Month: September 2019

  • Türkiyədə əxlaqsızlıq edən azərbaycanlı qadınlar saxlanıldı – VİDEO

    İzmit polisi əxalqsızlıq evinə basqın edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fahişəliklə məşğul olan 2 azərbaycanlı qadın saxlanılıb. Onlardan 33 yaşlı A.K. həbs edilib, 35 yaşlı R.A. isə deportasiya olunub.

    Sonuncunun zorla fahişəliyə cəlb edildiyi üzə çıxıb.

  • Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.

    Bu barədə Trend-ə Fonddan məlumat verilib.

    Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

    Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.

  • “NİVA” aşdı, sürücü xəsarət aldı – FOTO

    Tovuz rayonunda sürücü idarə etdiyi “NİVA” markalı avtomobilini aşırıb.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə hadisə rayonun dağ kəndi olan Əhmədabad kəndində baş verib.

    Qəza nəticəsində sürücü avtomobilini dərəyə aşırıb. İlkin məlumatlara görə, hadisəyə səbəb yüksəsk surətlə idarə edilməsi və idarə etmənin itirilmısidir.

    Hazırda araşdırma başlanılıb, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

  • В Баку автомойщик сел за руль автомобиля клиента и насмерть задавил человека

    В Баку произошло ДТП со смертельным исходом.

    Как сообщает Median.Az со ссылкой на АПА, инцидент произошел на улице Дадаша Буниятзаде в жилом массиве Ени Ясамал Ясамальского района столицы. Работник автомойки Юсиф (фамилия пока не уточнена) незаконно сел за руль и стал управлять привезенным для мойки в пункт автомобилем марки «Toyota Prado» и машина врезалась в стоявший напротив ремонтного цеха автомобиль марки «Opel». В результате инцидента водитель ремонтируемого автомобиля марки «Opel» Салех Агаев погиб под колесами своей машины.

    По факту проводится расследование.

  • Vurğun Əyyub son mənzilə “Ruhani” ilə yola salındı – VİDEO

    Bu gün vəfat edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş sədri Vurğun Əyyub son mənzilə yola salınıb.

    Median.Az Bizimyol-a istinadən xəbər verir ki, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən V.Əyyubla vida mərasimi keçirilib. Mərasimdə onun ailə üzvləri, yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərhum vəsiyyət edib ki, onu son mənzilə “Ruhani” havası ilə yola salsınlar. Bu səbəbdən vida mərasimində “Ruhani” havası səsləndirilib. Daha sonra V.Əyyubun cənazəsi dəfn olunması üçün Hövsanda yerləşən “Dədə Qorqud” qəbirstanlığına aparılıb.

  • Gürcüstana 16 kiloqram heroin keçirən əcnəbi saxlanılıb

    Gürcüstanın Batumi beynəlxalq hava limanında külli miqdarda narotik vasitə aşkar olunub.

    Median.Az report-a istinadən xəbər verir ki, Cənubi Afrika vətəndaşına məxsus yükdə 16,35 kiloqram çəkidə marixuana müsadirə olunub.

    Əcnəbi Gürcüstan sərhədini sentyabrın 10-da keçsə də, ona məxsus yük sentyabrın 11-də hava limanına çatdırılıb.

    Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

  • Вургун Эйюб предан земле – ФОТО

    Экс-председатель ликвидированной Госкомиссии по приему студентов (ГКПС) Вургун Эйюб предан земле.

    Как сообщает Median.Az, об этом передает АПА.

    Тело В.Эйюба предано земле на кладбище «Деде Горгуд» в поселке Говсаны.

    Церемония прощания с покойным проходила в доме покойного.

    На церемонии выступили общественно-политические деятели, представители интеллигенции и известные лица.

    После выступлений тело В.Эюба проводили под звуки Ruhani.

    Отметим, В.Эйюб скончался сегодня в возрасте 62 лет после онкологического заболевания.

  • Paracüdoçularımız Daşkənddən 11 medalla qayıdır

    Özbəkistanın paytaxtı Daşkənddə keçirilən paracüdo üzrə Qran Pri başa çatıb.

    Median.Az xəbər verir ki, bu gün yeddi idmançı ilə mübarizəyə qatılan paracüdoçularımız uğurlu nəticə ilə yadda qalıb.

    Belə ki, altı idmançımız medala yiyələnib.

    Kənan Abdullaxanlı (-100 kq) qızıl, Xanım Hüseynova (-63 kq) gümüş, Hüseyn Rəhimli (-81 kq), İlham Zəkiyev (+100 kq), Zülfiyyə Hüseynova (-70 kq) və Dürsədəf Kərimova (+70 kq) bürünc medal qazanıb.

    Dünən daha beş idmançımızın medal qazandığını nəzərə alsaq, paracüdoçularımız vətənə 11 medalla qayıdır. Bu nəticə ilə millimiz İran və Özbəkistandan sonra III sıranı tutub.

    Qeyd edək ki, bu yarış Paralimpiya Oyunlarına lisenziya xalı verirdi.

  • Sənədsiz evlərini qeydiyyata aldırmaq istəyənlərə vacib xəbər: Siyahı açıqlandı

    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakların dövlət qeydiyyatının sadələşdirilməsi, bu xidmətlərin vətəndaşlar üçün daha əlçatan olunması istiqamətində mühüm işlər görülür.

    Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir.

    Median.Az
    bildirir ki, komitədən Sputnik Azərbaycan-a məlumat verilib ki, fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini komitənin müvafiq ofislərinə təqdim edə bilərlər.

    Qeyd edək ki, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.

    Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanuna əsasən, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.

    Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur.

    Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidirlər.

    Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

    Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub.

  • Bakıda məktəblidən azyaşlıya qarşı İYRƏNC HƏRƏKƏT

    Bakıda quldurluq etməkdə təqsirləndirilən orta məktəb şagirdi Y.Mustafazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

    Qeyd edək ki, hadisə bu ilin may ayında paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan, orta məktəb şagirdi 2003-cü il təvəllüdlü Y.Mustafazadə tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü A.H-ni bıçaqla öldürməklə hədələyib. Bundan sonra Y.Mustafaadə A.H-nin yaşadığı evə gəlib. Y.Mustafazadə mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.
    Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.