Month: September 2019

  • Yevlax kərpic zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

    Yevlax rayonunun Gülövşə kəndi yaxınlığında yerləşən Kərpic zavodunda bədbəxt hadisə baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, ehtiyatsızlıq nəticəsində
    zavodun 1994-cü il təvəllüdlü əməkdaşı Səfərov Həsrət Zaməddin oğlu
    hündürlükdən yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

    Xəstəxanaya çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Украине скончался известный племянник Рашида Бейбутова – ФОТО/ВИДЕО

    Ушел из жизни азербайджанский певец Джафар Бейбутов.

    Певец скончался в четверг в Украине, передает unikal.org.

    Отметим, что бывший в 80-х годах в Азербайджане популярным Джафар Бейбутов приходится племянником (сыном сестры) азербайджанскому корифею Рашиду Бейбутову. Он покинул Азербайджан и проживал в Украине.

  • Sumqayıtda 29 yaşlı gənci qətlə yetirənin kimliyi məlum olub

    Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.

    Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

  • Sumqayıtda gənc yüksək dozada narkotik qəbulundan ölüb

    Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, 1983-cu il təvəllüdlü Tağıyev Xanbala Zakir oğlu şəhərin Hacı Zeynalabdin qəsəbəsində yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb.

    Araşdırma zamanı onun yüksək dozada narkotik vasitə qəbul etdiyindən öldüyü məlum olub.

    Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Beş yaşlı qız ayda 500 min dollar qazanır — VİDEO

    Beş yaşlı qız istənilən adamın həsəd aparacağı həyatı yaşayır: Mayami sakinidir, Maldivdə istirahət edir, hər həftə qarderobunu dəyişir. Bəs bu necə mümkündür?

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, doğuşdan əvvəl həkimlər Nastya adlı beş yaşlı qıza ağır serebral iflic diaqnozu qoyublar. Valideynlər buna baxmayaraq, bütün gücünü qızlarının müalicəsinə yönəldib və bir neçə il sonra xəstəliyin tam sağalmasına nail olublar.

    Onlar buna uşağın xüsusən xarici mühitlə sıx əlaqə saxlaması hesabına müvəffəq olublar. Onlar əsasən kamera önündə işləyiblər. Belə ki, valideynləri ona “Youtube” kanalı açıblar.

    Artıq bu gün beş yaşlı Nastyanın 87 milyondan çox izləyicisi var. Kanalda Nastyanın gündəlik həyatına dair videoroliklər yerləşdirilir. Onun müxtəlif ölkələrdən fanatları var.
    Videolara gələn baxış sayı “Youtube”un videolarda reklam yerləşdirməyə marağını artırıb. Nəticədə, bu gün azyaşlı olmasına baxmayaraq, Nastya “Youtube” kanalından aylıq 500 min dollar (850 min manat) çox gəlir əldə edir.

    Onlar artıq gündəlik yaşam tərzini biznesə çeviriblər.

  • В России запретили курить на балконах

    В МЧС России подтвердили, что с 1 октября начнёт действовать запрет на курение на балконах и лоджиях квартир жилых домов.

    Как передает Median.Az, об этом RT сообщили в пресс-службе министерства.

    «Запрет касается курения на балконах», — заявил представитель ведомства.

    Ранее российское правительство утвердило запрет на использование открытого огня на балконах квартир, гостиниц и общежитий.

    В МЧС уточнили, что будет запрещено жарить шашлыки на балконах, зажигать свечи и курить.

  • Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var

    Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Zəhmət kənd ərazisində olub.

    Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qayınatasını öldürən şəxs dəlixanaya göndərildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Məhkəmə M.Balayevin qətli anlaqsız vəziyyətdə törətdiyini əsas gətirərək, onun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, hadisə ötən il dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib.

    1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adı ilə qayınatasıgilə gedib.

    Qayınatası 1961-ci il təvəllüdlü Heybətov Heybətlə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.

    Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, o ölüb.

    M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Ailənin birgə nikahdan iki azyaşlı övladı var.

    M.Balayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

  • Лондон отказался выдавать Замиру Гаджиеву Азербайджану

    Сегодня в Лондоне по требованию Азербайджана продолжился судебный процесс по экстрадиции Замиры Гаджиевой.

    Как сообщает Median.Az со ссылкой на АПА, решение было объявлено на заседании в Вестминстерском суде магистратов.

    Суд приняла решение не экстрадировать подсудимую в Азербайджан. Адвокат, представляющий правительство Азербайджана, заявил, что обжалует это решение.

    Напомним, что жене бывшего председателя правления Международного банка Джахангира Гаджиева Замире Гаджиевой в 2009-2015 годах банком были выданы беспроцентные кредиты, и при этом она не предоставила никаких документов.

  • Qənirə Paşayeva deputat vəsiqəsinin girov qoyulmasından danışdı: “Bu, xalqa məxsusdur”

    Son günlər geniş müzakirələrə səbəb olan İctimai TV-də yayımlanan “3 D” layihəsinin növbəti qonağı millət vəkili Qənirə Paşayeva olub.

    Şərti aparıcı Dadaş Dadaşlinskinin “Belə bir hal ola bilərmi ki, Qənirə Paşayeva öz millət vəkili vəsiqəsini girov qoysun?”

    Q. Paşayeva isə cavabında belə bir halın heç vaxt ola bilməyəcəyini bildirib:

    “Deputat öz vəsiqəsini girov qoya bilməz. Çünki o vəsiqə millət vəkilinə deyil, ona ümid olaraq seçmiş minlərlə insana, xalqa məxsusdur. O vəsiqə mənimlə birlikdə minlərlə seçicinin vəsiqəsidir, mən onların vəsiqəsini girov qoya bilmərəm. Dünyada millət vəkilindən şərəfli peşə yoxdur. Öz xalqnı dünyada təmsil etməkdən şərəfli və məsuliyyətli heç nə ola bilməz”.

    Xatırladaq ki, millət vəkili Rafael Cəbrayılovun ayrı-ayrı vətəndaşlardan götürdüyü toplam olaraq 600 min ABŞ dolları borc müqabilində 3-cü və 4-cü çağırış deputat vəsiqəsini girov qoyması müzakirəlrə səbəb olmuşdu.//yeni sabah