Month: September 2019

  • Hər kəs gecə vaxtı İçərişəhərdə çəkilən bu görüntülərdən danışır – VİDEO

    Sosial şəbəkələrdə daha bir maraqlı video paylaşılıb.

    Həmin video 4 gün əvvəl Bakıda, İçərişəhərdə çəkilib.

    Videoda rus aparıcılar Hilda Karmen və Viktor Mixaylov axşam saatlarında İçərişəhərdə “La la land” filminin musiqisinin sədaları altında maraqlı rəqs ediblər.

    Həmin anın görüntüləri qısa zamanda izlənmə rekordu qırıb.

    Qeyd edək ki, Hilda Karmen özü də buna təəccüblənərək, bu barədə bir neçə “story” paylaşıb.
    /Baku.ws/

  • Azərbaycanda deputatın gizli videosu yayıldı (VİDEO)

    Millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı yeni video və audio materiallar daxil olub.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dollar məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub.

    Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub.

    Bu məsələ ictimailəşdən sonra millət vəkili əvvəlcə “susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialların da ictimaişləməsinə qərar verib və onları redaksiyamıza təqdim edib.

  • Azərbaycanda gənc narkotikadan öldü

    Sumqayıt sakini yüksək dozalı narkotikin təsirindən ölüb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 24 yaşlı Qarabəyli Valeh Vidadi oğlunun meyiti Sumqayıtdakı zavodlardan birinin sanitar qovşağında aşkar edilib.

    İlkin ehtimala görə, o, yüksək dozada narkotikin təsirindən ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Самухе задержан наркоторговец

    Как сообщает Median.Az, сотрудники Самухского РОП в результате оперативно-розыскных мер задержали жителя поселка Гараери Ф.Багирова, у которого в дворовом участке обнаружили 11 кустов конопли, а в подсобном помещении 1,5 кг. марихуаны.

    По факту возбуждено уголовное дело.

  • Samuxda narkotik satan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakini F.Bağırova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatından 1,5 kq. marixuana aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Suyu krandan doldurub belə satırlar – VİDEO

    Sosial şəbəkədə qablaşdırılmış sularla bağlı yayılan görüntü böyük marağa səbəb olub.

    Görüntülərdə suların saxta şəkildə qablaşdırılması öz əksini tapıb.

    Kran suyu ilə doldurulan bidonlar bu üsulla orijinal kimi bazara çıxarılır. Bidonların ağzını qapatmaq üçün istifadə olunan lent qızdırılaraq orijinal görünüşə salınır.
    /Baku.ws/

  • Azərbaycanda tövləni xatırladan orta məktəb – VİDEO

    Sabirabad rayonu, Yolcubəyli kəndində orta məktəb bərbad vəziyyətdədir.

    Bu barədə kənd sakinləri sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Vurğulanır ki, burada məktəb təmirsiz olmaqla yanaşı, həm də şagird və müəllimlərin həyatı üçün təhlükəlidir.

    Məktəbdən video görüntüsünü çəkib “Facebook”da paylaşılıb. Videodan da, göründüyü kimi şagirdlərin təhsil aldığı məktəb mal tövləsini xatırladır.

    Məktəbdə pilləkanlar taxtadan və uçulmuş vəziyyətdədir.

    Məktəbdə yanğın baş versə, onu söndürmək üçün normal şərait də yoxdur. Yalnız bircə yanğınsöndürən balon var ki, o da işlək vəziyyətdə deyil.

    Eyni zamanda, məktəbin döşəməsi uçuq-sökükdür. Məktəbin şüşələri olmadığı üçün onun üstünə sellofan paket vurulub. Qapıları isə nə bağlanır, nə də normal açılır.

    Bir sözlə, Azərbaycan gəncliyinin bünövrəsi qoyulan təhsil ocağı tövləni xatırladır.

    Məsələ ilə bağlı Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən Baku.ws-ə bildirdilər ki, məsələ qeydiyyata alınıb.

    “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Sabirabad rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilir. Qeyd olunan Proqrama əsasən, Yolçubəyli kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.

    Bununla yanaşı, cari ildə Sabirabad rayonunda Türkədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisi və Çığırğan kənd modul tipli tam orta məktəbin quraşdırılması nəzərdə tutulur.

    Proqram çərçivəsində rayonun Əhmədabad kənd tam orta məktəbinin əsaslı təmiri, Quruzma, Qalaqayın kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, habelə Balakənd kənd və Osmanlı kənd modul tipli ümumi orta məktəbinin tikintisi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

    Eyni zamanda 2019-cu ildə 84 məktəb binası istifadəyə veriləcək.

  • Müğəninin zibillikdə yaşayan qardaşı DANIŞDI: “Atam öldükdən sonra məni qovdular” – VİDEO

    ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edən tanınmış müğənni Samir Cavadzadənin qardaşı Ramin vəziyyətinin çətin olduğunu və kömək istədiyini deyib:

    “Mən Rusiyada olanda evdə nəsə problem olanda və yaxud, elə şəxsən Samirin özünün maddi problemi olanda mənə ağız açıb. Köməklik etmişəm. İndi mən çöllərdəyəm. Pis həyat sürmüşəm. Atamızın ölümündən sonra məni buradan qovdular.

    Dedilər, çıx get. Getdim Rusiyaya. Xəstəyəm. Müalicə olunmalıyam. Yolun ortasında bəzən huşum gedir, yıxılıram. Məhlədə kimsə kömək etmək istəyirsə, bir şey alır və ya, yemək gətirir”.

  • XİN-dən sərt bəyanat: “Bu hadisəni törədənlər cəzalandırılacaq”

    ”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”.

    Bu barədə XİN-in məlumatında bildirilib:

    Qeyd edilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq:

    “Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”.

  • Röya Mirşahinə təşəkkür etdi – FOTO

    REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.

    Əməkdar artist Röya Ayxan “İnstagram” səhifəsində tanınmış telejurnalistin bu müraciətini alqışlayıb.

    “Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək”,-deyə müğənni qeyd edib.

    Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb.

    Qeyd edək ki, müğənni Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib.