, Захид мечтает о свободе.

  • “Bezmişəm, xilas olmaq istəyirəm”

    “Daha məndən kino çəkən olmaz, getdi mənim dövrüm”.

    Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəyli deyib.

    Səhhətində problemlər yaşayan aktyor əvvəlki günləri üçün çox darıxdığını deyib:

    “Dostlarım zəng edir, hal-əhval tutur. Amma çox darıxıram. Ayağa qalxmaq, hasa ilə də olsa yerimək, əvvəlki sağlam həyatıma qayıtmaq istəyirəm. Aylardır k, arxası üstə yatıram, bezmişəm, yorulmuşam, xəstəlikdən xilas olmaq istəyirəm. Kino barədə daha düşünmürəm, çünki bilirəm ki, kino çəkməyim, filmə çəkilməyim mümkünsüzdür”.

    Qeyd edək ki, 9 ay öncə aktyorun ayaq barmaqları amputasiya olunub, ev şəraitində müalicəsi davam etdirilir.

  • Qaxda orta məktəbdə yanğın olub

    Qax rayonunda orta məktəbdə yanğın baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Marsan kənd tam orta məktəbində qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində məktəbin idman zalında 2 kvadratmetr hissədə döşəmə yanıb.

    Yanğın sondürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанский альпинист покорил Манаслу

    Азербайджанский альпинист Исрафил Ашурлы совершил восхождение на гималайский восьмитысячник Манаслу (8 156 метров) в составе международной экспедиции (Чатур Таманг и Татьяна Абрахамсон).

    Как сообщает АПА со ссылкой на “Вестник Кавказа”, альпинисты вышли из лагеря на высоте 7,4 тысячи метров прошлой ночью и спустя семь часов достигли вершины.

    Гора Манаслу – восьмой по высоте восьмитысячник мира. Это четвертый восьмитысячник, покоренный Ашурлы. Ранее он уже совершал восхождение на Эверест, Канченджанга и Лхотзе. Ашурлы также является первым в Азербайджане покорителем Северного полюса.

  • Şirəliyevin şirəli səhiyyəsi: Bir daha “Dərman mafiyası” haqqında

    Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.

    Bununla bağlı apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

    Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

    Şəmkir Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Şəmkir MRX-nin 2010-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 2010-cu ildə 279325 (iki yüz yetmiş doqquz min üç yüz iyirmi beş) manat, 2011-ci ildə 279 325 (iki yüz yetmiş doqquz min üç yüz iyirmi beş) manat, 2012-ci ildə isə 292 922 (iki yüz doxsan iki min doqquz yüz iyirmi iki) manatdəyərində tenderlərin qalibi olub.

    Bu illər ərzində “Epidbiomed” MMC ilə MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 851 572 (səkkiz yüz əlli bir beş yüz yetmiş iki) manat təşkil edib.

    Şabran Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Şabran MRX-nin 2010-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 2010-cu ildə 4 849 (dörd min səkkiz yüz qırx doqquz) manat, 2011-ci ildə 58 849,86 (əlli səkkiz min səkkiz yüz qırx doqquz manat, səksən altı qəpik) manat, 2012-ci ildə isə, 62 898,78 (altmış iki min səkkiz yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) dəyərində tenderlərin qalibi olub.

    Bu illər ərzində “Epidbiomed” MMC ilə Şabran MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 126 597,64 (yüz iyirmi altı min beş yüz doxsan yeddi manat, altmış dörd qəpik) manat təşkil edib.

    Şamaxı Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Şamaxı MRX-nin 2013-cü ildə həyata keçirdiyi dövlət satınalmalarında “vaksinlərin və rentgen pyonkalarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 20 959,2 (iyirmi min doqquz yüz əlli doqquz manat, iyirmi qəpik) manat dəyərində tenderlərin qalibi olub.

    Şirvan Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Şirvan MRX-nin 2011-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “peyvənd və şprislərin”, “rentgen, flüoqrafiya, USM və EKO üçün lentlərin və dərmanların” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 2011-ci ildə 10 874 (on min səkkiz yüz yetmiş dörd) manat, 2013-cü ildə 10927 (on min doqquz yüz iyirmi yeddi) manat, 2014-cü ildə 17 601,3 (on yeddi min altı yüz bir manat, otuz qəpik) dəyərində tenderlərin qalibi olub.

    Bu illər ərzində “Epidbiomed” MMC ilə Şirvan MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 39 402,3 (otuz doqquz min dörd yüz iki manat, otuz qəpik) manat təşkil edib.

    Tərtər Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Tərtər MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 2012-ci ildə 114 002,9 (yüz on dörd min iki manat, doxsan qəpik) manat, 2013-cü ildə 238 501, 3 (iki yüz otuz səkkiz min beş yüz bir manat, otuz qəpik) manat, 2014-cü ildə isə 238 398, 96 (iki yüz otuz səkkiz min üç yüz doxsan səkkiz manat, doxsan altı qəpik) dəyərində tenderlərin qalibi olub.

    Bu illər ərzində “Epidbiomed” MMC ilə Tərtər MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 590 903,16 (beş yüz doxsan doqquz yüz üç min, on altı qəpik) manat təşkil edib.

    Ucar Mərkəzi Rayon Xəstəxanası

    “Epidbiomed” MMC Ucar MRX-nin 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materialları” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.

    Belə ki, şirkət 2010-cu ildə 153 899,2 (yüz əlli üç min səkkiz yüz doxsan doqquz manat, iyirmi qəpik) manat, 2011-ci ildə 153 899,2 (yüz əlli üç min səkkiz yüz doxsan doqquz manat, iyirmi qəpik) manat, 2012-ci ildə 177 666 (yüz yetmiş yeddi min altı yüz altmış altı) manat, 2014-cü ildə isə 415 401,97 (dörd yüz on beş min dörd yüz bir manat, doxsan yeddi qəpik) manat dəyərində tenderlərin qalibi olub.

    Bu illər ərzində “Epidbiomed” MMC ilə Ucar MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 900 866, 37 (doqquz yüz min səkkiz yüz altmış altı manat, otuz yeddi qəpik) manat təşkil edib.

    Mənbə:Konkret.az

  • Tale Bağırzadənin yoldaşına cinayət işi açıldı

    Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Azadlıq Radiosuna hüquq-mühafizə orqanlarından bildirilib.

    “Cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlıdır. Uzun müddət Ədliyyə Nazirliyinin istintaq idarəsində araşdırmalar getdi. Ekspertiza təyin edildi və rəy alındı. Yekunda belə nəticəyə gəliblər ki, Leyla İsmayılzadənin əməlində cinayət tərkibi var. İşin istintaqı da həmin idarədə aparılır. Artıq istintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə Cinayət Məcəlləsinin 317-1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham elan edib, iş məhkəməyə göndəriləcək”, – deyə bildirilib.

    Leyla İsmayılzadə isə deyib ki, istintaqın gedişi, ona ittiham verilməsi kimi məsələlərdən xəbəri yoxdur. Lakin müstəntiq onunla əlaqə saxlayaraq, sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırıb: “Sabah idarəyə gedəcəm”.

    Leyla İsmayılzadə əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar bundan öncə də iki dəfə dindirilib.

    Qeyd edək ki, Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə barədə məlumat yayıb. Məlumatda bildirilib ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Onun tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilib.//faktaz.com