Month: September 2019

  • Benzin və dizellə işləyən avtobusları istismardan çıxarılacaq – YENİ QƏRAR – VİDEO

    Paytaxt Bakının ekolojı tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir. Bu məqsədlə yaxın gələcəkdə benzin və dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.

    O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.

    Mais Ağayevin sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur.

    Amma sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır. Mais Ağayev qeyd edib ki, nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır.

    Benzin və dizel mühərrikli avtobusların taleyini isə gələcək göstərəcək.

    Ekspertlər hesab edir ki, onlara qaz avadanlıqları quraşdırıla, yaxud istismar müddəti bitənə qədər istifadə edilə bilər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bu yollarda hərəkət məhdudlaşdırılacaq

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

    Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Gülyanağın bacısının əri qəzada öldü – FOTOLAR

    Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

    Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

    Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.

    Gülyaz Məmmədova məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib.

    Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, “VAZ 2106” və “Picap” markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri – Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

    Ölən və xəsarət alanların hamısı “VAZ 2106” markalı avtomobildə olub.



  • Azərbaycanda 16 yaşlı qız qaçırıldı

    Goranboyda 16 yaşlı qızı qaçıran sürücü və avtomobil saxlanılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 17-də 16 yaşlı qızın qaçırılmasında istifadə olunan “Mercedes” markalı avtomobil və sürücü İlqar Bayramov saxlanılıb.

    Hazırda 16 yaşlı qızı qaçıran şəxsin saxlanılması istiqamətində araşdırma aparılır.

  • Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar

    Honkonq rəhbərliyinin cinayətkarların Çinə deportasiyası ilə hazırladığı qanun layihəsi vətəndaşların etirazına səbəb olub.

    Minlərlə insan küçəyə çıxaraq, qanun layihəsinə qarşı aksiya keçiriblər. Bu zaman hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib.

    Toqquşmaları yatırmaq üçün çox sayda polis cəlb edilib.

    Nümayişçilər Honkonqda metro, avtobus dayanacaqları, keçidlərə, divarlara hökumət əleyhinə şüarlar yapışdırıblar.

    Hökumət tərəfdarı olanlar isə Çin bayrağı ilə milli himni oxuyaraq küçələri gəzib.

    Qeyd edək ki, iyundan başlayan və son həftələr intensivləşən etirazlarda 1300-dən çox insan saxlanılıb.

  • Nazirlik texniki baxışa görə rüsumun qaldırılmasına aydınlıq gətirdi

    “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır.

    Belə olacağı təqdirdə bu sahədə vətəndaşlarımızı hansı yeniliklər gözləyir?

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı şərh verib.

    O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir:

    “Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır.

    Eyni zamanda, nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır.

    O ki qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır.

    Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.

    Qeyd edək ki, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumunun artırılması “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

    Eyni zamanda, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

    Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

    Layihə Milli Məclisin 2019-cu il payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

  • Beş nəfər dəm qazından zəhərlənib

    Dəm qazından zəhərlənmə ilə bağlı olaraq beş nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib.

    Bunu oxu.az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

    Onun sözlərinə görə, müraciət edənlərin hamısı yüngül zəhərlənmə ilə ggətirilib:

    “Ciddi bir şey yox idi. Klinikaya qəbul olunmadan evə buraxıldılar. Əhmədlidən gətirilən xəstə isə digərlərinə nisbətən daha ağır idi”.

    Azər Maqsudov əlavə edib ki, dəm qazı ilə bağlı müraciət edənlərin sayında hələlik artım yoxdur.

  • Мужчина пытался незаконно ввезти в Азербайджан ноутбуки – ФОТО

    На основе информации, поступившей в оперативно-следственное управление Западного территориального главного таможенного управления, на таможенном посту “Красный мост” был задержан гражданин Азербайджана, приехавший из Грузии на автомобиле марки Mitsubishi Pajero.

    Как сообщили в Государственном таможенном комитете, во время устного допроса мужчина заявил, что в его транспортном средстве нет предметов, спрятанных от таможенного контроля.

    Однако в ходе проверки под сидениями автомобиля были обнаружены четыре ноутбука в коробках с надписью MacBook Pro.

    По факту ведется расследование.


  • Noutbukları oturacaqların altında gizlətdi, sərhədi keçəndə tutuldu – FOTO

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mitsubishi Pajero” markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şifahi sorğu-sual edilən zaman vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilə baxış zamanı oturacaqların altında gizlədilən, üzərində “MacBook Pro” yazısı olan dörd ədəd noutbuk aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.


  • Сборная России может пропустить ЧМ-2022

    Сборная России по футболу может быть не допущена к чемпионату мира по футболу 2022 года в Катаре, если Всемирное антидопинговое агентство (WADA) утвердит санкции из-за очередного скандала с Московской антидопинговой лабораторией.

    Если WADA решит ввести санкции, то Россия столкнется с возможностью запрета участвовать и в ряде других спортивных мероприятий, помимо Олимпийских игр, включая чемпионат мира по футболу в 2022 году, пишет издание Newsweek.

    Ранее президент Олимпийского комитета России Станислав Поздняков заявил, что из-за нового расследования WADA, связанного с возможными манипуляциями данными Московской антидопинговой лаборатории, у России могут возникнуть проблемы с участием в Олимпийских играх в Токио в 2020 году.