Month: September 2019

  • 25 yaşlı gənci “cin çıxarma” adı ilə döyüb öldürənlər… – Hər şey atasının gözləri qarşısında baş verdi

    Bakı Ağır Cinayətlər Məhkəməsində “cin çıxarmaq” adı ilə 25 yaşlı gənci döyərək öldürməkdə ittiham olunan Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az Virtualaz.org-a istinadən bildirir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Murad Soltanovun bədənindən şər qüvvələri çıxarmaq adı ilə onu Vüsal İbrahimovun evində nar çubuqları ilə döyüblər. Lakin 25 yaşlı gənc o qədər döyülüb ki, onun daxili orqanları zədələnib, hər iki böyrəyi sıradan çıxıb. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər və mərhumun atasının məhkəmədə iştirakını tələb ediblər: “Muradı atası özü gətirmişdi. Hər şey onun gözlərinin qabağında baş verib. Özü bura gəlsin, məhkəmədə dindirilsin”.

    Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib.

    Şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans “müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər.

    Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

  • Президентский стипендиат Эльнур Бабаев о своем большом успехе

    Я рад, что моя упорная подготовка к экзаменам и потраченный труд не пропали даром.

    Как передает Median.Az, об этом Oxu.Az сказал президентский стипендиат Эльнур Бабаев, набравший на вступительном экзамене 665,6 балла.

    Э.Бабаев родился 26 мая 2002 года в селе Геялли Гедабекского района. В этом году он окончил школу №316 в Сураханском районе Баку.

    По словам студента, он поступил на специальность “Финансирование” факультета Международной школы экономики Азербайджанского государственного экономического университета:

    “Два года я готовился к экзаменам с репетиторами. Учил уроки целенаправленно и серьезно. Ко всем предметам относился тщательно, старался хорошо учиться.

    Я основательно усваивал нужные мне знания и запоминал информацию. Естественно, делал передышку. В результате получил желаемый результат. В конце я увидел плоды своих стараний. Это успех не только мой, но и руководства школы, учителей, родителей, которые всегда поддерживают меня”.

    Эльнур Бабаев ожидал, что станет президентским стипендиатом:

    “Очень трудно выразить словами мою радость, когда я увидел свое имя в списке удостоенных Президентской стипендии. Радости моей не было предела. Потому что я порадовал не только себя, но и тех, кто любит меня”.

    Студент экономического университета также дал абитуриентам советы:

    “Абитуриенты, готовящиеся к приемным экзаменам, должны хорошо учиться. Если они будут уделять достаточно времени повторению, то все будет отлично. Старания всегда оцениваются. Главное – поставьте перед собой цель”.

    Отметим, что Президент Ильхам Алиев подписал распоряжение о предоставлении Президентской стипендии студентам, поступившим в вузы Азербайджана в 2019/2020 учебном году.

    Согласно распоряжению, Президентскую стипендию будут получать студенты, продемонстрировавшие самые высокие результаты на вступительных экзаменах и поступившие в вузы Азербайджана.

  • Astarada oğru tutuldu – Ev sahibinin Bakıda olmasından istifadə edərək… – FOTO

    Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Astara sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək Bakı şəhərində olduğu zaman Astara rayonunun Maşxan kəndində yerləşən evindən 1 ədəd notbuk, 3 ədəd müxtəlif markalı telefonların oğurlandığını bildirib.

    Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş Ramid Əzizov olduğu müəyyən edilib. Oğurladığı əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır.//milli.az

  • 15 yaşlı yeniyetməni maşın vurdu – Vəziyyəti ağırdır

    Gəncədə 15 yaşlı yeniyetməni maşın vurub.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

    Göygöl rayon sakini 2004-cü il təvəllüdlü Seymur Abbasov ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

    İlkin məlumatlara görə hadisə yeniyetmənin yolu keçərkən baş verib. Hadisə yerinə Gəncə Dövlət Yol Polisi İdarəsinin ənəkdaşları cəlb olunub.

    Təfərrüatlar dəqiqləşdidilir.

  • Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub

    Ötən gün Bakıda gəlinini vəhşicəsinə öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov barədə yeni təfərrüatlar məlum olub.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, gəlini Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayan şəxs əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.


    Belə ki, Firdovsi Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsilə məhkum olunub.

    Hadisə ilə bağlı qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanı dayısı qızı T.H. BAKU.WS-ə bildirib ki, həmin şəxs vaxtilə təcavüzə görə tutulubmuş.

    “O, təzəliklə həbsxanadan çıxıb”, – deyə T.H bildirib.

    Hadisəyə gəlincə, qadın bildirib ki, qaynata gəlinini azyaşlı uşaqların gözü qarşısında öldürüb:

    “Torpaq üstündə mübahisələri olub. Əvvəllər bu mövzuda məhkəmələri də olub. Torpaqları da bölünüb, tərəflər narazı qalıblar.

    Evdə heç kim olmayanda uşaqların gözü qarşısında vurub. Qadının arxa tərəfdən başına 12 balta zərbəsi vurub.

    Qayınata evdə heç kim olmayanda uşaqlara dondurma alıb, sonra qapını bağlayıb, uşaqları evdə qoyub. Gəlinin dalınca gedib, başından vurub. Evdə olan 1, 3 və 6 yaşlı uşaqlar pəncərədən baxıblar”.

  • Sabirabadda iranlı qadın əri tərəfindən döyülüb

    Sabirabad rayonunda iranlı qadın əri tərəfindən döyülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ətçələr kəndində baş verib.

    İran vətəndaşı, 1992-ci il təvəllüdlü Golizadekah Alanagh Rogaye polisə müraciət edərək bildirib ki, Ətçələr kəndində yaşayan Ədalət Tomarla ailə qurub. Lakin o, ailə quran zaman Azərbaycana turist vizası ilə gəlib.

    Qadın bildirib ki, Ə.Tomarla yaşadığı müddətdə əri tərəfindən tez-tez döyülüb, fiziki işgəncələrə məruz qalıb və onun İrana qayıda bilməməsi üçün pasportu da həyat yoldaşı tərəfindən cırılıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Teymur Rəcəbov dünya kubokunun yarımfinalında

    Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku davam edir.

    Median.Az xəbər verir ki, bu gün turnirinin 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

    Bu mərhələdə Azərbaycanın yarışda iştirakı davam edən yeganə şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionqla qarşılaşıb.

    İlk görüşünü sülhlə başa vuran şahmatçımız cavab oyununda qalib gələrək yarımfinala yüksəlib.

    Qeyd edək ki, qrossmeysterimizin yarımfinaldakı rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə başa çatıb.

  • Rusiyadan Azərbaycana gələn avtomobildən 7 000 ədəd güllə tapıldı – FOTO

    Azərbaycan vətəndaşı sərhəddən qanunsuz olaraq külli miqdarda güllə keçirmək istərkən yaxalanıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes-Benz Viano” markalı avtomobilə gömrük baxışı keçirilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində “Exact Jumbo Heavy Diabolo” yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Ronaldudan tapmacalı paylaşım: Gecədən sonra şəfəqin gəldiyini unutmayın

    Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın mükafatlandırılması mərasimi olarkən evində istirahət edirmiş.

    Median.Az xəbər verir ki, portuqaliyalı futbolçu Lionel Messinin altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyini ehtimal etdiyindən mərasimə qatılmağı məqsədəuyğun saymayıb.

    O, “Instagram” hesabında evdə istirahətdə olduğu şəklini paylaşaraq portuqal dilində bu sözləri yazıb:

    “Səbir və əzmkarlıq həvəskardan peşəkarlığı fərqləndirən iki xüsusiyyətdir. Bu gün böyük olan hər şey kiçikdən başladı. Hər şeyi edə bilməzsən, ancaq xəyallarının gerçəkləşməsi üçün əlindən gələni et. Gecədən sonra şəfəqin gəldiyini unutmayın”.

    Qeyd edək ki, Kriştianu Ronaldu ilin rəmzi yığmasına seçilsə də, tədbirə qatılmadığından, podiuma 10 futbolçu çıxıb.

  • Дефицит куриных яиц в Ашхабаде: люди с ночи занимают очередь – ВИДЕО

    Последние дни у восточных ворот ашхабадского рынка Берекетли в микрорайоне Парахат-7 с 4 часов утра выстраиваются очереди из желающих купить куриные яйца, сообщает «Хроника Туркменистана».

    Согласно информации, ворота открывают в 06.00 и в это же время начинается торговля яйцами. Их продают по 11 штук на человека по 5 манатов. Вероятнее всего, это сделано, чтобы продавцам было удобнее давать сдачу.

    Как сообщают корреспонденты «Хроники Туркменистана», пока люди добегают от ворот к местам торговли, очередь превращается в толпу, где кричат и ругаются. Яйца раскупают быстро и достаются они не всем.

    За несколько минут до этого у южных ворот рынка можно заметить людей, выходящих с базара с одним или двумя лотками яиц по 30 штук в каждом. Это родственники или знакомые продавцов государственных магазинов. Они не стоят в очереди и не ограничены «нормой» в 11 штук.

    Раннее начало торговли продавцы объясняют тем, что «очереди, толпы, ругань и драки начальство видеть не должно». Продавцам также не хочется вставать в четыре утра, чтобы начать торговлю, но выхода у них нет.

    Аналогичная ситуация с продажей мяса птицы местного производства по госценам. Импортной курятины (ножек) в последнее время в продаже нет.